Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2924/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul öhdəliyinin icra edilməməsi, real zərər, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2867/2024 nömrəli, 2 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh arasında qızıl-zinət əşyalarının nisyə alğı-satqısı barədə şifahi razılaşma olmuş, Cavabdeh Bönövşə Hidayətovadan dəyərini hissə-hissə ödəyəcəyi şərti ilə müxtəlif vaxtlarda müxtəlif növdə və çeşiddə qızıl əşyaları almışdır.
2. Tərəflər arasında qızıl-zinət əşyalarının pulunun ödənilməsi ilə bağlı mübahisə yaranmış və İddiaçı 25 may 2022-ci il tarixdə Yasamal RPİ-nin 28-ci Polis bölməsinə şikayət ərizəsi ünvanlayaraq, tanışı Cavabdeh ondan 17400 manat dəyərində qızıl-zinət əşyalarını satıb pulunu ödəməsi şərtilə aldığını, lakin müxtəlif bəhanələrlə pulu ödəmədiyini bildirmişdir. Bakı şəhəri Yasamal RPİ İŞ-nin 24 iyul 2022-ci il tarixli qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi il ə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
3. Cavabdeh həmin araşdırma zamanı verdiyi izahatda göstərmişdir ki, “Bənövşədən ümumilikdə götürdüyü qızıl əşyalar üçün verməli olduğu pulun 12 509 manatını verə bilməmişdir, onu da hazırda işsiz olduğundan ödəyə bilmir, lakin ilin sonuna kimi tam şəkildə ödəyəcəyinə söz verir”.
4. Bakı şəhəri Yasamal RPİ İŞ-nin 24 iyul 2022-ci il tarixli qərarı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv olunaraq material araşdırmanın davam etdirilməsi məqsədilə həmin quruma göndərilmiş, Yasamal RPİ İŞ-nin baş müstəntiqinin 05 oktyabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir.
5. Bakı şəhəri Yasamal RPİ İŞ-nin 05 oktyabr 2022-ci il tarixli qərarında Cavabdeh xx.xx.2022-ci il tarixdə verdiyi, yəni ləğv edilmiş 24 iyul 2022-ci il tarixli qərarın çıxarılmasına əsas təşkil edən izahatına istinad olunmuşdur.
6. İddiaçı və X1 Aymən Əjdər qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumilikdə 22 400 manatın və 160 manat dövlət rüsumunun tutulmasını, 17 480 manatın İddiaçı, 5080 manatın Günay Kərimovaya ödənilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.
7. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərardadı ilə qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli qətnamə ləğv olunaraq i ddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçılara ayrıayrılıqda ümumi qaydada iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə yenidən müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17400 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinadən onunla əsaslandırmışdır ki, cavabdeh özünün də Yasamal RPİ-də verdiyi izahatda qeyd etdiyi kimi, ilkin olaraq alınan qızılın müəyyən hissəsini ona ödəmiş, bu ödəmədə məqsədi onu aldatmaq və etibarından sui-itifadə etmək olmuşdur. Belə ki, özünü Rabitə Nazirliyində işləyən şəxs kimi təqdim etməklə özünü etibarlı və imkanlı insan kimi tanıtmış və sonradan onun əmlakını ələ keçirməklə öz əməlini yekunlaşdırmışdır. Olduqca peşəkar davranan cavabdeh əmlakın alınması zamanı aldadıcı üsullardan istifadə edərək və hesablaşma görüntüsü yaradaraq onu aldatmış, əmlakını ələ keçirmişdir.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz ərizəsi göndərmiş, iddiaçıya həyata keçirdiyi ödənişlərin nəzərə alınmasını xahiş etmişdir.
11. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, cavabdeh ondan tələb olunan borc məbləği ilə razılaşmır. İddiaçı əvvəl Yasamal Rayon Polis İdarəsinə müraciət etmiş, Yasamal RPİ tərəfindən aparılan araşdırma zamanı cav abdeh iddiaçıya borcunun olmadığını bildirdikdə, orada ondan ödənişə dair sübutlar (qəbzlər) tələb olunmuşdur. Lakin həmin vaxt əlində olan bəzi ödəniş qəbzlərini təqdim etmiş, qalan qəbzləri isə itirdiyini zənn edərək təqdim edə bilməyəcəyini bildirmişdir. Polisdə ona yalnız təqdim etdiyi qəbzləri çıxmaqla izahat yazdırmışlar. Bundan sonra iddiaçı həmin qərarı əsas tutub ona qarşı məhkəməyə iddia vermiş, ondan 17.400 manat pul tələb etmiş, məhkəmə iclasları cavabdehin xəbəri olmadan keçirilmiş və məhkəmə polisin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarına (baxmayaraq ki, həmin vaxt artıq ləğv edilmişdi) istinad edərək, onun iddiaçıya guya 12.509 manat borcu olması barədə qətnamə çıxarmışdır. Cavabdeh icra orqanları vasitəsilə məhkəmə qətnaməsindən xəbər tutan kimi apellyasiya şikayəti vermiş, həmin vaxt artıq əldə etdiyi bütün ödəniş qəbzlərini apellyasiya instansiyasına təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə qətnaməsi ləğv edilmiş, işdə prossesual pozuntular olduğu üçün ərizə baxılmamış saxlanmışdır. Hazırkı pul tələbi üzrə iddiaçının şikayəti araşdırılanda Yasamal RPİ-də təqdim etdiyi qəbzlər və hazırda əlavə olaraq məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri eyni adama aiddir və tərəfindən iddiaçıya olan ödənişləri sübut edir, iddiaçıya qaytardığı 4891 manat pulun qəbzləri Yasamal RPİdə, qalan qəbzlər isə cavabdehdədir. Cavabdeh iddiaçıya kart vasitəsilə köçürmə yolu ilə 4128 manat, ödəmə terminalları vasitəsilə də nəğd qaydada 6539 manat, yəni 15 558 manat ödəniş etmişdir. Laki n iddiaçı bunu məhkəmədən gizlətmişdir. Buna görə də iddia qismən təmin edilməlidir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 yanvar 2024-cü il tarixli 2(006)-248/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 12.509 manat pul vəsaitinin cavabdehdən iddiaçıın xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim:Ceyhun Tağıyev).
13. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işdə olan sənədlər, habelə məhkəmə gedişatı zamanı verilmiş izahatlar iddiaçının üzərinə götürmüş olduğu öhdəliyi icra etməsini və şərtləşdirilmiş miqdarda əşyanı cavabdehə satmasını təsdiq edir. Lakin iddiaçıdan fərqli olaraq cavabdehin əldə edilmiş razılığın şərtlərinə əməl etməməsi tərəflər arasında məhkəmə mübahisəsin in yaranmasına səbəb olmaqla, iddaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi ilə nəticələnmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəli halı nisyə alğı-satqı münasibətləri əsasında iddiaçıya ödənilməli olan, lakin tam ödənilməmiş borcun məbləği ilə əlaqədardır. Belə ki, iddiaçının bildirdiyinə görə ona ödənilməli olan vəsaitin məbləği 17.400 manat, cavabdehə görə isə həmin vəsaitin miqdarı daha az olmaqla, ümumi borcdan 15.558 manat (4.891 manat ödənişin edilməsinə dair Polis Bölməsində saxlanılan qəbzlər, kart vasitəsilə köçürmə yolu ilə 4.128 manat, ödəmə terminalları vasitəsilə də nəğd qaydada 6.539 manat olmaqla) ödənilmişdir.
15. Məhkəmə isə tərəflərin izahatlarını qiymətləndirib, işdə olan sənədləri nəzərdən keçirib, ödənilməmiş məbləğin 12.509 manat olduğu qəna ətinə gəlib. Məhkəmə bu qənaətə gələrkən işdə olan ödəniş qəbzlərini, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, tərəflərin “WhatsApp” yazışmalarını və digər sənədləri əsas götürmüşdür.
16. Eyni zamanda qeyd edilmişdir ki, sonradan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru O.Süleymanlının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından şikayət verilmiş, şikayət əsasında araşdırma aparılmış və nəticə etibarı ilə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarın təqdim edilməsi zamanı, yəni xx.xx.2023-cü il tarixli məktubla xx.xx.2022-ci il tarixli qərarın hələ də qüvvədə olduğu xüsusilə göstərilmişdir.
17. Hazırda cavabdeh tərəf ödəniş qəbzlər inə istinad etsə də, həmin qəbzlərlə müəyyən olunmuşdur ki, qəbzlər 2021-2022-ci il tarixlərinə aid olmaqla, sonuncu ödəniş tarixi müvafiq qərarın (“cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın) qəbul edilməsindən öncəki dövrə, xx.xx.2022-ci il tarixə təsadüf edir. Bununla da cavabdehin yaranmış borcundan müəyyən miqdarda ödənişlər etməsi (həm POS-terminal, həm də kart hesabı vasitəsilə) öz təsdiqini tapsa da, göründüyü kimi, həmin məbləğlərin ödəniş tarixləri cavabdehin polis orqanlarında borcunun 12.509 manat olmasına dair verdiyi izahatından öncəki dövrə aiddir.
18. Həmçinin, məhkəmə onu da qeyd edib ki, məhkəmə tərəfindən işin araşdırılması zamanı sübutları qiymətləndirilərkən, iddiaçının təqdim etdiyi və cavabdehin sübut kimi dəyərləndirilməsin ə etiraz etmədiyi “WhatsApp” yazışmaları da nəzərə alınmışdır. Sözügedən yazışmaların 11 aprel 2022-ci il tarixinə aid olması və cavabdehin həmin tarixə borcunun 13.000 manat civarında təşkil etməsini qəbul etməsi də aydın şəkildə müəyyən olunmuşdur.
19. Əlavə olaraq məhkəmə vurğulamışdır ki, iddiaçı tərəfin borc məbləğini 17.400 manat həcmində tələb etməsində səbəb, cavabdehə görə bankdan kredit götürərək, cavabdehin əvəzinə ödənişlər edib əlavə məsrəflər etməsi, ona əlavə maddi ziyanın vurulması ilə əsaslandırır. Lakin iddiaçı məhz cavabdehlə aralarında olan münasibətlərlə əlaqədar bankdan kredit almasına, kredit aldığı məbləğlə qızıl-zinət əşyalarına görə borc ödəməli olmasına və s. dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
20. Cavabdeh tərəfin öz növbəsində məhkəməyə təqdim e tmiş olduğu etiraz ərizəsində onun tərəfindən 4891 manat məbləğində edilmiş ödəniş qəbzlərinin mövcudluğuna və həmin qəbzlərin Polis Bölməsində olmasına istinad edilsə də, həmin qəbzlər məhkəməyə təqdim edilməmişdir. Bununla da, həmin ödənişlərin edilibedilməməsini işdə olan mövcud sənədlər əsasında müəyyən etmək mümkün olmamışdır.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 389.1, 406.1, 442, 445, 448.1, 567, 600.4 və 601-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin faktiki hallarına, habelə sübutlara uyğun yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.
23. Apellyasiya şikayəti iddia tələbinə etirazın məzmununa uyğun olara q onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmamış, cavabdehin iddiaçıya etdiyi ödənişləri nəzərə almamışdır.
24. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, təmsil etdiyi şəxsin iddiaçıya 500-600 manat borcu qalmışdır və onu ödəməyə etiraz etmir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-2867/2024 nömrəli, 2 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “12509 manat pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilərərk, Cav abdeh İddiaçı xeyrinə öhdəliyin icra edilməməsinə görə 10861 manat tutulması qət edilmişdir (hakimlər - E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və M.A.Məmmədov).
26. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında “WhatsApp” proqram təminatı vasitəsilə xx.xx.2022-ci il tarixdə aparılmış yazışmadan (həmin yazışmanın məhz tərəflər arasında aparıldığı apellyasiya baxışı zamanı tərəflərə məxsus telefon nömrələri yoxlanılaraq dəqiqləşdirilmişdir) müəyyən edilmişdir ki, cavabdeh həmin tarixdə, yəni iddiaçının polis orqanına müraciət etməsindən təxminən 1 ay əvvəl, ona 17 000 manat deyil, 13 000 manata qədər borcunun olduğunu bildirmişdir.
27. Cavabdehin nümayəndəsinin (vəkilinin) istinad etdiyi və nəzərə alınmadığını irəli sürdüyü ödəniş qəbzlərindən müəyyən olunmuşdur ki, həmin qəbzlər 2021-2022-ci il tarixlərinə aid olmaqla, sonuncu ödəniş tarixi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsindən öncəki dövrə (xx.xx.2022-ci il tarixinə) təsadüf edir və qəbzlərdəki ödənişlərin cəmi 6539 manatdır.
28. Kollegiya iddiaçının özünün bildirdiklərini və cavabdeh tərəfindən həyata keçirilən ödənişləri nəzərə almaqla hesab etmişdir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 10861 manat tutulmalıdır (17400 – 6539 = 10861).
29. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin istinad etdiyi bank köçürmələrinə münasibətdə isə qeyd etmişdir ki, həmin köçürmələr xx.xx.2022-ci il tarixinə qədər olan dövrdə həyata keçirilmişdir və cavabdehin xx.xx.2022-ci il tarixd ə iddiaçıya yazdığı mesaj diqqətə alındığında hazırkı mübahisənin həlli zamanı nəzərə alına bilməz.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 390.1, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin “Cavabdeh İddiaçı xeyrinə öhdəliyin icra edilməməsinə görə 10861 (on min səkkiz yüz altmış bir) manat tutulsun” hissəsində ləğv edilməsi və cavabdehdən iddiaçının xeyrinə 1842 manat tutulması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə təqdim olunmuş sənədlər v ə ödəniş qəbzlərinə əsasən, cavabdehin iddiaçı qarşısında 10861 manat deyil, cəmi 1842 manat məbləğində öhdəlik borcu yaranmışdır. Belə ki, 17400 – 4891 (polisdə təqdim edilmiş qəbzlər) – 4128 (bank vasitəsilə köçürmələr) – 6539 (nəqd karta edilmiş ödənişlər) = 1842 manat. Cavabdeh tərəfindən bir neçə gün əvvəl artıq polisdən də əldə olunan sənədlərdən görünür ki, həqiqətən orada yalnız 4128 manatlıq qəbzləri əldə edərək işə əlavə etmiş və beləliklə, guya cavabdehin iddiaçıya 12509 manat borcu qalması nəticəsinə gəlmişlər. Həmin sənəd yeni əldə olunduğu üçün apellyasiya baxışı zamanı təqdim edilməsi mümkünsüz olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranm asına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olm ayan müqavilələr də bağlaya bilərlər.
38. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
39. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
40. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üç ün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən məhkəm ə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yaln ız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
49. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı ape llyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
50. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
51. Kollegiya bildirir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə bilavasitə sübutetmə ilə bağlıdır. Apelyasiya instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmış, MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət vermiş, həmin sübutlara uyğun nəticəyə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni saslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin ar aşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2867/2024 nömrəli, 2 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.