Məhkəmə qərarları › İş №2(102)-2924/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2924/2020

29.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2924/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxxoğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən payının ayrılması, ayrılmış torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsi dayandırılaraq təhvil verilməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və pul” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106 )-3692/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili xxxoğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 2000ci il tarixli 07 saylı qərarı ilə ünvan 1 kəndi ərazisində ayrılmış 0,69 ha torpaq sahəsindən 0,17 ha payının ayrılması, payına düşən 0,17 ha torpaq sahəsinin Cavabdeh alınıb iddiaçıya təhvil verilməsi, X4 İnkişaf Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli məktubuna əsasən 0,01 ha. torpaq sahəsində bir il ərzində bostan bitkiləri üzrə 42,6 manat c ivarında bəhərin müəyyən edilməsi, bir il ərzində 724.20 manat məbləğində torpaq sahəsinin bəhər verməsini (0,17x42,6=724,20) və 17 il ərzində torpaqdan istifadədən əldə edilən bəhərin 12311,40 manat təşkil etməsini (17x724,20=12311,40) nəzərə alaraq, 12311,40 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(055)-907/2019 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Abuşov) ilə iddia qismən təmin olunaraq, torpağa mülkiyyət hüququqna dair JN 00xx xxx 90801018 saylı dövlət aktında göstərilən Cavabdeh və onun digər ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,69 ha torpaq sahəsindən İddiaçı payına düşən 0,17 ha torpaq sahəsinin naturada ayırılması və Cavabdeh 700 manat pul və ödənilmiş 10 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-3692/2019 nömrəli qətnaməsi ilə (hakimlər T.S.Kərimov - sədrlik edən və məruzəçi, T.X.Heydərov və F.N.Abbasovdan ibarət tərkibə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(055)-907/2019 nömrəli qətnaməsi iddiaçıya (apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili xxxoğlukassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-3692/2019 nömrəli qətnaməsinin ləğv edib, işə yenidən baxılması üçün həmin instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, sübutlara düzgün qiymət verməmiş və gəldiyi nəticə qanuni olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili xxxoğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və vəkili məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini r əhbər tutaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkə məsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdeh məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələri mübahisələndirməmiş, apellyasiya şikayətinin predmetini iddianın təmin olunmayan hissələri, yəni iddiaçının payına düşən 0,17 ha torpaq sahəsinin Cavabdeh alınıb iddiaçıya təhvil verilməsi və torpaqdan istifadə nəticəsində 17 il ərzində bəhər kimi əldə edilmiş 12311,40 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi hissələri təşkil etməklə, apellyasiya şikayəti təmin olunmamış və iddiaçı məhz həmin hissə də kassasiya şikayəti vermişdir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 2000-ci il tarixli 07 saylı qərarı ilə Cavabdeh, X1, İddiaçı və X2 ümumi birgə mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,69 ha torpaq sahəsi verilmişdir. İddiaçı hazırki iddia ilə həmin torpaq sahəsindən ona düşən payın ayrılmasını xahiş etmiş və yuxarıda qeyd olunduğu kimi, həmin tələbi təmin olunmuşdur. Lakin ayrılan payın cavabdehdən alınaraq ona verilməsi tələbini rədd edərkən məhkəmələr belə nəticəyə gəlmişlər ki, mübahisələndirilən torpaq sahəsi xxx və sonuncunun ölümündən sonra oğlu xxxun sahiblik və istifadəsindədir və həmin tələb ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyi üçün təmin olunmamalıdır. A pellyasiya şikayətini həmin hissədə rədd edərkən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, torpaq sahəsinin xxx və xxxların sahiblik və istifadəsində olduğunu iddiaçı özü də birinci instansiyası məhkəməsində verdiyi ifadəsində təsdiq etmiş, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsində verdiyi izahatın təhrif olunduğunu qeyd etsə də, məhkəmə baxış iclasının protokollarına qeyd verməmişdir. İddiaçının payına düşən 0,17 ha hissəsindən cavabdehin 17 il ərzində istifadə etməsi nəticəsində əldən çıxmış faydanın ödənilməsi hissədə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətlərində olmuş, tərəflərin qarşılıqlı razılığı əsasında başqa şəxsin istifadəsinə verilmiş və bununla bağlı tərəflər arasında son va xtlaradək hər hansı bir mübahisə olmamışdır. Bundan başqa iddiaçı mübahisəli torpaq sahəsinin ümumi birgə pay sahiblərinin razılığı olmadan cavabdeh tərəfindən başqa şəxsin istifadəsinə verilməsinə, həmin şəxs tərəfindən torpaqdan istifadəyə hər hansı bir vəsaitin cavabdehə ödənilməsinə dair sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu madəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya b aşqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası izah edir ki, hazırki mübahisənin həlli sübutların qiymətləndirilməsindən asılı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq iddiaçının birinci instansiyası məhkəməsində verdiyi izahatına istinad edərək hesab etmişdir ki, mübahisələndirilən torpaq sahəsi üçüncü şəxslərin sahibliyi və istifadəsində olduğu üçün cavabdeh torpaq sahəsinin qaytarılması tələbi üzrə cavab verməli oan şəxs deyildir. Həmçinin əldən çıxmış fayda ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, iddiaçı tələb olunan müddət üçün cavabdehin torpaqdan istifadəsi nəticəsində gəlir götürməsinə dair məhkəmələrə hər hansı sübut təqdim etmməişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahis ələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili xxxoğlu tərəf indən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-3692/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar