Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2929/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Süleymanova (Sadıqova) Şəbnəm İsmayıl qızına, X11, Alıyeva (Əsədova) Kifayət İltifat qızına və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə və Sabirabad Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əşyaya mülkiyyət hüququ, tikilidən və torpaq sahəsindən çıxarılma tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Z aur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və X4 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-198/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yerləşən 0,06 hektar torpaq sahəsi X8 və onun ailə üzvləri X2, Cavabdeh1 İldırım qızının, X5, X3 və X12 mülkiyyətinə verilmişdir.
3. X17 12 iyul 2006-cı il tarixində vəfat etmişdir. 4. xx.xx.2015-ci il tarixdə reyestrdə 2-V-1-180 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Sabirabad “ASAN Xidmət” Mərkəzinin xüsusi notariusu Cəfərov S.Y. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2006-cı ildə vəfat etmiş X8 vərəsəsi (nəvəsi) İddiaçı miras əmlakdan irs almalı olmasını təsdiq etmişdir. Şəhadətnamə verilən miras əmlak Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən 0,06 hektar torpaq sahəsinin ona aid olan hissəsindən ibarətdir.
5. Beyləqan rayonunun Birinci Şahsevən kəndində yerləşən 0,06 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X2, X5 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alın mışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 6 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci ildə A 000810 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Süleymanova (Sadıqova) Şəbnəm İsmayıl qızına, X11, Alıyeva (Əsədova) Kifayət İltifat qızına və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə və Sabirabad Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ** ***** saylı Çıxarışa əsasən (********** qeydiyyat nömrəli) Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,6 hektar torpaq sahəsi üzərində cavabdehlər Cavabdeh1, Süleymanova (Sadıqova) Şəbnəm İsmayıl qızının, Cavabdeh3, Cavabdeh4 vərəsəlik hüquqlarının etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarına xitam verilməklə onlara aid hissədə Çıxarışın ləğv edilməsi, sahəsi 0,6 hektar olan (0692389 saylı Çıxarış) mübahisəli torpaq sahəsində inşa edilmiş tikilidə Cavabdeh1 yerləşdirdiyi digər cavabdehlər – X9 və Alıyeva (Əsədova) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, sözügedən torpaq sahəsinə İddiaçı tam mülkiyyət hüququnun tanınması və hüququnun qeydiyyatının üçüncü şəxs DƏDRX-ə həvalə edilməsi, torpaq sahəsini n naturada qeyd-şərtsiz İddiaçı təhvil verilməsi, cavabdehlər X18 və Alıyeva (Əsədova) Kifayət İltifat qızı sahəsi 0,6 hektar olan (0692389 saylı Çıxarış) torpaq sahəsindən faktiki çıxan tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin müştərək olaraq cavabdehlər X9 və Alıyeva (Əsədova) Kifayət İltifat qızının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı Çıxarışa əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,6 hektar torpaq sahəsi xx.xx.2015-ci il tarixində İddiaçı, Cavabdeh1, Süleymanova (Sadıqova) Şəbnəm İsmayıl qızının, Cavabdeh3, Cavabdeh4 mülkiyyət hüquqları 43 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində ********** sayla qeydiyyata alınaraq ümumi birgə mülkiyyətlərinə keçmişdir. Əmlak İddiaçı nənəsinin olmuş, o, 2006-cı ildə vəfat etmiş, daha sonra əmlak atası Məhəmməd Sadıqova keçmişdir. Sonuncu isə 2014-cü ildə vəfat etmişdir. O, sağlığında tərtib etdiyi vəsiyyətnamə ilə əmlakı iddiaçıya vəsiyyət etmişdir. İddiaçının digər qardaşları mirasdakı məcburi paylarından iddiaçının xeyrinə imtina etmişlər. Cavabdeh1 iddiaçının qardaşlarından biri olan İsmayıl Sadıqovun arvadı olub, digərləri isə İsmayıl və İradənin birgə uşaqlarıdır. Cavabdeh1 hələ 2012-ci ildə iddiaçının qardaşı olan X13 ilə nikahı Rusiya Federasiyasında ləğv edilmişdir. Cavabdeh1 keçmiş ərinə qarşı “əmlak tələbi” ilə məhkəməyə müraciət etmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)-118/2013 saylı, 08 noyabr 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, ev 1992-ci ildən 2009-cu ilədək olan müddətdə birgə nikah dövründə yenidən qurulmuşdur və həmin qətnamə ilə evə görə 12000 manat vəsaitin İsmayıl Sadıqovdan tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. Bu da o deməkdir ki, hazırda Cavabdeh1 evə heç bir aidiyyəti yoxdur. Göründüyü kimi, atasının birinci növbə vərəsələri iddiaçı və iki qardaşı olmuş, onlar mirasdakı paylarından iddiaçının xeyrinə imtina etmişlər. Cavabdeh1 və qeyriləri buna hüquqları olmadığı halda qanunsuz yolla özlərinə vərəsəlik rəsmiləşdirmiş, çıxarış almışlar. Cavabdeh1 uzun illərdir ki, iddiaçının mülkiyyətində olan torpaqdan istifadəsini mümkünsüz etmişdir. Bundan əlavə, o, bacısı Kifayəti və onun ərini qanunsuz olaraq iddiaçının həyətinə yerləşdirmiş və sonuncu lar da oranı al-ver yerinə çevirmişlər.
8. İddiaçı sonradan iddia ərizəsinə əlavə təqdim edərək, keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 0,6 hektar həyətyanı torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN306A, KOD 60713018 saylı Şəhadətnamənin Cavabdeh1, Şəbnəm Sadıqova, Mehti Sadıqov və Məhəmməd Sadıqova aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, şəhadətnamə verilən tarixə həmin torpaq sahəsinə dair X8 tam mülkiyyət hüququnun müəyyən edilməsi, DƏDRX tərəfindən verilmiş ******* saylı Çıxarışa əsasən (********** qeydiyyat nömrəli) Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,6 hektar torpaq sahəsi üzərində cavabdehlər Cavabdeh1, Süleymanova (Sadıqova) Şəbnəm İsmayıl qızının, Cavabdeh3 və Cavabdeh4 mülkiyyət hüquqları na xitam verilməklə onlara aid hissədə qeydiyyat və çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməsinin üçüncü şəxs DƏDRX-nin 6-cı ərazi idarəsinə həvalə edilməsi, sahəsi 0,6 hektar olan (0692389 saylı Çıxarış) torpaq sahəsi qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə Cavabdeh1 yerləşdirdiyi digər cavabdehlər X9 və Alıyeva (Əsədova) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılması, sahəsi 0,6 hektar olan torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış borcların müştərək olaraq ödənilməsi vəzifəsinin cavabdehlər X9 və Alıyeva (Əsədova) Kifayət İltifat qızını n üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və qeyrilərinin ******* saylı Çıxarışa əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,6 hektar torpaq sahəsinə paylı mülkiyyət hüquqları qanunsuz əldə edilmişdir. Torpaq sahəsi ötən əsrin 40-cı illərindən iddiaçının nənəsi (iddiaçının atasının anası) X14 məxsus olmuş, daha sonra onun ölümündən sonra İddiaçı atası Məhəmmədə keçmiş, o da vəfat etdikdən sonra miras əmlak olaraq vəsiyyətnamə üzrə İddiaçı keçmişdir. Bu zaman iddiaçının qardaşları İsmayıl və Elnur iddiaçının xeyrinə miras paydan imtina etmişlər. Cavabdeh1 və onun uşaqları isə iddiaçının qardaşı İsmayılın ailə üzvləri olmuş, mübahisəli yerdə 1998-ci ilədək yaşamışlar. Hazırda iddiaçının və C avabdeh1 ilə uşaqlarının Beyləqan rayonunun 1-ci Şahsevən kəndində paylı mülkiyyətlərində iki torpaq sahəsi vardır: 1) xx.xx.2015-ci il tarixli, RX ******* seriya nömrəli Çıxarışa əsasən 0,06 hektar (6 sot) torpaq sahəsi və xx.xx.2015-ci il tarixli, RX ******* seriya nömrəli Çıxarışa əsasən 0,97 hektar torpaq sahəsi. Bunlardan birincisi (0,06 hektar) iddiaçının ata-baba mülkü olmuş evin həyətyanı sahəsi olan torpaq sahəsidir. İkinci sahə torpaq islahatı qaydasında kolxoz-sovxoz torpaqlarının (çöl torpaqlarının) bölgüsü nəticəsində Sadıqovlara verilmiş pay torpağıdır. Cavabdeh1 və uşaqları olan digər cavabdehlər İsmayıl Sadıqovun ailə üzvləri olaraq 1998-ci ilədək orada yaşadıqları üçün pay almışlar. Göründüyü kimi, Cavabdeh1 və qeyriləri çöl torpaqlarından pay almalarına baxmayaraq, əsas sız olaraq aqrar bölgüyə aidiyyəti olmayan, yəni şəxsi mülkiyyətdə olan torpaq sahəsinə qanunsuz olaraq payçı kimi göstərilmişlər. Cavabdeh1 və onun uşaqlarının miras qalmış 0,6 hektar torpaq sahəsinə heç bir halda hüquqları yarana bilməzdi. Onlara qanunsuz olaraq torpağa dair şəhadətnamə verilmişdir.
10. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1520/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Seyfəli Seyfullayev) iddia təmin edilmiş, sahəsi 0,06 hektar olan həyətyanı torpaq sahəsinə dair verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-306A, KOD 60713018 saylı Şəhadətnamənin Cavabdeh1, X15, Cavabdeh3 və Cavabdeh4 aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, həmin şəhadətnamə verilən tarixə torpaq sahəsinə dair X8 tam mülkiyyət hü ququnun müəyyən edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş №0692389 saylı Çıxarışa əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,06 hektar torpaq sahəsi üzərində cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 mülkiyyət hüquqlarına xitam verilməklə onlara aid hissədə hüquqların qeydiyyatının və Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı ərazi idarəsinə həvalə edilməsi, sahəsi 0,06 hektar olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsi z tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış borcların müştərək olaraq cavabdehlər X11 və Əsədova (Alıyeva) Kifayət İltifat qızına aid edilməsi qət edilmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin paylı mülkiyyətində iki torpaq sahəsi vardır. Biri sahəsi 0,06 hektar olan həyətyanı torpaq və ikincisi 0,9692 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi. Mübahisəli 0,06 hektar torpaq sahəsi İddiaçı nənəsinə məxsus olmuş, daha sonra miras qalan evi onun atası Məhəmməd Sadıqov qəbul etmiş və sonda digər birinci növbə vərəsələrin paydan imtinası (və ya etməməsi) nəticəsində miras əmlak tək İddiaçı t ərəfindən qəbul edilmişdir. Mirasın mövcud sənədlər əsasında qəbulu proseduru özü-özlüyündə şübhə yaratmasa da, miras kütlənin müəyyən edilməsi məsələsində yanlışlığa yol verilmişdir.Belə ki, qanunvericiliyin tələblərinə əsasən mübahisəli 0,06 hektar torpaq sahəsi həyətyanı sahə olmaqla heç bir halda aqrar islahat komissiyası tərəfindən həmin vaxt qısa müddət orada yaşamış bütün şəxslər arasında bölünə bilməzdi. Qanun dəqiq ayırma apararaq çöl torpaqları deyilən kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətə keçməsi ilə həyatyanı torpaqların mülkiyyətə keçməsi arasında ayrıca normalarda fərqli meyarlar müəyyən etmişdir. Birinci halda qanun bir neçə kateqoriya müəyyən etməklə çöl torpaqlarının evdə həmin vaxt yaşamış bütün şəxslərin birgə mülkiyyətinə keçməsini, ikinci halda yalnız ev sa hiblərinin, yəni evə ilkin vaxtdan sahibliyi əldə edən (tikən, alan) şəxslərin mülkiyyətinə keçməsini. Cavabdehlər olan Sadıqovlar ev sahibinin digər ailə üzvləri olub, yəni X8 nəvəsi İsmayılın arvad-uşağı olub, Onların da torpaq islahatına dair qanunvericilik baxımından ev sahibliyinə aidiyyəti ola bilməz. Bu əsasla cavabdehlər Sadıqovlara dair sahəsi 0,06 hektar olan torpaq sahəsindəki paylar hissəsində şəhadətnamənin ləğv edilməsi qanuni və ədalətli olur.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 0,9692 hektar torpaq sahəsini mübahisələndirməmişdir. Əsədova (Alıyeva) Kifayət İltifat qızının və onun ailə üzvlərinin sahədən çıxarılmaları və çıxdıqları vaxtadək yığılmış kommunal və digər borcların onlara aid edilməsi tələbi də qanuni olmaqla əsaslıdır. Belə ki, iddianın təmini barədə yekun qət naməsi olduqda onları kənar şəxs olaraq iddiaçının torpaq sahəsində qalmaları qanunsuz olardı. İddiaçı cavabdehlər Alıyevlərin torpaqdan çıxarılmaları barədə əvvəlki kassasiya instansiyası məhkəməsinin mövqeyindən görünür ki, İddiaçı bu tələbin birbaşa yox, məhz digər paylı mülkiyyətçilərlə olan hüquqi münasibətlərin aydınlaşması prizmasından yanaşaraq qaldıra bilər. Hazırki işdə payçıların hüququna xitam verilməsi tələb edilir. Və qətnamə qüvvəyə mindiyi halda hüquqa xitam verilməsi ilə eyni vaxtda şəxslərin çıxarılmaları mümkün olur. Ona görə də, bu tələbə hazırki işdə baxılması mümkün və qanunidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh1 apellyasiya şikayəti verərək Beyləqan Rayon Məhkəməsinin 2(020)-1520/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsinin tama milə ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci, 157.2-ci, 1159-cu və 1160-cı maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu və 12-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1996-cı il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və ko operativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməyə istinad etmiş, lakin düzgün nəticəyə gəlməmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(020)-1269/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, cavabdehlər Əsədova (Alıyeva) Kifayət İltifat qızı və X9 ailə üzvləri ilə birlikdə AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarış ilə iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 20 17-ci il tarixli, 2(106)-30/2017 saylı qətnaməsi ilə cavabdeh Əsədova (Alıyeva) Kifayət İltifat qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(020)1269/2015 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2017-ci il tarixli, 2(102)- 4543/2017 saylı qərarı ilə təmin edilməmiş, qətnamə qüvvədə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-306A, KOD 60713018 saylı Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə X14, X6, Cavabdeh1, X10, X7, X16 Beyləqan rayonu, 1-ci Şahsevən kəndində 0,06 ha həyətyanı torpaq sahəsi birgə mülkiyyətə verilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli, 2(020)-118/2013 saylı qətnaməsinin məzmunundan göründüyü kimi, Cavabdeh1 keçmiş ərinə qarşı “cehiz və birgə nikah dövründə əldə edilmiş əmlak tələbinə dair” iddiası təmin edilmiş, mübahisəli torpaq sahəsində tikilmiş evi onların birgə nikah dövründə tikməsi sübuta yetirilmiş, Cavabdeh1 xeyrinə 22584 manat tutulması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış, lakin indiyədək icra edilməmişdir. Bu halda onun mülkiyyət hüququ hələ də saxlanılır. Beyləqan Rayon Məhkəməsi öz qətnaməsində Mülki Məcəllənin 157-ci maddəsinə istinad etsə də, həmin maddəni səhv tətb iq etmiş, Cavabdeh1 və ailə üzvlərinin qanunla qorunan mülkiyyət hüququna qəsd etmişdir. Belə ki, onların Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı əsasında yaranmışdır. Nə qədər ki həmin qərar qüvvədədir, Cavabdeh1 və onun ailə üzvlərinin 4/6 hissədə mülkiyyət hüququna xitam verilə bilməz. Eyni zamanda, həmin torpaq sahəsinə və orada yerləşən yaşayış evinə Cavabdeh1 paylı mülkiyyət hüququ mövcud olduğuna görə o, öz bacısına mülkiyyət hüququndan istifadə edərək istifadə hüququ vermişdir. Beyləqan Rayon Məhkəməsi qətnaməsində iddiaçının 0,06 ha torpaq sahəsinə tam mülkiyyət hüququnu tanımışdır, lakin nəzərə almamışdır ki, həmin torpaq sahəsindən ancaq 0,01 ha torpaq sahəsi üzərində vəsiyyətnamə qoyulmuşdur. Beyləqan Rayon Məhkəməsi Mülki Prosessual Məcəllənin 77-ci və 88-ci maddələrinin tələblərini pozmuş, sübutları düzgün araşdırmamış, eyni zamanda, inzibati mübahisə ilə bağlı aidiyyət qaydalarını pozaraq (Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN-306A, KOD 60713018 saylı Şəhadətnamənin ləğv edilməsi, eyni zamanda Çıxarışın verilməsinin DƏDRX-nin 6 saylı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində) mülki işi icraatına qəbul etmişdir. Məhkəmə cavabdehlərin mübahisəli torpaq sahəsinə olan mülkiyyət hüquqlarının yaranma əsasını aydınlaşdırmamış, iddiaçının hansı subyektiv hüququnun pozulmasını müəyyən etməmiş, sübutları işin halları ilə bağlı araşdırmamış, mülkiyyət hüququna xitam verilməsi üçün hansı halların o lmasını və bu halların nə ilə sübut olunmasını qətnamədə göstərməmişdir.
15. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 2(020)-1520/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
16. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəm əsinin 17 dekabr 2021-ci il tarixli, 2(020)1520/2021 saylı qətnaməsinə əsasən 0,06 ha olan həyətyanı torpaq sahəsinə dair verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005- ci il tarixli, JN-306A, KOD 60713018 saylı Şəhadətnamənin Cavabdeh1, X15, X20 və X7 aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı Çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququ müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyat və çıxarışın verilməsi vəzifəsinin 3-cü şəxs DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edərkən, prosessual hüquq normalarını düzgün tətbiq etməyərək işə aidiyyəti üzrə inzibati məhkəmələrdə baxılmalı olduğ unu nəzərə almamış və iddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmayaraq qanunvericiliyin tələbini pozmuşdur. Beyləqan Rayon Məhkəməsinin 2(020)- 1520/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsində ******* saylı Çıxarışa əsasən cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4 mülkiyyət hüquqlarına xitam verilməklə onlara aid hissədə hüquqların qeydiyyatı və çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququ müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və çıxarışın verilməsi qeyd edilsə də, sözügedən Çıxarışda pay sahibi olan X2 mülkiyyət hüququnun müəyyən edilməsi barədə qeyd edilməmiş, həmin X1 mülkiyyətində olması halı və qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada mülkiyyətçinin öhdəliklə ri üzrə əmlakın tutulmasından başqa, heç bir halda mülkiyyət hüququna mülkiyyətçinin iradəsi ziddinə xitam verilə bilməməsi nəzərə alınmamışdır. Beləliklə, məhkəmənin qətnaməsində qanunvericiliyin tələblərinə əməl olunmayaraq inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara müvafiq olaraq inzibati məhkəmələrdə baxılması nəzərə alınmamışdır. Məhkəmə tərəfindən sözügedən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı halda işə xitam verilməyərək qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Beyləqan Rayon Məhkəməsi tərəfindən sözügedən işə baxılarkən aidiyyət qaydalarının pozulması nəzərə alınmayaraq qanunvericiliyin tələblərinə uyğun olmayan qətnamə çıxa rılmışdır. Həmçinin, məhkəmə iş üzrə iddianın əsaslı olub-olmamasını nəzərə almayaraq qanunvericiliyin tələblərini pozaraq qətnamə çıxarmışdır. Məhkəmə iddianın əsaslılığının mümkün olub-olmamasını yoxlamamış, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmamış və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-198/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər – X26 (sədrlik edən, məruzəçi), X21 və X22) apellyasiya şikayətləri qismən təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)1520/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni sahəsi 0,06 hektar olan həyətyanı torpaq sahəsinə dair verilmiş Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN-306A Kod 60713018 saylı Şəhadətnamənin Cavabdeh1, X15, Cavabdeh3 və Cavabdeh4 aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, həmin şəhadətnamə verilən tarixə torpaq sahəsinə dair X8 tam mülkiyyət hüququnun müəyyən edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş №0692389 saylı Çıxarışa əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,06 hektar torpaq sahəsi üzərində cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 mülkiyyət hüquqlarına xitam verilməklə onlara aid hissədə hüquqların qeydiyyatının və çıxarışın ləğv edilməsi” hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir.
18. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-198/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X26 (sədrlik edən, məruzəçi), X21 və X22) apellyasiya şikayətləri qismən təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1520/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsi qismən – “mübahisəli torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,06 hektar olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının torpaq sahəsindən faktiki çıxdıqla rı tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış borcların müştərək olaraq cavabdehlər X11 və Əsədova (Alıyeva) Kifayət İltifat qızına aid edilməsi” hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir.
19. Apellyasiya kollegiyası iddianın təmin edilməmiş hissəsinə mübasibətdə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisə predmeti olan Beyləqan rayonunun Birinci Şahsevən kəndində yerləşən 0,06 hektar torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN-306A saylı, KOD 60713018 olan Şəhadətnaməsi əsasında Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə X8 və onun ailə üzvləri X 2, Cavabdeh1 İldırım qızının, X5, X3 və X12 mülkiyyətinə verilmişdir. İddiaçı isə həmin torpaq sahəsinə tam olaraq vərəsəlik hüququnun müəyyən edilməsini və bundan sonra mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsini tələb edir. Məhkəmə kollegiyası bildirmişdir ki, bu hissədə iddia tələbi iddiaçının torpaq sahəsinə tam vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı olduğundan mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçının qeyd edilən tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(106)-198/2023 saylı qərardadı ilə icraatına xitam verilmiş “sahəsi 0,06 hektar olan həyətyanı torpaq sahəsinə dair verilmiş Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il t arixli, JN-306A Kod 60713018 saylı Şəhadətnamənin Cavabdeh1, X15, Cavabdeh3 və Cavabdeh4 aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, həmin şəhadətnamə verilən tarixə torpaq sahəsinə dair X8 tam mülkiyyət hüququnun müəyyən edilməsi” tələblərinin nəticəsi kimi çıxış edir. Belə ki, hal-hazırda mübahisəli torpaq sahəsi üzərində X8 və onun ailə üzvləri X2, Cavabdeh1 İldırım qızının, X5, X3 və X12 ümumi birgə mülkiyyət hüququ mövcud olmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********09 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli Çıxarışla isə həmin torpaq sahəsi üzərində Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X2, X5 və İddiaçı ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır.
20. Mə hkəmə kollegiyası bildirmişdir ki, mübahisəli 0,06 hektar torpaq sahəsi ümumi mülkiyyətdə olan əmlak olduğundan iddiaçıya yalnız ümumi mülkiyyətdəki torpaq sahəsinin mərhum X14 aid olan hissəsi miras olaraq qalmışdır. İşdəki xx.xx.2015-ci il tarixli, reyestrdə 2-V-1-180 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən göründüyü kimi isə Beyləqan rayonunun Birinci Şahsevən kəndində yerləşən mübahisəli 0,06 hektar torpaq sahəsinin yalnız X14 aid olan hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ müəyyən edilmişdir. Mübahisəli 0,06 hektar torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilməsi ümumi birgə mülkiyyətin digər mülkiyyətçilərin Konstitusiya və qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaqdır. Bununla yanaşı, nə qədər ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN-306A saylı, KOD 60713018 olan Şəhadətnaməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********09 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli Çıxarış qüvvədədir, həmin müddət ərzində mübahisəli 0,06 hektar torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququ müəyyən edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə tam olaraq iddiaçının vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRXnin 6-cı Ərazi İdarəsinin üzərinə qoyulması nəticəsinə gəlməklə maddi hüquq normalarını pozmuşdur. Odur ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir.
21. Məhkəmə kollegiyası iddia tələbinin “sahəsi 0,06 hektar olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları” hissəsinə dair qeyd etmişdir ki, mübahisəli 0,06 hektar torpaq sahəsi üzərində hazırda Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X2, X5 və İddiaçı ümumi birgə mülkiyyət hüququ mövcuddur. İddiaçı ümumi mülkiyyətdə olan torpaq sahəsini bütün mülkiyyətçilərin xeyrinə tələb etməmiş, yalnız özünə təhvil verilməsini xahiş etmişdir. Bu isə Mülki Məcəllənin 213.6-cı maddəsinin tələblərinə uyğun deyil. Bundan əlavə, iddiaçının tələb irəli sürdüyü üçüncü şəxslər X18 və Alıyeva (Əsədova) Kifayət İltifat qızı ümumi birgə mülkiyyətin mülkiyyətçilərindən olan Cavabdeh1 razılığı ilə mübahisəli torpaq sahəsində və həmin torpaq sahəsində inşa edilmiş tikilidə yaşayırlar. Cavabdeh Alıyeva (Əsədova) X19 Sadıqovanın bacısı, digər cavabdeh Hümbət Alıyev isə Cavabdeh5 (Əsədovanın) əridir. Bu səbəbdən, iddiaçının X9 və Alıyeva (Əsədova) Kifayət İltifat qızının mübahisəli torpaq sahəsindən çıxarılmasını tələb etməsi ümumi birgə mülkiyyətçilərdən Cavabdeh1 mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmaqla, onun öz mülkiyyətində olan əmlakda ailə üzvlərini yerləşdirməsinə mane olur. Bu baxımdan iddiaçının qeyd edilən tələbi əsaslı hesab edilə bilməz. Bundan əlavə, iddiaçı apellyasiya məhkəməs inin iclasında bildirmişdir ki, cavabdehlərin çıxarılmasını tələb etdiyi tikilinin hər hansı sənədi yoxdur.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini “sahəsi 0,06 hektar olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları” hissəsində də təmin etməklə maddi hüquq normalarını pozmuşdur. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə də ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
23. Məhkəmə kollegiyası bildirmişdir ki, “0,06 hektar olan torpaq sahəsinin qeydşərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X18 və Əsədova ( Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları” hissəsində iddia tələbi rədd edildiyindən, “cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış borcların müştərək olaraq cavabdehlər X11 və Əsədova (Alıyeva) Kifayət İltifat qızına aid edilməsi” hissəsində də iddia tələbi rədd edilməlidir. Belə ki, cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının torpaq sahəsindən çıxarılmasına dair hissədə iddia tələbi təmin edilmədiyindən, həmin torpaq sahəsindən faktiki çıxdıqları tarixədək hər hansı borcların onlara aid edilməsi qeyrimüəyyənliyin yaranmasına səbəb olacaqdır. Kassasiya şikayətinin və on a qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması və ya işdə olan sübutlar əsasında iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia ərizəsinə və iddia tələbinin həcminin artırılmasına dair ərizəyə uyğun əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair s ərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
30. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) v ə ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
31. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
32. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Mad də 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Ka ssasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericil iyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
43. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Belə ki, mübahisəli daşınmaz əmlaka dair dövlət reyestrində cavabdehlərin adına olan qeydiyyat qüvvədə olduğu üçün iş üzrə baxılan tələblərin təmin edilməməsi yuxarıda göstərilən maddi hüquq normalarına uyğun olmuşdur.
44. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-198/2023 nömrəli,15 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.