Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2885/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, X4 ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh və vəkili X6 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)523/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) xx.xx.2019-cu il tarixli, 2(005)-2378/2019 nömrəli qətnaməsi i lə İddiaçı Cavabdeh qarşı “hasara quraşdırılmış qapının açarının ona verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, E.Şamayev, M.Məmmədov) xx.xx.2020-ci il tarixli, 2(103)-523/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2378/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 45 saylı evin 17 saylı yaşayış sahəsinə sərbəst gedib-gəlməsi üçün hasara quraşdırılmış qapının açarının 1 nüsxəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabde h iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “hasara quraşdırılmış qapının açarının ona verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 45 saylı evin 17 saylı mənzilinə sərbəst gedibgəlməsi üçün hasara quraşdırılmış qapının açarının 1 nüsxəsinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili X1 şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə aktları qəbul olunan zaman aparılmış araşdırmalar və həmin araşdırmalar zamanı m üəyyən olunmuş faktlar da bir daha hazırkı iddia tələbinin əsassız olduğunu göstərməklə yanaşı, həmin iş üzrə əvvəlki apellyasiya və əvvəlki kassasiya instansiyası məhkmələrinin qərarlarında izah edilən hüquq əsasında qaldırılan iddia heç bir mötəbər sübut növü ilə öz təsdiqini tapmadığı üçün əsaslı hesab edilə bilməz. İddiaçı əvvəlki iddialarında bildirmişdir ki, 45 nömrəli evin texniki pasprotunda göstərilən 10 nömrəli tikilidən (sahəsi 5.3 kv.m) və 11 nömrəli tikilidən (sahəsi 19.4 kv.m) istifadə edir, lakin ora hər hansı hüququ yoxdur, qeyd edib ki, o, həmin yer üzrə qeydiyyata alınıb, şəxsiyyət vəsiqəsində həmin yer onun yaşayış yeri kimi göstərilib, onun şəxsiyyət vəsiqəsindən görünürdü ki, onun qeydiyyatda olduğu ünvan Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 45, mənzil 17 kimi göstə rilib. 17 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında 1997-ci ildə başqa şəxsin - Mustafa Savxanovun adma ilkin qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. 17 nömrəli mənzilin 2 otaqlı olması və sahəsinin 35 kv.m olması sənədlərə əlavə olunmuş məktubla təsdiqlənir. Lakin 17 nömrəli mənzilin texniki göstəriciləri barədə hər hansı səndə (texniki pasport və s.) olmadığına görə iddiaçının istifadə etdiyi 2 tikilinin (45 nömrəli evin texniki pasportunda göstərilən 10 və 11 nömrəli tikililərin) 17 nömrəli mənzil sayılıb-sayılamdığı müəyyən etmək mümkün olmamışdır. Əvvəlki iddia tələbi üzrə 1-ci instasniya məhkəməsində icraat zamanı keçirilmiş mühəndis-texniki ekspertizasının rəyində də qeyd edilmişdir ki, 17 nömrəli mənzilə dair hər hansı texniki sənədlərin olmadığı müəyyən edilmişdir, bununla əlaqədar baxış zamanı həmin mənzilin harada yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyində daha sonra qeyd olunmuşdur ki, baxış zamanı 45 nömrəli evin texniki pasportunda göstərilən 10 nömrəli tikili (sahəsi 5.3 kv.m) və 11 nömrəli tikili (sahəsi 19.4 kv.m) iddiaçı tərəfindən 17 nömrəli mənzil kimi təqdim edilmişdir. İddiaçının 45 nömrəli evin sahəsi 12 kv.m olan otağından çıxarılması barədə qətnamə mövcuddur və həmin qətnamə 45 nömrəli evin mülkiyyətçisi Teyyub Quliyevin (hazırkı işdə cavabdehin atası ) iddiası əsasında Nərimanov rayon məhkəməsi tərəfindən xx.xx.1998-ci il tarixdə 2-2021/1998 nömrəli mülki iş üzrə qəbul olunmuşdur. Qətnamədə qeyd olunmuşdur ki, iddiaçı başqa yerdə (Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 99 ünvanında) məskunlaşmaqla sahəsi 12 k v.m olan otqadan çıxarılsın. İddiaçı bildirmişdir ki, məcburi köçkün olduğuna görə bu qətnamə icra edilməmişdir. Lakin həmin qətnamədə göstərilən, sahəsi 12 kv. M olan tikili ilə iddiaçının 17 nömrəli mənzil kimi təqdim etdiyi tikilinin 45 nömrəli evin texniki pasportunda göstərilən 10 nömrəli tikili (sahəsi5.3 kv.m) və 11 nömrəli tikili (sahəsi 19.4 kv.m) sahələri uyğun gəlmir. 45 nömrəli evin texniki pasportundan görünür ki, həmin evin sahəsi 12 kv.m olan bir tikili var, həmin tikili 6 nömrəli yaşayış otağıdır, ona görə də həmin qətnamə iddiaçının 17 nömrəli mənzil kimi təqdim etdiyi tikiliyə (45 nömrəli evin texniki pasportunda göstərilən 10 nömrəli tikili (sahəsi 5.3 kv.m) və 11 nömrəli tikili (sahəsi 19.4 kv.m)) şamil olunmur və oluna da bilməz. İddiaçı cavabdehin ünvanını Nərimanov r ayonu, X.Şuşinski küçəsi, ev 45, mənzil 12 kimi göstərsə də, belə mənzilin qeydiyyatdan keçməsi barədə məlumat qeydiyyat orqanının arxivində aşkar edilməmişdir, ona görə də cavabdehin ünvanı Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 45 kimi qəbul olunmalıdır və bunun məntiqi nəticəsi olaraq onun şəxsiyyət vəsiqəsində də onun ünvanı məhz belə göstərilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindəki məlumatdan müəyyən olunur ki, hasarın yerləşdiyi ünvanda 2 daşınmaz əşya mövcuddur: Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 45 və Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 45, mənzil
17. Daşınmaz əşyaların hər 2-si xüsusi mülkiyyətdədir və iddiaçının daşınmaz əşyaların heç birinə əşya hüququ (mülkiyyət hüququ, istifadə hüququ və s.) yaranmayıb, belə ki, əşya hüququnun yaranması üçün qanunvericilikdə müə yyən edilmiş əsaslardan heç biri (müqavilə bağlanması, mülkiyyətçi tərəfindən oraya köçürülmə və s.) baş verməyib, hasarın tikilməsi isə mövcud olmayan hüququn pozulmasına səbəb ola bilməz. Mülki Məcəllənin 157-ci və 158-ci maddələrində mövcud olan hüquqların - mülkiyyət hüququnun və mülkiyyətçi olmayan şəxsə məxsus olan əmlak hüquqlarının müdafiəsinə təminat verir. Odur ki, iddiaçı hasar üzərinə hər hansı bir haqq iddia və tələb edə bilməz. İddiaçının 2- ci daşınmaz əşyada yaşayış yeri üzrə qeydiyyatda olması həmin əşyaya hüququn olmasını təsdiq etmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız qanunvericliklə müəyyən edilmiş hallarda hüquqi nəticələrə səbəb ola bilər. Göründü yü kimi, hüquq normasıqanunda blanket ifadə üsulunda ifadə olunub, ona görə də yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ və ya yaşayış sahəsinə digər hüquq əmələ gətirdiyini iddia edən şəxs həmin hüququn hansı qanunvericlik aktında nəzərdə tutulduğunu göstərməlidir. Bu zaman nəzərə alınmalıdır ki, yaşayış yeri olmayan vətəndaşlar xüsusi yerlər üzrə (şəxsiyyət vəsiqəsini verən daxili işlər orqanlarının inzibati binası üzrə) qeydiyyatdan keçirilir, qeydiyyatın istifadə hüququ və digər əmlak hüququ yaratması nəzəri olaraq qəbul olunarsa, ayrıseçkliyə yol verilməməsi üçün xüsusi yerlər üzrə qeydiyyata alman vətəndaşların həmin yerlərə belə hüquqlarının olması qəbul olunmalıdır. Qanunvericlikdə yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ və ya yaşayış sah əsinə digər hüquq yaratması nzərdə tutulmayıb. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin 1-ci hissəsində qeydiyyatın 3 məqsədi müəyyən olunub: 1) ölkədə yaşayan şəxsləri uçota almaq; 2) həmin şəxslərin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi üçün zəruri şərait yaratmaq; 3) insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaq. Ona görə də qeydiyyat amilindən bu məqsədlərə uyğun gəlməyən məqsədlər üçün istifadə etmək və digər suiistifadə həmin qanunun özünün tələblərinə ziddiyyət təşkil edir. Yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi fakt mövcud olmalıdır, hansı ki, qanunvericlik bu hüququn əmələ gəlməsini həmin faktla əlaqələndirib. Qeydiyyat isə istifadə hüqu qunu əmələ gətirən hüquqi fakt deyil. Sadalanan faktlar və onlara hüquqi münasibətə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi preyudisiallıq əsaslarını da kobud şəkildə pozaraq, iddiaçının əşya hüququna dair hüququnun olmamasının əvvəlki məhkəmə qərarları ilə sübut edilməsinə rəğmən, yenidən həmin halları mübahisəyə açmışdır. Bundan başqa apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının da tələblərini pozaraq qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-523/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili X1 şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın qismən təmin edilməsi qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apellyasiya baxışı zamanı mübahisəli əraziyə kollegiya tərəfindən yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ünvan 2, 17 saylı mənzilin yerləşdiyi ümumi həyətə giriş bir qapıdan ibarət olmaqla həyətin sonunda mübahisəli evin qarşısında hasarla tikilmiş qapı mövcuddur. Qapıdan içəri mübahisəli həyətə daxil olduqda birbirindən təcrid olunmuş şəkildə bir neçə tikili və sağ tərəfdə iddiaçının qeyd etdiyi tikili yerləşir. Cavabdeh tərəfindən təqdim olunan ünvan 2, 12 saylı mənzilin texniki pasportuna əsasən müəəyən olunur ki, iddiaçının açarın verilməsini tələb etdiyi qapı Cavabdeh məxsus 12 saylı evə aiddir. Həmçinin kollegiyanın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri D övlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən göndərilən məktuba əlavə edilmiş arayış və mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, iddia edilən mənzil mövcuddur və təqdim olunmuş koordinatlara uyğundur. Həmçinin sxemdən görünür ki, iddiaçının iddia etdiyi mənzil hasara alınmış torpaq sahəsində yerləşir və cavabdeh tərəfindən qapının qoyulması iddiaçının mənzilinə giriş-çıxışa maneə yaradır. Şərh olunanlara əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə qapının quraşdırılması ilə iddiaçı yaşayış sahəsi üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur; buna görə də iddiaçının mübahisələ mənzili sərbəst giriş-çıxışının təmin edilməsi məqsədi ilə torpaq sahəsinəinin girişinə cavabdeh tərəfindən quraşdırılmış qapının açarının bir nüsxəsi iddiaçıya verilməlidir. Kollegiya onu da qeyd edir ki, iddiaçı iddia tələbində Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 45 saylı evin 17 saylı mənzilinə sərbəst gedib-gəlmək üçün hasara quraşdırılmış qapının açarının cavabdeh X3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, sözügedən açarın cavabdehdən alınaraq iddiaçıya verilməsi cavabdehin də həyətdən istifadə etmə hüquqlarını pozur. Buna görə də apelyasiya kollegiyası açarın bir nüsxəsinin iddiaçıya verilməsini daha ağlabatan və ədalətli hesab etmişdir. Kasasiya kollegiyası apelyasiya kollegiyasının qənəti ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlillləri üzrə kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının ünvan 2 ünvanı üzrə həyətdən istifadə hüququ vardır. Apelyasiya kollegiyası tərəfindən keçirilmiş yerli baxış ilə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş sorğuya cavabla da müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi mənzil hasara alınmış torpaq sahəsində yerləşir və cavabdeh tərəfindən qapının qoyulması iddiaçının mənzilinə girişçıxışa maneə yaradır. Bundan əlavə, kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin lə ğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiy yətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göst ərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkə n apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-523/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.