Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2890/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: (maddi və mənəvi ziyanın ödənilməsi tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 may 2025-ci il tarixli, 2(103)-2769/2025 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının anası 1950-ci il təvəllüdlü X4 onkoloji xəstə olmuşdur. Həmçinin ona “Loğman” klinikası tərəfindən xx.xx.2023-cü il tarixdə “köndələn çəmbər bağırsağın törəməsi və bağırsaq keçməzliyi”, Cavabdeh1 klinikasında isə xx.xx.2023-cü il tarixdə “Köndələn çəmbər bağırsağın blastoması, İV dərəcə, kəskin bağırsaq keçməzliyi” diaqnozları qoyulmuşdur. İddiaçının anası xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Cavabdeh1 klinikasına müalicəyə qəbul edilməklə, saat 17:32-də həkim Cavabdeh2 tərəfindən üzərində endoskopik yolla palliativ stendin taxılması əməliyyatı aparılmış, xəstənin vəziyyəti pisləşdiyndən xx.xx.2023-cü il tari xdə saat 13:40-da cərrah Cavabdeh3 tərəfindən "Laparotomiya. Qarın boşluğunun təftişi" və davamı olaraq "Tiflektomiya. İleostomiya" cərrahiyyə əməliyyatları icra edilmişdir. İddiaçının anası xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
2. Xəstəlik tarixində olan məlumatlara görə iddiaçının anası xx.xx.2023-cü il tarixdə saat 17:32-də Cavabdeh1nə daxil olmuş, ölüm tarixi kimi xx.xx.2023-cü il, saat 07:50 göstərilmiş, ona “Köndələn çəmbər bağırsağın blastoması, İV dərəcə, kəskin bağırsaq keçməzliyi” diaqnozu qoyulmuş, planlaşdırılan “endoskopiya” əməliyyatı ilə bağlı iltizamnamə xəstə və ya qanuni nümayəndəsi tərəfindən imzalanmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həkim qastroenteroloq Cav abdeh2 və Cavabdeh1 MMC-nin ona vurduğu 10.000 manat məbləğində maddi zərərin, 100.000 manat məbləğində mənəvi zərərin, ümumilikdə 110.000 manat məbləğdə pulun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada vəsatət təqdim edərək, Cavabdeh3 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
5. İddia ərizəsində tələb belə əsaslandırılıb ki, iddiaçının anası səhhətində yaranmış problemlərlə (qarın nahiyəsinin şişkinliyi) əlaqədar xx.xx.2023-cü il tarixdə “Loğman” klinikasına müraciət edərək kompüter tomoqrafiyası müayinəsindən keçmiş və ona “bağırsaq keçməzliyi” diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü ildə Cavabdeh1nə müraciət edərək həmin problemi n aradan qaldırılması üçün adı çəkilən tibb mərkəzinin həkimi Rəfael Həsənovun (qastroenteroloq) məsləhəti ilə onun bağırsaq nahiyəsinə stend qoyularaq bağırsağın açılmağı təklif olunmuş və həmin gün müvafiq prosedur həyata keçirilmişdir. 5.1. İddia ərizəsində daha sonra qeyd olunub ki, iddiaçının anası bu tibb mərkəzinə öz ayağı ilə ağrısı olmadan getmişdir. Həmin prosedurun icrası üçün həkimə kassadan kənar 2.000 manat (1.200 manat stendin dəyəri, 800 manat həkimin iş haqqı) ödənilmişdir. Stend qoyulandan dərhal sonra xəstənin vəziyyəti prosedur otağında ağırlaşmış və iddiaçı narazılığını bildirəndən sonra anasını reanimasiya otağına keçirmişlər. Həmin gün və gecəni iddiaçı xəstəxanada olmuş və adını bilmədiyi reanimasiyanın növbətçi həkimi anasının vəziyyətinin kritik olduğunu bildirmiş dir. İddiaçı tərəfindən həkim Cavabdeh2 dəfələrlə telefon zəngi edilmiş, həkim isə iddiaçıya xəstənin köpü olduğunu və tezliklə keçəcəyini bildirmiş, təcili olaraq Klinikaya gəlməkdən imtina etmiş, sonradan isə iddiaçının zənglərinə ümumiyyətlə cavab verməmişdir. xx.xx.2023-cü il tarixdə reanimasiya otağından xəstənin vəziyyətinin ağır olduğunu bildirilməsinə və həkim Cavabdeh2 bu barədə məlumatlı olmasına baxmayaraq, heç bir tədbir görülməmişdir. İddiaçının klinikada səs-küy salmağına baxmayaraq, oradakı həkimlər heç bir tədbir görməmiş və iddiaçıya “həkimini özün tap, gətizdir” kimi cavablar vermişlər. Həmin gün saat 12:00 radələrində iddiaçının dəfələrlə təkidindən sonra anası kompüter tomoqrafiyası müayinəsindən keçirilmiş və “bağırsaq perforasiyası” (bağırsağın yırtılmağı) müəyyən o lunmuşdur. Xəstə KT otağına aparılarkən süni nəfəs aparatına qoşulduğunu və heç bir reaksiyasının olmadığını müşahidə etmişdir. Həkim Cavabdeh2 iddiaçıya bildirib ki, anası açıq əməliyyat olunmalıdır. Belə ki, stendin qoyulması zamanı bağırsaq yırtılıb. Bu əməliyyatı icra edə biləcək həkim isə digər klinikada əməliyyatı bitirdikdən sonra gələcək və bu əməliyyatı icra edəcək. İddiaçı anasının vəziyyətinin ağır (kritik) olduğunu görüb həmin vaxtı Klinikada olan cərrah-həkimlərə müraciət etmiş, onlar isə xəstənin vəziyyətinin kritik olduğunu görüb əməliyyatın icra olunmasından imtina etmişlər. Yalnız bu vaxtı klinikada olan cərrahlardan biri Cavabdeh3 1.789 manat ödəniləcəyi təqdirdə həmin əməliyyatı icra edəcəyini bildirmişdir. Qeyd olunan məbləğ kassaya ödənildikdən sonra əməliyyat həmin gü n, yəni xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində icra olunmuşdur. Anası xx.xx.2023-cü il saat 16:00-dan xx.xx.2023-cü il saat 15:00 radələrinə qədər reanimasiyada saxlanılmışdır. Halbuki, bu cür diaqnozla daxil olmuş xəstə təcili əməliyyata alınmalı idi. Əməliyyat cərrah Cavabdeh3 tərəfindən icra olunandan sonra, sonuncu iddiaçıya bildirmişdir ki, anasının vəziyyəti ağır olaraq qalır və o, əlindən gələni etmişdir. Həmçinin, Cavabdeh3 anasının onkoloji xəstəliyinin olduğunu və artıq metastaz verdiyini bildirmişdir. Bundan sonra xəstə yenidən reanimasiyaya yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə saat 07:50 radələrində klinikadan iddiaçıya anasının ölümü haqqında xəbər verilib. Tibb mərkəzi tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamədə iddiaçının anasının ölümün səbəbi kim i “a) bağırsaq bitişmələri, keçməməzlik ilə; b) köndələn çənbər bağırsağın bədxassəli yeni törəməsi” göstərilmiş, ölüm haqqında şəhadətnamədə isə ölümün səbəbi kimi “bağırsaq bitişmələri, keçməməzlik ilə” göstərilmişdir. 5.2. Bundan başqa, iddia ərizəsində qeyd olunub ki, iddiaçı anasını dəfn etmək üçün meyitini aparmağa gələndə Klinikanın əməkdaşları ona əlavə olaraq 762 manat ödəməli olduğunu bildirmiş, bunu hansısa müayinələrin aparılması və dərmanların verilməsi ilə əsaslandırmışlar. Həmin pul iddiaçı tərəfindən Klinikanın kassasına ödənilsə də, iddiaçıya heç bir qəbz verilməmişdir. 5.3. Bundan əlavə, iddia ərizəsində qeyd olunub ki, həkim Cavabdeh2 həkim peşəsinə yaraşmayan, qeyri-etik, kobud davranışı, “hara şikayət edirsən et, mən heç kimdən qorxmuram”, “otağımdan rədd ol” kimi ifad ələr işlətməsi də onun həkim kimi “peşəkarlıq səviyyəsini” nümayiş etdirən haldır. İddiaçı tərəfin icbari tibbi sığorta vasitəsilə tibbi yardım almaqdan imtina edərək özəl xəstəxanaya müraciət etməsinin səbəbi o olub ki, anasına daha keyfiyyətli tibbi yardım göstərsinlər, lakin cəmi 3 gün ərzində 4.790 manat məbləğində pul ödəməsinə baxmayaraq, həkimlərin səhlənkarlığı, etinasızlığı nəticəsində anası köməksiz və baxımsız vəziyyətdə qalaraq vəfat etmişdir.
6. Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirib ki, xəstə onun yanına gəlməzdən 1-2 il əvvəl həmin xəstəni o əməliyyat etmişdir. Stendi o mədə bağırsağa qoyur. Xəstə gələndə ağır vəziyyətdə idi. “Loğman” klinikasında bağırsaq keçməməzliyindən orda qəbul etməyiblər. Heç kim qəbul eləmirdi onu. Axşam yanına gəlibilər stendə görə və o da xəbərdarlıq edib ki, stend açılmaya bilər və s. Ona xahiş minnətlə deyiblər qəbul elə. O, xəstəni yarı ölü vəziyyətdə qəbul edib, stend qoyub. Sonra açılmasını gözləməli idi. Cərrah qarın boşluğunu açanda onun qoyduğu bağırsağı yox, bağırsağın başqa yerində cırılma olduğu göründü. Əgər belə böyük cırıq olsa idi, qarın boşluğu ancaq sidik və nəcislə dolu olardı. 500-700 ml maye var idi, bu da normaldı. Xəstənin açıq əməliyyatdan çıxmaq şansı yox idi. Stend qoyub və deyib açıla da bilər, açılmaya da, stend də açılmadı. Qaldı o da içəridə. Çıxarılıb çıxarılmaması önəm daşımır, daha işləmir zatən bağırsaq. Məcburiyyətdən əməliyyat edilib. 2 xəstəxanadan imtina edildi. Açıq əməliyyatı özü edib. Xəstəyə yaxşılıq eləmək istəyib. Xəstənin 3 gün müddətində bağırsaq keçməməzliyi olub onun, 2 gününü evdə olub. Stend 2 sutkaya açıla bilər. Bağırsaqda cırıq olduğunu bilməyib. O, oranı görə bilmir, heç ora getməyib. Çırığın olması ehtimal edilə bilər, bu stenddən də olar, 3 gün olan keçməməzlikdən də. Xəstə stenddən sonra xəstəxanaya yerləşidirilib, evə getməyib. Sərbəst hava olub orda, da bu sonrakı gün görünüb. Ölüm səbəbi üçün ekskumasiya olunmalı idi. O zaman şikayət olunmayıb, indi məhkəməyə verib. Ekspertiza olunmasa bu suala cavab vermək olmaz ki, niyə ölüb. O, xəstə üçün əlindən gələni esib. Xəstə adını deyə bilmirdi, iddiaçı iddia edir ki, ayaq üstə gəlib. Nədən ölməsi bilinməyi üçün ekspertiza olunmalıdı, niyə vaxtında eləməyib bunu şikayəti var idisə.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6”nin 213/KEŞ saylı xx.xx.2023-cü il tarixli rəyin dən görünür ki, iddiaçının anasının vəziyyətinin ağırlaşmasına səbəb onda klassik boşluqlu orqan perforasiyasına xarakterik simptomların olmasına baxmayaraq cərrahın baxışı endoskopik stent taxılma əməliyyatından ≈15 saat sonra həyata keçirilməsi, endoskopik stent qoyulması zamanı bağırsağın perforasiyası, xəstənin cərrahiyyə əməliyyatına gec götürülməsi, aparılmış cərrahiyyə əməliyyatının adekvat olmaması nəticəsində xəstənin vəziyyətinin daha da ağırlaşmasına və davam edən peritonit fonunda inkişaf edən endogen intoksikasiyaya, orqan çatmamazlığına gətirib çıxarmışdır. Bunlar vaxtında və tam həcmdə yerinə yetirilmiş olsa idi, baş vermiş ölümün qarşısının alınması imkanı çox olardı. Bu da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətlənd irilir.
8. Məhkəmənin qərardadı əsasında verilmiş Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6”nin 689/KEŞ saylı xx.xx.2024-cü il tarixli komisyon ekspert rəyində göstərilmişdir ki, iddiaçının anasının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.Təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, iddiaçının anası "X9"ndə stasionar müalicədə olduğu müddət ərzində (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) onun üzərində xx.xx.2023-cü il tarixdə endoskopik yolla palliativ stentin taxılması, xx.xx.2023-cü il tarixdə "Laparotomiya. Qarın boşluğunun təftişi" və əməliyyatın davamı olaraq "Tiflektomiya. İleostomiya" cərrahiy yə əməliyyatları icra edilmişdir. 2.İddiaçının anasının üzərində endoskopik yolla stentin taxılması əməliyyatı profil üzrə ixtisaslı həkim tərəfindən yerinə yetirilmişdir. 3.Tibbi müdaxilənin (cərrahiyyə əməliyyatının) icra edilməsi üçün xəstə və ya xəstə yaxınlarında yazılı (imzalı) razılıq ərizəsinin alınması tələb olunur. 4.İddiaçının anasına "Köndələn çənbər bağırsağın blastoması İV dǝrǝcǝ. Kəskin bağırsaq keçməməzliyi" diaqnozu düzgün təyin edilmişdir. 5.6.İddiaçının anasına endoskopik yolla keçməməzlik nahiyəsinə stentin taxılması əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Lakin əməliyyat texniki cəhətdən qüsurla icra edilmişdir. Belə ki, tibbi müdaxilə zamanı perforasiya baş vermişdir. 7.8.13. Bağırsaqda infiltativ toxumalar olduğu halda stent taxılma əməliyyatı ehtiyatla a parılmalıdır. Tibbi müdaxiləni icra edən həkim törəmə nahiyəsinin infiltrativ olmasını nəzərə almamış və həmin nahiyəyə stent qoyulan zaman infiltrativ nahiyədə perforasiya baş vermişdir. 9.İddiaçının anasına stent taxılma əməliyyatından sonra perforasiyanın baş verməsi xəstədə təngnəfəslik, qarında köp, ürək döyünmə və eləcə də, aparılmış KT müayinəsində və cərrahiyyə əməliyyatı zamanı qarın boşluğunda sərbəst havanın olması ilə təsdiq edilmişdir. 10.11.14. Bağırsağın perforasiyası baş verdikdə təxirəsalınmaz əməliyyat dərhal aparılmalı idi. İddiaçının anasının vəziyyətinin ağırlaşmasına səbəb onda klassik boşluqlu orqan perforasiyası ilə əlaqədar xarakterik simptomlarının olmasına baxmayaraq cərrahın baxışı endoskopik stent taxılma əməliyyatından 15 saat sonra həyata keçirilmiş, endoskop ik stent taxılma zamanı bağırsağın perforasiyası, xəstənin cərrahiyyə əməliyyatına gec götürülməsi, aparılmış cərrahiyyə əməliyyatının adekvat olmaması nəticəsində xəstənin vəziyyəti daha da ağırlaşmış və davam edən peritonit fonunda inkişaf edən endogen intoksikasiyaya, orqan çatmamazlığına gətirib çıxarmışdır. 12."X9"ndə xx.xx.2022-ci il tarixdə iddiaçının anasının üzərində icra edilmiş cərrahiyyə əməliyyatı qüsurlu yerinə yetirilmişdir. Belə ki, əməliyyat zamanı ilkin şiş toxuması götürülməmiş, perforasiya mənbəyi aşkarlanmamış, həmin nahiyə tikilməmiş və qarın boşluğu patologiyaya uyğun drenaj edilməmişdir.
15. İddiaçının anasının üzərində "Laparotomiya. Qarın boşluğunun təftişi" və "Tiflektomiya. İleostomiya" cərrahiyyə əməliyyatları icra edilmişdir. Bu əməliyyatlarının aparılmasına tibbi göstəriş (mövcud olan patoloji hal və ilkin tibbi müdaxilənin ağırlaşması) olmuşdur.
16. İddiaçının anasının üzərində aparılmış "Laparotomiya. Qarın boşluğunun təftişi" və "Tiflektomiya. İleostomiya" cərrahiyyə əməliyyatları icra olunmuşdur. Əməliyyatın gedişi zamanı qarın boşluğunda ~700 ml seroz maye, kor bağırsağın kəskin genişlənərək seroz qişasının geniş cırılması, əzələnin hissəvi nekrozu, köndələn çəmbər bağırsağın, qaraciyərin sol payının, böyük piyliyin, mədəaltı vəz ətrafı toxumaların törəməsi aşkar edilmiş və törəmənin geniş əraziyə yayıldığını nəzərə alaraq palliativ əməliyyat - kor bağırsağın rezeksiyası (tiflektomiya), ileostomiya qərara alınmış, nazik bağırsaq sağ qalça nahiyəsinə çıxarılaraq ileostoma qoyulmuşdur. 17.İddiaçının anasında cərrahi patologiya mövcud olmu ş və bunun üçün cərrahi müdaxilələr icra edilmişdir.
9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasında Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6”nin verdiyi 1041/KEŞ saylı xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunub ki: 1.Ədəbiyyat mənbələrinə istinadən, bağırsaq nahiyəsinə endoskopik stent qoyulması zamanı perforasiyanın baş vermə faizi (ehtimalı) 7-20% təşkil edir (Ədəbiyyat: N.Ökkabaz "Kolon hastalıkları"). 2.İddiaçının anasına "X9"ndə stentin qoyulması əməliyyatı zamanı əvvəlcədən aparılmış KT müayinəsində qeyd edilən törəmə nahiyəsinin infiltrativ olmasını qastroenteroloq həkim nəzərə almadan stent qoyulan zaman həmin infiltrativ nahiyənin perforasiyası baş vermişdir. Bu da perforasiya baş verən nahiyə ilə üst-üstə düşür. 10. 22.01.2025-ci il tarixli məhkəmə i clasında Cavabdeh2 izahatında bildirmişdir ki, ekspert bildirib ki, stend qoyuluşunda xəta yoxdur. O, stendi sol tərəfə qoymuşdur. Lazerasiya isə sağ tərəfdədir. İddiaçı tərəfin ödədiyi pullar özlərinə qaytarılıb. Belə ki, onlar 400 manat pul verdilər və əlaqə olaraq stend pulu ödəyiblər. İddiaçı gələndə xəstəxanaya pis vəziyyətdə idi. Onkoloji xəstə idi, tanıyır deyə xəstəni qəbul edib. Həmin xəstəni 1 il əvvəl də əməliyyat etmişdir. Xəstəni bundan əvvəl 2 xəstəxana qəbul etməyib. Onlara riskin olmasını deyib. Tarxan həkim görəndə 500 ml maye olubdur, bu miqdar isə çox deyil. Əgər geniş bir boşluq olsaydı, Tarxan həkim bunu görərdi və orada çoxlu nəcis kütləsi olardı. Xəstə axşam 7-8 arası gəlib ona stend qoyulub. 15 saat müddətdə gözləməli idilər. Geniş perforasiya baş verməyib. Xəstəyə laqeyd münasibət olmayıb. 16 saat xəstə reanimasiyada həkim nəzarəti altında olub. Xəstə ilə müqaviləni özü bağlamır, klinika bağlayır. Yazılı razılıq alınmasa da, xəstənin qızına məlumat vermişdir. Perforasiyanı görməmişdir. Olma ehtimalı var idi amma. Perforasiya olacaqsa da, özü nəsə edə bilməz, bu cərrahın işidir. O an görsəydi, həmin vaxt cərraha deyərdi. 7-8 aydı xəstədə törəmə var idi. Müayinə olmayana qədər bilinmirdi onkoloji xəstə olması. KT müayinəsindən sonra bilinib. Bu da onların müəssisəsinə gələndən 2-3 gün əvvələ təsadüf edir. Onun yanına gələndə xəstə məlum idi onun onkoloji xəstə olmağı. Əvvəldən sona xəstənin yanında olmuşdur.
11. Cavabdeh3 izahatında bildirib ki, onun yazdığı protokolda qeyd edilib hər şey. Başqa bağırsaqda olub perforasiya, stent düz bağırsağa qoyulub. Əməliyyat zamanı şəkillərdə də bu görülüb. Stent əməliyyatından sonra əsassız əməliyyata götürmək olmazdı. Xəstənin vəziyyəti stabilləşdi və əməliyyat olundu. Bu zaman konsilium oldu, müzakirələr getdi, sonda qərara alındı ki, əməliyyat ola bilər. Törəmə və cırılma ayrı yerlərdə olub. Bu tipdə xəstəliyi olan xəstənin yaşama şansı az idi. Onlar xəstə yaxınlarına deyir ki, narazılığınız varsa ekshumasiya olsun. Onun tərəfindən tibbi kitabça tam doldurulmuşdur, Rəfail Həkim əməliyyatın tarixini qeyd etməyib, həmçinin qrafaları tam qaydasında doldurmayıb.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 19 may 2023-cü il tarixli 213/KEŞ saylı ekspertiza rəyini elmi dərəcəsi olmayan, hazırkı mübahisə predmeti sahəsində kifayət qədər praktik həkim təcrübəsi olmayan həkimlərin tərtib etməsi həmin ekspert rəyinin əsaslı və qanuni olmasına şübhələr yaradır. Həkim işinin (səhvinin) qiymətləndirilməsi yüksək ixtisaslı və elmi dərəcəsi olan onkoloji cərrahiyyə sahəsində ixtisaslaşan praktik həkim alimlər, professorlar və akademiklər tərəfindən təmin olunmalı, qiymətləndirilmə aparmaqla yeni ekspertiza rəyi tərtib edilməlidir. X1 onkoloji xəstəliklərin əlamətləri olduğundan və onkoloji xəstəlikdən vəfat etdiyi üçün ekspertizaya həkim onkoloq cərrahlar ekspert kimi cəlb olunmalıdırlar. Hazırkı mülki iş üzrə tərəfindən verilən və məhkəmə tərəfindən təmin edilən vəsatətdə göstərilən xahişlərin təmin olunmasına əməl olunmayıb və bu əsaslara müvafiq qərardadda münasbət bildirilməyib. Tibbi ekspert komisy asının üzvləri Cavid Cahangirli, Nazim Həsənov və Rafik Nuriyev onkoloji cərrahi xəstəliklər sahəsində ixtisaslaşmayıblar. 31 iyul 2024-cü İl tarixli və 19 may 2023-cü il tarixli ekspertiza rəylərinin eyni ekspertlər tərəfindən tərtib edildiyi üçün həmin rəylərin qanuniliyinə və əsaslılığına kifayət qədər şübhələr var. Ekspertiza rəyləri eyni şəxslərəekspertlərə həvalə olunub, heç bir dəyişiklik etmədən eyni məzmunlu rəylər veriblər. Həmin ekspertlərin obyektiv rəy verməsi tamamilə şübhəlidir. Eyni şəxslərin qərardadda qoyulan suallara obyektiv rəy verməsi mümkünsüzdür, cavablarda hər hansı yenilik və əsaslı tibbi yanaşma halı mövcud deyil. MPM-in və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tələbinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxu d onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Bundan başqa iddiaçının tələb etdiyi ziyan məbləğləri də həddindən artıq şişirdilib, onlar cəmi 3000-3100 manat ödəniş ediblər, bundan əlavə ödəniş etməyiblər və həmin ödənişin bir hissəsi iddiaçıya qaytarılmışdı.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-131/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, maddi zərərin əvəzi kimi 6.179 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat pulun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim Ş.Əliy ev).
14. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə sübutetmə yükü zərərvuranın üzərinə düşür və məhz zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Lakin cavabdehlər tərəfindən bu hallar sübuta yetirilməmiş, o cümlədən cavabdeh tibb müəssisəsinin müstəqil şəkildə tibbi rəylər təqdim etmək imkanı real olsa da, bu hüququndan istifadə etməmiş, müstəqil şəkildə onların təqsirinin olmaması ilə bağlı hər hansı sübutu təqdim etməmişdir.
15. Əksinə, işin müəyyən olunmuş hallarından, o cümlədən ekspertizalarının rəyləri və xəstəlik t arixindən görünür ki, şəxs, onun onkoliji xəstəliyinin olması tibb müəssisəsinin heyətinə, o cümlədən həkim Cavabdeh2 məlum olmasına baxmayaraq, heç br zərurət olmadan klinikaya müalicəyə (əməliyyat məqsədilə) qəbul edilməklə ixtisaslaşdırılmış tibbi xitmətdən məhrum olunmuş, həmçinin onunla müqavilə imzalanmamış, klinikada xəstənin vəziyyətini əks etdirən xəstəlik tarixçəsi normativ tələblərə uyğun doldurulmamış, klinikanın məsul şəxsləri tərəfindən bu sahədə nəzarət həyata keçirilməmiş, xəstənin əməliyyatdan əvvəl onun və ya yaxınlarının razılığı alınmamış, həmçinin xəstəyə stend qoyulduqdan sonra tibb müəssisəsinin heyəti və həkim Cavabdeh2 tərəfindən səhlənkarlığa yol verilmiş, xəstəyə etinasız münasibət göstərilmiş, xəstənin vəziyyəti vaxtlı-vaxtında yoxlanılmamış, onun səhhətinin ağı rlaşmasına baxmayaraq, bununla bağlı vaxtında hər hansı tədbir görülməmiş, müvafiq ixtisaslı və səlahiyyətli həkimlərə bu barədə məlumat verilməmiş və nəticədə xəstə ikinci əməliyyata gec (15 saat sonra) qəbul edilmişdir. Başqa cür desək, heç bir zərurət və ya təxirsalınmaz hallar olmadığı bir vəziyyətdə xəstənin tibb müəssisəsinə qəbul edilməsi, müqavilə bağlanmamaqla tibbi yardımın növləri, həcmi, göstərilmə şərtləri, o cümlədən müvafiq xərclərlə məlumatlandırılmaması, cərrahi əməliyyat məqsədilə iltizam (razılıq) alınmamaqla həyatı barədə müvafiq risklərlə xəbərdar edilməməsi, kifayət qədər vaxt (ikinci cərrahi əməliyyat müddəti də daxil olmaqla 15 saatdan çox) olmasına baxmayaraq və zərurət olduğu halda ixisaslaşdırılmış səhiyyə müəssisəsinə göndərilməməsi onu ixtisaslaşdırılmış tibb müəssisəsində yüksək tibbi yardım almaq imkanından məhrum etmişdir. Məhkəmə, iddianın əsaslı olması barədə qənaətə gələrkən ekspertiza rəylərini yeganə sübut kimi qəbul etməmiş, tibb müəssisəsi və tibbi heyət tərəfindən qanunvericiliyin, o cümlədən tibbi normativlərin pozulması hallarını əsas götürmüşdür. Məhkəmə qeyd edir ki, tibb müəssisəsinin məsuliyyəti, xüsusi icazə (lisenziya) olmadan qeyri-ixtisaslı səhiyyə xidmətlərinin göstərilməsinə şərait yaratması və işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçündür.
16. Məhkəmə, iddia tələbinin “cavabdeh Tərxan Yusifov ilə bağlı” hissəsinə münasibətdə qeyd etmişdir ki, həkim Tərxan Yusifov tərəfindən həyata keçirilmiş əməliyyat zərurət nəticəsində edilməklə həkimin peşə riski ilə bağlı olduğundan və onun tərəfindən tibbi normativləri n tələblərinin pozulması halları müəyyən edilmədiyindən, iddia tələbi ona münasibətdə əsaslı deyil və təmin edilə bilməz.
17. Məhkəmə, iddia tələbinin maddi ziyanın ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 MMC və həkim Cavabdeh2 münasibətdə əsaslı olduğundan, onlar tərəfindən vurulmuş maddi ziyan da onlardan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, maddi ziyanın məbləğini işin müəyyən edilmiş hallarına əsasən, 6179 manat müəyyən edir.
18. Məhkəmə, iddia tələbinin “mənəvi zərər məbləği” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehlərin hüquqa zidd əməli nəticəsində iddiaçıya vurulmuş ziyanın aradan qaldırılması və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənf i reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və həmin məbləğ iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 10000 manat həddində qiymətləndirilməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 41, Mülki Məcəllənin 14.1, 14.2, 16.1, 21.2, 1096.1, 1099, 1112, 1115, “Özəl tibb fəaliyyəti haqqında” Qanunun 4, 7, 13, 16, 19, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10, 34, 59-cu maddələrinə, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş Həkimqastroenteroloqun nümunəvi vəzifə Təlimatının 5, 9, 15, 24-cu bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına, Avropa Məhkəməsi “Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin olunmasını xahiş etmişdir.
21. İddiaçının apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun anası həkimlərin səhlənkarlığı səbəbindən dünyasını dəyişmişdir. Ana, övladı üçün əvəzsiz bir varlıqdır və onun itkisi iddiaçı üçün mənəvi baxımdan ölçüyəgəlməz bir zərbə olmuşdur. Bu hadisə onun psixoloji vəziyyətinə, gündəlik həyatına və sosial münasibətlərinə ciddi təsir göstərmişdir. İddiaçı anasını bir daha geri qaytara bilməz, lakin məhkəmə qərarında mənəvi zərərin dəyərini düzgün qiymətləndirməməklə, onun çəkdiyi ağrı və iztirabları gözardı edir. Məhkəmə bu məbləği müəyyən edərkən, yalnız formal yanaşmamalı, insan həyatının əvəzsiz olduğunu nəzərə almalıdır. Həkim səhlənkarlığı nə ticəsində həyatını itirən bir insanın dəyəri 10,000 manatla ölçülə bilməz. Bu məbləğ nə iddiaçının yaşadığı ağrını azaldır, nə də cəmiyyətə səhiyyə sistemində daha diqqətli olmağın vacibliyini xatırladır. Birinci instansiya məhkəməsi mərhumun ölümü ilə iddiaçıya vurulmuş zərərin məbləğini zərərə mütənasib məbləğdə müəyyən etməmiş və bunu əsaslandırmamışdır. Sözügedən analoji iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli e-2(006)-1979/2023 nömrəli qətnaməsi ilə iddiaçının atasının ölümü ilə iddiaçıya vurulmuş mənəvi zərərin məbləği 30000 (otuz min) manat müəyyən edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq olaraq 11 dekabr 2023-cü il tarixli, 2(103)-6823/2023 nömrəli qətnaməsi və xx.xx.2024-ci il tarixli, 2 (102)-1393/2024 nömrəli qərarı ilə mənəvi zərər məbləği 30000 (otuz min) manat olaraq qüvvədə saxlanılmışdır. Qeyd edilməlidir ki, oxşar hüquqi və faktiki hallarda fərqli hüquqi nəticələrə gəlinməsi bərabərlik hüququnun pozulmasıdır. Belə ki, digər iş üzrə iddiaçının atasına münasibətdə tibbi müdaxilənin düzgün şəkildə edilməməsi nəticəsində iddiaçıya 30.000 (otuz min) manat mənəvi zərərin vurulması müəyyən edildiyi halda, hazırkı işdə iddiaçının anasının ölümünə səbəb olan eyni səciyyəli həkim səhlənkarlığına görə cəmi 10.000 (on min) manat məbləğində vurulmuş mənəvi zərərə görə kompensasiya təyin olunmuşdur. Bu, oxşar hallarda fərqli yanaşma tətbiq edilməsinin göstəricisidir və Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş hüquq bərabərliyinin pozulmasına gətirib çıxarır. İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə qətnaməsi isə xx.xx.2025-ci il tarixində qəbul olunmuşdur. Məhkəməyə müraciət tarixi ilə yekun məhkəmə aktının qəbul olunduğu tarixi müqayisə etdikdə aydın olur ki, müvafiq maddənin tələbi Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, maddəyə əsasən işə baxış mürəkkəb olardısa, maksimum 6 ay ərzində baxılıb yekun məhkəmə aktı qəbul edilməli idi. Məhkəmə isə təxminən 11 ay sonra, yəni qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddəti ötürməklə qətnamə qəbul etmişdir.
22. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.
23. Cavabdehlərin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin cavabdehlərin təqsirinin olmaması ilə bağlı hər hansı sübut təqdim etməməsi ilə bağlı gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Belə ki, cavabdeh - həkim Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, «...perforasiya başqa bağırsaqda olub, stent isə düz bağırsağa qoyulub. Əməliyyat zamanı şəkillərdə də bu görülüb....» Cavabdeh3 mərhum xəstənin ikinci əməliyyatını yəni, açıq əməliyyatı həyata keçirən şəxsdir və əməliyyat zamanı o açıq aşkar şəkildə stendin düz bağırsağa qoyulduğunu, perforasiyanın (bağırsaq divarlarının dəlib-keçən zədələnməsi) isə digər bağırsaqda olduğunu müşahidə etsə də, onun izahatına məhkəmə tərəfindən düzgün qiymət verilərək sübut kimi qiymətləndirilməmişdi r. Əksinə, məhkəmə sübut kimi yalnız ekspert rəyini əsas götürmüş, ekspert rəyinin isə yalnız tibbi sənədlər əsasında verildiyini, mərhumun ekshumasiya edilmədiyini nəzərə almamışdır. Məhkəmə öz qətnaməsində iddia tələbinin “Cavabdeh3 ilə bağlı” hissəsinə münasibətdə qeyd edir ki, həkim Tərxan Yusifov tərəfindən həyata keçirilmiş əməliyyat zərurət nəticəsində edilməklə həkimin peşə riski ilə bağlı olduğundan və onun tərəfindən tibb normativlərin tələblərinin pozulması halları müəyyən edilmədiyindən, iddia tələbi ona münasibətdə əsaslı deyil və təmin edilə bilməz. Bu əsaslanmanın ziddinə isə məhkəmə xəstə tərəfindən Cavabdeh3 əməliyyatı həyata keçirməsi üçün ödədiyi 1789 manat pul vəsaitini digər cavabdehlərdən əsassız olaraq tutulması qənaətinə gəlmişdir. Halbuki iddiaçı iddia ərizəsində 1 789 manat pul vəsaitinin məhz Cavabdeh3 əməliyyatı həyata keçirməsi üçün ödədiyini qeyd edir. İşin halları ilə müəyyən edilir ki, xəstə Cavabdeh1nə onkoloji xəstəliyi ilə bağlı müraciət etməmişdir. İddia ərizəsində qeyd edildiyi kimi, tibbi xidmətin qeyd edilən xəstəxanada daha yaxşı olduğuna inandığı üçün konstitusion hüququndan istifadə edərək öz seçdiyi xəstəxanaya müraciət etmişdir. Xəstəxana və həkimlər isə müraciət edən xəstəyə şikayətinə uyğun xidmət göstərərək, öz vəzifə borclarını yerinə yetirmişlər. Ekspert rəylərindən də məlum olur ki, xəstəyə düzgün diaqnoz qoyularaq xəstəliyinə uyğun tibbi xidmət göstərilmişdir. Bu halda iddiaçıya nə maddi ziyan, nə də mənəvi ziyan vurulmamışdır. Xəstə həkim səhlənkarlığı və ya digər təqsiri ucbatından ölməmişdir. Lakin məhkəmə qərar qəbul e dərkən işin bu hallarına səthi yanaşmışdır, maddi hüquq normalarının pozulması ilə müşayiət edilən qətnamə qəbul edilmişdir. İş üzrə bir neçə ekspert rəyi olmasına baxmayaraq, həmin rəylərin natamam olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Xəstənin konkret hansı səbəbdən ölməsi, onun ölümü ilə cavabdehlərin göstərdiyi tibbi xidmətlər arasında hər hansı səbəbli əlaqənin olub-olmaması, zərərin nədən ibarət olması müəyyən edilməmişdir. Lakin məhkəmə bu halları nəzərə almamış və əlavə ekspertiza təyin etməmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2769/2025 saylı, 2 may 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-131/20 25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov).
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, zərərvuranın üzərinə zərərin onun təqsiri üzündən baş vermədiyini sübutetmə yükü qoyulub. Lakin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 zərərin onların təqsiri üzündə vurulmadığını sübut edə bilmirlər. Ekspert rəyləri ilə müəyyən olunub ki, tibb işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirməyiblər.
26. Birinci instansiya məhkəməsi maddi zərərin əvəzi kimi 6.179 manat pulun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Belə ki, tibbi xidmət göstərilməsi üçün ümumilikdə 6.179 manat ödəniş həyata keçirilib. Həmin öd əniş lazımi səviyyədə tibbi xidmət göstərilməsi məqsədilə edilib, lakin lazımi səviyyədə tibbi xidmət göstərilməyib. Odur ki, Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə, tibb müəssisəsində tibbi xidmət üçün çəkilmiş xərc zərər anlayışı ilə əhatə olunur.
27. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi kimi 10.000 manat pulun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Belə ki, tələb edilən bütün ödənişlərin edilməsinə baxmayaraq, iddiaçının anasına lazımi səviyyədə tibbi xidmətin göstərilməməsi iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirməklə mənəvi zərər çəkmişdir. Məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında verilən şərhlərə əsaslanaraq hesab edir ki, mənəvi zərərin əvəzinin 10.000 manat müəyyən edilməsi ağlabatandır.
28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 41, Mülki Məcəlləsinin 21.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin olunmasını xahiş etmişdi r.
30. İddiaçının kassasiya şikayəti belıə əsaslandırılmışdır ki, onun anası həkimlərin səhlənkarlığı səbəbindən dünyasını dəyişmişdir. Ana, övladı üçün əvəzsiz bir varlıqdır və onun itkisi iddiaçı üçün mənəvi baxımdan ölçüyəgəlməz bir zərbə olmuşdur. Bu hadisə onun psixoloji vəziyyətinə, gündəlik həyatına və sosial münasibətlərinə ciddi təsir göstərmişdir. İddiaçı anasını bir daha geri qaytara bilməz, lakin məhkəmə qərarında mənəvi zərərin dəyərini düzgün qiymətləndirməməklə, onun çəkdiyi ağrı və iztirabları gözardı edir. Məhkəmə bu məbləği müəyyən edərkən, yalnız formal yanaşmamalı, insan həyatının əvəzsiz olduğunu nəzərə almalıdır. Həkim səhlənkarlığı nəticəsində həyatını itirən bir insanın dəyəri 10,000 manatla ölçülə bilməz. Bu məbləğ nə iddiaçının yaşadığı ağrını azaldır, nə də cəm iyyətə səhiyyə sistemində daha diqqətli olmağın vacibliyini xatırladır. Birinci instansiya məhkəməsi mənəvi zərərin məbləğini müəyyən edərkən, apellyasiya instansiyası məhkəməsi isə həmin məbləğin ağlabatan olması qənaətinə gələrkən bu məbləğin həcmini əsaslandırmamışlar. Analoji iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli e-2(006)-1979/2023 nömrəli qətnaməsi ilə iddiaçının atasının ölümü ilə iddiaçıya vurulmuş mənəvi zərərin məbləği 30000 manat müəyyən edilmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq olaraq 11 dekabr 2023-cü il tarixli, 2(103)-6823/2023 nömrəli qətnaməsi və xx.xx.2024-ci il tarixli, 2(102)-1393/2024 nömrəli qərarı ilə mənəvi zərər məbləği 30000 manat olaraq qüvvədə saxlanılmışdır. Qeyd edilməlid ir ki, oxşar hüquqi və faktiki hallarda fərqli hüquqi nəticələrə gəlinməsi, Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş hüquq bərabərliyinin pozulmasına gətirib çıxarır. Bərabərlik hüququ pozulduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın təmin edilməyən hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
31. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 (vəkil Nümayəndə) birgə kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.
32. Cavabdehlərin kassasiya şikayəti onların apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişsir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor maları pozulmuşdur. Apellyasiya məhkəməsi ümumiyyətlə şikayətin dəlillərini istinad edilən maddi hüquq normalarının pozulması baxımından lazımınca tədqiq etməmiş və qiymətləndirməmişdir. İş üzrə bir neçə ekspert rəyi olmasına baxmayaraq, həmin rəylərin natamam olması məhkəmə tərəfindən nəzərə alınmamış, xəstənin konkret hansı səbəbdən ölməsi, onun ölümü ilə cavabdehlərin göstərdiyi tibbi xidmətlər arasında hər hansı səbəbli əlaqənin olub-olmaması, zərərin nədən ibarət olması müəyyən edilməmişdir. Lakin məhkəmə bu halları nəzərə almamış və əlavə ekspertiza təyin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
34. Maddə 41 (1-ci hissəs). Hər kəsin sağla mlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
35. Maddə
59. Ttibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
38. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
40. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
41. Mad də 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
42. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 20 20-ci il tarixli qərarı a) Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. b) Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusu nun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. c) Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. d) Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təm in etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. e) Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. f) Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. g) A na və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. h) Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
44. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı Bənd
9. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəs ində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Bənd
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında sə bəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bənd
10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
55. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətlərinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etd iyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
56. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
57. İddia tələbi, iddiaçının valideynini itirməsi nəticəsində məruz qaldığı mənəvi zərərin ödənilməsi barədədir.
58. Məhkəmələr tərəfindən müəyyən olunan işin mahiyyəti üzrə həll olunması üçün əhəmyyətli olan faktik halları qərarın 1-2 və 15-ci paraqraflarında əksini tapmışdır.
59. İddiaçının mənəvi zərərə uğraması mübahisələndirilmir. İşin mabahisələndirilən hallarından biri, təzminatın məbləği ilə bağlıdır.
60. Qeyd olunmalıdır ki, mənəvi təzminatın təyinatı - hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir (§ 43, b).
61. Bu baxımdan iddiaçının “həyatını itirən bir insanın dəyəri 10.000 manatla ölçülə bilməz” dəlili əsassızdır.
62. Mənəvi zərərin miqdarı bir standart olmayıb, hər bir işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır (§ 44).
63. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir.
64. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqaz idd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir.
65. Buna görə də iddiaçıya ödənilməli olan təzminatın miqdarı, məhz bu ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsinə bərabər olmalıdır.
66. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də bu meyarlar əsasında işin hallarına qiymət vermiş və qanunauyğun təzminat müəyyən etmişdir.
67. Cavabdehlərin tibbi xidmətin qüsurlu olmadığı, iddiaçının anasına klinikada göstərilən xidmət zamanı qaydalara riayət olunmasının müəy yən edilməsi üçün lazımi araşdırma aprılmadığı barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası bildirir ki, bu dəlillər əsassızdır. Çünki İddiaçı anası X3 ölməsi faktı üzrə Bakı şəhəri Xətai rayon prokurorluğunda cinayət işi başlanmış və istintaq zamanı Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və X6” tərəfindən verilmiş 213/KEŞ saylı xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının anasının vəziyyətinin ağırlaşmasına səbəb onda klassik boşluqlu orqan perforasiyasına xarakterik simptomların olmasına baxmayaraq cərrahın baxışı endoskopik stent taxılma əməliyyatından ≈15 saat sonra həyata keçirməsi, endoskopik stent qoyulması zamanı bağırsağın perforasiyası, xəstənin cərrahiyyə əməliyyatına gec götürülməsi, aparılmış cərrahiyyə əməliyyatının adekvat olmaması nəticəsində xə stənin vəziyyətinin daha da ağırlaşmasına və davam edən peritonit fonunda inkişaf edən endogen intoksikasiyaya, orqan çatmamazlığına gətirib çıxarmışdır. Bunlar vaxtında və tam həcmdə yerinə yetirilmiş olsa idi, baş vermiş ölümün qarşısının alınması imkanı çox olardı. Bu da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilir.
68. İddiaçının məhkəməyə təqdim etdiyi həmin rəylə cavabdehlər razılaşmadığına görə məhkəmənin qərardadı ilə komisyon ekspertiza təyin edilmiş və “Məhkəmə-Tibbi Ekspertiza və X6”nin 689/KEŞ saylı xx.xx.2024-cü il tarixli komisyon ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının anasına "Köndələn çənbər bağırsağın blastoması İV dǝrǝcǝ. Kəskin bağırsaq keçməməzliyi" diaqnozu düzgün təyin edilmiş, endoskopik yolla keçməməzlik nahiyəsinə stentin taxılması əməliyyatının aparılmasına tibbi göstəriş olmuş, lakin əməliyyat texniki cəhətdən qüsurla icra edilmişdir. Belə ki, tibbi müdaxilə zamanı perforasiya baş vermişdir. Bağırsaqda infiltativ toxumalar olduğu halda stent taxılma əməliyyatı ehtiyatla aparılmalıdır. Tibbi müdaxiləni icra edən həkim törəmə nahiyəsinin infiltrativ olmasını nəzərə almamış və həmin nahiyəyə stent qoyulan zaman infiltrativ nahiyədə perforasiya baş vermişdir. Bağırsağın perforasiyası baş verdikdə təxirəsalınmaz əməliyyat dərhal aparılmalı idi. İddiaçının anasının vəziyyətinin ağırlaşmasına səbəb onda klassik boşluqlu orqan perforasiyası ilə əlaqədar xarakterik simptomlarının olmasına baxmayaraq cərrahın baxışı endoskopik stent taxılma əməliyyatından 15 saat sonra həyata keçir ilmiş, endoskopik stent taxılma zamanı bağırsağın perforasiyası, xəstənin cərrahiyyə əməliyyatına gec götürülməsi, aparılmış cərrahiyyə əməliyyatının adekvat olmaması nəticəsində xəstənin vəziyyəti daha da ağırlaşmış və davam edən peritonit fonunda inkişaf edən endogen intoksikasiyaya, orqan çatmamazlığına gətirib çıxarmışdır. "X9"ndə xx.xx.2022-ci il tarixdə iddiaçının anasının üzərində icra edilmiş cərrahiyyə əməliyyatı qüsurlu yerinə yetirilmişdir.
69. Cavabdeh tərəfindən etiraz dəlillərinin yoxlanması üçün məhkəmə tərəfindən yenə ekspertiza təyin edilmiş və “Məhkəmə-Tibbi Ekspertiza və X6”nin verdiyi 1041/KEŞ saylı xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, bağırsaq nahiyəsinə endoskopik stent qoyulması zamanı perforasiyanın baş vermə faizi (ehtimalı) 7-20% təşkil edir. İddiaçının anasına "X9"ndə stendin qoyulması əməliyyatı zamanı əvvəlcədən aparılmış KT müayinəsində qeyd edilən törəmə nahiyəsinin infiltrativ olmasını qastroenteroloq həkim nəzərə almadan stent qoyulan zaman həmin infiltrativ nahiyənin perforasiyası baş vermişdir. Bu da perforasiya baş verən nahiyə ilə üst-üstə düşür.
70. Nəzərə alınmalıdır ki, müalicənin düzgün aparılmasının müəyyən edilməsi xüsusi bilik tələb edir və işə baxmış məhkəmələr də tibbi xidmətin qüsurlu olub olmadığını məhz xüsusi biliyə mallik olan ekspertlər tərəfindən verilmiş rəylər əsasında müəyyən etmişdir. Məhkəmələr bu rəylərin mötəbərliyini, işə aidliyini təhlil edərək qiymətləndimiş və sübut kimi qəbul etmişdir. Cavabdeh tərəf bu rəylərin mötəbərliyinə şübhə etməyə əsas verən hər hansı sübut təqdim etməmiş, f ormal mülahizələrdən ibarət dəlillər irəli sürmüşdür.
71. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
72. Kassasiya şikayətlərinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşd ırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kas sasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 may 2025-ci il tarixli, 2(103)2769/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.