Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-292/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Kalbalıyev Aslan Kalbalı oğlu, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Əliyev Arif Sabir oğlunun və cavabdeh “xxxx” KB ASC-nin vəkili Cabbarov Mirhəsən Miri oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsindən cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim C.Musayeva) xx.xx.2019-cu il tarixli, 2(006)-xxxx nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər “xxxx” MMC-yə, “xxxx” KB ASC-yə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən mənzilin Hərraca çıxarılmasına dair xx.xx.2018-ci il tarixli, 57/01-1 saylı Hərracın Yekunları barədə Protokolun, bu protokola əsasən tərtib edilmiş xx.xx.2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində “xxxx” KB ASC-nin adına ünvan 1 ünvanında yerləşən 289 saylı mənzilə dair mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın və onun əsasında verilmiş Çıxarışın ləğv ed ilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Şamayev, M.Məmmədov, Ş.Məhərrəmova) xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-xxxx saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin Hərraca çıxarılmasına dair xx.xx.2018-ci il tarixli, 57/01-1 saylı Hərracın Yekunları barədə Protokolun və həmin protokol əsasında “xxxx” MMC ilə “xxxx” KB ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanı nda yerləşən 289 saylı mənzilə dair “xxxx” KB ASC-nin mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat “xxxx” KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2018-ci il tarixli müqavilə əsasında “xxxx” KB ASC tərəfindən İddiaçı borcunun bağlanması məqsədilə hesabına köçürülmüş 59287.50 manat məbləğində pulun “xxxx” KB ASC-yə qaytarılması qət edilmişdir. Cavabdeh “xxxx” KB ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətləri vermişdir. İşin halları: İddiaçı cavabdehlər “xxxx” MMC-yə, “xxxx” KB ASC-yə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin və DƏDRX-də aparılmış qeydiyyatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilin Hərraca çıxarılmasına dair xx.xx.2018-ci il tarixli HərraCİN Yekunları Barədə 57/1-1 saylı Protokolun və bu protokola əsasən xx.xx.2018-cui il tarixli Hərracın Yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin və həmin mənzilin bankın mülkiyyətinə verilməsinə dair DƏDRX-dən “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” alınmış Çıxarışın ləğv edilib həmin mənzilin bugünki bazar dəyərinin mütəxəssislər vasitəsilə müəyyən edilərək həmin əmlakın müəyyən olunmuş ilkin qiymətlə hərraca çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Əliyev Arif Sabir oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dair Hərracın Yekunları barədə xx.xx.2018-ci il tarixli, 57/1-1 saylı Protokolun və xx.xx.2018-ci il tarixli əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində “xxxx” KB ASC-nin adına ünvan 1 ünvanında yerləşənmənzilə dair mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın və onun əsasında verilmiş Çıxarışın ləğv edilib, həmin mənzilin bu günə bazar dəyərinin mütəxəssislər vasitəsilə müəyyən edilərək həmin əmlakın müəyyən olunmuş ilkin qiymətlə hərraca çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzr ə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh “xxxx” KB ASC-nin vəkili Cabbarov Mirhəsən Miri oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, qətnamədə qeyd edilmişdir ki, “iş materiallarına əsasən ipoteka qoyan İddiaçı hərracın keçirilməsinə dair bildirişlər ünvanlandırılsa da, bildirişlər iddiaçının qeydiyyatda olduğu bə faktiki olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə deyil, həmin küçədə yerləşən mənzilinə göndərilmişdir. Belə ki, həmin ünvan həm bildirişin özündə, həm də bildirişlərin faktiki göndərilməsini təsdiq edən “****” Sürətli Poçt Daşınma Xidmətinin xx.x x.2018-ci il tarixli, 606182 saylı, xx.xx.2018-ci il tarixli, 599071 saylı və xx.xx.2018-ci il tarixli, 984889 saylı qəbzlərində qeyd olunmuşdur”. Bununla əlaqədar məhkəmə kollegiyası cavabdeh “xxxx” KB ASC-nin apellyasiya şikayətində istinad etdiyi dəlilləri əsaslı hesab etməmiş və qeyd etmişdir ki, apellyasiya şikayətində istinad olunan və bildirişlərin iddiaçıya təqdim olunmasını təsdiq edən 602539, 986518 və 00705 saylı qaimələr birinci instansiya məhkəməsinə nə hərrac təşkilatçısı olan cavabdeh “xxxx” MMC tərəfindən, nə də ki “xxxx” KB ASC tərəfindən təqdim olunmamış və bu səbəbdən həmin sənədlər iş üzrə sübut qismində qəbul oluna bilməz. Bununla əlaqədar Azərbaycan Respublikası MPM-nin 371-ci maddəsinə istinad edən apellyasiya kollegiyası nəzərə almamışdır ki, həmin sübutları cavabde h “xxxx” KB ASC tərəfindən birinci instansiya məhkəməsində təqdim etmək mümkün olmamışdır. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh “xxxx” KB ASC-yə rəsmi qaydada məlumat verilməmiş və cavabdeh “xxxx” KB ASC iş üzrə təyin olunmuş məhkəmə proseslərində iştirak edə bilməmişdir. Bu səbəbdən həmin qaimələrin “xxxx” KB ASC tərəfindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Həmçinin, hərracın keçirilməsi barədə bildirişlərin iddiaçıya çatdırılmasını sübut edən qəbzlərin məhkəməyə təqdim edilməməsinin digər səbəbi həmin qəbzlər barədə “xxxx” ASC-də məlumatın olmaması ilə bağlıdır. Belə ki, iddiaçıya bildirişlər məhz hərrac mərkəzi tərəfindən göndərildiyindən həmin bildirişlərin çatıdırlması ilə bağlı qəbzlər də “xxxx” MMC-dən əldə edilmişdir. Beləliklə də, “xxxx” KB A SC hərrac prosedura ilə bağlı sənədlərin onda olmamasının və hərrac mərkəziu tərəfindən məhkəməyə təqdim edilməməsinin məsuliyyətini daşımamalıdır. Əgər “xxxx” KB ASC işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə prosesi barədə xəbərdar edilsəydi, bu zaman hərrac mərkəzindən sənədləri əldə edib məhkəməyə təqdim etmək mümkün olardı. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə lazımi qaydada araşdırma aparılmadığından, “xxxx” KB ASC öz təşəbbüsü ilə “*****” Sürətli Poçt Daşıma Xidmətinin bildiriş göndərdiyi qəbzlərlə tanış olaraq müəyyən etmişdir ki, ünvanın düzgün olmaması qeydi ilə qaytarılan məktublar yenidən düzgün olan ünvana göndərilmiş və həmin bildirişlər (599919 saylı, 602539 saylı, 986518 saylı və 00705 saylı qaimələr) şəxsən İddiaçı imza və soyadı qeyd edil məklə təqdim olunmuşdur. Lakin qeyd edilən bildirişlərin çatdırılması barədə qaimələr yuxarıda qeyd olunan səbəblərə görə əsassız olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul edilməmişdir. Göründüyü kimi, məhkəmə iş üzrə tərəflər arasında olan münasibətlərə lazımi hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş və bununla da səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyinona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti müdafiə etmişdir. Bu isə tərəflərin bərabərliyi və çəkişmə prinspilərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədal ətli həllini istisna edir. Ona görə də o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edlməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdehlər “xxxx” MMC-nin və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” KB ASC-nin vəkili Cabbarov Mirhəsən Miri oğlu kass asiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Əliyev Arif Sabir oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən iş in faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsaslı olaraq hərracın təşkilatçısı olan cavabdeh “xxxx” MMC tərəfindən hərracın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələblərinin pozulması ilə keçirilməsini müəyyən etmiş və bu əsasa görə də, keçirilmiş hərracı etibarsız he sab etmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iş materiallarına əsasən ipoteka qoyan olan hazırki iş üzrə İddiaçı hərracın keçirilməsinə dair bildirişlər ünvanlandırılsa da, bildirişlər iddiaçının qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı ünvan 1 ünvanına deyil, həmin küçədə yeriləşən mənzilinə ünvanına göndərilmişdir. Belə ki, həmin ünvan həm bildirişlərin özündə, həm də bildirişlərin faktiki göndərilməsini təsdiq edən “****” Sürətli Poçt Daşınma Xidmətinin xx xxxx 2018-ci il tarixli, 606182 saylı, xx xxxxxx 2018-ci il tarixli, 599071 saylı və xx xxxxxxxx 2018-ci il tarixli, 984889 saylı qəbzlərində qeyd olunmuşdur. Bununla əlaqədar cavabdeh “xxxx” KB ASC-nin apellyasiya şikayətində istinad etdiyi dəlillərə hüquqi qiymət verərək məhkəmə kollegiyası onları əsaslı bilməmiş və göst ərmişdir ki, ilk olaraq qeyd olunmalıdır ki, apellyasiya şikayətində istinad olunan və güya bildirişlərin iddiaçıya təqdim olunmasını təsdiq edən 602539, 986518 və 00705 saylı qaimələr birinci instansiya məhkəməsinə nə hərrac təşkilatçısı olan cavabdeh “xxxx” MMC tərəfindən, nə də ki, “xxxx” KB ASC tərəfindən təqdim olunmamış və bu səbəbdən həmin sənədlər iş üzrə sübut qismində qəbul oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 371-ci maddəsinə əsasən, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya şikayətində istinad olunmuş 599919 saylı qaimənin surəti iş materiallarında olsa da, surətin keyfiyyətsiz olması səbəbindən bildirişin iddiaçıya təqdim olunmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin həmin qaimənin ünvan hissəsində evin nömrəsində düzəliş edilmiş və bu səbəbdən mötəbərliyi şübhə altındadır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Nəhayət həmin qaimələr bildirişlərin iddiaçıya təqdim edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilsə də, onlar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələblərinin pozulmamasını təsdiq etmir. Əksinə, müəyyən olunu r ki, 599919 saylı qaimə ilə bildiriş xx xxxxxx 2018-ci il tarixdə (hərracın keçirilməsindən 12 gün əvvəl), 602539 saylı qaimə ilə bildiriş xx xxxxxx 2018-ci il tarixdə (hərracın keçirilməsindən 7 gün əvvəl) ipoteka qoyana göndərilmişdir. Yəni iddiaçı hərrac barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar olunmamışdır. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır ki, borcun ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan və hətta təkrar hərracın keçirilməsi nəticəsində ipoteka saxlayan cavabdeh “xxxx” KB ASC tərəfindən ipoteka predmeti əldə edildikdən sonra iddiaçının məhkəmə aktı ilə müəyyən olunmuş borc davamlı olaraq ödəməsi faktı da iddiaçının hərracın keçirilməsi və eyni zamanda ipoteka predmetinin i poteka saxlayan tərəfindən əldə edilməsi barədə məlumatlı olmasını təkzib edir. Belə ki, iş materiallarından olan qəbzlərin surətlərindən görünür ki, İddiaçı tərəfindən “xxxx” KB ASC-nin hesabına xx xxxx 2018-ci il tarixdə 2000 ABŞ dolları, xx xxxx 2018-ci il tarixdə 500 ABŞ dolları, xx xxxxx 2018-ci il tarixdə 500 ABŞ dolları, xx xxx 2018-ci il tarixdə 500 ABŞ dolları, xx xxxx 2018-ci il tarixdə 500 ABŞ dolları, xx xxxxxx 2018-ci il tarixdə 500 ABŞ dolları, xx xxxxxx 2018-ci il tarixdə 500 ABŞ dolları, xx xxxxxx 2018-ci il tarixdə 2000 ABŞ dolları, xx xxxxxxxx 2018-ci il tarixdə 2000 ABŞ dolları, xx xxxxxxx 2018-ci il tarixdə 1050 ABŞ dolları, xx xxxxxxx 2018-ci il tarixdə 500 ABŞ dolları, xx xxxxxxx 2018-ci il tarixdə 500 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Kassasiya kollegiyası ap ellyasiya kollegiyasının qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, apellyasiya kollegiyası 602539, 986518 və 00705 saylı qaimələrin birinci instansiya məhkəməsinə nə hərrac təşkilatçısı olan cavabdeh “xxxx” MMC tərəfindən, nə də ki, “xxxx” KB ASC tərəfindən təqdim olunmadığını, bu səbəbdən həmin sənədlərin iş üzrə sübut qismində qəbul oluna bilməyəcəyini qeyd etmiş, bu barədə qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə istinadən əsaslandırmağa çalışmışdır. Lakin apellyasiya kollegiyası qeyd edilən prosessual hüquq normasının tələbinə düzgün əməl etməmişdir. Belə ki, apellyasiya kollegiyası nəzərə almamışdır ki, hərracın keçirilməsi prosedura müvafiq hərrac təşkilatı tərəfindən həyata keçirildiyindən, iddiaçıya hərracın keçirilmə vaxtı barədə b ildiriş verilməsi vəzifəsi də hərrac təşkilatına aiddir. Bunu nəzərə aldıqda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə istinadən cavabdeh “xxxx” KB ASC tərəfindən qeyd edilən sübutların birinci instansiya məhkəməsinə təqdim edilə bilməməsinin mümkün olmadığının əsaslandırılmasını gözləmək yersizdir. Digər tərəfdən apellyasiya kollegiyası qeyd etmişdir ki, həmin qaimələr bildirişlərin iddiaçıya təqdim edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilsə də, onlar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələblərinin pozulmamasını təsdiq etmir. Əksinə, müəyyən olunur ki, 599919 saylı qaimə ilə bildiriş xx xxxxxx 2018-ci il tarixdə (hərracın keçirilməsindən 12 gün əvvəl), 602539 saylı qaimə ilə bildiriş xx xxxxxx 2018-ci il ta rixdə (hərracın keçirilməsindən 7 gün əvvəl) ipoteka qoyana göndərilmişdir. Yəni iddiaçı hərrac barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar olunmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). İş materiallarından görünür ki, “xxxx” MMC tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixə təyin edilmiş açıq hərracın keçirilməsinə dair 01 nömrəli, xx.xx.2018-c i il tarixli bildiriş, həmin tarixə təyin edilmiş açıq hərracın keçirilməsinə dair 01/2 nömrəli, xx.xx.2018-ci il tarixli bildiriş, xx.xx.2018-ci il tarixə təyin edilmiş açıq hərracın keçirilməsinə dair 02 nömrəli, xx.xx.2018-ci il tarixli bildiriş, həmin tarixə təyin edilmiş açıq hərracın keçirilməsinə dair 02/2 nömrəli, xx.xx.2018-ci il tarixli bildirişlər ünvanlanmışdır və iş materiallarında da iddiaçılara çatdırılma barədə qeyd olan 599919, 602539, 986518 və 599071 saylı 4 ədəd qaimələr mövcuddur. Apellyasiya kollegiyası isə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələblərinin pozulmasına istinad etsə də, bu istinadını əsaslandıra bilməmişdir. Belə ki, ilkin olaraq apellyasiya kollegiyası işdə mövcud olan 4 ədəd qaimələrin hansının hansı bildirişə aid o lmasını müəyyən etməmiş, digər tərəfdən də 4 ədəd qaimə olduğu halda istinad etdiyi halı 2 ədəd qaiməni (599919 və 629539 saylı qaimələr) qeyd etməklə izah etməyə çalışmışdır. Halbuki, qeyd edilən 4 ədəd qaimədən də görünür ki, iddiaçı qaimələri şəxsən imza etməklə bildirişləri qəbul etmişdir. Göründüyü kimi, apellyasiya kollegiyası işin bu cür ziddiyyətli hallarını araşdırmamış, göstərilən ziddiyyətlərin aradan qaldırılması üçün ədalətli məhkəmə araşdırması hüququnu tam həyata keçirməmiş, ədalətli məhkəmə araşdırması hüququ ilə yanaşı, tərəflərin bərabərliyi prinsipini də pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıq ların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar t arixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kassasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiy ası hesab edir ki, apellyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, qərarın əsaslandırıcı hissəsində göstərilən ziddiyyətli halların araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-292/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-292/2020
09.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver