Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2895/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 6 saylı Beyləqan Ərazi İdarəsi, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı; müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərrac protokollarının ləğv edilməsi, müqavilələrin etibarsız hesab edilməsi tələbləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Ə zizağa oğlu və X2 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-416/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh İddiaçı MMC-dən əsas borca görə 1.971.620,44 manat, faiz borcuna görə 234.614,31 manat, cərimə borcuna görə 14.**0,0 manat - cəmi 2.220.234, 55 manat tutulub Cavabdeh2 ASC-yə verilməsi; BPŞ PKP 018/2014 saylı plasti k kart müqaviləsi üzrə X4 5421,23 manat əsas borc, 223,37 manat faiz borcu, cəmi 5644,60 manat və 1,83 Avro tutulub Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi; ipoteka və girov predmeti olan X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr-ti, ev 74-də yerləşən 34 və 35 nömrəli mənzillər, X6 mülkiyyətində olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha; 2,33 ha; 3,30 ha; 2,8996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, “Taleh” ATSC-nin mülkiyyətində olan İmişli şəhəri, H.Əliyev prospekti, 1-də yerləşən əmlak kompleksi kimi müəssisə, İddiaçı MMC-nin mülkiyyətində olan Elevator avadanlığı -Feddtech Makine (xx.xx.2014-cü il tarixli 455368 nömrəli hesab faktura), Elevator avadanlığı - Feddtech Makine (xx.xx.2015-ci il tarixli 455524 nömrəli hesab faktura), Elevator avadanlığı - Feddtech Makine (xx.xx.2014-cü il tarixli 455446 nömrəli hesab faktura), 2 set of grain storage and handling equipment (iki dəst taxıl saxlama və daşıma avadanlığı) – Altuntas (xx.xx.2014-cü il tarixli 166694 nömrəli hesab faktura) və 2 set of qrain storages silos and handling equipment (iki dəst taxıl saxlama siloları və daşıma avadanlığı) – Altuntas (xx.xx.2014-cü il tarixli 166723 nömrəli hesab faktura) avadanlıqların açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait X9 və İddiaçı MMC-nin Cavabdeh2 ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi; ipoteka predmeti olan X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr-ti, ev 74-də yerləşən 34 və 35 nömrəli mənzillərin hər birinin ilkin satış qiyməti 88.**0,0 manat məbləğində, X6 mülkiyyətində olan İmişli rayo nu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 14.**0,0 manat, 2,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 23.**0,0 manat, 3,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 33.**0,0 manat, 2,8996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 29.**0,0 manat məbləğində, “Taleh” ATSC-nin mülkiyyətində olan İmişli şəhəri, H.Əliyev prospekti, 1-də yerləşən əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 570.**0,0 manat məbləğində, İddiaçı MMCnin mülkiyyətində olan Elevator avadanlığı - Feddtech Makine (xx.xx.2014-cü il tarixli 455368 nömrəli hesab faktura) üzrə ilkin satış qiyməti 147.5**,0 manat, Elevator avadanlığı - Fedddtech Makine ( xx.xx.2015-ci il tarixli 455524 nömrəli hesab faktura) üzrə ilkin satış qiyməti 112.299,0 manat, Elevator avadanlığı- Fedddtech Makine (xx.xx.2014-cü il tarixli 455446 nömrəli hesab faktura) üzrə ilkin satış qiyməti 162.8**,0 manat, 2 set of grain storage and handling equipment (iki dəst taxıl saxlama və daşıma avadanlığı) – Altuntas (xx.xx.2014-cü il tarixli 166694 nömrəli hesab faktura) üzrə ilkin satış qiyməti 410.8**,0 manat və 2 set of qrain storages silos and handling equipment (iki dəst taxıl saxlama siloları və daşıma avadanlığı) - Altuntas (xx.xx.2014-cü il tarixli 166723 nömrəli hesab faktura) üzrə ilkin satış qiymətinin 410.8**,0 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
3. İmişli rayon İPŞ-nin xx.xx.2018-ci il tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tari xli 2(106)-142/2018 saylı icra sənədi üzrə icraat başlanmışdır.
4. İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı məktubu ilə verilmiş sifarişə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra sənədi ilə X6 mülkiyyətində olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha, 2,33 ha, 3,30 ha və 2,8996 ha torpaq sahəsi, İddiaçı MMC-nin mülkiyyətində olan Elevator avadanlığı - Feddtech Makine, Elevator avadanlığı - Feddtech Makine, Elevator avadanlığı - Feddtech Makine, 2 set of grain storage and handling equipment (iki dəst taxıl saxlama və daşıma avadanlığı) –Altuntas və 2 set of qrain storages silos and handling equipment (iki dəst taxıl saxlama siloları və daşıma avadanlığı) – Altuntas avadanlıqları satılmaqdan ötrü "xxxx" MM C tərəfindən təşkil edilmiş hərraca çıxarılmışdır.
5. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 03 nömrəli Protokola əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 14.**0,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 11.9**,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 8.925,0 manat olan X8 məxsus olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
6. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 04 nömrəli Protokola əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 23.**0,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 19.550,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 14.662,0 manat olan X8 məxsus olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 2,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
7. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 05 nömrəli Protokola əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2 018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 29.**0,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 24.650,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 18.487,0 manat olan X8 məxsus olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 2,8996 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
8. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 06 nömrəli Protokola əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 sa ylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 33.**0,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 28.050,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 21.037,0 manat olan X8 məxsus olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 3,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
9. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 07 nömrəli Protokola əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 147.5**,0 manat ilkin satış qiymət i ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 125.375,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 94.031,0 manat olan İddiaçı MMC-yə məxsus olan Elevator avadanlığı - Feddtech Makine ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
10. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 08 nömrəli Protokola əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 112.229,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 95.454,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 71.590,0 manat olan İddiaçı MMC-yə məxsus olan Elevator avadanlığı - Feddtech Makine ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
11. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 09 nömrəli Protokola əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 162.8**,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 138.380,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 103.785,0 manat olan İddiaçı MMC-yə məxsus olan Elevator avadanlığı - Feddtech Makine ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
12. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 10 nömrəli Protokola əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 410.8**,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 349.180,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 261.885,0 manat olan İddiaçı MMC-yə məxsus olan 2 set of grain storage and handling equipment (iki dəst taxıl saxlama və daşıma avadanlığı) – Altuntas ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
13. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 11 nömrəli Protokola əsasən Şi rvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 410.8**,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 349.180,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 261.885,0 manat olan İddiaçı MMC-yə məxsus olan 2 set of grain storage silos and handling equipment (iki dəst taxıl saxlama siloları və daşıma avadanlığı) – Altuntas ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
14. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)142/2018 saylı icra v ərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 21.037,0 manata təklif edilən İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 3,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
15. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 18.487,0 manata təklif edilən İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 2,8996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
16. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 14.662,0 manata təklif edilən İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 2,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
17. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)142/2018 saylı icra vərəqəsi üzrə İmişli ray on İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 8.925,0 manata təklif edilən İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha kənd təsərrüfatı tətinatlı torpaq sahəsi ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı MMC cavabdehlər Cavabdeh3, AR ƏM DX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi, Cavabdeh2 ASC və "xxxx" MMC-ə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 tərəfindən göndərilmiş sifarişin qanunsuz hesab edilməsi, 3 ədəd Elevator avadanlığı - Feddtech Makine, 2 set of grain storage an d handling equipment (iki dəst taxıl saxlama və daşıma avadanlığı) – Altuntas və 2 set of qrain storages silos and handling equipment (iki dəst taxıl saxlama siloları və daşıma avadanlığı) - Altuntas avadanlıqlarının satılmasına dair xx.xx.2022-ci il tarixli 7; 8; 9; 10; 11 nömrəli protokolların etibarsız hesab edilməsi, X8 məxsus İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha, 2,33 ha, 2,8996 ha və 3,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hərracda satılması haqqında 3; 4; 5; 6 nömrəli Protokolların etibarsız hesab edilməsi, həmin torpaq sahələrinin Cavabdeh2 ASC tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istin ad etməklə tələbini belə əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)142/2018 saylı icra sənədinin icrası ilə əlaqədar Cavabdeh3 tərəfindən göndərilmiş sifarişdə ipoteka predmeti olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,3711378 ha, 2,33 ha, 2,8996 ha və 3,30 ha torpaq sahələrinin və girov predmeti olan 3 ədəd Elevator avadanlığı - Feddtech Makine, 2 set of grain storage and handling equipment (iki dəst taxıl saxlama və daşıma avadanlığı) – Altuntas və 2 set of qrain storages silos and handling equipment (iki dəst taxıl saxlama siloları və daşıma avadanlığı) - Altuntas avadanlıqlarının satılma qaydası müəyyən edilməmişdir. İpoteka predmeti olan torpaq sahələrinin hərracda satılması “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş qaydada, gir ov predmeti olan avadanlıqların isə hərracda satılması “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməli olduğu halda avadanlıqlar torpaq sahələri ilə birlikdə hərraca çıxarılmış və ipoteka predmetinin hərracda satılması qaydalarına uyğun olaraq ilkin qiyməti əvvəlki hərracda 15 faiz aşağı salındıqdan sonra təkrar hərracda sonrakı qiyməti yenidən 25 faiz düşürülərək tələbkara təklif edilmiş və tələbkarla əmlakın həmin qiymətə əldə olunması haqqında müqavilə bağlanmışdır. Halbuki, avadanlıqlar girov predmetinin hərracda satılması qaydalarına uyğun olaraq ayrıca hərraca çıxarılmalı, ilkin qiyməti əvvəlki hərracda 10 faiz, təkrar hərracda 20 faiz və sonrakı təkrar hərracda 30 faiz aşağı salındıqdan sonra tələbkara təklif edilməli idi. Hərracların keçirilməsi qaydalarına əməl olunmadığından avadanlıqlar ilkin qiyməti təxminən 35 faiz aşağı salınaraq tələbkara təklif edilmiş və tələbkarla əmlakın həmin qiymətə əldə olunması haqqında müqavilə bağlanmışdır. Hərracların keçirilməsi zamanı yol verilmiş qanun pozuntuları nəticəsində İddiaçı MMC-yə dəymiş zərər təxminən 85.**0,0 manat təşkil etmişdir.
20. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdehlər Cavabdeh3 və "xxxx" MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha, 2,33 ha, 2,8996 ha və 3,30 ha torpaq sahələrinin hərracda satılması haqqında 3; 4; 5; 6 nömrəli Protokolların və həmin torpaq sahələrinin Cavabdeh2 ASC tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqavilələrin ləğv edilməsi, torpaq sahəsinin yenidən qiymətləndirərə k hərraca yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddia tələbini belə əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh İddiaçı MMC-dən əsas borca görə 1.971.620, 44 manat, faiz borcuna görə 234.614,31 manat, cərimə borcuna görə 14.**0,0 manat - cəmi 2.220.234, 55 manat tutulub Cavabdeh2 ASC-ə verilməlidir. Həmin məbləğdən təxminən 1.**0.**0,0 manat ödənilərək borcun qalıq məbləği 1.221.**0,0 manat olmuşdur. Ötən müddət ərzində tələbkar Cavabdeh2 ASC-nin razılığı ilə ipoteka ilə yüklü edilmiş torpaq sahələrində aparılmış əsaslı təmir-tikinti işləri və girov qoyulmuş avadanlıqların quraşdırılması hesabına qabaqcıl texnologiyanın tətbiqinə əsaslana n yem istehsalı zavodu qurulmuş və istehsal prosesinə başlanılmışdır. Mülkiyyətində olan İmişli rayonu Qaralar kəndi ərazisindəki ümumi sahəsi 9,9**948,0 ha olan torpaq sahəsi üzərində yerləşən zavodun torpaq sahəsi ilə birlikdə bu günə olan real bazar dəyəri 14.**0.**0,0 manatdan artıq olmuşdur. Qeyd olunan əmlak kompleksinin 1.221.**0,0 manat məbləğində borcla əvəzləşdirilməsi ədalətli olmamışdır. Digər tərəfdən avadanlıqların girov predmeti kimi hərraca çıxarılaraq ilkin qiyməti əvvəlki hərracda 10 faiz, təkrar hərracda 20 faiz və sonrakı təkrar hərracda 30 faiz aşağı salındıqdan sonra tələbkara təklif edilməsi qaydasına əməl edilməməsi nəticəsində İddiaçı MMC-nin təsisçisi kimi ona külli miqdarda maddi zərər dəymişdir.
22. Cavabdeh2 ASC-nin nümayəndəsi X10 iddia tələbini qəbul etməyə rək izahatında göstərmişdir ki, İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı məktubu ilə verilmiş sifarişlə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra sənədinə əsasən X6 mülkiyyətində olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha, 2,33 ha, 3,30 ha və 2,8996 ha, İddiaçı MMC-nin mülkiyyətində olan avadanlıqlar satılmaqdan ötrü "xxxx" MMC tərəfindən təşkil edilmiş hərraca çıxarılmış, əmlakın hərracda satılması qaydalarına uyğun olaraq ilkin qiyməti əvvəlki hərracda 15 faiz aşağı salındıqdan sonra təkrar hərracda sonrakı qiyməti yenidən 25 faiz düşürülərək tələbkara təklif edilmiş və tələbkarla əmlakın həmin qiymətə əldə olunması haqqında müqavilə bağlanmışdır. İddiaçı MMC və X9 hərracın keçirilməsi barədə məlumatlı olduqlar ından hər biri hərracda alıcı kimi iştirak etmək imkanına malik olmuşdur. Hərracın təşkili və keçirilməsi “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri və Mülki Məcəllənin 415-ci maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olmuşdur. İpoteka ilə yüklü edilmiş torpaq sahələrində aparılmış təmir-tikinti işləri hesabına əmələ gəlmiş artıq dəyərlə bağlı olan mübahisə isə tamamilə başqa qaydada həll edilən məsələdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir.
23. Cavabdeh İmişli rayon İPŞ-nin nümayəndəsi X12 izahatında göstərmişdir ki, İmişli rayon İPŞ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra sənədi üzrə icraat başlanmış və verilmiş müddətdə borc məbləği tam şəkildə ödənilmədiyindən İPŞ-nin xx.xx.2021-c i il tarixli 43 saylı məktubu ilə verilmiş sifarişə əsasən X6 mülkiyyətində olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha, 2,33 ha, 3,30 ha və 2,8996 ha, İddiaçı MMC-nin mülkiyyətində olan avadanlıqlar satılmaqdan ötrü "xxxx" MMC tərəfindən təşkil edilmiş hərraca çıxarılmışdır. Hərraca çıxarılan əmlakın ilkin qiyməti əvvəlki hərracda 15 faiz aşağı salındıqdan sonra təkrar hərracda sonrakı qiyməti yenidən 25 faiz düşürülərək tələbkara təklif edilmiş və tələbkarla əmlakın həmin qiymətə əldə olunması haqqında müqavilə bağlanmışdır. Hərraclar keçirilməsi və əmlakın satılması "xxxx" MMC tərəfindən həyata keçirilmiş və nəticələri barədə İmişli İPŞ-ə məlumat verilmişdir.
24. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X13 izahatında göstərmişdir ki, İmişli rayon İPŞ-nin xx.xx.2021-ci i l tarixli 43 saylı məktubu ilə verilmiş sifarişlə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra sənədinə əsasən X6 mülkiyyətində olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha, 2,33 ha, 3,30 ha və 2,8996 ha, İddiaçı MMC-nin mülkiyyətində olan avadanlıqlar satılmaqdan ötrü "xxxx" MMC tərəfindən təşkil edilmiş hərraca çıxarılmışdır. Əmlakın icra sənədində göstərilən ilkin qiyməti əvvəlki hərracda 15 faiz aşağı salındıqdan sonra təkrar hərracda sonrakı qiyməti yenidən 25 faiz düşürülərək tələbkara təklif edilmiş və tələbkarla əmlakın həmin qiymətə əldə olunması haqqında müqavilə bağlanmışdır. Avadanlıqların girov predmeti kimi ayrıca hərraca çıxarılmayaraq “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilm əsi və rəsmiləşdirilməsinin prosedur qaydaları”na uyğun olaraq ilkin qiyməti əvvəlki hərracda 10 faiz, təkrar hərracda 20 faiz və sonrakı təkrar hərracda 30 faiz aşağı salındıqdan sonra tələbkara təklif edilməsi qaydasına əməl edilməməsi İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı məktubu ilə verilmiş sifarişdə bu barədə qeyd olunmaması, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra sənədinin 3-cü abzasında hərracda satılması nəzərdə tutulan əmlakın ipoteka və girov predmeti kimi birlikdə göstərilməsi, 6-cı abzasında isə bütün əmlakın ipoteka predmetinə daxil edilməsi ilə əlaqədar olmuşdur.
25. İmişli Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilmiş 2 avqust 2022- ci il tarixli mütəxəssis rəyinə əsasən X6 mülkiyyətində olan İmişli rayonu Qaralar kəndi ərazisində, ümumi sahəsi 9,9**948,0 ha olan torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisənin torpaq sahəsi ilə birlikdə xx.xx.2022-ci il tarixinə real bazar dəyəri 12.415.**0,0 manat təşkil etmişdir.
26. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(036)1811/2022 nömrəli iş üzrə 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia tələbi təmin edilməmişdir.
27. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı məktubu ilə verilmiş sifarişlə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra sənədinə əsasən X6 mülkiyyətin də olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha, 2,33 ha, 3,30 ha və 2,8996 ha, İddiaçı MMC-nin mülkiyyətində olan avadanlıqlar "xxxx" MMC tərəfindən təşkil edilmiş açıq hərracda “İpoteka haqqında” Qanunun 42, 43 və Mülki Məcəllənin 415-ci maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun şəkildə satılmışdır.
28. Məhkəmə qeyd etmişdir ki, “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur qaydaları”nın 1.15.4-cü bəndinə əsasən avadanlıqların ilkin qiyməti əvvəlki hərracda 10 faiz, təkrar hərracda 20 faiz və sonrakı hərracda 30 faiz aşağı salındıqdan sonra tələbkara təklif edilməsi qaydasına əməl edilməməsi İddiaçı MMC-nin əmlak mənafeyinə toxunsa da, Mülki Məcəllənin 415-ci maddəsində nəzərdə tutulmadığından hərracın etibarsız hesab edilməsi üçün əsas deyil.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414, 415, 416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42, 43-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61, 62-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya insta nsiyası məhkəməsi) 2(106)-416/2023 nömrəli mülki iş üzrə 30 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) İddiaçı MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Məhkəmə göstərilən 9.9**948,0 ha torpaq sahəsinin cavabdeh olan Bank tərəfindən cəmi 63111 manat dəyərində hərracdan əldə edilməsinə heç bir münasibət bildirməmiş, həmin rəyin məhkəmə tərəfindən qəbul edilib-edilməməsinə, torpaq sahələrinin rəydə olan dəyərin (12415**0 manat) 0.5% həcmində (63111 manat) Bank tərəfindən əldə olun masına heç bir hüquqi qiymət verməmişdir.” dəlili ilə bağlı qeyd etmişdir ki, İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha, 2,33 ha, 2,8996 ha və 3,30 ha torpaq sahələrinin və girov predmeti olan avadanlıqlarının likvid dəyəri icra qaydasında aparılmış ekspertiza nəticəsində deyil, məhz Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-142/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Həmçinin oda qeyd olunmalıdır ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, üstəlik birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Birinci instansi ya məhkəməsi üçüncü dəfə hərracın keçirilməsini qətnaməsində qeyd etsə də bu hal iş materiallarında müəyyən olunmamışdır. Həmçinin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətinin dəlilində qeyd etmişdir ki, torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisənin torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 12415**0 manat olan əmlakın 63111 manat Bank tərəfindən əldə olunmasına məhkəmə heç bir hüquqi qiymət verməmişdir. İddiaçı onun ipoteka predmeti olan əmlak kompleksinin 12415**0 manat olduğunu bildirmişdir. Qətnamənin qanunsuz olmasını şikayətinin bu dəlili ilə əsaslandırmışdır. Kollegiya apellyasiya şikayətlərinin bu dəlili ilə razılaşmamışdır, çünki, apellyasiya şikayətlərinin bu dəlilinə qiymət verilməsi üçün iddiaçıların məhkəmə qətnaməsi ilə müəy yən olunmuş ipoteka predmetinin likvid dəyərini mübahisələndirilməsi barədə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia mövcud olmalı idi. Göründüyü kimi hərraclar qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir.
34. Kollegiya apellyasiya şikayətlərinin dəlili ilə bağlı qeyd edir ki, İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,3711378 ha, 2,33 ha, 2,8996 ha və 3,30 ha torpaq sahələrinin və girov predmeti olan 3 ədəd Elevator avadanlığı- Fedddtech Makine, 2 set of grain storage and handling equipment –Altuntas və 2 set of qrain storages silos and handling equipment-Altuntas avadanlıqlarının likvid dəyəri icra qaydasında aparılmış ekspertiziya nəticəsində deyi,l məhz Şirvan Apellyasiya Məhkəməsinin 2(106)142/2018 saylı qətna məsi ilə müəyyən edilmişdir. Həmçinin oda qeyd olunmalıdır ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, üstəlik birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi üçüncü dəfə hərracın keçirilməsini qətnaməsində qeyd etsə də bu hal iş materiallarında müəyyən olunmamışdır. Həmçinin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətinin dəlilində qeyd edir ki, torpaq sahəsin üzərində yerləşən əmlak kompelksi kimi müəssisənin torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 12 415 **0 manat olan əmlakın 63 111 manat) Bank tərəfindən əldə olunmasına məhkəmə heç bir hüquqi qiymət verməmişdir. İddiaçı onun ipoteka predmeti olan əmlak kompleksinin 12 415 **0 manat olduğunu bildirmişdir. Qətnamənin qanunsuz olmasını şikayətinin bu dəlili ilə əsaslandırmışdır. Kollegiya apellyasiya şikayətlərinin bu dəlili ilə razılaşmır çünki, apellyasiya şikayətlərinin bu dəlilinə qiymət verilməsi üçün iddiaçıların məhkəmə qətnaməsi ilə müəyyən olunmuş ipoteka predmetinin likvid dəyərini mübahisələndirilməsi barədə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia mövcüd olmalı idi. Göründüyü kimi hərraclar qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “iddia tələbinin təmin edilməməsi.” mövqe yi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür.
35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414, 415, 416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42, 43-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61, 62-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şik ayətinin dəlilləri
36. İddiaçı MMC (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, Cavabdeh3 sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən avadanlıqların və X8 məxsus İmişli rayonu, Qaralar kəndində yerləşən 3.30 ha, 2.8996 ha, 1.371348 ha və 2.33 ha olan kənd təsərrüfatlı təyinatlı torpaqların satılması ilə bağlı hərrac qanunvericiliyin tələblərinin pozulması ilə keçirilmişdir. Məhkəmə qətnaməsində hərracdan satılmış əmlakların tələbkara təklif edilməsi qaydasına əməl edilməməsinin İddiaçı MMC-nin əmlak mənafeyinə toxunmasını qeyd etsə də hesab etmişdir ki, bu hərra cın etibarsız hesab edilməsi üçün əsas deyil. Bundan əlavə, məhkəmə qətnaməsində göstərmişdir ki, "xxxx" MMC-nin 2 avqust 2022-ci il tarixli rəyinə əsasən İmişli rayon Qaralar kəndi ərazisində, ümumi sahəsi 9.9**948,0 ha torpaq sahəsin üzərində yerləşən əmlak kompelksi kimi müəssisənin torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 12415**0 manat təşkil edir. Belə olan halda isə məhkəmə göstərilən 9.9**948,0 ha torpaq sahəsinin cavabdeh olan Bank tərəfindən cəmi 63111 manat dəyərində hərracdan əldə edilməsinə heç bir münasibət bildirməmiş, həmin rəyin məhkəmə tərəfindən qəbul edilib-edilməməsinə, torpaq sahələrinin rəydə olan dəyərin (12415**0 manat) 0.5% həcmində (63111 manat) Bank tərəfindən əldə olunmasına heç bir hüquqi qiymət verməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə almamı şdır ki, hərrac sifarişinə əsas olan icra sənədi 2018-ci il tarixinə aid olduğunundan, həmin tarixdən sonra ipoteka saxlayan olan Bankın razılığı ilə torpaq sahəsi üzərində əmlak kompleksi inşa edilmiş, stasionar avadanlıqlarla təchiz edilmişdir. Belə olan halda isə torpaq sahəsinin dəyəri icra sənədində göstərilən ilkin satış qiymətlərinə adekvat olmamış, bu halı Bankın özü də bilmiş və bu hal rəydə əks olunmuş 12415**0 manat dəyərlə bir daha təsdiq edilmişdir. İddia tələbi də məhz bu əsaslarla qaldırılmışdır.
38. Kassator qeyd etmişdir ki, məhkəmə kollegiyası ipoteka deyil məhz girov predmetləri olan avdanlıqlara dair ipoteka müqaviləsinin olmamasına da münasibət bildirməmişdir. Tələbin ipoteka predmetinə yönəldilməsi üçün ilk növbədə ipoteka müqaviləsi bağlanmalıdır. Hazırki iş üzrə isə tərəflər arasında ipoteka müqaviləsi deyil, girov müqaviləsi bağlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən avdanlıqların satılmasına dair tələbi həmin əmlakların ipoteka qanunvericiliyinə əsasən hərracın keçirilməsinə əsas hesab oluna bilməz. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən tələb yönəldilən avadanlıqların rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya hesab edilmir, məhz buna görə də hərrac ipoteka qanunvericiliyini tələblərinə əsasən keçirilə bilməz. Bununla yanaşı cavabdeh olan İcra və Probasiya şöbəsi daşınmaz əmlakın və avadanlıqların satılması üçün hərrac təşkilatına ayrıca sifarişlər verməli idi, lakin məhkəmə kollegiyası bu mühüm xüsusata diqqət etməmiş, buna heç bir hüquqi qiymət verməmişdir. Daha sonra, məhkəmə kollegiyası nəzərə almamışdır ki, cavabdeh olan hərrac təşkilatı ona qarşı irəli sürülmüş iddia tələblərinin etiraf edilməsinə dəlalət edən izahatında göstərmişdir ki, avadanlıqlar girov predmeti kimi hərraca ayrıca çıxarımalı idi, “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsi prosedur qaydaları”na uyğun olaraq ilkin qiyməti əvvəlki hərracda 10 faiz, təkrar hərracda 20 faiz və sonrakı təkrar hərracda 30 faiz aşağı salındıqdan sonra tələbkara təklif edilməsi qaydasına əməl edilməmişdir. Lakin məhkəmə kollegiyası tələbkara təklif edilməsi qaydasına əməl edilməməsinin İddiaçı MMC-nin əmlak mənafeyinə toxunmasını qətnamədə qeyd etsə də hesab etmişdir ki, hərracın etibarsız hesab edilməsi üçün əsas deyil.
39. Kassator qeyd etmişdir ki, "xxxx" MMC-nin ixtisaslaşdırılmış hərrac təşkilatı olmasına və beş ildən az olmayan daimi fəaliyyət göstərməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bununla yanaşı, digər cavabdeh olan İcra və Probasiya şöbəsi tərəfindən hərrac təşkilatını seçmək üçün nə ipoteka saxlayana, nə də ipoteka qoyana heç bir şərait yaradılmamış, bununla bağlı tərəflərə heç bir bildiriş göndərilməmişdir. Buna görə də "xxxx" MMC daşınmaz əmlakın satışı ilə beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilat statusunda olmadığından hərraçın təşkilatçısı ola bilməzdi, məhz bu halın özü hərracın nəticələrinin ləğv olunmasına yetərli əsas hesab olunmalı idi. Lakin məhkəmə kollegiyası buna dair qətnamədə heç bir münasibət bildirməmişd ir.
40. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-41-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
41. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayətinin dəlilləri İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Cavabdeh2 ASC kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2023-cü il tarixli, 2(106)-416/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi Şirvan Apellyasiya Məhkəməsinin 2(106)142/2018 saylı qətnaməsinin icrası çərçivəsində ipoteka predmetlərinin hərracdan satışı sifariş olunmuşdur. Qeyd olunan məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetlərinə yönəldilərək açıq hərracda satılması, hərraca çıxarılacaq avadanlıqların və əmlakların ilkin satış qiymətləri müəyyən edilmiş, satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. İpoteka predmetlərinin hərracda satılması qaydalarına uyğun olaraq ilkin qiyməti əvvəlki hərracda 15 faiz aşağı salındıqdan sonra təkrar hərracda sonrakı qiyməti yenidən 25 faiz düşürülərək tələbkara təklif edilmiş və tələbkarla əmlakların həmin qiymətə əldə olunması haqqında müqavilələr bağlanmış, hərracın nəticələrinə dair yekun protokollar imzalanmışdır. Həmçinin, hərracın keçirilməsi barədə bildirişlər və məlumat iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmiş və iddiaçı hərracın keçirilməsindən və keçirilmə qaydasından məlumatlı olmuşdur. Hərraca çıxarılan əmlak və avadanlıqların ilkin satış qiyməti isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən artık mübahisələndirilə bilməz. Göründüyü kimi hazırda iddiaçı və üçüncü şəxs tərəfindən mübahisələndirilən hərracın yekunlarına dair bağlanmış protokolların etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinə və “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. İş materialları ilə hərraca dair qanunvericiliyin tələblərinin pozulması müəyyən edilməmişdir. Əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İmişli Rayon Məhkəməsinin qanuni və əsaslı olan qətnaməsini Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası dəyişdirmədən qüvvədə saxlamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
44. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X7 X5:
45. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı ir əli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
46. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. [167]
47. Maddə 135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır.
48. Maddə 135.9. Əgər müxt əlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir.
49. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
50. Maddə 135.11. Ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləva zimatıdır. Əgər əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıldığı halda da saxlanılır. Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatında da şamil edilir.
51. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
52. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
53. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür.
54. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı ola n daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
55. Maddə 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.
56. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
57. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədər ki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
58. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir.
59. Maddə 415.1. Auksionlar və ya müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər.
60. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayır; bu protokol müqavilə qüvvəsinə malikdir.
61. Maddə 416.1. Bu Məcəllədə (415-ci maddə ilə) müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
62. Maddə 7.2. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir.
63. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
64. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən a z olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
65. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
66. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
67. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
68. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqların ın qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
69. Maddə 51.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir.
70. Maddə 51.2. Torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüq uqu (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur.
71. Maddə 51.3. İpoteka qoyanın ipoteka qoyulan torpaq sahəsində yerləşən və ya tikilən binası, tikilisi və ya qurğusu eyni ipoteka saxlayana ipoteka qoyulursa, həmin bina, tikili və ya qurğu barədə ipoteka qoyanın hüquqları, onların başqa şəxslərə keçməsinin şərtləri və nəticələri bu Qanunla müəyyən edilir.
72. Maddə
52. İpoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şam il edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir.
73. Maddə
53. İpoteka qoyana deyil, başqa şəxsə məxsus olan binanın, tikilinin və ya qurğunun yerləşdiyi torpaq sahəsinin ipoteka qoyulduğu halda, ipoteka saxlayan həmin sahəyə tutma yönəltdikdə və o satıldıqda, ipoteka qoyanın həmin şəxs barəsində hüquq və vəzifələri sahəni alana keçir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu:
74. Maddə 3.1. Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sa hibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir.
75. Maddə 4.3.2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12-ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan daşınar əmlakın girovu xüsusi yüklülüyə daxildir.
76. Maddə 16.1. Yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər.
77. Maddə 17.3. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
78. Maddə 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
79. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
80. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
81. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
82. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
83. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
84. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
85. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
86. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
87. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
88. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
89. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
90. Hazırkı işdə iddia qaldıran şəxslə r tələblərinin əsası kimi ona istinad edirlər ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsinə əsasən hərracdan satılması qət edilən əşyaların bəziləri daşınar olmaqla girov predmeti olmuş, bu səbəbdən onların ipoteka predmeti kimi satış qiymətinin aşağı salınmaqla satılması qanunvericiliyə uyğun olmamışdır. Tələbkarın razılığı ilə ipoteka ilə yüklü edilmiş torpaq sahələrində aparılmış əsaslı təmir-tikinti işləri və girov qoyulmuş avadanlıqların quraşdırılması hesabına yem istehsalı zavodu qurulmuş və istehsal prosesinə başlanılmışdır. İmişli rayonu Qaralar kəndi ərazisində ümumi sahəsi 9,9**948,0 ha olan torpaq sahəsi üzərində yerləşən zavodun torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 14.**0.**0 manatdan artıq olmuşdur. Bundan əlavə, ap ellyasiya və kassasiya şikayətlərində göstərilmişdir ki, "xxxx" MMC-nin ixtisaslaşdırılmış hərrac təşkilatı olmasına və beş ildən az olmayan daimi fəaliyyət göstərməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir (§ 19, 21, 36-42).
91. Cavabdehlər isə hərracların qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirildiyini bildirmişlər (§ 22-24, 43).
92. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi tərəflərin izahatlarını, iş materiallarını, ekspertiza rəyini, bəzi qanunvericilik normalarını sadalayaraq qeyd etmişdir ki, girov predmeti olan 3 ədəd Elevator avadanlığı- Fedddtech Makine, 2 set of grain storage and handling equipment–Altuntas və 2 set of qrain storages silos and handling equipment-Altuntas avadanlıqlarının likvid dəyəri icra qaydasında aparılmış ekspertiziya nəticəsində deyil, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)142/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir. İpoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, üstəlik birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş ipoteka predmetinin likvid dəyərini mübahisələndirilməsi barədə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia mövcüd olmalı idi. Hərraclar qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir (§ 33-35).
93. Göründüyü kimi, apellyasiya instan siyası məhkəməsi avadanlıqları girov predmeti adlandırmışdır. Bununla belə, iddiaçının həmin əşyaların ipoteka predmeti kimi satılmasının doğru olmaması və yuxarıda qeyd edilən digər dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət verməmişdir.
94. Məlum olduğu kimi, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər (§ 51-55).
95. İpoteka predmetinin satılması ilə bağlı qaydalar “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmetinin hərracda satılması qaydaları, ipoteka predmetinin təkrar hərracda ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarılması imkanı, eləcə də ipoteka saxlayanın həmin predmeti təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququ həmin qanunla tənzimlənmişdir (§ 63-68). 96. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda isə nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12-ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan da şınar əmlakın girovu xüsusi yüklülüyə daxildir. Yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır (§ 7477). 97. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir (§ 78-80).
98. Göründüyü kimi qanunverici ipoteka predmeti olan əşyaların satılması ilə girovla yüklü olan daşınar əşyaların satılması qaydalarını fərqləndirmişdir.
99. Belə olan halda, iddialarda göstərilən avadanlıq və qurğuların ayrıca daşınar əşya kimi girov, yoxsa ipoteka predmetinin tərkib hissəsi olmasının müəyyənləşdirilməsi hazırkı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.
100. Mülki Məcəlləyə görə, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tə rkib hissələrinə şamil edilir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir (§ 46-49). 101. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur ki, bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir.İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. İpoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. İpoteka qoyana deyil, başqa şəxsə məxsus olan binanın, tikilinin və ya qurğunun yerləşdiyi torpaq sahəsinin ipoteka qoyulduğu halda, ipoteka saxlayan həmin sahəyə tutma yönəltdikdə və o satıldıqda, ipoteka qoyanın həmin şəxs barəsində hüquq və vəzifələri sahəni alana keçir (§ 62, 69-73).
102. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların dəlillərini lazımi şəkildə araşdırmamış, mübahisəli avadanlıq və qurğuların yüklü edilərkən müstəq il daşınar əşya kimi girov qoyulduğuna, yoxsa torpaq sahəsində yerləşən əmlak kompleksinin daşınmaz əşyanın (ayrılmaz) tərkib hissəsi olduğuna, yaxud torpaq sahəsi ipoteka qoyulduqdan sonra üzərində inşa edilən zavodun istehsal təyinatını təmin etdiyi halda onların müstəqil daşınar əşya vəsfini saxlayıb-saxlamadığına, nəticə etibarilə mübahisəli hərraclarda satılan ipoteka predmetinə aid olub-olmadıqlarına yuxarıda qeyd edilən maddi hüquq normaları əsasında qiymət verməmişdir.
103. Qeyd edilənlər həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə və qanunvericliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 81, 85).
104. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
105. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, səthi və formal mülahizələrlə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilmə z. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
106. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X7 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 44-45).
107. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2**0-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2**5-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
108. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyət li məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2**6-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2**8-ci il tarixli qərarlar).
109. Məhkəmə kollegiyası mübahisə predmeti olan əşyaların müstəqil, yaxud vahid əşyanın tərkib hissəsi olmasının istisna edilmədiyini, bu xüsusata yeni araşdırma nəticəsində aydınlıq gələ biləcəyini və həmin araşdırmanın nəticəsindən asılı olaraq məsələyə kompleks şəkildə qiymət verilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
110. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, bu qərarın 102-ci bəndində göstərilən və işin düzhün həlli üç ün əhəmiyyət kəsb edən digər hallar araşdırılmalı, sübutetmə yükü düzgün müəyyən edilməklə mübahisəli hallara dair təqdim olunan sübutlar tədqiq edilməli və qiymətləndirilməli, tərəflərin hər bir dəlili yoxlanılmaqla onların hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
111. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-416/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir