Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2891/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı, icra icraatının məcburi dayandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9279/2022 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə 04 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Daşınmaz əmlakın dövlət reyestrində Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23A/8 nömrəli evin 3 otaqlı 51 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. 2. "xxxx" ASC-nin cavabdehlər X4 və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-936/2018 saylı xx.xx.2018 qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş dir. 3. "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri üzrə icra idarəsinə, tələbkar "xxxx" ASCyə, borclular X1, İddiaçı bildirişlər göndərilmiş, hərrac təşkilatı tərəfindən həm borclu, həm tələbkara ilkin və təkrar hərracların keçirilməsi barədə rəsmi məlumatlar verilmişdir.
4. Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, iş üzrə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul olunması barədə məlumat şöbənin icraatına daxil olmadığından hərracın dayandırılması mümkün deyildir.
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsinin icrası ilə İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (Köhnə) yerləşən 23A/8 saylı evin 51 saylı mənzili ilkin satış qiyməti 75.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 47.813 manata "xxxx" ASC-yə təklif olunmuşdur. Hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli, Y136 №-li protokola və alqı-satqı müqaviləsinə əsasən mənzili 47813 manata "xxxx" ASC tərəfindən əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələri haqqında Y-136 nömrəli xx.xx.2019-cu il tarixli və Y-140 nömrəli xx.xx.2019-cu il tarixli protokolların və hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə eyni tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbinin əsası kimi qeyd etmişdir ki, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almadığı vaxtlarda cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli bildirişlər göndərilmiş, xx.xx.2019-cu il tarixli bildirişdə qeyd edilmişdir ki, Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinin 58 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən aşağıda göstərilən əmlaklar açıq hərraca çıxarılmışdır:
1. Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 23A/8, mənzil 51, əmlakın ilkin satış qiyməti 75.000 manat;
2. Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 23A/8, mənzil 42, əmlakın ilkin satış qiyməti 80.000 manat. Bundan başqa, xx.xx.2019-cu il tarixli bildirişdə qeyd edilmişdir ki, Binəqədi rayon İcra və Probasiya şöbəsinin 17/68- 5294- 30 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən aşağıda göstərilən əmlak satılmaq üçün açıq hərraca çıxarılmışdır: Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 57, mənzil 34, əmlakın ilkin satış qiyməti 110.000 manat. Qətnamənin qanuni qüvvəsini almadığı və qətnamədən apellyasiya instansiya məhkəməsinə şikayət verildiyindən cavabdehə, Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinə və Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə rəsmi qaydada məlumat verilərək bildirilmişdir ki, qətnamədən apellyasiya şikayəti verildiyindən hərracın keçirilməsinin dayandırılmalıdır. Göstərilənlərə baxmayaraq cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə h ərraclar keçirilmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında izahat vermiş cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hərrac yalnız iki halda keçirilməyə bilər. Məhkəmə qərarı ilə hərrac dayandırıldıqda və yaxud sifarişçi olan təşkilat icra və probasiya şöbəsi tərəfindən hərracın dayandırılması barədə məktub verildikdə. Nə məhkəmə qərarı, nə də belə bir məktub onlara daxil olmadığına görə hərrac keçirilmişdir. Hərrac qanunun tələblərinə uyğun, tərəflərə məlumat verməklə və mətbu orqanda dərc edilməklə keçirilmişdir. Bu səbəbdən qaldırılan iddianı əsassız hesab etmiş və məhkəmədən onun rədd edilməsini xahiş etmişdir.
9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-753/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia tələbləri təmin edilməmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hərrac təşkilatı icra məmurunun sifariş əsasında hərracı keçirdiyi üçün yalnız sifarişçinin ona ünvanlandığı tələbləri yerinə yetirməkdə məsuldur. Yəni nə tələbkarın, nə də borclunun tələbi və ya xahişi ilə hərracın keçirilməsinin dayandırılması qanunla müəyyən edilməmişdir. Hərrac o halda qanunsuz hesab edilə bilər ki, o, mülki qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilsin. Lakin iş materiallarından və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hərrac təşkilatına hərracın keçirilməsinin dayandırılması ilə bağlı sifarişçi tərəfindən hər hansı məktub daxil olmamışdır. Məhkəmə eyni zamanda onu qeyd edir ki, icra məmuru tərəfindən hərrac təşkilatına hərracı n dayandırılması üçün heç bir əsas da olmamışdır. Belə ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iş üzrə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul olunması barədə məlumat şöbənin icraatına daxil olmadığından hərracın dayandırılmasının mümkün olmaması bildirilmişdir. Məhkəmə hesab etmişdir ki, sifarişçi tərəfindən hərracın keçirilməsinin dayandırılması ilə bağlı hərrac təşkilatına hər hansı məktub göndərilmədiyi üçün, eyni zamanda hərrac təşkilatının ipoteka qoyanın tələbi ilə hərracın dayandırılması qanunla müəyyən edilmədiyindən, iddiaçının hərracların etibarsızlığı ilə bağlı tələbi əsassızdır və təmin edilməməlidir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi “İpote ka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 42.1-ci maddələrinə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli halları tam və hərtərəfli araşdırmadan tələsik qətnamə çıxarmışdır. Qətnamə qanuni qüvvəsini almadan icra şöbələri hərracın keçirilmələri barədə qanunsuz sifariş etmiş, cavabdeh tərəfindən keçirilmiş qanunsuz hərracda isə Y-136 nömrəli 1 may 2019-cu il tarixli və Y-140 nömrəli, 08 may 2019-cu il tarixli protokollar və hərracın y ekunları üzrə əmlakların alqı-satqısı barədə 01 may 2019-cu il və 08 may 2019-cu il tarixli müqavilələr bağlanmışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2105/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
16. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 34.1.1, 41.1, 41.2, 41.3, 41.5, 42.1, 42.5, 42.6, 42.3, 43.4, 43.8-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1, 62.2-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarına istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4503/2021 saylı, 16 iyul 2021-ci il tarix li, qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Ə.Əhmədov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən hərrac onun keçirilməsi üçün əsas olan mülki iş üzrə məhkəmə aktı qanuni qüvvəsini almadan keçirilmişdir. Hərracın nəticələrinə dair müqavilələr qeyd olunan iş üzrə kassasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından əvvəl bağlanmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan hərrac barədə bildirişlərin göndərilməsi, “Market” qəzetində elan verilməsi və hərrac keçirilməsi “İcra haqqında” Qanununun yuxarıda qeyd edilən tələblərinə uyğun deyildir.
21. Məhkəmə gəldiyi nəticəni n hüquqi əsası kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci və 18-ci maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. İşə təkrar apellyasiya qaydasında baxan apellyasiya instansiyası məhkəməsinin 2(103)-9279/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci və 18-ci maddələrinə istinadən hesab etmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya və ka ssasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalı olduğu halda dayandırılmamış, "xxxx" tərəfindən qanuni qüvvəyə minməmiş qətnamə əsasında hərraclar keçirilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. Üçüncü şəxs "xxxx" ASC (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mövqeyini düzgün əsaslandırmamış, iş üzrə sübutlara düzgün qiymət verməmişdir. Belə ki, hazırkı iş üzrə qanunvericilikdə müəyyən edilmiş hərracın keçirilmə qaydaları pozulmamışdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallar və tərəflərin qarşılıqlı münasibət lərin uyğun əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan R espublikasının Qanunu
28. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
29. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
30. Maddə 42.3. Hərracın təşkilatçı, və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 17.1.7. İcr aatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsas landırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktının qanuniliyi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9279/2022 nömrəli mülki iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.