Məhkəmə qərarları › İş №2(102)-2912/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2912/2022

25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2912/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 və X1 cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu ibarət tərkibdə, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 11373/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçılar və cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətlərinə xx.xx.2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli hökmü ilə İddiaçı1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına, İddiaçı2 isə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sözügüdən cinayət işi üzrə qəbul edilmiş sonuncu məhkəmə aktına əsasən (Azərbaycan Respublikasının Ali M əhkəməsi Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(102)-890/2018 saylı qərarı) Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından məhkum İddiaçı1 barəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmiş, onun əməlinin CM-nin 127.2.3-cü maddəsindən 127.1-ci maddəsinə tövsif edilmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəzanın təyin edilməməsi qərara alınmışdır. İddiaçı2 əməli isə CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməməsi qərara alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat,

2. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının Ma liyyə Nazirliyi və Daxili İşlər Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 və İddiaçı1 qanunsuz həbsi ilə əlaqədar onların hər birinə 10.000 manat məbləğində, məhkəmə xərclərinə görə kompensasiya, əldən çıxmış gəlirlə əlaqədar olaraq 30.000 manat məbləğində maddi zərər və 100.000 manat məbləğində mənəvi zərərin Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Azərbaycan Respublikası CM-nin 221.3 və 127.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 221.3-cü maddəsi ilə 3 il 6 ay müddətə, CM-nin 127.2.3-cü maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və AR CM-nin 66.3-cü maddəsinə görə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İddiaçı2 AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 1(106)155/2018 saylı qərarı ilə Sabirabad Rayon Məhkəməsinin hökmü dəyişdirilib, iddiaçılar barəsində təyin olunan cəza müddəti azaldılıb. İddiaçı1 CM-nin 221.3-cü maddəsi ilə təyin olunmuş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 il 4 ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və CM-nin 66.2-ci maddəsinə əsasən AR CM-nin 127.3-cü maddəsi ilə təyin olunmuş 1 il müddətə azadlıq dan məhrumetmə cəzası 221.3-cü maddə ilə təyin olunmuş 2 il 4 ay müddətə azadlıqdan məhrumetmə cəzasını əhatə etmək yolu ilə ona qəti olaraq 2 il 4 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. İddiaçı2 AR Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin olunmuş 3 il 6 ay müddətə olan azadlıqdan məhrumetmə cəzası 2 il 4 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, İddiaçı2 və İddiaçı1 təyin edilmiş 2 il 4 ay azadlıqdan məhrumetmə cəzası AR CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinə hesablanıb və onlar barəsində həbs qəti imkan tədbiri ləğv edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 avqust 2018-ci il tarixli 1(102)-890/2018 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilərək İddiaçı1 barəsində AR CM-nin 221.3-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilərək onun əməli AR CM-nin 127.2.3-cü maddəsindən 127.1-ci maddəsinə, İddiaçı2 əməli AR CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilərək hər iki şəxs barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onlar barəsində cəza təyin edilməyib. İddiaçı2 və İddiaçı1 AR CMnin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə Ali Məhkəmənin 15 avqust 2018-ci il tarixli, İŞ № 1(102)-890/2018 saylı qərarı ilə onların əməlində AR CM-nin 221.3. və 127.2.3 maddələri ilə irəli sürülmüş ittihamlar üzrə cinayət işi üzrə icraata AR CPM-nin 39.1.2-ci, yəni əməllərində cinayət tərkibi olmaması əsası ilə xitam verilib. İddiaçı2 xx xxxxx 1971-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. O, orta təhsilli, ailəlidir, himayəsin də iki azyaşlı uşağı var, Sabirabad rayon Nizami kənd tam orta məktəbində müəllim işləmiş, əvvəllər heç bir məhkumluğu olmayıb. İddiaçı1 06 yanvar 1980-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. O, orta təhsilli, ailəlidir, himayəsində iki azyaşlı uşağı var, Sabirabad rayon Nizami kənd tam orta məktəbində müəllim işləmiş, əvvəllər heç bir məhkumluğu olmayıb.

4. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1377/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Musayeva Cəmilə) iddia rədd edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçıların qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində qanun suz olaraq həbs qətimkan tədbirinin seçilməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır.

7. Məhkəmənin gəldiyi qənaətə görə iddia ərizəsində qeyd olunan dövlət orqanlarının əməkdaşları tərəfindən hər hansı qanuna zidd davranışa yol verilməmişdir.

8. Məhkəmə həmçinin hesab edir ki, iddiaçıların bu tələbləri digər cavabdeh Daxili İşlər Nazirliyinə münasibətdə də təmin edilə bilməz. Çünki qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1101-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1377/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilib və iddianın təmin olunmasını xahiş etmişlər.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə şəxsi-qohumluq münasibətləri gedişində iki ailənin arasındakı münaqişədən yaranıb və xuliqanlıq kimi tövsif edilib. Məhkəmələr tərəfindən də əmələ düzgün hüquqi qiymət verilməmişdir. İddiaçılar tutulduğu dövrdə ailəsinin maddi təminatı üçün qazandığı gəli rdən də məhrum olmuşlar. Nizami kənd tam orta məktəbində müəllim işləyiblər və ailələrinin bütün maddi təminatı iddiaçılar tərəfindən qarşılanıb. Lakin həbsdə olduqları dövr ərzində iddiaçılar aylıq qazanclarından və bütün təminatlarından məhrum olmuşlar. Nəticədə onlara 30000 manat məbləğində maddi ziyan dəymişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11373/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyev) apellyasiya şikayəti qismən təmin olunmuş, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv e dilmiş, iddia qismən təmin olunmuş, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 5.000 manat kompensasiyanın İddiaçı2, 5.000 manat kompensasiyanın İddiaçı1 ödənilməsi qət edilmişdir.

13. Məhkəmənin hesab etmişdir ki, iddiaçılar məhkəmə xərclərinə və əldən çıxmış gəlirə görə tələb irəli sürsələr də, bu barədə sübut təqdim etməmişlər. Ona görə həmin tələb təmin oluna bilməz. Mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb isə qismən təmin olunmalıdır. Belə ki, iddiaçılar 2 il 4 ay həbsə olublar, bu müddət onların əməlinə görə məsuliyyət müəyyən edən normanın sanksiyasındakı azadlıqdan məhrum etmə cəzasının maksimum həddindən artıqdır. Bundan başqa, İddiaçı1 əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi ümum iyyətlə olmadığına baxmayaraq o, həmin maddə ilə cinayət təqibinə məruz qalmışdır. Nəticədə iddiaçılar mənəvi sarsıntı keçirmiş və iztirab çəkmişlər. Mənəvi zərərin əvəzinin iddiaçıların hər birinə münasibətdə 5.000 manat müəyyən edilməsi ağlabatandır. Azərbaycan Respublikası Dazili İşlər Nazirliyi zərərin əvəzini ödəmək vəzifəsi daşımır. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 6-cı maddəsindən görünür ki, vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Ona görə də zərərin əvəzi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir

14. Məhkəmə öz mövqeyini əsaslandırarkən “Təhqi qat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 1, 5, 6, 7 və 12-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, Kassasiya şikayətinin dəlilləri

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11373/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı2, İddiaçı1 (Vəkil1) kassasiya şikayəti vermişlər.

16. İddiaçılar kassasiya şikayətini əsaslandıraraq qeyd etmişlər ki, iddiaçıların hər ikisi müəllim işləmişlər. Hər ikisinin əmək haqqı 500 manatdan çox olmuşdur. Onlar həbs edildikləri müddətdə, yəni iki il dörd ay müddətində qanunsuz həbs edildiklərindən müəllim kimi əmək funksiyasını yerinə yetirə bilməmiş və 2 il 4 ay müddətində əmək haqqlarından məhrum edilmişlər ki, bu da faktiki olaraq əldən çıxmış faydadır. Lakin apellyasiya instansiya məhkəməsi bu zərəri nəzərə almayaraq Mülki Məcəllənin 21-ci maddəsinin tələbini pozmuşdur.

17. Qətnamədən eyni zamanda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi də kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az m iqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

82. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.1. Məhkəmənin qə tnaməsi qanuni və əsaslı olmalıdır.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qə tnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi k assasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassatorlar kassasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 32. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 6cı maddəsinə görə vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

33. Göstərilən vəziyyətdə mənəvi ziyanın ödənilməsi tələbinin qismən təmin olunması qanunun tələbinə uyğun olduğundan kollegiya Daxili İşlər Nazirliyinin kassasiya şikayətini əsassız sayır və hesab edir ki, şikayət təmin edilmədən saxlanılmalıdır.

34. İş üzrə İddiaçı1 həbsdə olduğu 4 ayın müqabilind ə ödənilməsi qət olunmuş kompensasiyanın məbləği (5000 manat) ədalətli olduğundan kollegiya iddianın tam həcmdə təmin olunmasına dair kassasiya şikayətini də əsassız sayır və hesab edir ki, qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

35. İş üzrə digər İddiaçı2 1 il 4 ay müddət ərzində qanunsuz həbsdə olmasına baxmayaraq ona münasibətdə də kompensasiyanın məbləğinin 5000 manat müəyyən olunması həmin müddət üçün ona dəymiş mənəvi ziyanın ədalətli kompensasiyasını təmin etmədiyindən kollegiya hesab edir ki, İddiaçı2 kassasiya şikayəti qismən təmin olunmaqla qətnamə ona ödənilməsi qət olunmuş kompensasiyanın məbləğinə dair hissədə ləğv edilməli və ona 10000 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməlidir.

36. Qətnamə iddianın rədd edilmiş hissəsindədə qan unun tələblərinə uyğun əsaslandırıldığından kollegiya hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və İddiaçı1 kassasiya şikayətləri təmin edilməsin. İddiaçı2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2021-ci il tarixli qətnaməsi İddiaçı2 ödənilməsi qət olunmuş kompensasiyanın məbləğinə aid hissədə ləğv edilsin və ona ödənilməli olan kompensasiyanın məbləği 10000 manat həcmində müəyyən olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar