Məhkəmə qərarları › İş №2(102)-2910/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2910/2022

29.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2910/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 (maraqlı şəxs qismində Bakı şəhəri 51 saylı dövlət notariat kontoru cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Yaqub oğlunun cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 (maraqlı şəxs qismində Bakı şəhəri 51 saylı dövlət notariat kontoru cəlb edilməklə) qa rşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2910/2022 nömrəli, 2 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 31.10.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən hədiyyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,5 kv metr olan 3 otaqlı mənzili hədiyyə alan Cavabdeh3 mülkiyyətinə verir. 2. 31.10.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən hədiyyə verənlər İddiaçı, Cavabdeh1, X9 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran Ba ğ massivi, 410 saylı sahə üzərində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsini hədiyyə alan Cavabdeh3 mülkiyyətinə verirlər. Müqavilə bağlanan zaman Cavabdeh2 və X3 adından X10 çıxış etmişdir.

3. Hədiyyə verən Cavabdeh1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,15 ha olan torpaq sahəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə verir.

4. İddiaçı ilə Cavabdeh1 24 aprel 1992-ci ildə rəsmi nikaha daxil olmuşdur. birgə nikahlarından xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh2 və X9 doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (maraqlı şəxs qismində Bakı şəhəri 51 saylı dövlət notariat kontoru cəlb edilməklə) “bağışlama müqaviləsinin etibarsız hesab ed ilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanındakı mənzilə dair Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2020-ci il tarixli 4Ə-1500 saylı Cavabdeh3 adına keçirilən daşınmaz əmlakın bağışlanması müqaviləsini, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 410 saylı bağ sahəsinə dair Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda xx.xx.2020-ci il tarixli 4Ə-1501 saylı Cavabdeh3 adına keçirilən daşınmaz əmlakın bağışlanması müqaviləsini etibarsız hesab edilməklə, ondan yaranmış hüquqi nəticələrin ləğv edilməsi barədə, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, 411 saylı bağ sahəsinə dair Cavabdeh1 ilə qızı Cavabdeh2 arasında bağlanan, Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda 27 yanvar 2021-ci il tarixli 4Ə-120 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsini etibarsız hesab edərək, ondan yaranmış hüquqi nəticələrin ləğv edilməsi həmçinin müqavilələr etibarsız hesab edildikdən sonra qeyd olunan birgə nikah dövründə əldə olunan hər üç əmlakın Cavabdeh1 ilə aralarında ½ hissədə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbini belə əsaslandırmışdır ki, arvadı Cavabdeh1 təkidi ilə öz mülkiyyətində olan və valideynlərindən ona miras qalmış bağ və mənzili oğlu Cavabdeh3 və qızı Cavabdeh2 adına bağışlama müqaviləsi ilə keçirmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh1 onu aldadaraq əmisi X2 bağışlama müqaviləsi əsasında ünvan 2ni 1998-ci ildə onun mülkiyyətinə vermiş elə həmin il o arvadının adına bağışlamışdır. Bundan başqa Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 410 saylı bağ sahəsi atası öləndən sonra anası və bacısı onun xeyrinə vərəsəlik paylarından imtina etdiklərindən onun adına vərəsəlik şəhadətnaməsi verilmişdir. Bundan başqa ünvan 1 ünvanındakı mənzili mülkiyyətinə 1997-ci ildə alğı-satqı müqaviləsi əsasında keçirmişdir. Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda xx.xx.2020-ci il tarixli 4Ə-1500 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə ünvan 5 ünvanındakı mənzili ailə üvlərinin təkidi ilə Cavabdeh3 adına keçirilmişdir. Elə həmin gün Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda xx.xx.2020-ci il tarixli 4Ə-1501 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə atasından ona miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 410 saylı bağ sahəsini arvadının təkidi ilə oğlu Cavabdeh3 adı na keçirmişdir. Bundan başqa birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, 411 saylı bağ sahəsini Cavabdeh1 Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda 27 yanvar 2021-ci il tarixli 4Ə-120 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə qızı Cavabdeh2 adına keçirməklə birgə nikah dövründə əldə edilmiş əmlakdan onu məhrum etmişdir. Nəticədə onun heç bir əmlakı qalmamaqla yanaşı onu qaldığı evdən də, ailə üzvləri təhqir edərək çıxarmışlar. Buna görə o, məhkəməyə müraciət edərək, valideynlərindən miras qalan bağının ona qaytarılması və birgə nikah dövründə əldə etdikləri və hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanındakı mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməklə birgə nikah dövründə əldə etdikləri üçün Cavabdeh1 ilə bərabər paylara bölünməsini xahiş edir. Cavabdehlər onu aldadaraq, etibarından sui-istifadə edərək, əmlaklarını ələ keçirmişlər. Ona psixoloji təsir etməklə aldatma yolu ilə bağışlama müqavilələrini bağlamağa nail olmaqla onu ağır vəziyyətə salmışlar. Onun nə valideynlərindən ona qalan bağları, əziyyətlə işləyib aldığı evi əlindən çıxmışdır. Çünki onun mülkiyyətində olan əmlakları başqa formada əldə edə bilməyəcəklərini bildiklərindən ona şər atmaqla əmlaklarını ələ keçirdikdən sonra onu evdən qovmuşlar. Bundan başqa Cavabdeh3 ünvan 1 ünvanındakı mənzili satışa qoymuşlar. Bu da bir daha sübut edir ki, keçmiş ailə üzvlərinin məqsədi əmlaklarını ələ keçirmək olmuşdur.

7. Cavabdehlərin nümayəndəsi, vəkili Vəkil2 iddia ərizəsinə yazılı etirazını təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı al i təhsilli həkimdir. Əmlakını övladına bağışlaması üçün onu heç kim məcbur etməmişdir. Hər iki valideyn özləri bunu arzu edərək, öz iradələri əsasında notarius kontoruna gedərək iradələrini ifadə etmişlər. Hətta əmlaklarını oğullarına və qızlarına bağışlamalarının sevinci olaraq notarius çıxışında xatirə şəkil belə çəkmişlər. İddiaçının əmlakı bağışlama məcburiyyətində olmasını, aldadılmasının, etibarından sui-istifadə etməsinin, ona psixoloji təsirin və digər xüsusatları bildirməsi tam əsassızdır və həqiqəti əks etdirmir. Nardaran qəsəbəsində olan 411 saylı 0,15 ha torpaq sahəsi 21 iyun 2001ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəinin nizamnaməsi əsasında fəaliyyət göstərən “Birlik” bağlar təsərrüfatının və istismar birliyi komissiyasının sərəncamı ilə Cavabdeh1 adına bağın icarəyə verilmə si haqqında 7840 nömrəli müqavilə ilə rəsmiləşdirilmişdir.Sonradan həmin torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ******* saylı çıxarış verilmişdir. Bundan başqa Nardaran qəsəbəsində olan 410 saylı 0,25 ha torpaq sahəsi 21 iyun 2001-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən “Birlik” bağlar təsərrüfatının və istismarı birliyi komissiyasının sərəncamı ilə İddiaçı adına bağın icarəyə verilməsi haqqında 4187 nömrəli müqavilə ilə rəsmiləşdirilmiş, həmin tarixdə İddiaçı ərizəsi əsasında bağ sahəsi Cavabdeh1 adına keçirilmişdir. Hazırda İddiaçı ünvan 6 ünvanında yerləşən 60,5 kv/m sahəsi olan yaşayış evində yaşamasına heç kim maneə törətmir. MM-nin 668-ci maddəsinə əsasən bağışlama o halda etibarlı hesab edilir ki, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlanma müqaviləsi notariat qaydada təsdiqlənsin. Göründüyü kimi hər 3 müqavilətərəflərin könüllü razılığı əsasında 51 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmişdir. İşin hallarından da göründüyü kimi, bütün bağışlamalardan imtina üçün məcəllənin bu maddəsində göstərilmiş şərtlər mövcud deyildir. Bağlanmış əqdlər üzrə Mülki Məcəllədə göstərilmiş şərtlərin heç biri cavabdehlər tərəfindən pozulmamışdır. İddiaçı MM-nin 157.2-ci maddəsinə istinad edərək oğlu və qızının özü tərəfindən könüllü olaraq bağışladığı əmlaklara qanunsuz sahibləndiklərini bildirərək əmlakını geri tələb edir. Lakin notariat kontorunda bağışlama müqaviləsi əsasında əldə edilmiş əmlakın qanunsuz əldə edilmiş əmlak hesab edilməsi əsassızdır. İddiaçı M M-nin152-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə mülkiyyət hüququ subyektinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur ki, İddiaçı öz qorunan hüququndan istifadə etməklə dövlət notariat kontoruna gedib, könüllü olaraq iradəsini ifadə etməklə əmlakını övladlarına bağışlaması barədə əqd bağlamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, hazırki iş üzrə iddiaçının anasıdır. Elmira onunla və onun oğlu ilə yola getməmişdir. 2020-ci ilin dekabr ayında Elmira ona zəng vuraraq bildirmişdir ki, Tərlandan boşanmaq istəyir, çünki Tərlan başqa şəxslərə qoşulub. Həmçinin qeyd etmişdir ki, y axşı ki, Tərlanı yola gətirmiş və əmlakları uşaqların adına keçirmişdir. Bildirmişdir ki, o, artıq sakit yaşamaq istəyir. Əmlaklar da, uşaqların adınadır. İndi Tərlan istəsə onlarla qalar, istəsə başqa yerə gedə bilər. Elmira Tərlanı aldadıb. Özü deyib ki, Tərlanı yola gətirib və əmlakları uşaqların adına keçirib ki, əmlaklar əldən çıxmasın. Elmiranın özü oğluna notariusdan çıxanda bildirib ki, hara istəsə gedə bilər. Şahid ona verilən suala cavab olaraq bildirmişdir ki, Elmira başqa qadına görə əmlakları uşaqların adına keçirdiyini deməmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, o, tərəfləri 2021-ci ilin yanvar ayında və sonrasında 2 dəfə barışdırmışdır. Lakin tərəflər yenə yola getməmişlər. Cavabdehlərin məqsədi Tərlanı bayırda qoymaq olmuşdur. O ğlu özü atasına demişdir ki, onu məhkəmələrdə süründürəcəklər. Cavabdehlər bağışlama müqaviləsini bağlamaq üçün Tərlanı təhrik etmişlər. Belə ki, özlərinin Tərlana inanmaları üçün əmlaklarını bağışlamağı təklif etmişlər. Onların əsas məqsədi əmlakları ələ keçirmək olmuşdur. O, özü Elmira ilə danışmaq, görüşüb məsələni həll etmək istəsə də, Elmira onunla danışmamaq və görüşməmək üçün bəhanələr gətirmişdir. Tərlanı öz evində yaşamağa qoymurlar. Evdə hər zaman dava-dalaş salırlar. Tərlanı şantaj ediblər ki, digər qadın əmlaklarını ondan alacaq. Tərlan da öz adına olan əmlakları uşaqların bağışlamağa məcbur olub. Onu özü isə tərəflər arasında məsələnin bu həddə gərgin olduğunu bağışlama müqaviləsi bağlandıqdan sonra bilmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstə rmişdir ki, o, hazırki iş üzrə iddiaçı olan Tərlanın bibisi oğludur. O, keçən ilin yay aylarından onların bağında işləyir. Elmira xanımın özü ona demişdir ki, Tərlanla araları yoxdur. Özü onları barışdırmağa cəhd etsə də buna nail olmamışdır. Keçən ilin payızında Tərlan ona demişdir ki, əmlakları uşaqlara bağışlamışdır. Elmira xanımın əmlakları bağışlaması üçün Tərlanı məcbur edib-etmədiyini bilmir. Ama Elmira xanım onunla danışanda demişdir ki, əmlakları Tərlandan alacaq. Başqa qadının olub-olmadığından məlumatı yoxdur. Amma Elmira xanım özü qısqanclıq edirdi. Tərlan isə baş verənlərə münasibətdə sadəcə qeyd etmişdir ki, əmlaklarını uşaqlarına bağışlayıb. Elmira xanım əmlakları Tərlanın əlində alacağını ona sentyabr ayında demişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə sində göstərmişdir ki, hazırki iş üzrə iddiaçı onun xalası oğludur. 2020-ci ilin oktyabr ayında Tərlan onun yanına gələrək ailəsində problem olduğunu və ona maşınını idarə etmək üçün etibarnamə verməsini istəmişdir. Tərlan özü isə istifadəsində ona maşını ailəsinə vermişdir. Başqa məsələlərdən xəbəri yoxdur. Başqa qadının olub-olmamasından xəbərsizdir. Sadəcə Tərlanın ailəsində söz söhbət olduğunu bilmişdir. Tərlanı yaşadığı evdən qovmuşlar. 2020-ci ilin dekabr ayında Tərlan onların evində də bir müddət qalıb. Ola bilsin həmin dövrdə də onu evdən qovmuşlar.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İ.Ə.Əliyev) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-7267/2021 nömrəli 5 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsinin m övqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Mülki Məcəllənin müqavilənin ləğvi və bağışlama müqaviləsindən imtina barədə normalarına istinad etsə də, iddiaçının və onun nümayəndəsinin istinad etdiyi hallardan müəyyən olunur ki, onun tələbinin faktiki əsasını müqavilənin aldadılmaqla, zorakılıqla, məcburetmə ilə bağlanmasına əsasən etibarsız hesab edilməsi və əvvəlki vəziyyətinə qaytarılmaqla ər-arvadın ümumi birgə mülkiyyəti kimi paylarının müəyyən edilməsi təşkil etmişdir.

14. Birinci instansiya məhkəməsi iddiaçının aldadıldığına və ona psixoloji təzyiq göstərilməsi ilə bağlı istinad etdiyi hallar tədqiq edilmiş sübutlar əsasında öz təsdiqini tapmadığı, bununla bağlı əsaslı sübutlar təqdim edilmədiyini, müqavilənin bağlanması zamanı hər hansı qanunsuzluğa yol verilmədiyini və müqavilənin t ərəflərin iradə ifadəsinə uyğun olduğunu vurğulamaqla iddia tələbinin əsaslı olmadığı nəticəsinə gəlmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.5, 328.1, 337.1, 339.1, 339.2, 339.3, 339.4, 339.5, 339.6, 404.1, 404.2, 422.1, 666.1, 662.2, 668.1.1, 669 və 673.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat 16.

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1301/2022 saylı mülki iş üzrə 2 fevral 2022ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı istinad etdiyi halları, yəni ünvan 3 ünvanındakı mənzilə dair Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2020-ci il tarixli 4Ə-1500 saylı Cavabdeh3 adına keçirilən daşınmaz əmlakın bağışlanması müqaviləsini, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 410 saylı bağ sahəsinə dair Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda xx.xx.2020-ci il tarixli 4Ə-1501 saylı Cavabdeh3 adına keçirilən daşınmaz əmlakın bağışlanması müqaviləsini, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, 411 sayl ı bağ sahəsinə dair Cavabdeh1 ilə qızı Cavabdeh2 arasında bağlanan, Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda 27 yanvar 2021-ci il tarixli 4Ə-120 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsini ona psixoloji təsir etməklə aldatma yolu ilə bağlanmasına dair mötəbər sübut növü təqdim etməmişdir

19. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlməklə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət apellyasiya şikayəti ilə eyni məzmunda onunla əsaslandırılmış, qeyd edimişdir məhkəmələr işi hərtərəfli, tam və obyektiv araşdırmamış, Mülki Məcəllənin 339, 1092.1, 422.1, 1091.1, 354.1, 157.2, 152.1, 673, 337-ci maddələrinin, Azərbaycan Respublikası MPM-nin 9.3, 1.3, 366, 417, 418-ci maddələrinin tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsində Cavabdeh1 etiraf edici izahatları ilə göstərmişdir ki, bağışlanma müqaviləsi bağlanan zaman İddiaçı ps ixatrop dərmanlar vermişdir ki, güya İddiaçı həmin vaxt psixoloji gərginlik keçirirmiş. Apellyasiya məhkəməsi cavabdehin göstərdiyi həmin faktları nəzərə almamış, qətnamədə göstərməmişdir. Nə birinci instansiya məhkəməsi, nə də Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri 51 saylı dövlət notariat kontorunun məhkəmədə iştrakını təmin etməmişdir. Bütün bu hallar kobud pozuntu olmaqla qətnamənin ləğv edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdehlərin vəkil kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin 2 fevral 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən s axlanılmasını xahiş edir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

25. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

26. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

29. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

30. Maddə 673.1-673.1.3 Hədiyyə verən bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər.

31. Maddə 673.4 Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması ki mi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə öz təsdiqini tapmır. Həmin dəlillər apellyasiya şikay ətində də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli lboyektiv və qərəzsiz araşdırılmaqla qiymətləndirmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

40. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

41. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının qətnaməsi dəyişdirilmədən saxla nılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2910/2022 nömrəli, 2 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar