Məhkəmə qərarları › İş №2(102)-2896/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2896/2022

22.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2896/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı üzrə QƏRARİ iş № 2(102)-2896/22 Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi Bakı şəhəri, 22 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10407/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı qızı ilə Cavabdeh oğlu oğlu 2018-ci ildə nikaha girərək ailə qurmuşlar.

2. İddiaçı bildirir ki, yeni ailəyə ev alınması məqsədilə cavabdehə 10.000 manat pul vermişdir.

3. Tərəflərin övladları 03 dekabr 2020-ci il tarixdə boşandıqdan sonra iddiaçı həmin məbləğdə pulun geri qaytarılmasına dair aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərin əvəzi olaraq 10.000 manat, mənəvi zərərin əvəzi olaraq 5.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh Moskva şəhərində ev alaca ğına söz versə də, Moskva şəhərində heç bir ev alınmamış, iddiaçı tərəfindən verilən 10.000 manat pulu da ona geri qaytarmamaqla öz şəxsi istifadəsində saxlamışdır. İddiaçı dəfələrlə cavabdehdən ona verdiyi 10.000 manatın qaytarılmasını tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir.

6. İddiaçı, tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin İ bəndinnə, Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 329.3, 427.2, 443.1, 445.1, 448.1, 448.2, 449.1, 1097.1, 1115-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinad etmişdir.

7. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək izahatın da bildirmişdir ki, iddiaçını uzun müddətdir ki, tanıyır, onun oğlu ilə iddiaçının qızı ailə həyatı qurmuş və toydan sonra Moskva şəhərinə getmişlər, qayıdaraq bir müddət burada yaşadıqdan sonra məhkəmə qətnaməsi ilə nikahları ləğv edilmişdir, gəlin evdən gedərkən əşyalarını özü ilə aparmışdır.Cehiz və pulla bağlı iddiaçı ilə arasında heç bir söhbət olmayıb, iddiaçı ona heç vaxt 10.000 manat məbləğində pul verməmişdir, o da həmin məbləğdə ondan pul almamışdır. Sumqayıt şəhər Polis İdarəsinin qərarı onun 10.000 manat pulu götürdüyünü təsdiq etsə belə bu qərar qanunsuzdur, onun pulu götürdüyünü təsdiq edə biləcək şahidlər yoxdur, iddiaçının şahidləri yalnız onun ailə üzvləridir ki, onların da verdiyi izahatlar gerçəyə uyğun deyildir, oğlunun Watsapp yazışmaları barədə də bir söz deyə bilməz. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(011)-3854/2021 saylı qətnaməsi ilə(hakim Ş.Əliyev) iddia qismən təmin edilərək Cavabdeh maddi zərərin əvəzi kimi 10.000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ailə münasibətləri pozulduqddan sonra iddiaçının qızı Nuranə Quliyeva ilə cavabdehin oğlu Elnur Ağayevlə olan “Watsapp” yazışmalarında “Atamın verdiyi 10.000 manatı xərcləmisiz” sualına sonuncunun cavabı kimi qeyd edilmiş “Məndədi xerclememishem; sənin atanın verdiyi 10 min bu günki kursla 6 min dollardı, mənim bu dəqiqə 15 min dollarım var, bilirsən m ənim atam mənə nə edib, Mənə o pulu verib ki, get özünə gün ağla, ailəni saxla; Mən nə sənin atanın verdiyi pulu yemişəm, nə də öz atamın, Mən çalışıram artıram" kimi etirafı, həmçinin “cehiz verilməməsi” barədə cavabdehin etirafı və qüvvədə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qərarla da mübahisəli məbləğin cavabdehə verilməsinin müəyyən olunması, həmçinin cavabdehin dəlillərini təsdiq edən hallara dair hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsi, iddia tələbinin mübahisələndirilən 10000 manat hissədə təmin olunması üçün kifayət edir.

10. Birinci instansiya məhkəməsi “cavabdehdən 5000 manat mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, bunu təsdiq edən hallar sübutetmə yükü ilə bağlıdır və iddiaçı, bu hallara dai r sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına belə sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini MM-nin 16.1, 560.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, MPMnin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, iddiaçı ona heç vaxt 10.000 manat məbləğində pul verməmiş, o da həmin məbləğdə ondan pul almamışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10407/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), E.Kazımov, A.İsgəndərov) apellyasiya şikayəti qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(011)-3854/2021 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, əvvəla Sumqayıt Şəhər Polis İdarəsinin təhqiqatçısı tərəfindən qəbul olunmuş 10 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb etmir. Həm birinci instansiya məhkəməsinin qətnaməsində, həm də cinayət işinin başlanması nın rədd edilməsi haqqında 10 noyabr 2020-ci il tarixli qərarda sübut kimi qəbul olunan WhatsApp messenceri vasitəsilə yazışmalar tərəflər arasında aparılmamışdır. İş materiallarından görünür ki, həmin yazışmalar iddiaçının qızı Nuranə Quliyeva ilə cavabdehin oğlu Elnur Ağayevin arasında aparılmışdır. Həmin yazışmada +994 55 835 59 95 saylı mobil nömrə istifadəçisinin SMS yazışması zamanı “Atamın verdiyi 10000 manatı xərcləmisiniz?” sualına +994 55 932 28 88 saylı mobil nömrə istifadəçisi “məndədir, xərcləməmişəm.” deyə cavab vermişdir. Həmin ismarıcın məzmunu iddiaçının cavabdehə 10000 manat məbləğində pul verməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Sumqayıt RPİ-də aparılmış araşdırma zamanı X2, X1, X4 və X5 iddiaçının ail ə üzvləri olduğuna görə izahatlarında İddiaçı Cavabdeh 10000 manat məbləğində pul verməsini təsdiq etsələr də, mötəbər sübut kimi qəbul edilməməlidir.

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən cavabdehə 10000 manat məbləğində pul verilməsi qeyri-mötəbər sübutlarla təsdiq olunduğu halda, birinci instansiya məhkəməsi işin faktiki hallarını ətraflı araşdırmadan iddianı qismən təmin etmiş, işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yen i qərar çıxarılmasını xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki işə mahiyyəti üzrə baxarkən prosessual hüquq normalarının tətbiq və təvsirində yalnışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Sübutlann qiymətləndirilməsinin məhkəmə qətnaməsində ifadəsini tapması mülki prosessual qanunvericiliyin tələblərindən biridir. Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsi tələb edir ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şəhid ifadələrinin məzmunu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri göstərilməlidir. Sumqayıt RPİ-də aparılmış araşdırma zamanı X3, X1, X4 və X5 izah atlarında İddiaçı Cavabdeh 10000 manat məbləğində pul verməsini təsdiq etmişlər. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

20. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən kassasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10407/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülk i hüquq məsuliyyəti daşıyır.

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllə

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyə n edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üz rə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası, hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilmişdir.

34. Belə ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. M əhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

35. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşsə də, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iddanı təmin etməmişdir.

36. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradı ldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10407/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev İlqar Xələfov Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar