Məhkəmə qərarları › İş №2(102)-2928/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2928/2023

18.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2928/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “gecikdirilmiş vaxt üçün illik beş faizlə pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)424/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 18 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdak ı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə “borcun etirafı haqqında mücərrəd müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 30000 manat məbləğində borcu olduğunu, həmin borcu hər ay 500 manat məbləğində ödəmək şərti ilə xx.xx.2021-ci il tarixədək qaytaracağını etiraf etmişdir.

2. Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsi ilə tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “borcun etirafı haqqında mücərrəd müqavilə”yə əsasən, Cavabdeh 30000 manat əsas pul və göstərdiyi yardıma görə nümayəndəyə ödənilən 250 manat xərcin əvəzi tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.

3. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(033)-44/2019 nömrəli hökmü ilə təqsirləndi rilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı təqsirləndirilən şəxs Cavabdeh üzərinə digər vəzifələrlə yanaşı, Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)1546/2016 nömrəli qətnаməsi üzrə borcunu tam icra etmək vəzifəsi qoyulmuşdur.

4. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2020-ci il tarixli qərarı ilə zərəçəkmiş şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli h ökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(102)-671/2020 nömrəli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Cavabdeh barəsində olan 15 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh ünvanlanmış 6 sentyabr 2021-ci il tarixli 431/21 nömrəli pretenziya məktubuna əsasən Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)1546/2016 saylı qətnaməsinin qəbul edildiyi tarixdən pretenziya məktubunun göndərildiyi 6 sentyabr 2021-ci il tarixədək olan 4 il 10 ay müddət üçün ödənişin gecikdirilməsinə görə ondan 6446 manat faiz borcu tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra “iddiaçı”) 13 may 2022-ci il tarixdə iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) Zaqatala Rayon Məhkəməsinin 2(033)-1546/2016 saylı qətnaməsinin qəbul edildiyi 16 noyabr 2016cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 12 aprel 2022-ci il tarixədək olan 5 il 5 ay müddət üçün ödənişin gecikdirilməsinə görə 7878 manat faiz borcu (28 650 manat/100%=286,5 x 5%=1432,5 manat, 1432,5 manat x 4 il 9 ay = 7019 manat) və ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 7978 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, məhkəmənin müvafiq qətnaməsi ilə c avabdehdən 30000 manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin cavabdeh 5 ildən artıq müddətdə göstərilən məbləğdən ona cəmi 1600 manat ödəmiş, qalan 28650 manat pulu ödəməkdən isə imtina etmişdir. Cavabdeh dəfələrlə inzibati məsuliyyətə, həmçinin cinayət məsuliyyətinə cəlb edilsə də, aldığı pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmişdir. Bununla əlaqədar olaraq cavabdehdən Zaqatala Rayon Məhkəməsinin qətnaməsinin qəbul edildiyi 16 noyabr 2016-cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 12 aprel 2021-ci il tarixədək olan 5 il 5 ay müddətində 28650 manat pulun illik 5 faizi olmaqla 7878 manat pul alınaraq iddiaçıya ödənilməlidir (28650 manat/100%=286,5 x 5%=1432,5 manat, 1432,5 manat x 5 il 5 ay = 7878 manat).

9. Qanunvericiliyin tələbinə görə bo rclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırkı işdə əsas borc məbləğinin borcun qaytarma vaxtı olan 16 noyabr 2016-cı il tarixdən sonrakı müddət üçün cavabdeh məsuliyyət daşımış və həmin pul məbləğinin hər hansı əsas olmadan özündə saxlanılması qanunsuz olmaqla, həmin pul vəsaitindən cavabdehin istifadə etməsini və gəlir götürməsini də istisna etməmişdir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etmişdir.

11. Birinci instansiya məhkəməsi 16 noyabr 2016-cı il tarixdən və 17 dekabr 2016-cı il tarixdən (qətnamənin qanuni qüvvəsini aldığı tarix) 28650 manat pul məbləğinin illik 5 faizin nə qədər olmasını müəyyən etmək üçün xx.xx.2022-ci il tarixli qərardadla məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin 2 dekabr 2022-ci il tarixli 9/7636 nömrəli ekspert rəyinə əsasən 28650 manat pul məbləğinin illik 5 faiz dərəcəsi ilə hesablanmaq şərti ilə, 16 noyabr 2016-cı il tarixdən 12 aprel 2022-ci il tarixədək yaranmış faiz borcu məbləği 7743,46 manat, 17 dekabr 2016-cı il tarixdən (qətnamənin qanuni qüvvəsini aldığı tarix) 12 aprel 2022-ci il tarixədək yaranmış faiz borcu məbləği 7620,10 manat təşkil edir.

13. Zaqatala Rayon Məhkəməsinin 2(033)-619/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsi üzrə Cavabdeh tərəfindən ödənilməmiş 28650 manat borc məbləğinə qətnamənin qanuni qüvvəsini aldığı 17 dekabr 2016-cı il tarixdən 12 aprel 2022-ci il tarixədək olan müddət ərzində illik beş faiz dərəcəsi ilə hesablanmış faiz məbləği olan 7620,10 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Tural Həsənov)

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh 30000 manat əsas pul və göstərdiyi yardıma görə nümayəndəyə ödənilmiş 250 manat pul alınaraq İddiaçı ödənilməlidir. Cavabdeh tərəfindən qeyd edilən məbləğin 1600 manat hissəsi ödənilmiş və onun iddiaçı qarşısında 28650 manat borcu qalmışdır. İddiaçı qeyd edilən məbləğin ödənilməsinin ge cikdirilməsinə görə cavabdehdən 6446 manat faiz borcu tələb etmiş və bu tələblə bağlı 6 sentyabr 2021-ci il tarixli pretenziyanı Cavabdeh ünvanlamışdır.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 17 dekabr 2016-cı il tarixdə qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)1546/2016 nömrəli qətnaməsi üzrə Cavabdeh ödənilməmiş 28650 manat borcu olmuş və cavabdeh həmin pul məbləğinin iddiaçıya ödənilməsini gecikdirdiyindən iddiaçı qeyd edilən məbləğin gecikdirilmiş vaxt üçün illik beş faizini tələb etməkdə haqlı olmuşdur.

16. Bununla belə, birinci instansiya məhkəməsinin qənaətinə görə qanunu qüvvədə olan qətnamə üzrə cavabdeh tərəfindən ödənilməmiş 28650 manat borc məbləğinə hesablanmalı və cavabdehdən iddiaçının xeyrinə tutulmalı faizlər qətnam ənin qəbul edildiyi gündən deyil, qətnamənin qanuni qüvvəsini aldığı 17 dekabr 2016-cı il tarixdən hesablanmalıdır.

17. Birinci instansiya məhkəməsi cavabdehdən tutulacaq pulun məbləğini Məhkəmə Ekspertizası Mərkəzinin 2 dekabr 2022-ci il tarixli 9/7636 nömrəli ekspert rəyinə əsasən müəyyən etmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.7, 448, 449.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, qət namənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyаsiyа şikаyətinin dəlilləri: - hələ iddiaçının cavabdehə qarşı 2016-cı il tarixində verdiyi iddia ərizəsinin məhkəmə baxışı zamanı cavabdeh iddiaçıya heç bir borcunun olmadığını və aralarında bağlanmış borc müqaviləsinin yalnız rəsmiyyət xatirinə bağlandığını bildirmişdir. Belə ki, iddiaçı müxtəlif şəxslərə aylıq faizlər ödəmək şərti ilə sələmə pul vermişdir. Cavabdehin əvvəl işlədiyi hərbi hissənin əməkdaşları da maddi çətinliklərlə əlaqədar onun tanışlığı vasitəsilə iddiaçıdan müxtəlif məbləğlərdə faizə pul götürmüşlər. Həmin şəxslər aylıq faizləri əvvəllər vaxtında versələr də, sonradan maddi çətinliklər ilə əlaqədar aylıq ödəmələrdə problem yaranmışdır. Buna görə də iddiaçı həmin şəx sləri tapa bilmədiyi üçün cavabdehə qarşı fiziki güc tətbiq edərək və hədə-qorxu gələrək, həmin şəxslərin əvəzinə onunla borc müqaviləsinin bağlanmasına məcbur etmişdir. Cavabdeh də iş yoldaşlarının iddiaçı ilə olan problemlərini qısa müddət ərzində həll edəcəklərini düşünərək, bu borc müqaviləsinin bağlanmasına razılıq vermişdir. Yəni faktiki olaraq cavabdeh iddiaçıdan borc pul götürməsə də rəsmiyyət xatirinə aralarında borc müqaviləsi bağlanmışdır; - sonradan iddiaçı bu borc müqaviləsindən sui-istifadə edərək cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)1546/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş və cavabdehdən 30250 manat məbləğində pulun alınaraq, ona ödənilməsi qət edilmişdir; - həmin vaxt cavabdeh də aralarında bağlanmış bu borc müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Lakin maddi vəziyyəti çətin olduğu üçün iddia ərizəsi ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməmiş, nəticədə əmin iddia ərizəsi baxılmamış saxlanılmışdır; - sonradan qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Zaqatala rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Təbii ki, həm maddi vəziyyətinin çətinliyi, həm də iddiaçıya heç bir borcu olmadığı üçün həmin qətnamə cavabdeh tərəfindən icra olunmamışdır. Bununla əlaqədar cavabdeh həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb edilmişdir. Əsassız olsa belə artıq qüvvədə olan qətnamənin icrası ilə əlaqədar maddi imkanı olmadığı üçün barəsində belə tədbirlər seçilmişdir. Amma əfsuslar olsun ki, işə baxan məhkəmə tərəfindən işin bu halları nəzərə alınmamış və əsassız olaraq cavabdehin barəsində belə bir qətnamə qəbul edilmişdir; - cavabdehlə iddiaçı arasında bağlanmış borc müqaviləsi faktiki olaraq icra olunmuşdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, həmin borc müqaviləsi, əslində, cavabdehin keçmiş iş yoldaşlarının iddiaçıdan aylıq ödəmək şərti ilə sələmə götürdükləri pula görə bağlanmış müqavilə olmuşdur. Artıq həmin şəxslər iddiaçıya olan borclarını ödədikləri üçün cavabdeh tərəfindən də Zaqatala Rayon Məhkəməsinin 2(033)-1546/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi icra olunmuş sayılmalıdır. Bu halda həmin qətnamənin icrası ilə əlaqədar cavabdehdən əlavə faizlərin tələb edilməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Lakin məhkəmə tərəfindən işi n bu halları araşdırılmamış və bununla da Mülki Məcəllənin 528-ci maddəsinin tələbləri pozulmuşdu; - iddiaçı borc müqaviləsindən sui-istifadə edərək cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəməyə verdiyi iddia ərizəsi yenə də iddiaçının öz hüquqlarından sui-istifadə nəticəsində verdiyi iddia ərizəsi olmuşdur; - məhkəmə tərəfindən Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri pozulmuşdur; - iddiaçı tərəfindən cavabdehin inzibati və cinayət məsuliyyətinə cəlb edilməyi barədə məhkəmə aktları məhkəməyə təqdim edilsə də əfsuslar olsun ki, məhkəmə tərəfindən həmin sənədlər onun maddi vəziyyətinin çətin olduğunu və 2016-cı ildə qəbul edilmiş qətnamənin üzrlü səbəblərə görə onun tərəfindən icra olunmadığını sübut etsə də, məhkəmə tərəfindən bu nəzərə alınmamış və b ununla da MPM-in 89-cu maddəsinin tələbləri pozulmuşdur.

21. Apellyasiya baxışında Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsinin icrası ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsinə sorğu verilmişdir.

22. Sorğuya cavab olaraq Zaqatala rayon İcra və Probasiya Şöbəsinin 27 mart 2023cü il tarixli məktubuna əsasən Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsi üzrə borclu Cavabdeh 16 oktyabr 2019-cu il tarixdə tələbkar İddiaçı xeyrinə 1600 manat ödəniş etmiş və hazırda qalıq borc 28650 manat təşkil etmişdir.

23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-424/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Mahir Əsədli)

24. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iddia tələbinin əsası pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi ilə əlaqədar qalıq borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanan faizin ödənilməsidir. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 447.5-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün il lik beş faiz ödəməyə borcludur. İstinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək məbləğdə pulu tələb etməyə görə sübut etmək yükündən azad etmişdir.

25. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətində qeyd olunmuş dəlillər bütünlükdə əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

26. Apellyasiya şikayətinin “borc müqaviləsinin faktiki olaraq icra olunması, keçmiş iş yoldaşlarının iddiaçıya olan borclarını ödədikləri üçün cavabdeh tərəfindən də Zaqatala Rayon Məhkəməsinin 2(033)-1546/20 16 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin icra olunmuş sayılması, bu halda həmin qətnamənin icrası ilə əlaqədar ondan əlavə faizlərin tələb edilməsinin tamamilə qanunsuz və əsassız olması” barədə dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, bu dəlil Zaqatala rayon İcra və Probasiya Şöbəsinin 27 mart 2023-cü il tarixli məktubu ilə təkzib edilir.

27. Apellyasiya şikayətinin “borc müqaviləsinin əslində cavabdehin keçmiş iş yoldaşlarının aylıq ödəmək şərti ilə iddiaçıdan sələmə götürdüyü pula görə bağlanmış müqavilə olması” ilə bağlı dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, 17 dekabr 2016-cı il tarixdə qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsi üzrə cavabdehin öd ənilməmiş 28650 manat borcu olduğundan, Mülki Məcəllənin 445.7-ci maddəsi əsas götürülməklə, cavabdeh həmin pul məbləğinin iddiaçıya ödənilməsini gecikdirdiyindən iddiaçı cavabdehdən qeyd edilən məbləğin 17 dekabr 2016-cı il tarixdən 12 aprel 2022-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faizini tələb etməkdə haqlı olmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyi ilə də bağlı qeyd etmişdir ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyil, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi “birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına dair” apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək vurğulamışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 425.1, 442, 445.7, 448, 449-cu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 339.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının əsaslandırmışdır. şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı ilə Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırlıb.

33. Əlavə olaraq kassator qeyd etmişdir ki, iş üzrə axırıncı məhkəmə baxışından əvvəl məhkəməyə teleqram göndərərək üzrlü səbəblərə görə məhkəmə iclasına gələ bilməyəcəyini və buna görə də məhkəmə iclasının başqa vaxta təxirə alınmasını xahiş etmişdir. Amma nə səbəbdənsə, məhkəmə iclası təxirə salınmamış və apellyasiya şikayəti verən şəxsin və vəkilinin iştirakı təmin edilmədən əsassız olaraq məhkəmə baxışı keçirilmiş və belə bir qətnamə qəbul edilmişdir. Bununla da məhkəmə tərəfindən MPM-in 376-cı maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh məhkəmə iclasında iştirak edə biləcəyi təqdirdə b u işin daha ədalətli və obyektiv baxılması üçün zəruri sənədləri və sübutları məhkəməyə təqdim edəcəkdi. Lakin məhkəmə əsassız olaraq cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş və bununla da işin ədalətli araşdırılmasına şərait yaratmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böy ük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 339.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı Bənd

2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu h esab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

36. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinim qətnaməsini iddianın təmin edilməyən hissəsində yalnız cavabdeh apellyasiya qaydasında mübahisələndirib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin hissədə olub. Buna görə də qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin v ahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instan siyası məhkəməsi tərəfindən tam qiymət verilib.

40. Apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

41. İddia tələbi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin ödənilməyən (gecikdirilən) qalıq hissəsinə illik 5 faizlə əlavə pul məbləğinin alınması barədədir.

42. İşin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz halları da ondan ibarətdir ki, Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsinə əsasən cavabdehdən 30000 manat əsas pul və göstərdiyi yardıma görə nümayəndəyə ödənilmiş 250 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən qeyd edilən məbləğin 1600 manat hissəsi ödənilmiş və onun iddiaçı qarşısında 28650 manat borcu qalmışdır.

43. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ö dənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur

44. Göründüyü kimi, işin müəyyən edilmiş halları baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən iddianın qismən təmin edilməsi əsaslı və qanuni olmuşdur.

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini – cavabdehin axırıncı məhkəmə baxışından əvvəl məhkəməyə teleqram göndərərək üzrlü səbəblərə görə məhkəmə iclasına gələ bilməyəcəyi və buna görə də məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, məhkəmə iclasının təxirə salınmaması – əsaslı saymır. Belə ki, işdən görünür ki, cavabdehin vəkili məhkəmə iclasının təxirə salınması barədə elektron kabinet vasitəsilə ərizə versə də, apellyasiya instansiy ası məhkəməsi MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 376.2-ci maddəsinə görə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

46. Qeyd edilən normada işin təxirə salınması imperativ qaydada müəyyən edilməmişdir.

47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara aldı: Cavabdeh xxxoğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-424/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar