Məhkəmə qərarları › İş №2(102)-2902/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2902/2020

18.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2902/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı diplomun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.İ.Səfiye va) iddia tələbinin təmin edilməsi, Cavabdeh M.Ə.Rəsulzadə adına BDU-nun (hazırkı Bakı Dövlət Universitetinin) nəzdindəki İxtisasartırma və Yenidən hazırlanma İnstitutu tərəfindən psixoloq ixtisası üzrə bitirməsi barədə onun adına 1994-cü il tarixdə verilmiş xxx saylı diplomun dövlət nümunəli təhsil sənədi olmadığından etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən G.Tağızadə, hakimlər T.Quliyev və E.Rəhimov) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı “diplomun etibarsız hesab edilməsi tələbi”nə dair iddia ilə məhkəməyə müraciət edərək Bakı Dövlət Universitetinin nəzdində İxtisasartırma və Yenidənhazırlanma İnstitutu tərəfindən psixoloq ixtisası üzrə bitirməsi barədə onun adına 1994-cü il tarixdə verilmiş xxx saylı d iplomun dövlət nümunəli təhsil sənədi olmadığından etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, cavabdeh Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Elmi-pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması fakültəsi tərəfindən təşkil olunmuş «Xalq təhsilində praktiki psixologiya» təyinatlı kursunda 1989/1990-cı tədris ilində təhsil almış və ona 9 aylıq (xx.xx.1989-x x.xx.1990-cı il tarixlərində) kursu bitirməsi haqqında xx xxxx 1990-cı il tarixli 0062 nömrəli vəsiqə verilmişdir. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, Cavabdeh M.Ə.Rəsulzadə adına BDU-nun nəzdindəki İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda xx xxxxxxxx 1989cu ildən xx xxxx 1990-cı il tarixinədək psixoloq ixtisası üzrə tam kursu bitirməsi və Dövlət İmtahan Komissiyasının xx.xx.1993-cu il tarixli qərarı ilə ona ümumtəhsil məktəbində praktik psixoloq ixtisası verilməsi barədə xx.xx.1994-cü il tarixli xxx saylı diplom verilmişdir. Qeyd edilən diplom A-da qeydiyyatdan keçməmişdir. Beləliklə işin hallarından göründüyü kimi iddiaçı kursu bitirdiyinə görə ona bununla bağlı vəsiqə verildiyi halda həmin vəsiqə əsasında buna hər hansı bir əsas olmadan mübahisələndirilən diplom ver ilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, onunla birlikdə kursu bitirmiş şəxslərə də eyni formalı diplomların verilməsi, eyni zamanda apelyasiya instansiyası məhkəməsinin ona məxsus diplomun dövlət nümunəli sənəd olmamasına dair gəldiyi nəticəni əsaslandırmaması, ona görə də ona verilmiş diplomun etibarsız sayılması barədə qətnamənin qanunsuz və əsassız olması barədə cavabdehin irəli sürdüyü dəlillər hazırkı iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, hazırkı işdə iddianın predmeti yalnız Cavabdeh verilmiş diplomun etibarsızlığı ilə bağlıdır və digər şəxslərə də eyni formalı diplomların verilməsi hazırkı iş üzrə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bundan başqa işin halları ilə Cavabdeh xx.xx.1990-cı ildə verilmiş vəsiqənin əsasında xx.xx.1994-cü ildə diplomun verilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar