Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2898/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi X6 və iddiaçların vəkili Məlikov Hacıbala Məlik oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və XXX tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz rayon Məhkəməsinin xx xxxx 2019-cı il tarixli, 2(067)-1217/201 9 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, ********** saylı çıxarışa əsasən Xaçmaz rayonu, Üçgünqışlaq kəndi ərazisində iddiaçılar İddiaçı1 və Yarəliyeva Ulduz Süleymanovnanın paylı mülkiyyətində olan, İddiaçı1 məxsus 0,29 ha bağ sahəsi ilə şimal tərəfdə yerləşən Cavabdeh1 Murtuzəli qızına məxsus torpaq sahəsində yerləşən ağacların iddiaçılar İddiaçı1 və XXXna məxsus torpaq sahəsinə keçən budaqlarının kəsilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim İlkin Xəlilov) Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən, məruzəçi), Z.Məmmədov və T.Məmmədov, 2(105)3742/2019 saylı mülki iş) hazırki iş üzrə Xaçmaz rayon Məhkəməsinin xx xxxx 2019-cı il tarixli, 2(067)-1217/2019 saylı qətnaməsi iddiaçıların apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, apelyasiya şikayətinə görə ödənilmiş 5,40 manat dövlət rüsumu iddiaçıların özünə aid edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və XXX iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-1357, kod 30209058 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş Xaçmaz rayonu, Üçgünqışlaq kəndində yerləşən 0,87 ha torpaq sahəsindən Xaçmaz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-943/2013 saylı qətnaməsinə əsasən hər birinin payına ayrılmış 0,29 ha torpaq sahəsinin cavabdehlərlə həmsərhəd ərazisində onların mülkiyyətində olan torpaq sahəsindəki ağacların onl arın torpaq sahələrinə keçən budaqlarının kəsilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsi iddianı əsl olmayan cavabdehə qarşı verilməsi əsası ilə təmin etməməklə səhvə yol vermişdir. Qarşı tərəfin sahəsində olan ağacların budaqları onun sahəsinə düşməklə mülkiyyət hüquqları pozulur. Ağacların budaqları onun sahəsinə keçir. Bu barədə videoyazıları məhkəməyə təqdim etmişdir. Məhkəmə onun dəlillərini əsassız hesab etməklə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Hansıki, həmin sübutlarla təsdiq olunur ki, cavabdehin ağaclarının budaqları bir neçə metrdə onun sahəsinə keçir. Cavabdeh onun sahəsinə keçən budaqların meyvəsindən istifadə etməyə də icazə vermir. Pro sessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X6 və iddiaçların vəkili Məlikov Hacıbala Məlik oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İş mat erialları ilə müəyyən edilmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 12 saylı qərarı ilə Xaçmaz rayonu, Üçgünqışlaq kəndi ərazisindən 0,87 ha torpaq sahəsi İddiaçı1, Cavabdeh2 Ağasəttər oğlu və X1 paylı mülkiyyətinə verilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(067)-943/2013 saylı qətnaməsi ilə Torpağa mülkiyyət hüququna dair JN seriyalı 30209058 saylı Dövlət Aktına əsasən Xaçmaz rayonu, Üçgünqışlaq kəndi ərazisində yerləşən 0,87 ha pay torpaq sahəsinin ərazinin cənub hissəsindən 1331 saylı qonşu mülkiyyətçi X5 pay torpağına paralel şəkildə bölünərək Cavabdeh2 Səttər oğlunun, İddiaçı1 və Yarəliyeva (İskəndərova) Ulduz Süleyman qızının hər birinin mülkiyyəıtinə 0,29 ha torpaq sahəsinin verilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Xaçmaz rayonu, Üçgünqışlaq kəndi ərazisində yerləşən ümumi sahəsi 0.29 ha torpaq sahəsini X3 həddiyyə vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan və xx.xx.2019-cu il tarixli A№ 377421 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Xaçmaz rayonu, Üçgünqışlaq kəndi ərazisində yerləşən 0.58 ha torpaq sahəsi İddiaçı1 və Yarəliyeva Ulduz Süleymanovnanın paylı mülkiyyətindədir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, JN-1357, kod 30209058 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş Xaçmaz rayonu, Üçgünqışlaq kəndində yerləşən 0.87 ha torpaq sahəsindən Xaçmaz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-943/2013 saylı qətnaməsinə əsasən tərəflərin hər birinin payına ayrılmış 0.29 ha torpaq sahəsinə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindəki ağacların budaqlarının keçib-keçməməsinin müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətinə aid deyil. Odur ki, məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə xx.xx.2018-ci il tarixli qərardad, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında “Təlimat”ın 3.2.3 bəndinin tələblərinə müvafiq olaraq, icra olunmadan mülki iş geri qaytarılmışdır. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə verilərkən Xaçmaz rayonu, Üçgünqışlaq kəndi ərazis ində yerləşən 0.29 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmuşdur. Bundan əlavə apelyasiya məhkəməsində müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi ilə hazırki iş üzrə Cavabdeh2 mülkiyyətində olan Xaçmaz rayonu, Üçgünqışlaq kəndi ərazisində yerləşən 0.29 ha torpaq sahəsini X3 həddiyyə etsə də, birinci instansiya məhkəməsi, əsl olmayan cavabdehin əsl olan cavabdehlə əvəz edilməsini iddiaçıya təklif etməmiş, həmçinin yeni mülkiyyətçi olan X4 birgə cavabdeh ismində işə cəlb etməmiş, nəticədə iddianı əsl olmayan cavabdehə qarşı verilməsi əsası ilə iddianı təmin etməməklə səhvə yol verilmişdir. Ona görə apelyasiya icraatı zamanı Xaçmaz rayonu, Üçgünqışlaq kəndi ərazisində yerləşən 0.29 ha torpaq sahəsinin mülkiyyətçisi olmuş Cavabdeh2 həmin torpaq sahəsini X3 bağışlanması nəzərə alınaraq sonuncu da birgə cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçılar Cavabdeh2 qarşı iddia tələbinə gəldikdə, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar cavabdeh İ.Süleymanovun torpaq sahəsindəki ağacların budağının İ.Süleymanovun torpağı ilə həmsərhəd ərazidə onların mülkiyyətində olan torpaq sahəsinə keçməsini və həmin budaqların kəsilməsini tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 174.1-ci maddəsinə görə əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. Göründüyü kimi, qanunverciliyin tələbinə görə çıxıntılı budaqlar və uzanan köklər o halda kəsilə bilər ki, onlar qonşunun mülkiyy ətinə ziyan vursun. Hazırki işdə isə Cavabdeh2 və sonradan X2 mülkiyyətinə keçmiş 0.29 ha torpaq sahəsində əkilən ağacların iddiaçıların mülkiyyətinə ziyan vurması halı yoxdur. Əksinə, iddiaçılar tərəfindən təqdim edilən və məhkəmə kollegiyasının iclasında araşdırlan videoyazılardan (İddiaçı1 səsli müşaiyəti ilə) görünür ki, Cavabdeh2 və sonradan X2 mülkiyyətinə keçmiş 0.29 ha torpaq sahəsində əkilən ağacların çıxıntılı budaqları iddiaçının mülkiyyətinə ziyan vura bilməz. Əvvəla, hər iki torpaq sahələrinin qonşu sərhəddində iddiaçılara məxsus heç bir tikili, o cümlədən torpaq sahələrini ayıran hasar yoxdur. Qonşu torpaq sahələri arasındakı ağaclar arasında təxminən üç metrdən çox məsafə var. Videoyazıda İddiaçı1 özü də cavabdehlərə məxsus ağacların kökünün cavabdehlərin torpağında olduğunu, yalnız budaqların onların torpağına keçməsini bildirir. Bundan başqa, torpaq sahələri qonşu olduğu üçün iddiaçıların mülkiyyətindəki ağacların budaqları da eyni qaydada adıçəkilən cavabdehlərin mülkiyyətindəki torpaq sahəsinə keçir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə ləğv etməklə, iddia tələbini həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda qeyd edilir ki, meyvə ağaclarının uzun illik ağaclar olması iş materiallarından və videçəkilişdən görünür. Həmin ağacların iri gövdələrinin kəsilməsi ağacların məhv olması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 174.2. maddəsinə əsasən ağac və ya kol meyvəsi qonşunun torpaq sahəsinə düşdükdə həmin torpaq sahəs inin meyvəsi sayılır. Həmin Məcəllənin 174.3. maddəsinə əsasən əgər mülkiyyətçi tikililər və üst tikililər olan torpaq sahələrində çıxıntılı budaqların olmasına yol verirsə, həmin budaqlarda yetişən meyvələrə onun hüququ çatır. İddiaçıya izah olunur ki, cavabdehlərə məxsus olan meyvə ağacının budaqları onun tərəfinə keçirsə yetişən meyvələrə onun hüququ çatır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələri ni rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və XXXnın kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2898/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2898/2020
21.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver