Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2899/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasda payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X3 ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2025ci il tarixli 2(108)-71/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə ba xan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 xx xxxx 1987-ci il tarixdə Daşkənd şəhərində doğulmuş, atası X11, anası İsmayılova Əminədir;
3. Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 xx xxxx 1989-cu il tarixdə Daşkənd şəhərində doğulmuş, atası X11, anası X8r;
4. X11 17 dekabr 1990-cı il tarixdə vəfat etmişdir;
5. X13 05 noyabr 2015-ci il tarixdə vəfat etmişdir; 6. 14.10.2010-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2da 0.0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri yaşayış, 79.08 kv.m köməkci sahədən ibarət 3A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 24 iyun 2024-cü il tarixdə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X5 miras qalmış ünvan 1 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyriyaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) onun İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakdakı payının bütün miras kütləsinə şamil edilməklə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı Naxçıvan şəhəri 3 saylı Notariat ofisinə müraciət edərək ona qanun üzrə mirasın tam payına şəhadətnamə verilməsini xahiş etsə də, mirası qəbul etmə müddəti ötür düyündən rədd cavabı verilmişdir.
9. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəfindən çıxış edən Şahid1 ifadəsində iddiaçı ilə yaxın qonşu olduğunu və eyni məhəllədə qaldıqlarını, iddiaçı və cavebdehin mərhum anası vəfat etdikdən sonra cavabdehi bu evdə cəmi 1-2 dəfə gördüyünü, iddiacı X4 isə daimi həmin evdə yaşadığını, halhazırda da miras qoyanın vəfatından sonra bütün komunal ödənişləri, vergi rusumlarını İddiaçı ödədiyini, əmlakda təmir işləri apardığını, iddiaçının qonşusu olduğunu, eyni məhəllədə yaşadıqlarını bildirmişdir.
10. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddia ərizəsini qəbul etmir. Anasının vəfatından sonra iddiacı onun o evdə yaşamağına icazə verməyib. Evdə daimi yaşadığı üçün öz şəraitini yaxşılaşdırmaq məqsədilə evdə təmir işləri gördür üb. Təmir işlərini gördürərkən ondan köməklik istəməyib. Hazırda Düylün kəndində yaşayır.Hazırda nə onun adına, nədə ki həyat yoldaşının adına hər hansı bir əmlak olmadığını, onun da o evdə yaşadığını və ona da həmin əmlakdan vərəsə kimi pay verilməsini istədiyini bildirmişdir.
11. İş materiallarında olan, 27 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, X2 şəhəri, Naxçıvan küçəsi, döngə 3, ev 3A ünvanında yaşayıb, aşağıdakı tərkibdə ailə üzvləri var: a) X11-Həyat yoldaşı-vəfat edib; b) X4-qızı-1987; c) X6-qızı-1988.
12. Ordubad Rayon Məhkəməsinin (hakim Haqverdiyev Tural) 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, mərhum X5 miras qalmış ünvan 1 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25. 14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə tam payının müəyyən edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
13. Məhkəmə baxışında iştirak etmiş Cavabdeh iş üzrə qərar çıxarılarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
14. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin tə min olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hüquq münasibətləri (vərəsəlik) X7 05 noyabr 2015-ci ildə Naxçıvan şəhərində vəfat etməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Həmin vaxt da iddiaçının qızı İddiaçı faktiki olaraq hərəkətləri ilə mirası qəbul etmişdir. Həmin vaxt Cavabdeh Vəl nə faktiki, nə də notariat orqanına müraciət etməklə vərəsəliyi qəbul etməmişdir. Hazırkı halda isə hüquq münasibətləri (vərəsəlik) X7 05 noyabr 2015-ci ildə Naxçıvan şəhərində vəfat etməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Həmin vaxt da İddiaçı faktiki olaraq hərəkətl əri ilə mirası qəbul etmişdir.
16. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, mərhum X5 miras qalmış ünvan 3 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə tam payı müəyyən edilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin, 1133, 1193, 1151.1, 1159.1.1, 1159.1.3, 1243.2, 1243.3, 1255-ci və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılması na dair” 26 dekabr 2023-cü il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və onu da qanun üzrə vərəsə kimi nəzərə alıb paylarının bərabər müəyyən olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir.
19. Apellyasiya şikayətində qeyd etmişdir ki, mərhum anası X1 və vəfatından sonra onun mütəmadi olaraq onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə gəlib-getdiyini və anasının vəfatından sonra da həmin miras qalmış fərdi yaşayış evinə bağlılığını itirmədiyini, bu halların da məhkəmə tərəfindən qə tnamə qəbul edərkən nəzərə alınmadığını, həmin fərdi yaşayış evinə gəlib–getməyini iddiaçı tərəfdən dəvət olunmuş və 1-ci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 da ifadəsində təsdiq etdiyini, qətnamədə İddiaçı tərəfindən evin kommunal ödənişləri və digər ödənişləri ödədiyi qeyd olunsa da təbii ki, orada yaşadığından kommunal xərcləri həmin evdə yaşayan 1 (bir) nəfərin ödəməli olduğunu, ailə qurub Ordubad rayonu, Düylün kəndində yaşadığından və ailəsinin bütün qayğılarını çəkdiyindən onun tez-tez həmin miras qalmış fərdi yaşayış evinə gedib-gəlməyinin imkan xaricində olduğunu, bütün bu hallarla bağlı 1-ci instansiya məhkəməsində ifadə versə də, məhkəmə tərəfindən buna hüquqi qiymət verilmədiyini və mirasın yalnız bacısı İddiaçı tərəfindən yanlış olaraq qəbul edilməsi fakt ı nəticəsinə gəlindiyini, Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi üzrə onun cavabdeh qismində mərhum anası X7 qanun üzrə vərəsəsi qismində cəlb edildiyini və məhkəmə tərəfindən onun qanun üzrə vərəsə sayılmağına baxmayaraq iddiaçı tərəfin əsassız olaraq mirasın bütünlüklə qəbul etdiyi qənaətinə gəlindiyini, mərhum anası X7 1-ci növbəli vərəsəli olub və qanun üzrə bərabər hüquqlu vərəsəsi sayılsa da, Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi üzrə onun qanun üzrə vərəsə olaraq miras əmlakdan mərhum olduğunu, Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi ilə İddiaçı ona mirasın faktiki qəbulu və həmin miras əmlakdan payın müəyyən olunmasına mərhum anası X5 miras qalmış ünvan 4 ünvanında 0.0403 ha. torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) İddiaçı tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilərək həmin evdə tam müəyyən etməklə məhkəmə araşdırılmasından irəli gələn həqiqəti müəyyən etmədiyini qeyd etmişdir.
20. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X14 - sədrlik edən və məruzəçi, X12 və X9 ibarət tərkibdə) 21 may 2025-ci il tarixli 2(108)71/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməs i qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində mərhum anası X1 və vəfatından sonra onun mütəmadi olaraq onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə gəlib-getməsi və anasının vəfatından sonra da həmin miras qalmış fərdi yaşayış evinə bağlılığını itirməməsini bildirsə də, apellyatorun anasından miras qalmış fərdi yaşayış evinə gedibgəlməsi və həmin evə bağlılığının itirməməsi mirasın faktiki qəbul edilməsi hesab edilmir. Eyni zamanda apellyator şikayətində qeyd etdiyi halları təsdiq edəcək sübutu təqdim etməmişdir.
22. Kollegiya apellyatorun birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində cavabdehin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə gəlibgetməsinin bildirməsi dəlilinə qiymət verərək, qeyd etmişdir ki, cavabdehin mübah isələndirilən evə vaxtaşırı gəlib-getməsi onun tərəfindən qanunvericiliklə müəyyən olunmuş əsaslarla mirasın qəbul olunması anlamına gəlmir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1147.1, 1151.1, 1159.1, 1243.2, 1243.3, 1255, 1274, 1291-ci və “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiy a şikayətinin dəlilləri
24. Cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı kassasiya şikayəti verərək, Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının 25 may 2025-ci il tarixli, 2(108)-71/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi ilə bağlı yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə müvafiq beynəlxalq normanı düzgün tətbiq etməmiş və nəticədə cavabdehin mülkiyyət hüququna əsassız müdaxiləni təmin etmişdir. Bu miras onun tərəfindən nə formal, nə də faktiki qəbul edilmədiyi üçün bölünə bilməz. Lakin işə baxan məhkəmələr faktiki olaraq vərəsələr arasında miras bölgüsünü aparmırlar, əksinə ona çatmalı miras payı qəbul etmədiyinə baxmayaraq, ondan alıb digər vərəsəyə verirmişdirlər.
26. Bundan əlavə, onu qanun üzrə vərəsə kimi tanısa da, onu vərəsəlik payından məhrum etmişdir və konkret sübutlarla əsaslandırmamışlar. Həmçinin, mirasın vərəsələrdən biri tərəfindən faktiki və ya formal (notariusa müraciətlə) qəbul etməsi digər vərəsələri miras payından məhrum etmir.
27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələbinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə, iddiaçı şifahi və əsassız tələblərdən başqa məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Halbuki, iddiaçı öz ifadəsində müxtəlif hallara istinad etmişdir.
28. Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 12 73-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Hesab edirik ki, bir vərəsə tərəfindən mirasın formal və ya faktiki qəbul edilməməsi və yaxud da miras payından imtina etməməsi onu vərəsəlikdən məhrum edə bilməz, eyni zamanda digər vərəsələri də ona çatan miras paya sahibləndirə bilməz.
29. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başq a şəxslərə(vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
32. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
33. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
34. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər.
35. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mi rası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 36. (Bu iş üzrə mirasın açıldığı anda qüvvdə olan) Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
37. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instans iyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Bu mübahisəyə tətbiq olunan hüquq normlarına əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Və rəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (§ 35-37).
48. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, cavabdeh qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etdiyini sübuta yetirə bilməmişdir. Belə olan halda miras əmlak üzərində onu qəbul etmiş iddiaçının tam payla mülkiyyət hüququ yaranmışdır.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiya sı apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Hazırkı işə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarındakı hüquqi mövqelərin tətbiq edilməklə mirasdan imtina etməyən cavabdehin mirası qəbul etmiş vərəsə sayılması mümkün deyil. Ona görə ki, həmin Qərarın 3-cü bəndinə görə, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Hazırkı iş üzrə iddia isə xx.xx.2024-cü ildə qaldırılmışdır.
51. O da qeyd edilməlidir ki, işin faktiki hal ları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməs i dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2025-ci il tarixli 2(108)-71/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.