Məhkəmə qərarları › İş №2(102)-2895/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2895/2025

24.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2895/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsindən irəli gələn mübahisə, keyfiyyətsiz əşya satıldıqda alıcının hüquqları, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı predmeti geri qaytarılmaqla ödənilmiş pul vəsaitinin və vurulmuş ziyanın ödənilməsi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “müqavilə üzrə borcun ödənilməsi” barədə qarşılıqlı iddia tələblər inə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-585/2025 nömrəli iş üzrə 05 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 11 avqust 2023-cü il tarixdə cavabdehlə ilə iddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh tərəfindən iddiaçıya bir ədəd “Laseconn Dual” markalı cihaz 30.000 manata satılmışdır. Cihaza 12 avqust 2025-ci il tarixədək zəmanət verilmişdir.

2. İddiaçı lazer cihazının alınması üçün ilkin ödəniş olaraq şirkətə 16.000 manat pul ödəmişdir, qalan 13.000 manat məbləğ 08 avqust 2023-cü il tarixli kredit müqaviləsi əsasında BOKT "xxxx" kredit təşkilatından kred it götürülərək ödənilmişdir.

3. BOKT "xxxx" QSC ilə cavabdeh arasında 03 may 2023-cü il tarixli «Əməkdaşlıq Haqqında» müqavilə bağlanmış və müqavilənin şərtlərinə əsasən satıcı cavabdeh avadanlıqların satışı zamanı kreditorla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə hər ay sonuna 60 manat gündən gecikməsi olan müştərilərin borcunu tam olaraq öz üzərinə götürmüşdür.

4. İddiaçı cavabdehin direktoru M.A.Xəlilova 27 fevral 2024-cü il tarixdə ərizə ünvanlayaraq lazer cihazının yararsız vəziyyətdə olması və işləmədiyini əsas gətirərək lazer cihazının təmir bərpası ilə əlaqədar dəfələrlə müraciət etməsinə baxmayaraq avadanlıq işlək vəziyyətdə olmadığı üçün geri götürərək müqavilənin ləğv edilməsini xahiş etmişdir.

5. Lakin cavabdeh tərəfi cihazı geri götürməmişdir.

6. İddiaçı kredit ödə nişini həyata keçirmədiyi üçün BOKT "xxxx" QSC-i ilə iddiaçı arasında bağlanmış 08 avqust 2023-cü il tarixli 574-MEA-0904-23 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.400 manat faiz və 1.122.03 manat məbləğində cərimə olmaqla, ümumilikdə 7.522.03 manat kredit borcu 03 may 2021-ci il tarixli əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq 06 noyabr 2024-cü il tarixdə cavabdeh tərəfindən kredit təşkilatına ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki illik zəmanət əsasında təqdim olunmuş “Laserconn Dual” adlı lazer cihazını satan tərəfin öz servis xidmətləri tərəfindən qüsurlar aradan qaldırılmadığı üçün lazer cihazının cavabdehə qaytarılması, ilkin müqavilə qaydasında ödənilmiş 16.0 00 manat və kredit olaraq alınaraq cavabdehə ödənilmiş 13.000 manat, cəmi 29.000 manat əsas məbləğ və 24 iyul 2023-cü il tarixdə tərəfindən cavabdehə ödənilmiş 16.000 manat üçün əldən çıxmış fayda, zərər üçün illik beş faiz hesabı ilə 800 manat, 08 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə verdiyi 13.000 manata görə illik beş faiz hesabı ilə 650 manat olmaqla, cəmi 30.450 manatın cavabdehdən alınaraq özünə ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı olaraq nağd qaydada 16.000 manat və 13.000 manat kredit qaydasında cavabdehə, cəmi 29.000 manat pul verərək saz və istismara yararlı lazer aparatı almağı razılaşdırmasına baxmayaraq, cavabdeh 11 avqust 202 3-cü il tarixdə «Təhvil-təslim aktı» rəsmiləşdirilərək ona təhvil verilmişdir. Cavabdeh 11 avqust 2023-cü il tarixdə «təhvil-təslim aktı»nı rəsmiləşdirməklə yanaşı, ona təqdim etdikləri «Laserconn Dual» cihazına dair zəmanət talonunu təqdim etdilər. Zəmanət talonu əsasında razılaşmalarına uyğun olaraq 12 avqust 2023-cü il tarixdən 12 avqust 2025-ci il tarixə qədər olmaqla, ona aşağıdakı məzmunda zəmanət vermiş oldular. Cavabdeh tərəfindən ona təqdim olunmuş lazer avadanlığını aparıb müvafiq qaydada işlətməsi üçün, onu təlimə cəlb etdilər, o və gələcəkdə digər birgə işləyəcəyi əməkdaş Fazilə Məmmədova 1-11 avqust 2023-cü il tarixlərdə təlimlərə cəlb edilməklə onlara sertifikat təqdim olundu. Avadanlıq qüsurlu olduğundan, cəlb etdiyi müştərilərin boyun hissələrində müxtəlif «səpgilər» və « sızanaqlar» yaratmışdır. Cəlb etdiyi müştərilər öz narazılıq və etirazlarını bildirmişlər. Avadanlığın müştərilərin boyun hissələrində yaratdığı qızartı, yara və digər halların nəyə görə yaranmasını dəqiqləşdirmək məqsədilə, «Mesa Service» müraciət etmişdir. Avadanlığa gəlib yerində baxış keçirdilər. Sonda avadanlığı servisə aparıb qüsurları aradan qaldırmağı vəd etdilər. Cavabdeh tərəfindən ona bilərəkdən qüsurlu aparat təqdim edilməsinə avadanlığın servis tərəfindən ona təkrar qaytarıldıqdan sonra, tam əmin olmuşdur. Cavabdehin servis xidməti 24 dekabr 2023-cü il tarixdə avadanlığı servisə qəbul etmiş və 26 dekabr 2023-cü il tarixdə avadanlığı ona qaytarmışlar. Servis qeyd etdi ki, guya qüsurları aradan qaldırıblar. Belə demələrinə baxmayaraq, avadanlıq yenə də əvvəlki kimi istismara yar arsız vəziyyətdə olmaqla cəlb etdiyi müştərilərin dərilərini cızır, yara və digər xəsarət izləri yaratmaqda olduğundan avadanlıqdan istifadə etmək mümkün olmadı. Cavabdeh bilə-bilə ona yararsız vəziyyətdə olan avadanlığı satmaqla ona ziyan vurmuşdur. Cavabdeh hətta avadanlığı ona ilkin müqavilə əsasında təqdim edərkən ondan 16.000 manat pul vəsaitini nağd qaydada qəbul etməsi və digər hərəkətləri onu deməyə əsas verir ki, cavabdehin niyyəti onu aldadıb, keyfiyyətsiz avadanlığı ona satıb, zərər vurmaq niyyəti olmuşdur. Tərəfimdən dəfələrlə müraciətlər etməsinə baxmayaraq, cavabdeh təşkilatın rəhbəri M.A.Xəlilov avadanlığın bərpa edilməsinə, yaxud onun digər yararlı bir avadanlıqla əvəzləşdirilməsinə dair çoxsaylı müraciətinə cavab verilmədi. Cavabdeh təşkilata sosial şəbəkə vasitəsilə mürac iət edərək yararsız vəziyyətə olan avadanlığın təmir edilməsi, yaxud əvəzləşdirilməsini xahiş etməsinə baxmayaraq cavabdeh təşkilat ona qarşı şantaj metodunu seçərək, hətta ona qarşı xüsusi ittiham qaydasında məhkəməyə əsassız ərizələr təqdim etmişlər.

9. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 6.400 manat, cərimə olaraq isə 1.122.03 manat, cəmi 7.522.03 manat pul vəsaitini, 100 manat dövlət rüsumu və 320 manat vəkil xərcinin tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya 08 avqust 2023-cü il tarixli lizinq müqaviləsi əsasında «X3» markalı, insan bədənində olan tüklərin təmizlənməsi üçün istifadə olunan lazer cihazını satmışdır. İddiaçı cihazı dö rd ay istifadə etdikdən sonra cihazdan istifadə edə bilməməsi, cihazın tükü yandırmaması ilə bağlı 24 dekabr 2023-cü il tarixində şirkətin servis xidmətinə müraciət etmişdir. Şirkətin servis xidməti cavabdeh iddiaçının müraciəti əsasında 26 dekabr 2023-cü il tarixində cavabdehin iştirakı ilə cihaza baxış keçirmişdir. Cihazda hər hansı bir qüsur aşkarlanmamış və cihazın işlək vəziyyətdə olması barədə servis aktı tərtib edilmiş, iddiaçı özü şəxsən aktı imzalamış və cihazda hər hansı qüsur olmadığını təsdiq etmişdir. Şirkət tərəfindən ikinci dəfə 11 yanvar 2024-cü il tarixində cavabdeh iddiaçıya əyani olaraq cihazdan istifadə qaydaları izah edilmişdir. Daha sonra onlara məlum olmuşdur ki, iddiaçı hər hansı bir bəhanə ilə cihazı geri qaytarmaq istəyir, buna görə də müxtəlif bəhanələr gətirir. Əsil niyyəti aldığı cihazı geri qaytarmaqdır. Cihazın qaytarılması ilə bağlı şirkətə müraciət edəndə şirkətin əməkdaşları ona cihazı geri qaytara bilməyəcəyini, geri qaytardığı təqdirdə isə cihazın amortizasiya xərcləri, vergi xərcləri, servis xərcləri və təlim xərcləri çıxılacağı bildirilmişdir. Əslində isə şirkət cihazı geri qaytarmayacağını bildirmişdir. Çünki, cihazda hər hansı problem olmadığı iddiaçının öz imzası ilə təsdiq edilmişdir. Daha sonra iddiaçı aylıq ödənişi etməmişdir. Lizinq təşkilatı əsas borc olaraq 6.400 manat, cərimə olaraq isə 1.122.03 manat, cəmi 7.522.03 manat pul vəsaitini cavabdehdən tutmuşdur. Buna səbəb lizinq təşkilatı ilə cavabdeh arasında bağlanmış əməkdaşlıq və zaminlik müqaviləsinin şərtidir.

11. Qax Rayon Məhkəməsinin (hakim Mirheydər Zeynalov) e-2(024)-2 5/2025 nömrəli 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 6.400 manat, ödənilmiş 600 manat cərimə, cəmi 7.000 manat pul vəsaitinin alınıb Cavabdeh MMC-nə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Qax Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, qərardadı ilə də iş üzrə məhkəmə iqtisad ekspertizası təyin edilmiş, cihazın qüsurlu olub-olmaması və iş keyfiyyəti barədə ekspert qarşısında suallar qoyulmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina barədə 02 oktyabr 2024-cü il tarixli məlumatda göstərilmişdir ki, ekspert qarşısında qoy ulmuş suallar məhkəmə-əmtəəşünaslıq (iqtisad) ekspertizasının həll etdiyi suallar dairəsinə aid deyildir. Buna görə də ekspertizanın aparılmasından imtina edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə onunla əsaslandırmışdır ki, sübutetmə yükü üzərinə düşən iddiaçı «Laserconn Dual» markalı cihazın texniki cəhətdən nasaz olması, həmin nasazlığın istehsalçının və yaxud satıcının səhvi ucbatından baş verməsi, cihazın iş keyfiyyətinin aşağı səviyyədə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 26 dekabr 2023-cü il tarixli servis aktı ilə müəyyən edilmişdir ki, cihazda hər hansı bir qüsur aşkarlanmamış, cihaz işlək vəziyyətdədir, tükləri yandırır və iddiaçı özü şəxsən aktı oxuduğunu bildirmiş, cihazd a hər hansı qüsur olmadığını təsdiq etmişdir. Məhkəmə hesab etmişdir ki, ilkin iddianın predmeti olan mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı məhkəməyə sözügedən lazer cihazının texniki cəhətdən qüsurlu olması və nasazlığın cavabdehlə və istehsalçı ilə əlaqəli olub-olmaması barədə məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmiş, eyni zamanda da işin məhkəmə tərəfindən araşdırılan halları ilə sübuta yetirilməmişdir.

14. İlk iddia tələbinin «ilkin müqavilə qaydasında ödənilmiş 16.000 manat və kredit olaraq alınaraq cavabdehə ödənilmiş 13.000 manat, cəmi 29.000 manat əsas məbləğ və 24 iyul 2023-cü il tarixdə tərəfindən cavabdehə ödənilmiş 16.000 manat üçün əldən çıxmış fayda, zərər üçün illik beş faiz hesabı ilə 800 manat, 08 avqust 2023-cü il tarixli kre dit müqaviləsi üzrə cavabdehə verdiyi 13.000 manata görə illik beş faiz hesabı ilə 650 manat olmaqla, cəmi 30.450 manatın cavabdehdən alınaraq özünə ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsinə dair hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin tələblər birinci tələbdən, yəni «iki illik zəmanət əsasında təqdim olunmuş «Laserconn Dual» adlı lazer cihazını satan tərəfin öz servis xidmətləri tərəfindən qüsurlar aradan qaldırılmadığı üçün lazer cihazının cavabdehə qaytarılması tələbindən törəmə tələb olduğuna və birinci tələb sübuta yetirilmədiyinə görə məhkəmə hesab etmişdir ki, ilkin iddia tam olaraq sübuta yetirilməmiş, iddiaçı tərəfindən kifayət qədər məhkəməyə sübut təqdim olunmamış və təqdim olunmuş sübutlar isə iddianın təmin edilməsi üçün kifayət etmir.

15. Məh kəmə qarşılıqlı iddia tələbinin iddiaçı tərəfindən "xxxx" QSC-nə olan 6.400 manat kredit borcu ödənilmədiyi üçün "xxxx" MMC-i tərəfindən ödənilmiş 1.122.03 manat cəriməyə görə ödənilmiş pulun əvəzinin tələbi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh "xxxx" QSC-nə cərimənin ödənilməsi iş materiallarına əlavə olunmuş maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. İddiaçı kredit təşkilatına kredit ödənişini həyata keçirmədiyi üçün gecikməsi yaranmış, bu səbəbdən kredit təşkilatı ona faiz hesablamışdır. "xxxx" QSC-i ilə cavabdeh arasında bağlanmış müqavilənin 2.2.3-cü bəndində qeyd edilmişdir ki, kreditor tərəfindən verilmiş kredit təyinatı üzrə istifadə edilmədiyi hallarda və avadanlıqda yaranmış qüsura görə müştəri ödənişdən imtina edərsə kreditorun borc məbləğlərini ö dənilməmiş belə borcların (əsas, faiz, cərimə) yarandığı tarixdən sonra kreditlə avadanlıqların satışına görə satıcıya ödəyəcəyi məbləğlərdən tutulması barədə hüquqlarının olması, bu bəndin şərtlərinin kreditorun satıcının etdiyi pozuntuları təsdiq edən bəlli məlumatları olması halında tətbiq oluna biləcəyi qeyd olunmuşdur. Qeyd olunan müqavilədən bəlli olur ki, cavabdeh borclu tərəfindən kredit ödənişinin gecikdirildiyi halda cərimə faizlərinin hesablanacağı barədə əvvəlcədən məlumatlı olmuşdur. Ona görə də, cavabdeh kredit təşkilatına ödədiyi cərimə faizini iddiaçıdan tələb etməkdə haqlı olmuşdur. Lakin cərimənin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh hansı məbləğdə zərər çəkməsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən həmin məbləğin iddiaçıdan tələb etməsi əsassızdır.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1-448.4, 443.1-443.10, 465, 465.2, 465.3, 466.1, 466.2, 466.3, 467, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2, 85.1, 85.2, 88, 106.1, 191.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, Qax Rayon məhkəməsinin e-2(024)-25/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən “Laserconn Dual” adlı lazer cihaz satın almışdır. Həmin cihaz üçün cavabdeh tərəf 12 avqust 2023-cü il tarixd ən 12 avqust 2025-ci il tarixə qədər olmaqla zəmanət talonu vermişdir. Avadanlıqda baş vermiş qüsurlar üçün “Mesa Service” servis xidməti göstərməyi öhdəsinə götürmüşdür. Həmin avadanlıq istismara yararsız olması səbəbindən “Mesa Service” müraciət edilmişdir. İlkin olaraq cavabdehin servis xidməti 24 dekabr 2023-cü il tarixdə avadanlığı servisə qəbul edərək qüsurları aradan qaldırdıqlarını bildirərək 26 dekabr 2023-cü il tarixdə avadanlığı geri qaytarmışdır. Lakin təkrar yoxlama zamanı qüsurların aradan qalxmadığı müəyyənləşmişdir. Beləliklə istehlakçı olan iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Göründüyü kimi tərəflər arasında alqı-satqı münasibətləri olmuş, müqavilə şərtlərinə əsasən malın dəyərini satıcı cavabdehə ödənilmiş lakin sonuncu iddiaçıya keyfiyyətli mal vermək öhdəl iyini icra etməmişdir. İş materiallarından göründüyü kimi satın alınmış “Laserconn Dual” adlı lazer cihazı istismara yararsız olmuşdur. Satın alınmış “Laserconn Dual” adlı lazer cihazı üçün Qarantiya yəni Zəmanət talonu da verilmişdir. Cavabdeh qarşılıqlı iddia tələbində satdığı “Laserconn Dual” adlı lazer cihazının servisə aparıldığını və baxış edildiyini göstərməklə dolayı yolla “Laserconn Dual” adlı lazer cihazında qüsur olmasını qəbul etmişdir. Bundan başqa cavabdeh bildirmişdir ki, zəmanət müddəti ərzində ödənişlərdə gecikmə olduğu üçün satılmış mal zəmanətdən çıxarılmışdır. Lakin qanunda belə bir norma yoxdur. Ödənişin gecikməsi heç bir əsas olmadan zəmanətdən çıxarılma üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi iş üzrə satın alınmış “Laserconn Dual” adlı lazer cihazında iste hsalçı qüsurlarının mövcud olub-olmamasını, keyfiyyət sertifikatında əks olunan standartlara uyğun olub-olmamasını müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq (iqtisad) ekspertizası təyin etmişdir. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Ölkəyə idxal olunan bütün tibbi və digər avadanlıqlar yoxlamadan keçirilir və müvafiq olaraq sertifikatlaşdırılır. Bu cihazların qüsurlu olması insanların sağlamlığının itirilməsi ilə nəticələnə bilər. Məhz buna görə də iş üzrə obyektiv nəticəyə gəlmək üçün müvafiq ekspertiza təyin edilməli və müvafiq rəy əldə edilməklə qərar verilməlidir. Ölkəmizdə kifayət qədər özəl və dövlət tibb müəssisləri mövcuddur. Bu müəssisələrdə ol an avadanlıqlara servis xidmətlərinin, texniki xidmətlərin göstərilməsi üçün kifayət qədər müəssisələr və onların tərkibində təcrübəli mütəxəssislər fəaliyyət göstərir. Buna görə də satın alınmış cihazın keyfiyyət sertifikatı, istehsalçının zəmanəti və s. araşdırılmalıdır.

19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Elman İsayev (sədrlik edən və məruzəçi) Taleh Musayev və Elçin Mehdiyev) 2(107)-585/2025 nömrəli iş üzrə 05 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin e-2(024)-25/2025 nömrəli 21 yanvar 2025-ci il tarixli, qətnaməsinin verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, bir inci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

21. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd qarşılıqlı iddianı isə qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar mövcud deyil.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 427.1, 427.3, 427.5, 442.1, 560.3, 560.3.3, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 372.1, 372.7, 384.0.2, 385.1.1, 386-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-585/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, idd iaçının cavabdehdən satın aldığını “Laserconn Dual” adlı lazer cihazı istismara yararsız vəziyyətdə alıcıya təhvil verilmişdir. İşdə olan sənədlərdən göründüyü kimi, satın alınmış “Laserconn Dual” adlı lazer cihazı üçün Qarantiya yəni Zəmanət talonu da verilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən satıcı zəmanət müddəti ərzində qüsurları aradan qaldırmalı, yeni malla əvəz etməli və ya alıcının tələbi ilə müqaviləni ləğv edərək çəkdiyi zərərə ödəməlidir. Cavabdeh qarşılıqlı iddia tələbində satdığı “Laserconn Dual” adlı lazer cihazının servisə aparıldığını və baxım edildiyini göstərməklə dolayı yolla “Laserconn Dual” adlı lazer cihazda qüsur olmasını qəbul etmişdir. Bundan başqa cavabdeh “bildirmişdir ki, zəmanət müddəti ərzində ödənişlərdə gecikmə olduğu üçün satılmış mal zəmanətdən çıxarılmışdır. Lakin qanunda belə bir norma yoxdur. Ödənişin gecikməsi heç bir əsas olmadan zəmanətdən çıxarılma üçün əsas ola bilməz.

25. Birinci instansiya məhkəməsi iş üzrə satın alınmış “Laserconn Dual” adlı lazer cihazı istehsalçı qüsurlarının mövcud olub-olmamasını, keyfiyyət sertifikatında əks olunan standartlara uyğun olub-olmamasını müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq (iqtisad) ekspertizası təyin etmişdir. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina barədə 02 oktyabr 2024-cü il tarixli məlumat göndərilmişdir. Bu məlumatla razılaşmayan iddiaçı qeyd etmişdir ki, ölkəyə idxal olunan bütün tibbi və digər avadanlıqlar yoxlamadan keçirilir və müvafiq olaraq sertifikatlaşdırılır. Bu cihazların qüsurlu olması insanların sağlamlığının itirilməsi ilə nəticələnə bilər. Məhz buna görə də iş üzrə obyektiv nəticəyə gəlmək üçün müvafiq ekspertiza təyin edilərək rəy əldə edilməklə qərar verilməlidir. Ölkədə kifayət qədər özəl və dövlət tibb müəssisələri mövcuddur. Bu müəssisələrdə olan avadanlıqlara servis xidmətlərinin, texniki xidmətlərin göstərilməsi üçün kifayət qədər müəssisələr və onların tərkibində təcrübəli mütəxəssislər fəaliyyət göstərir. Satın alınmış cihazın keyfiyyət sertifikatı, istehsalçının zəmanəti və s. Araşdırılaraq düzgün qərar qəbul edilməlidir. Qeyd edilən xüsusatların araşdırılması məqsədilə hər iki tərəfin iştirakı ilə mütəxəssis cəlb olunaraq müvafiq rəy əldə edilməsi m əqsədilə iclasın təxirə salınması xahiş edilsə də məhkəmə vaxt verməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etsə də lazımi rəy almadan yekun nəticəyə gəlmişdir. Əgər məhkəmə üçün müvafiq rəyin alınmasına zərurət yox idisə onda nə üçün ekspertiza təyin edirdi? Hər bir lazer cihazının ucluğunda yerləşən tükləri yandırmaq üçün olan lampa (yandırıcı lazer lampa) işlədikcə öz qüvvəsini itirməyə başlayır və illər sonra artıq yandırıcılıq qüvvəsini itirir. İddiaçıya satılan bu cihazında yandırıcılıq qabiliyyəti aşağı olmuşdur. Hesab olunur ki, həmin cihaz yeni olmamış və lazer hissəsi uzun illər istifadə edilmişdir. Məhz buna görə də ekspert və ya mütəxəssis rəyinin alınması zəruri olmuşdur.

26. Kassasiya şikayətində, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 478, 488.1,5 67, 581.1, 582.1, 582.2, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 5, 7, Mülki Prosessual Məcəllənin 77.1, 79.3, 97.1, 217.1, 217.3-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlüklə mübahisələndirdiyindən kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

31. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur.

32. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub- olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.

33. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

34. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.

35. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

36. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən ə vvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

37. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.

38. Maddə 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəz ərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas olmadığından kassasiya şikayəti təmin edilməməlidir.

45. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

46. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin baxış predmeti birinci instansiya məhkəməsi tərəfindən ilk iddia tələbinin rədd edildiyi, qarşılıqlı iddianın təmin edildiyi hissə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin hissələrdə iddia tələblərinə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilmişdir.

47. İlk iddia üzrə iddiaçı olan kassator cavabdehlə bağlanmış 11 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında “Laseconn Dual” markalı cihazın (lazer aparatı) keyfiyyətli olmadığını iddia edərək cihazın cavabdehə, ödədiyi məbləğin isə ona qaytarılmasını xahiş etməklə faktiki olaraq alqı-satqı müqaviləsinin ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

48. MM-nin 587.2-ci və 588.1-ci maddələrinə əsasən alqı-satqı müqaviləsindən imtina etmək üçün əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulduğunu, o cümlədən əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmək vəzifəsi alıcının üzərinə qoyulduğundan məhkəmə düzgün olaraq hesab etmişdir ki, alıcı iddia etdiyi halları sübut edə bilmədiyi üçün ilk iddia əsassız, qarşılıqlı iddia isə təmin edilən hissədə əsaslıdır.

49. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, məhkəmə tərəfindən mübahisəyə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun normalarının tətbiq edilməklə baxılmalı olduğuna dair dəlillər əsassızdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinə görə, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Hazırkı halda iddiaçı lazer cihazını öz şəxsi tələbatını ödəmək üçün deyil, iddia ərizəsində qeyd etdiyi kimi “iş qurmaq” və gəlir əldə etmək məqsədi ilə əldə etdiyindən sözügedən qanun mübahisə üzrə tətbiq edilə bilməz.

50. Satılan cihazda qüsur olduğunun müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən ekspert və ya mütəxəssis rəyi alınmamasının prosessual pozuntu olduğuna dair dəlillə bağlı kollegiya qeyd edir ki, mülki prosesin çəkişmə prinsipinə və MM-nin 14.2-ci, 77.1-ci maddələrinin tələblərinə əsasən öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etmək tərəflərin vəzifəsi olduğundan iddia edilən halı sübut etmək üçün məhkəməyə mütəxəssis rəyi təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Bundan əlavə işdən görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının vəsatəti əsasında “Laseconn Dual” markalı cihazda qüsur olub-olmadığının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi sualların cavablandırılmasının həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən sınaqlar aparılmaqla mümkün olduğunu göstərərək ekspertizanın aparılmasından imtina etmiş, iddiaçı isə zəruri mütəxəssis rəyinin təqdim edilməsini təmin etməmişdir.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilməməli, mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəmə si Qərara aldı: İlk idda üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-585/2025 nömrəli iş üzrə 05 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar