Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2922/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (maraqlı şəxslər Maraqlı şəxs1 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qəzalı vəziyyətin aradan qaldırılması, vurulmuş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh (maraqlı şəxslər Maraqlı şəxs1 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti) qarşı qəzalı vəziyyətin aradan qaldırılması, vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1596/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən 94 nömrəli evin 9A nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir.
2. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən 94 nömrəli evin 14A nömrəli mənzili X2 xüsusi mülkiyyətində olmuşdur.
3. Daha sonra X4 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən 94 nömrəli evin 14A nömrəli mənzili X1.
4. Hal-hazırda Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur kü çəsi, 94 nömrəli evin 14a nömrəli mənzili Cavabdeh xüsusi mülkiyyətindədir.
5. X4 tərəfindən yazılmış şahid ifadəsinə əsasən 1997-2007-ci il tarixlərində Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, 14a saylı mənzilin sahibi olmuşdur. 2007ci il tarixdən həmin mənzilin sahibi olmuş Cavabdeh sözügedən evdə dəyişikliklər etmiş, istinad divarlarını dağıtmış, tarixi 35 kv.m otağı qanunsuz özünkiləşdirmiş, sanitar qovşağı və mətbəxi söküb yerini dəyişmiş, nəticədə 94 nömrəli binada qəzalı vəziyyət yaranmışdır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-720/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı ilk iddianın qismən təmin olunması, İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, 94 nömrəli evin 9a nömrəli mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, 333 manat maddi ziyanın cavabdehdən tutularaq Cavabdeh verilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 nömrəli iş üzrə ekspertiza keçirilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi 94 nömrəli evin 14a və 9a nömrəli mənzillərinin üst-üstə düşən hissələri üzrə istinad divarlarının söküldüyü və dəyişən hissələrinin arxiv sənədindən fərqli olduğu, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, 94 nömrəli evin 9a nömrəli mənzilində quraşdırılmış qaz cihazları, su və digər kommunikasiya vasitələri Mənzil-Kommunal və Təmir Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli V-01/05/03 nömrəli məktubuna və baxış zamanı əldə olunmuş məlumatlara əsasən mənzildə texniki sənədlərdə öz əksini tapmayan tikilmiş bir ədəd sanitar qovşaq və mətbəx aşkar edilmiş və həmin mənzilin sanitar qovşaq və mətbəx kommunikasiya xətlərinin çəkilişi texniki normativlərə cavab vermədiyi, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, 94 nömrəli evin 14a nömrəli mənzilin tavanında olan qüsurları, qüsurların mövcud olan hissədə qab və paltaryuyanın yerləşdiyini və eləcə də mülki iş materiallarında olan Mənzil Kommunal və Təmir Xidmətinin məktublarını və aktın məlumatlarını nəzərə alaraq 9a nömrəli mənzildən 14a nömrəli mənzilə su axması, tədqiq olunan 14a nömrəli mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bər pa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 333 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı, maraqlı şəxslər Maraqlı şəxs1 Dövlət TarixMemarlıq Qoruğu İdarəsi və Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti cəlb edilməklə, iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, 14A mənzilində cavabdeh tərəfindən aparılmış qanunsuz söküntü işləri nəticəsində ona məxsus olan mənzilin qəzalı vəziyyətə düşməsi nəticəsində dəymiş 6600 manat maddi ziyanın və 86 manat məbləğində ödədiyi dövlət rüsumunun alınaraq iddia çıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin evinə baxış keçirilərkən onun 14A nömrəli mənzili “lüstr alçipan tavanında” çatlama görmüşlər, buna səbəb isə 1-ci mərtəbədə yaşayan cavabdehin üst 2-ci mərtəbədəki 9a nömrəli mənzilinin aynabəndinin və eyvanının 2m-lik sol cinah istinad divarını 14A nömrəli mənzilin giriş dəhlizində qanunsuz özbaşına sökməsi olmuşdur. Sökməkdə məqsədi isə 14A nömrəli mənzilinin sahəsini genişləndirmək və ümumi həyət sahəsini zəbt etmək olmuşdur. Bununla da kifayətlənməyən cavabdeh İçərişəhər Qoruq ərazisində tarixi əhəmiyyətli binada daha 8 divarı dağıtmışdır. Cavabdeh 14A nömrəli mənzilində sökdüyü divarlarla kifayətlənməmiş, o nun 9A nömrəli mənzilində də sökməli məkanlar olduğunu israrla bildirmişdir. Bu hal cavabdehin digər niyyətinin binada qəza yaradıb sığorta haqqından yararlanması məqsədini ortaya qoymuşdur. Qanunsuz əməllərini ört-basdır etməyindən ötrü cavabdeh 2019-cu il tarixdə təkrarən DƏDRX-də 14A nömrəli mənzilin texniki sənədlərində dəyişiklik etmişdir. Bunu evin yeni sahəsinin 82 kv.m-dən 133 kv.m-dək artması ilə müşahidə etmək olar. Evin sahəsinə 33 kv.metrlik 2-ci dəhliz otağı da salınmışdır. Şəxsi mənafeyini düşünən cavabdeh dərk etməmişdir ki, sakinlər yaşayan 1890-cı il tarixli binada bu kimi ekstremal divar söküntüsü işləri həyati təhlükə yaratmışdır. Cavabdeh qonşusu 9A nömrəli mənzilinin köhnə sahibi Mehmanı da divar sökməyə təhrik etmiş və o da 9A nömrəli mənzilində istinad divarını 70 sm -dən 22 sm-ə qədər nazikləşdirmişdir. Cavabdeh 14A nömrəli evində söküntü işlərinin aparmasına dair məhkəməyə təqdim etdiyi əsas sübutlar Qoruq İdarəsinin texniki pasport əvəzləyicisi olan 1997-ci il 14A nömrəli mənzilinin cizgi planı və 14A nömrəli mənzilinin köhnə sahibəsi Süleymanova Zibanın şahid ifadəsi olmuşdur. Belə ki, cavabdeh tərəfindən 1-ci mərtəbədə 14A nömrəli mənzilində aparılan rekonstruksiya işləri binanın özülünün zəifləməsinə, bu da öz növbəsində tarixi 94 nömrəli binanın qəzalı vəziyyətə düşməsinə və çökməsinə səbəb olacaq. Cavabdeh 14A nömrəli mənzilində divarları sökməklə yetməmiş, sanitar qovşağın və mətbəxin yerini də dəyişmişdir. Cavabdeh hərracla əldə etdiyi halal olmayan 14A nömrəli mənzilində xərc çəkib bu mənzili dağıdıb tanınmaz hala salmışdır. Bunu 14A nömrəli mənzilinin köhnə sahibi Ziba xanım da öz şahid ifadəsi ilə təsdiq etmişdir.
10. Cavabdeh iddia ərizəsinə və iddia tələbinin həcminin artırılması barədə ərizəyə yazılı etiraz göndərmişdir. Etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya qarşı xx.xx.2021ci il tarixli iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində 2(009)-720/2021 nömrəli mülki icraat başlanılmış və iddiaçı da, ona qarşı eyni tələb üzrə qarşılıqlı iddia ilə çıxış etmiş, məhkəmə baxışı dövründə hər iki tərəfin sualları üzrə, hakim tərəfindən tikintitexniki ekspertiza təyin edilmiş və ekspertin yerli baxışı zamanı, sözügedən qüsurların yəni, alçipanda olan çatların, şişmələrin, ləkələrin və s. 9A nömrəli mənzildən çirkab suyun axıdılması nəticəsində yaranması rəsmi olaraq bildirilmiş, nəticə olaraq isə, Bakı şəhəri Sə bail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçıdan 333 manatın tutularaq ona ödənilməsi qət edilmişdir. Fakt üzrə dediklərinin digər sübutları kimi, MənzilKommunal və Təmir Xidmətinin məktubunu və çox sayda aktları misal göstərə bilər. Həmçinin ona məxsus mənzildə “istinad divarlarının sökülməsi” kimi, absurd iddianın əksi olaraq bildirmişdir ki, 14a nömrəli mənzildə heç bir istinad və ya köməkçi daş divarlar sökülməmiş, əksinə təmir dövründə, yararsız vəziyyətdə olan, yüngül konstruksiyalı hissələr (taxta şüşəbənd, dəmir və qipsalid arakəsmələr), daş hörgü ilə möhkəmləndirilmiş, taxtadan olan çürümüş eyvan isə betonla əvəzlənmişdir. Bütün təmir işləri texniki sənədlərə uyğun olmaqla, müvafiq nəzarət altında aparılmışdır. Hətta, mənşəyi bilinməyən, üzərində müxtəli f qeydlər aparılmış, 14A nömrəli mənzilin sxemi kimi təqdim edilən və sübut kimi qəbul edilməsi mübahisəli olan, işə əlavə edilmiş məlum sxemlə, qanuni əsaslarla tərtib edilmiş 14A nömrəli mənzilin texniki pasportundakı göstəricilərin 99% eyniliyi dediklərinin sübutu olmuşdur. Daha sonra iddiaçı, onun 94 nömrəli binanın daha 8 divarını dağıtdığını iddia etmiş, lakin bunun sübutu kimi heç bir faktı ortaya qoymamış və bununla da qərəzli, böhtançı mövqeyi ortaya çıxmışdır. Belə ki, iddiaçı özünə məxsus 9A nömrəli mənzildə sökülmüş istinad divarını ört-basdır etmək və gələcək məsuliyyətdən yayınmaq məqsədi ilə, habelə, sözügedən mənzilində özbaşına quraşdırılmış və sökülməsi qanunun tələbi olan, bir ədəd sanitar qovşaq və kommunikasiya xətlərinin gələcək taleyindən narahatlığı, sonuncunun ona qarşı məlum mövqeyindən xəbər vermişdir ki, bunu da ərizəsində öz sözləri ilə bir daha bildirməsi, dediklərinin sübutu olmuşdur. Həmçinin iddia ərizəsində guya onun, “qəza yaradıb sığorta haqqından yararlanmaq məqsədinin” olması kimi absurd fikir yürüdülmüşdür. Bununla əlaqədar bildirmişdir ki, ona məxsus 14A, həmçinin 9 və 12 nömrəli mənzillər, hal-hazırda sığorta məsuliyyəti altında olmamışlar. Daha sonra iddia ərizəsində bildirilmişdir ki, guya o “qanunsuz əməllərinin ört-basdır edilməsi üçün”, 2019-cu ildə təkrarən DƏDRX-də 14A nömrəli mənzilin texniki sənədlərində dəyişiklik etmiş, 82 kv.metrdən 133 kv.metrə qədər mənzili artırmış və 33 kv.metrlik 2-ci dəhliz otaq da texniki sənədə salınmışdır. Əvvəla bildirmişdir ki, 133-dən, 33 çıxılanda 100 qalır, iddiaçınin isə 82 kimi nəticəyə gə lməsi, sonuncunun qərəz dolu niyyətindən irəli gəlmişdir. 14A nömrəli mənzil tək payla ona məxsus olmuşdur, mülkiyyət eləcə də texniki sənədlərdə yaşayış sahəsi ilə yanaşı ümumi sahənin də göstərilməsi ilə bağlı, tərəfindən DƏDRX-in 1 nömrəli Bakı ərazi idarəsinə müraciət edilmiş, məsələ məhkəmə müstəvisində baxılaraq, İnzibatı Məhkəmənin Qərarına əsasən, 2019-cu il tarixində sözügedən mənzilin sənədləri yenilənmişdir. Məlumat üçün qeyd etmişdir ki, Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə üzrə, 2545 inventar nömrəli yerli əhəmiyyətli tarixi abidə olan, Mirzə Mənsur küçəsi, 94 nömrəli ev, 1850-ci ildə inşa edilmiş və evin ona məxsus 9, 12 və 14A nömrəli mənzillərində heç bir istinad və ya köməkçi divarları sökülməmiş, iddiaçıya məxsus 9A nömrəli mənzildə isə, 7 metr uzunluğu, 0,70 metr eni olan və abidənin tərkib hissəsi olmaqla, daşıyıcı divarın sökülməsi faktı isə, mötəbər sənədlərdə öz əksini tapmışdır. 9a nömrəli mənzildə istinad divarının sökülməsi və köməkçi divarların ziyan çəkməsi faktı üzrə, həm əvvəlki mülkiyyətçi (X5), eləcə də iddiaçı olan hazırki mülkiyyətçinin məsuliyyətlərinin təyini və cavabdehlik bölgüsünün aparılması yönündə, Qoruq idarəsi və tabe təşkilatları ilə, tərəfindən danışıqlar aparılmış və nəticə olaraq, məsələnin məhkəmə müstəvisində araşdırılması, divarın bərpa edilməklə xərcinin və vurulmuş ziyanın cavabdehlərdən tutulması, həmçinin xüsusi qərardad çıxarılmaqla prokurora xəbər vermə kimi prosessual hərəkətlərin aparılması razılaşdırılmışdır. İddiaçı mənşəyi bilinməyən, üzərində müx təlif qeydlər aparılmış, 14A nömrəli mənzilin sxemi kimi təqdim edilən və sübut kimi qəbul edilməsi mübahisəli olan tarixi bilinməyən, işə əlavə edilmiş məlum sxemi və Ziba Süleymanovanın şahidliyini, özünün dediyi kimi əsas sübut olaraq təqdim etdiyini bildirmişdir. Baxmayaraq ki, məlum sxemin işə sübut kimi əlavə edilməsini mübahisələndirmək kimi hüququ olmuş, lakin sözügedən sxemin, qanuni əsaslarla tərtib edilmiş 14A nömrəli mənzilin texniki pasportundakı göstəricilərlə 99% eynilik təşkil etdiyindən, bu halı öz xeyrinə daha bir faktiki sübut kimi istifadə etməyə qərarlı olmuşdur. O sözügedən mənzili, iddiaçının dediyi kimi hərracdan deyil, hüquqi şəxsdən alqı-satqı yolu ilə almış və bunu işə əlavə edilmiş sənədlərdən də görmək olar. Cavabdeh iddia tələbinin həcminin artırılması barədə ərizəyə də etiraz edərək qeyd etmişdir ki, iddiaçı tərəfin ekspertin yerlı baxışında iştirak etməməsi subyektiv maraqlara söykənmiş və bu hal ekspertizanın gəldiyi obyektiv nəticəyə heç cür təsir edə bilməz. Ekspertiza qarşısında qoyulan suala gəlincə isə bu apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi qarşısında qoyduğu məsələdən irəli gələn sual olmuşdur ki, ilkin iddia tələbində də iddiaçı tərəfindən məhz bu tələb irəli sürülmüşdür. Daha sonra iddiaçı öz ərizəsində qeyd etmişdir ki, guya o, 2018-2019-cu illərdə özünə məxsus 14 nömrəli mənzildə söküntü işləri aparmış və iddiaçının mənzilinə ziyan dəymişdir. Sözügedən 14a nömrəli mənzili o 2007-ci ildə almış və təmir işləri 2007-2008-ci illərdə Qoruq İdarəsinin razılığı və nəzarəti altında, texniki sənədlərə uyğun olaraq aparılmışdır. Yəni 9 il daha sonra mülkiyyətçisi olduğu mənzilə dəymiş ziyanın məqsədli şəkildə ona yönəldilməsi isə sonuncunun qərəzliyindən xəbər vermişdir. 2018-2019-cu illərdə cavabdehə məxsus mənzildə heç bir təmir-tikinti və s. bu kimi hərəkətlər olmamış, əksinə bu dövrdə iddiaçı tərəf ona maddi ziyan vurmuşdur ki, bu da qüvvəyə minmiş xx.xx.2021ci il tarixli məhkəmə qətnaməsində öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə bir daha sübut olunmuşdur ki, iddia olunan 14a nömrəli mənzildə hər hansı bir istinad, yükdaşıyan divarının söküldüyü müəyyən olunmamışdır. İşin hallarını, faktları və yuxarıda sadalananları nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması xahiş edilmişdir.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərardadı ilə i ş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, 14a nömrəli mənzilin giriş dəhlizində qanunsuz özbaşına sökülmüş 9a nömrəli mənzilin aynabəndi və eyvanın 2 metrlik sol cinah istinad divarı ilə İddiaçı əvvəllər sökülməsini tələb etdiyi 3 metrlik divarla eyni divar olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-412/2022 nömrəli iş üzrə 12 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin mənzilində 2 metrlik divarın sökülməsi, divarın sökü lməsi nəticəsində iddiaçının mülkiyyətində olan mənzilin qəzalı vəziyyətə düşməsi ilə 6600 manat ziyanın vurulması təsdiq olunmadığından iddia təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.4, 1096-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin dəlilləri ilə eynilik təşkil etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1596/2023 nömrəli mülki iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Məmməd Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri İçərişəhər Qoruq ərazisində tarixi əhəmiyyətli binada cavabdehin Qanunsuz 14A nömrəli mənzilində aparılan rekonstruksiya işləri, 2019-cu il tarixdə təkrarən DƏDRX-də mənzilin texniki sən ədlərində dəyişiklik etməsi və bunların sübutu olaraq Qoruq İdarəsinin texniki pasport əvəzləyicisi olan 1997-ci il 14a nömrəli mənzilinin cizgi planı və köhnə sahibəsi Süleymanova Zibanın şahid ifadəsi olmuşdur. Cavabdehin etirazının əsasını isə tərəfindən hər hansı pozuntunun olmadığı, DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə müraciətinə və İnzibatı məhkəmənin Qərarına əsasən 2019-cu ildə ona məxsus mənzilin sənədlərinin yenilənməsi olmuşdur. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi məsələ nəticə olaraq müvafiq icra hakimiyyəti orqanında qeydiyyatların aparılması ilə əlaqədar olmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində (tədqiqat prosesinin təsviri hissəsində 2-ci və 3-cü abzaslarda) qeyd edilənlərə əsasən 14A nömrəli yaşayış mənzilinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Mülki icraat növündə və tələbin araşdırılması həddində mülki prosesin vəzifələri üzrə iddiaçının aidiyyəti olmayan sübutları iddianın təmin edilməsi üçün əsas deyildir, iddia tələblərinin həddin aşmaq üçün qanunla təsbit edilməli olan müstəsna hallar isə müəyyən edilməmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, icbari sığorta hissəsində isə hüquq və vəzifələr cavabdehin məsuliyyətinə aid olduğundan və qanunvericiliklə tələb hüququ iddiaçıya aid olmadığından tələbin bu hissədə də (baxılmalı olduğu təqdirdə belə) təmin edilməsi üçün də əsaslar müəyyən edilməmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyə müvafiq münasibətlərin sə ciyyəsi barədə hüquqlar izah edilsə də, iddiaçı işin mahiyyəti üzrə baxılmasında israrlı olduğundan, habelə tərəflərin subyektiv tərkibi və bilavasitə tələbləri mülki icraat həddində baxılmasına yönəldiyindən, kollegiya işin mahiyyəti üzrə müəyyən edilən tələblər həddində araşdırmaq məcburiyyətində olmuşdur. İşin mahiyyəti üzrə isə tələb ekspert rəyləri ilə, habelə digər mötəbər sübutlarla müəyyən edilmədiyindən apellyasiya şikayətinin təmin edilməsinə də əsaslar yaranmamışdır. İzah edilməlidir ki, müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir, hazırki iş üzrə isə bu qeydiyyatlar və onlardan irəli gələn hərəkətlər müvafiq prosedur çərçivəsində mübahisələn dirilmədiyindən, mülki mühakimə səlahiyyətlərinə aid olmayan mülkiyyət, sahiblik və istifadə hüquqlarına əsassız müdaxilə hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir.
21. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin hüququnun əsassız qeydə alınması sübuta yetirildiyi təqdirdə, iddiaçının pozulmuş hüquqları barədə tələb irəli sürmək və məhkəmə müdafiə hüquqları istisna edilmir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136.3, 139, 140, 897-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş Maraqlı şəxs1 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti üzrə qətnamə qəbul etməmiş, artıq mövcud olan dəymiş maddi ziyanın və yaranmış real vəziyyətə maddi hüquq normalarını tətbiq etməmişdir. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun maddələrini düzgün tətbiq etməmişdir. Ekspertiza keçirmiş ekspert 1-ci suala cavabında 14A mənzilinin də arxiv surətinə uyğun olmadığını bildirmiş, 4-cü sual üzrə isə əlavə yükün aradan qaldırılması və köklü təmir səbəbindən cavabdehin 9A mənzilində 2006-cı ildə sökdürdüyü 7 metrlik istinad divarın olması öz təsdiqini tapmışdır. Qoruq idarəsinin elektron müraciətinə xx.xx.2023-cü il tarixli rəsmi cavabı da bunu təsdiq etmişdir. Lakin nə 1-ci nə də apellyasiya instansiyası məhkəməsində ona dəymiş ziyanı müəyyən etmək üçün ekspertiza keçirilməmiş, vəsatəti təmin olunmamışdır. Bunlar az kimi qarşı tərəf sonda həddini aşıb 9A mənzilində sanitar qovşağının sökülməsi barədə 14 oktyabr qətnaməsinin çıxarılmasına nail olmuşdur.
25. Kassator qeyd etmişdir ki, qalan iddialardan imtina edir. İstəyi ancaq 6600 manat ziyanın ödənilməsidir. Bu ziyan qarşı tərəfin 14A mənzilində istinad divarların sökməsi nəticəsində üzərində yerləşən 9A mənzilinin qəzalı vəziyyətə düşməsi, divarlarda çatların əmələ gəlməsi, bununla da evin qiymətdən düşməsinə səbəb olmuşdur. Bunlar azmış kimi qarşı tərəfin tələbi əsasında 9A mənzilinin 10 metr uzunluğunda çöl divarı sökülmüş, 7 metr uzunluğunda 70 sm enində istinad divarı sökülmüşdür. Nəticədə yaşayış sahəsi qəzalı vəziyyətə düşərək ona maddi ziyan dəymişdir.
26. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139, 140, 897-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətna məsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 136.3. Yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir.
29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
30. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqan ı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
31. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. Maddə 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur.
33. Maddə 897.2. Xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi olan şəxsdən sığorta etdir ilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
34. Maddə 897.3. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlardanəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır.
35. Maddə 897.4. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti h aqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu
36. Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
37. Maddə 7.2. Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş Maraqlı şəxs1 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsin in Nizamnaməsi
38. Bənd 2.1. İdarənin fəaliyyətinin məqsədi daşınmaz tarix və mədəniyyət abidələrinin qorunmasının və ərazi üçün müəyyən olunmuş rejimin saxlanmasının təmin edilməsi üçün abidələrin tarix və mədəni cəhətdən öyrənilməsini, məqsədyönlü istifadə olunmasını təşkil etməkdən, abidələrin bərpası və toxunulmazlığını təmin etməkdən, həmçinin Qoruqların ərazisində turizmi inkişaf etdirməkdən ibarətdir.
39. Bənd 2.2. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.2.1. Qoruqlar sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; 2.2.2. Qoruqlar sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruqların inkişafını təmin edir; 2.2.3. Qoruqların ərazisində yerləşən abidələri elmi, tarixi və mədəni cəhət dən öyrənir, onlardan məqsədyönlü istifadə olunmasını təşkil edir və qorunub saxlanmasını təmin edir; 2.2.4. Qoruqların ərazisində yerləşən abidələrin həcm-planlaşma quruluşunu qoruyur, tarix-memarlıq abidələrinin bərpasını və toxunulmazlığını təmin edir.
40. Bənd 3.1.12. Qoruqların mühəndiskommunikasiya sistemlərinə cavabdeh olan müəssisə və təşkilatların fəaliyyətini əlaqələndirmək, yaşayış və qeyri-yaşayış fondlarının qeydiyyatını təşkil etmək, abidələrin və tikililərin bərpa və təmirini planlaşdırmaq, təşkil etmək və bu işlərin həyata keçirilməsinə nəzarət etmək.
41. Bənd 3.1.13. Qoruqların ərazisində yerləşən tarix və memarlıq abidələrinin və tikililərin inventarlaşmasını aparmaq, texniki pasportlaşmanı həyata keçirmək.
42. Bənd 3.1.14. Tarix və mədəniyyət abidələrindən istifadə rejim inin təmin edilməsi, abidələrin qorunması, onlardan istifadə qaydaları və Qoruqların mühafizə rejiminin pozulmasının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görmək.
43. Bənd 3.1.17. Qoruqların sərhədləri daxilində abidələrə hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılmasına qadağa qoymaq, bununla əlaqədar təhlükəsizlik tədbirləri müəyyənləşdirmək və tətbiq etmək, tələblər irəli sürmək və yerinə yetirildiyi halda işlərin davamına razılıq vermək və sair Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri yerinə yetirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı inst ansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
55. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, i şin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1596/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən sax lanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.