Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2894/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliklərin icra edilməməsi. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1884/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməs indən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1223/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin (hazırki adı İddiaçı ASC) cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və s.” iddia tələbi təmin edilərək, cəmi 53521 manat pulun tutulması qət edilmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş və xx.xx.2020-ci il tarixli icra vərəqəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə (bun dan sonra- cavabdeh və ya İcra şöbəsi) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə dəymiş zərərin əvəzi olaraq 19.178,36 manat pul vəsaitinin və 148 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1223/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin (hazırkı adı İddiaçı ASC) cavabdehə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilərək, Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, iddiaçının hesabından tutulmuş 3.500 manat məbləğində icra ödənişi və 50.021 manat olmaqla, cəmi 53.521 manat pul vəsaitinin tutul araq iddiaçıya qaytarılması vəzifəsinin Nəsimi rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5957/2019 nömrəli qətnaməsi ilə Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1223/2019 saylı qətnaməsi, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)-8023/2019 saylı qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2020-ci il tarixdə icra vərəqəsi verilmişdir. İcra vərəqəsinin icrası ilə bağlı Nəsimi rayon İcra və Probasiya şöbəsinə və digər orqan lara dəfələrlə müraciət olunmasına baxmayaraq, Nəsimi rayon İcra şöbəsi tərəfindən icra sənədinin icrası təmin olunmamışdır. Nəsimi rayon İcra və Probasiya şöbəsi qanunsuz və əsassız olaraq icra sənədinin icrasından boyun qaçıraraq, banka ödəməli olduğu 53.521 manat pul məbləği barədə qərarı icra etməməklə və həmin vəsaiti özündə saxlamaqla iddiaçıya 19.178,36 manat məbləğində zərər vurmuşdur. Belə ki, iddiaçıya AZN valyutasında saxlanılan pul vəsaitlərinə (əmanətlərə) illik 10% olmaqla əmanət faizi hesablanır. Vurulmuş zərərin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Nəsimi rayon İcra şöbəsinə KBD-6601 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir.
5. Cavabdeh İcra Şöbəsinin böyük icra məmuru X1 işə məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək, onun əsassız olmasını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
6. Cavabdehin nümayəndəsi X2 məhkəmə baxışı iclasında bildirmişdir ki, iddia ərizəsində qeyd edilən hallar tamamilə əsassızdır. Belə ki, məhkəməyə ünvanlanmış yazılı etirazda da qeyd olunur ki, iddiaçı alıcı kimi aldığı əmlak barədə ətraflı məlumatı olmuşdur. Вundan əlavə iddiaçı alqı-satqı müqaviləsi bağlanan zaman sözügedən əmlakı satın alıbalmamaq kimi hüququndan istifadə etmək hüququna malik olub. İddiaçını hal-hazırda mübahisələndirilən mənzili almağa heç kəs məcbur etməyib. Оnа görə də iddiaçı məlumatlı olduğu halları yaxşı bilərək iradəsini formalaşdırmış və alqı-satqı müqaviləsini imzalamağa razılığını ifadə edib. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edilmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan son ra – birinci instansiya məhkəməsi) 2(006)-4645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Abidova) iddia qismən təmin edilmiş, 9.775 manat və 76 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bank xx.xx.2020-ci il tarixdə verilmiş “İcra vərəqəsi” üzrə borclu olduğu məbləğin ödənilməsi cavabdeh İcra Şöbəsi tərəfindən gecikdirildiyindən gecikdirilmiş məbləğə illik 5% ilə hesablanmış pul məbləğini cavabdehdən ödənilməsini tələb etməyə hüququ vardır. “İcra vərəqəsi” xx.xx.2020-ci il tarixdə verildiyindən və iddiaçı hazırkı iddia ərizəsini xx.xx.2023-cü il tarixdə verdiyindən məhkəmə hesab edib ki, cavabdeh Şöbə tərəfindən borc məbləğinin gecikdirildiyi 1315 gün üçün icra sənədi üzrə tələb olunan məbləğə hesablanmış 5%, yəni (53.521 manat x 5%/360 gün x 1.315 gün=) 9.775 manat məbləğində pul həmin Şöbədən Bankın xeyrinə tutulmalıdır.
9. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Мəсəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 425.1, 442, 443.1, 445.1, 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 15.2, 76.1-76.2, 77.1, 80, 88, 106.1, 217.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İcra Şöbələrinin özlərinə məxsus vəsaitləri yoxdur, icra xidməti icra məmurla rının xüsusi fonduna daxil olan vəsaitlər üzərində sərəncam verilməsi isə icra xidmətinin özünün səlahiyyətlərinə aid deyil. Özünün hər hansı gəlirləri, vəsaiti olmayan (və olması da istisna edilən), xərclənməsi və üzərində sərəncam verilməsi konkret dövlət orqanları tərəfindən müəyyən edilən və həyata keçirilən, dövlət büdcəsi və xüsusi fonda daxil olan vəsaitlər hesabına maliyyələşən icra orqanından “öhdəliyin icrasının gecikdirilməsinə görə pul tələbinə dair” iddianın hazırki iş üzrə cavabdeh kimi cəlb edilmiş İcra Şöbəsindən tələb edilməsi və məhkəmə tərəfindən də müvafiq araşdırma aparılmadan, həmin pulun tutulmasına dair qətnamə qəbul edilməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Hazırki işdə dövlət büdcəsinin və üzərində sərəncam verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə hesabat verilməklə həyata keçirilən vəsaitlərin tutulması ilə bağlı münasibətlərdə Azərbaycan Respublikasının səlahiyyətlərini Mülki Məcəllənin 43.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi həyata keçirə bilərdi və cavabdeh qismində də həmin nazirliklər çıxış edə bilərdi.
12. İşə apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra – üçüncü şəxs və ya Maliyyə Nazirliyi) qismində mülki işin baxılmasına cəlb edilmişdir.
13. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya baxışı iclasında şikayətin dəlillərinə etiraz etdi və ərizənin məzmununa, habelə rayon məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qə tnamənin əsaslarına uyğun izahat verdi.
14. Maliyyə Nazirliyinin nümayəndəsi X3 apellyasiya baxışı iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və bildirdi ki, icra sənədində dövlət büdcəsinin hər hansı öhdəliyi müəyyən edilməmişdir. Maliyyə Nazirliyi iddiaya cavab verməli şəxs ola bilməz.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1884/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), F.Talışinski və A.İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, icra vərəqəsi xx.xx.2020-ci il tarixdə tə rtib edildiyindən cavabdeh tərəfindən borcun gecikdirilməsi üçün hesablanmış 5%, yəni 9775 manat pulun iddiaçının xeyrinə cavabdehin tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Maddi hüquq normalarının tələblərinin hazırki mülki mübahisənin həllinə tətbiqi nəticəsində “İcra vərəqəsi” üzrə borclu olduğu məbləğin ödənilməsi cavabdeh İcra Şöbəsi tərəfindən gecikdirildiyindən iddiaçı Bankın gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% ilə hesablanmış pul məbləğini cavabdehdən tələb etməyə hüququ vardır.
17. Apellyasiya instansiyası məhkəməsi həmçinin gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə Bank ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibəti mövcud deyil, Maliyyə Nazirliyinin vəzifəli şəxsləri Banka münasibə tdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının “hərəkətlərin qanunsuz hesab edilməsi və sair” tələbinə dair iddiası təmin edilərək, həmin Şöbənin hərəkətləri qanunsuz hesab edilməklə, cəmi 53.521 manat pul vəsaitinin tutularaq iddiaçıya qaytarılması vəzifəsinin Şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamə yuxarıda instansiya məhkəmələrinin baxışı predmeti olmuş və dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 129, Mülki Məcəllənin 15.2, 385.1, 425.1, 442, 443.1, 445.7, 448.1-ci, MPM-in 14.2, 77.1-ci, “İcra haqqında” Qanununun 7 8.3-cü maddələrinə, “Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilərək iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin müvafiq tələbinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu halda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirir.
22. Cavabdeh həmçinin qeyd etmişdir ki, hazırki işdə əldə edilməyə cəlb edilən maddi nemət pul məbləği İcra Şöbəsi tərəfindən əldə edilməmişdir və bu səbəblə cavabdehdə mövcud olmayan maddi nemətin iddiaçı tərəfindən İcra Şöbəsindən tələb edilməsi üçün subyektiv hüququnun olmadığı aşkardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasay dı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 399.1. Müqavilə bağandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mal larda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
30. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi i cra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
31. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya inst ansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işə əvvəllər kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilmiş, tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 aprel 2024-cü il tarixli, 2(103)1884/2024 saylı nömrəli qətnaməsi dəyişdirilmdən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.