Məhkəmə qərarları › İş №2(102)-2883/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2883/2023

26.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2883/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3032/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bun dan sonra – iddiaçı) barəsində olan cinayət işi üzrə xx.xx.2017-ci ildə həbs olunmuş, xx.xx.2019-cu ildə həbsdən azad edilmişdir.

2. Həmin cinayət işinə xx.xx.2022-ci ildə bəraətverici əsasla (əməldə cinayət tərkibi olmadığından) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərə görə 100000 manat məbləğində kompensasiyanın və 20412 manat maddi ziyanın cavabdeh vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışd ır ki, iddiaçı Azərbaycan Ordusunda illər ərzində xidmətinə baxmayaraq, əsassız ittihamlara məruz qalmış, 20 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində həbs olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddəti artırılmış, irəli sürülmüş ittihamla təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum еdilmiş, 20 may 2017-ci il tarixdən 06 avqust 2019-cu il tarixədək həbsdə saxlanılmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi və mənəvi zərər vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən, onun barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017ci ilin may ayında müddətdən artıq həqiqi hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edir di. O, cinayət məsuliyyətinə cəlb edilməzdən əvvəl sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin may ayında almışdır. Onun orta aylıq əmək haqqı məbləği 756 manat təşkil etmişdir. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2019-cu ilin avqust ayına qədər, yəni 27 ərzində faktiki aylıq qazancından məhrum edilmişdir ki, bu da 20412 manat edir (756x27=20412). Həmçinin, iddiaçı ona vurulmuş mənəvi zərərə görə isə 100000 manat məbləğində kompensasiya tələb edir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-623/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qətnaməsi (hakim G.Abidova) ilə iddia qismən təmin edilmiş, cavabdehin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 19.982 manat məbləğində maddi zərərin, 27.000 man at məbləğində mənəvi zərərin əvəzi, ümumilikdə 46.982 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyan hissəsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 20 may 2017-ci il tarixindən 06 avqust 2019-cu il tarixinə kimi qanunsuz olaraq həbsdə saxlanılması nəticəsində aylıq əmək haqqısından məhrum olmuş, nəticədə ona maddi zərər dəymişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən kart üzrə çıxarış əsasında müəyyən olunduğu kimi, iddiaçının orta aylıq əmək haqqı məbləği “(705.42 + 694.48 + 738.00 + 484.01 + 365.00 + 937.16 + 593.55) / 6 = 752.93” manat, müvafiq olaraq orta günlük əmək haqqı məbləği isə “752.93 / 30.4 = 24.76” manat təşkil etmişdir. Belə liklə, qanunsuz olaraq həbsdə saxlanıldığı 807 gün müddətində iddiaçıya 19.982 (24.76 * 807 ≈ 19.982) manat məbləğində maddi zərər dəymişdir.

7. Eyni zamanda, birinci instansiya məhkəməsi iddianın mənəvi ziyanla bağlı hissəsinə münasibətdə belə qənaətə gəlmişdir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Belə ki, iddiaçının 20 may 2017-ci il tarixindən 06 avqust 2019-cu il tarixinədək, yəni 2 il 2 ay 17 gün həbsdə saxlanılması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratsa da, stres, əzab və əziyyətlər versə də, bunun qarşılığının dəymiş mənəvi ziyana görə iddia edilən 100.000 manat məbləğdə ödənilməsi ağlabatan deyildir. Belə olan halda, iddia tələbi qismən təmin edilməli, cavabdehin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 19.982 manat məbləğində maddi zərərin, 27.000 manat məbləğində mənəvi zərərin əvəzi, ümumilikdə 46.982 manat məbləğində pul vəsaiti alınaraq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4cü, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2002-ci il tarixli və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarlarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə cavabdeh heç bir delikt törətmədiyi və iddiaçıya tərəfindən heç bir ziyan vurulmadığı halda, onun kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Cavabdeh heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmiş və konkret qanunverciliyə əsaslanmamışdır. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə döv lətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda cavabdehə aid edilməmişdir. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Digər tərəfdən əməkhaqqı məbləğinin hesablanması və iddiaçıya cavabdeh tərəfindən ödənilməsi hissəsində də məhkəmə tərəfindən pozuntuya yol verilmişdir. Belə ki, iddiaçıya əmək haqqının hesablanması və ona ödənilməsi onun işəgö türəni (Müdafiə Nazirliyi və ya onun müvafiq qurumu) tərəfindən həyata keçirilməlidir. İş materiallarından da aydın olur ki, iddiaçının işəgötürəni tərəfindən əmək haqqının hesablanması ilə bağlı məhkəmənin məcburi xarakter daşıyan qərardadı icra edilməmiş və bununla bağlı həmin qurumun öhdəliyi dolayısı ilə və işəgötürən tərəfindən yerinə yetirilməli olan öhdəlik əsassız olaraq cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilrkən həmin v əsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin mövqeyi – “mənəvi ziyanın hər ay üçün 1000 manat dəyərində” müəyyən edilməsi düzgün yanaşma hesab oluna bilməz və mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Mənəvi ziyanın zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi (büdcənin əsassız və şişirdilmiş öhdəliklərdən qorunması) nəzərə alınmaqla dəyərləndirilməlidir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instans iya məhkəməsi) 10 may 2023-cü il tarixli, 2(103)-3032/2023 nömrəli qətnaməsi ilə (hakimlər X.Sarıyev - sədrlik edən və məruzəçi, F.Abdıyev və F.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir.

13. Belə ki, iddia tələbinin maddi zərərlə bağlı hissəsində məhkəmənin mövqeyi qanuni və əsaslı olmuş, həmçinin maddi zərərin həcminin müəyy ən edilməsi qaydası qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilmişdir.

14. Həmçinin, apellyasiya instansiyası məhkəməsi vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, təqdim olunmuş sənədlərdən də aydın olduğu kimi, iddiaçının əsassız olaraq həbsdə saxlanılması vəcinayət təqibinə məruz qalması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir.

15. Məhkəmə kollegiyası cavabdehin deliktin onun tərəfindən törədilməməsinə dörə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasının əsassız olması ilə bağlı belə qənaətə gəlmişdir ki, dövlət büdcəsi vəsaitlərindən istifadə sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Maliyyə Nazirliyi olduğundan cavabdehin qeyd olunan dəlili əs assız hesab edilməlidir.

16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1101.1-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1, 5, 6.1, 7.1, 12-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 217.4, 385.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. Kassasiy a şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır və əlavə olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası” dedikdə yalnız Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən sözügedən məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır. Maliyyə Nazirliyinin səlahiyyətlərini müəyyən edən Əsasnaməsində təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nə ticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir.

19. Bununla yanaşı, Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquqmühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və cavabdehin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır.

20. Həmçinin, məhkəmə tərəfind ən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız şəkildə iddiaçının xeyrinə 46.982 manat müəyyən edilmişdir. Məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslansa da, mövcud məhkəmə təcrübəsində presedent hüququnun tətbiq olunmadığını nəzərə almamışdır. Halbuki, işin xarakterinə uyğun mütləq qaydada daha az məbləğ müəyyən etməli idi.

21. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3, 1096, 1100, 1101-ci, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 15, 17-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.8, 418.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə, kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərər in əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəs ində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

30. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı ol mayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.

1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunve riciliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

39. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr İddiaçı qanunsuz həbsdə qalmasını, bu dövrdə əmək haqqından məhrum olmaqla yanaşı mənəvi iztirab çəkməsini, bu halda şəxsə vurulmuş zərərin Azərbaycan Respublikası tərəfindən tam həcmdə ödənilməli olmasını, dövlət büdcəsi vəsaitlərindən istifadə sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının Maliyyə Nazirliyi olduğunu nəzərə alaraq, iddiaçının tələb etdiyi maddi və mənəvi zərərin əvəzini MM-in 1101.1-ci maddəsinə əsasən cavabdeh təşkilatdan qismən tutmuşdur.

40. Həmin maddəyə əsasən, qan unsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın qanunsuz tətbiqi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir (§ 30).

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməs inin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3032/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar