Məhkəmə qərarları › İş №2(102)-2936/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2936/2022

07.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2936/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlundan (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(105)105/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 7 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan No-li fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakin dövlət reyestrində 22 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində **********9710301 reyestr nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. 2. ünvan No-li saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı3 adına daşınmaz əmlakin dövlət reyestrində 35 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində **********26-10301 reyestr nömrəsi ilə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

3. İddia çı2 məxsus ünvan No-li ev özbaşına tikilidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və XXX rayon İcra Hakmiyyətinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, XXX rayon İcra Hakmiyyəti başçısının 693 saylı 08 noyabr 2013-cü il tarixli Sərəncamı, Memarlıq və Tikinti şöbəsinin razılaşdırdığı lahiyə, X1 Baş İdarəsi tərəfindən verilmiş XXX No-li saylı 03 fevral 2014-cü il tarixli rəyin ləğv olunması, ünvan "xxxx" MMC tərəfindən 2 girişli, 16 mərtəbəli yaşayış binasının sökülməsi, "xxxx" MMC-nin apardığı inşaat işləri nəticəsində İddiaçı1, İddiaçı2 və İddiaçı3 dəymiş zərərin müvafiq qurumların ekspertləri tərəfind ən araşdırılması, zərər dəymiş mənzillərin bazar dəyəri məbləğində sakinlərə kompensasiya ödənilməsi, sərhədi pozmuş mülkiyyətçinin sərhədi pozulan mülkiyyətçiyə hər il kompensasiya ödənilməsi, dəymiş mənəvi zərərin kompensasiya şəklində ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, XXX Rayon İcra Hakmiyyəti başçısının 693 saylı, 08 noyabr 2013-cü il tarixli sərəncamı, Memarlıq və Tikinti şöbəsinin razılaşdırdığı lahiyə, X1 Baş İdarəsi tərəfindən verilmiş XXX No-li saylı, 03 fevral 2014-cü il tarixli rəyi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2 girişli, 16 mərtəbəli yaşayış binasının tikintisinə başlanmışdır. İnşaat zamanı təməlqazma, betonlama, tikintini u caltma işləri nəticəsində XXX rayonu ünvan No-li ünvanlarında yerləşən fərdi yaşayış evlərinə ciddi zərər dəymişdir. Belə ki, çoxmərtəbəli bina tikilərkən ətrafdakı fərdi yaşayış evləri ilə ara saxlanılmalı olan normativ məsafə tikinti şirkəti tərəfindən gözlənilməmişdir. Tikintinin ilkin fəsadlarını (məhəllədəki ağacların kəsilməsi binanın təməlinin evlərə çox yaxın məsafədə) gördükdən sonra 2014-cü ilin mart ayında Azərbaycan Respublikası Prezident Aparatına edilmiş müraciət XXX Rayon İcra Hakmiyyətinə yönəldilmiş və XXX Rayon İcra Hakmiyyətində Xırdalan şəhərinin baş planını göstərilərək narahatçılığa heç bir əsasın olmadığı, həmin ərazidə yerləşən evlərin söküləcəyi və sakinlərin yaşayış evlərinin kv.metrinə uyğun olaraq "xxxx" MMC tərəfindən inşaat etdirilən 16 mərtəbəli yaşayış binas ında təmirli mənzillər veriləcəyi vəd edilmişdir. Lakin, 16 mərtəbəli yaşayış binası tam başa çatdığına və mənzillərin çoxu satılmasına baxmayaraq onlara vəd olunan alqısatqıdan, evlərin sökülməsindən və yeni mənzillərdən heç bır xəbər yoxdur. ünvan No-li fərdi yaşayış evi İddiaçı1, XXX ünvan No-li fərdi yaşayış evi İddiaçı3 mülkiyyətindədir, XXX rayonu ünvan No-li fərdi yaşayış evi İddiaçı2 məxsus özbaşına tikilidir. Qeyd edilən fərdi yaşayış evlərində hazırki vəziyyətdə yaşayış evi sahibləri olaraq İddiaçı1, İddiaçı2, İddiaçı3, həmçinin ailə üzvlərinin həyatı üçün təhlükəli olmaqla bərabər, evlərə dəymiş zərər (əsas divarlardakı dərin çatlar, uçuqlar) əmlakın bazar qiymətinə də mənfi təsir edir. Odur ki, İddiaçı1 məxsus ünvan No-li fərdi yaşayış evinin bazar qiyməti 85000 manat, mənəvi z ərər kimi 20000 manat, İddiaçı2 məxsus XXX rayonu ünvan No-li fərdi yaşayış evinin bazar qiyməti 75000 manat, mənəvi zərər kimi 20000 manat, İddiaçı3 məxsus XXX ünvan No-li fərdi yaşayış evinin bazar qiyməti 120000 manat, mənəvi zərər kimi 20000 manat ödənilməlidir.

6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək XXX Rayon İcra Hakmiyyəti başçısının 693 saylı, 08 noyabr 2013-cü il tarixli sərəncamı, Memarlıq və Tikinti şöbəsinin razilaşdırdığı lahiyə, X1 Baş İdarəsi tərəfindən verilmiş XXX No-li 03 fevral 2014-cü il tarixli rəyin ləğv olunması, XXX ünvan məhəllədə "xxxx" MMC tərəfindən 2 girişli, 16 mərtəbəli yaşayış binasının sökülməsi, İddiaçı1 mülkiyyətində olan XXX ünvan No-li (xx.xx.2013-cü il tarixli qeydiyyat nömrəsi ****** **** olan Çıxarış), ünvanında yerləşən mənzilin hasarında, evin daxili və xarici divarlarında evin təməllərində çatlar, uçuqlar yaranması, evin təməlindən damına qədər olan divarlarında, həyətyanı sahənin hasarlarında yaranan dərin çatları xırda təmir işləri ilə aradan qaldırmaq mümkün olmadığından həyətyanı ərazinin binadan düşən hər hansı əşyanın sakinlərin həyatında yarada biləcək təhlükəni aradan qaldırmaq üçün xüsusi çardağın tikilməsi, evinin özünün və hasarlarının tamamilə sökülüb yenidən tikilməsi və digər xərclər üçün 85000 manat, mənəvi zərər üçün 20000 manat dəyərində kompensasiyanın "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin daxili və çöl divarlarında çatlar və hörgü daşlarının bir-birindən aralanmasını, divarların deformasiya uyğramasını, dəfələrlə əsaslı təmir edilməsinə baxmayaraq yenidən çatların yaranmasını nəzərə alaraq evin tamamilə sökülərək yenidən tikilməsi üçün 75000 manat, mənəvi zərər üçün 20000 manat dəyərində kompensasiyanın "xxxx" MMC-dən tutularaq İddiaçı2, İddiaçı3 mülkiyyətində olan XXX ünvan məhəllədə XXX No-li (xx.xx.2013-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarış), ünvanında yerləşən evin həyətyanı ərazinin binadan düşən hər hansı əşyanın sakinlərin həyatında yarada biləcək təhlükənin qarşısını almaq üçün çardağın hazırlanması, daxili və çöl divarlarında, birinci və ikinci mərtəbələrdə dəfələrlə edilmiş əsaslı təmirdən sonra belə yenidən əmələ gələn, evin təməlindən damına qədər əhatə edən divar çatlamaları, günəş işığının və havalanmanın olmamasına görə yaranan nə mişlik və digər işləri nəzərə alaraq 2 mərtəbəli evin tamamilə sökülərək yenidən tikilməsi üçün 120000 manat, mənəvi zərər üçün 20000 manat dəyərində kompensasiyanın "xxxx" MMC-dən tutularaq İddiaçı3 ödənilməsi, sərhədi pozmuş mülkiyyətçi "xxxx" MMC şirkəti sərhədi pozulan İddiaçı1, İddiaçı2 və İddiaçı3 yaşayış normalarını, bina ilə evlər arasında olan sərhəddi pozduğuna görə birdəfəlik kompensasiya kəsilməsi və bu kompensasiyanı pul vəsaiti şəklində "xxxx" MMC tərəfindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Həmçinin iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək iddia tələlərinin 1-ci bəndindən, yəni XXX Rayon İcra Hakmiyyəti başçısının 693 saylı 08 noyabr 2013-cü il tarixli sərəncamı, Memarlıq və Tikinti şöbəsinin razılaşdırdığı lahiyə, X1 Baş İdarəsi tərəfindən verilmiş XXX No-li saylı 03 fevral 2014- cü il tarixli rəyin ləğv olunması, XXX ünvan məhəllədə "xxxx" MMC tərəfindən 2 girişli, 16 mərtəbəli yaşayış binasının sökülməsi hissəsindən imtina etdiklərini bildirmişlər.

8. XXX Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) (bundan sonra – birinci instansiya məhkəməsi) 3 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı3 dəymiş ziyana görə 68000 manat, mənəvi zərərə görə 6000 manat, cəmi 74 000 manat, İddiaçı1 dəymiş ziyana görə 47000 manat, mənəvi zərərə görə 4000 manat, cəmi 51.000 manat, İddiaçı2 dəymiş ziyana görə 46000 manat, mənəvi zərərə görə 4000 manat, cəmi 50.000 manat, habelə ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun "xxxx" MMC-dən alınıb iddiaçılara verilməsi, qalan hissədə iddianın əsassız olduğundan təmin edilməməsi və iş üzrə məhkəmə inşaat-tikinti ekspertizalar üzrə cəmi 200 manat məhkəmə xərcinin "xxxx" MMC-dən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.

9. XXX Rayon Məhkəməsinin 3 dekabr 2019-cu il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 XXX Rayon İcra Hakmiyyəti başçısının 693 saylı 08 noyabr 2013-cü il tarixli Sərəncamı, Memarlıq və Tikinti şöbəsinin razılaşdırdığı lahiyə, X1 Baş İdarəsi tərəfindən verilmiş XXX saylı 03 fevral 2014-cü il tarixli rəyin ləğv o lunması hissədə iş üzrə icraata xitam verilmişdir.

10. Birinci instansiya məhkəməsi təyin edilmiş məhkəmə ekspertizası üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2019-cu il tarixli, 31969 saylı rəyindən müəyyən edilmişdir ki, XXX ünvanməhəllədə yerləşən İddiaçı1 və İddiaçı2 məxsus XXX No-li və XXX No-li fərdi yaşayış evlərinin otaqlarında tavan və divarların üzərində şaquli və üfüqi istiqamətlərdə çatlar əmələ gəldiyi, yükdaşıyan divarlarda və arakəsmələrdə 1-10 mm ölçülü keçici çatlar yarandığı, divar kağızlarının qopduğu, divarla tavanın birləşmə yerlərinin uzununa istiqamətdə çatladığı, eləcə də həyətyanı sahədə sərhəd hasarının üzərində iri həcmli çatlar əmələ gəldiyi, hörgü daşlarının bir-birindən aralandığı müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evlərin in ayrı-ayrı konstruktiv elementləri üzərində mövcud olan əlamətlər nəzərə alınmaqla, həmin zədələr hər hansı təsir zamanı, yəni torpaq sürüşməsi, zəlzələ, eləcə də söküntü, qazıntı, tikinti-quraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gəlməyə xarakterikdir. Tədqiq olunan mübahisəli yaşayış evlərinin yaxınlığında "xxxx" MMC tərəfindən hündürmərtəbəli yaşayış binasının inşası ilə əlaqədar təməlqazma, betonlama, tikintini-quraşdırma işlərinin aparıldığı müəyyən edilmişdir ki, bu halda həmin işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı torpaq qatının boşalaraq sürüşməsi nəticəsində iddiaçılara məxsus fərdi yaşayış evlərindəki zədələrin əmələ gəlməsinə səbəb ola bilər. İddiaçı3 məxsus XXX ünvan No-li fərdi yaşayış evinin qapısı bağlı olduğundan həmin ev üz rə baxış keçirilməsi mümkün olmamışdır.

11. İş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2019cu il tarixli 18378 saylı rəyi ilə müəyyən edilmişdir ki, XXX ünvan məhəllədə yerləşən İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus XXX No-li, XXX No-li və XXX No-li evlərin otaqlarında tavan və divarların üzərində şaquli və üfüqi istiqamətlərdə çatlar əmələ gəldiyi, yükdaşıyan divarlarda və arakəsmələrdə 1-10 mm ölçülü keçici çatlar yarandığı, divar kağızlarının qopduğu, divarla tavanın birləşmə yerlərinin uzununa istiqamətdə çatladığı, eləcə də həyətyanı sahədə sərhəd hasarının üzərində iri həcmli çatlar əmələ gəldiyi, hörgü daşlarının bir-birindən aralandığı müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evlərinin ayrı-ayrı konstruktiv elementləri üzərində mövcud olan əlamət lər nəzərə alınmaqla, həmin zədələr hər hansı təsir zamanı, yəni torpaq sürüşməsi, zəlzələ, eləcə də söküntü, qazıntı, tikinti-quraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gəlməyə xarakterikdir. Tədqiq olunan mübahisəli yaşayış evlərinin yaxınlığında "xxxx" MMC tərəfindən hündürmərtəbəli yaşayış binasının inşası ilə əlaqədar təməlqazma, betonlama, tikintini-quraşdırma işlərinin aparıldığı müəyyən edilmişdir ki, bu halda həmin işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı torpaq qatının boşalaraq sürüşməsi nəticəsində iddiaçılara məxsus fərdi yaşayış evlərindəki zədələrin əmələ gəlməsinə səbəb ola bilər. Tədqiq olunan yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində həmin evlərin bərpa olunması üçün müəy yən hissələrin sökülərək yenidən inşa edilməsinin, ayrı-ayrı konstruktiv elementlər üzrə, eləcə də tikintialtı torpaq qatının müvafiq möhkəmləndirmə işləri aparmaqla bərkidilməsinin zəruri olduğu müəyyən edilmişdir ki, həmin işlərin dəyəri, yaşayış evi və torpaq sahəsi üzrə tikinti konsruktorunun müvafiq hesablamaları əsasında gücləndirmə işləri aparıldıqdan və yerin yetirilməli işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Tədqiq olunan yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində həmin evlərin bərpa olunması üçün müəyyən hissələrin sökülərək yenidən inşa edilməsinin, ayrı-ayrı konstruktiv elementlər üzrə, eləcə də tikintialtı torpaq qatının müvafiq möhkəmləndirmə işləri aparmaqla bərkidilməsinin zəruri oldu ğu müəyyən edilmişdir ki, həmin işlərin dəyəri, yaşayış evi və torpaq sahəsi üzrə tikinti konsruktorunun müvafiq hesablamaları əsasında gücləndirmə işləri aparıldıqdan və yerin yetirilməli işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər.

12. İş üzrə iddiaçılara məxsus evlərə dəyən ziyanla bağlı həmin yaşayış evlərinin bərpası və torpaq sahəsisnin müvafiq bərkidilməsi işləri aparılmaqla həmin işlərin aparılmasına nə qədər pul vəsaitinin tələb olunması, habelə həmin qeyd edilən evlərin hazırkı bazar dəyərinin müəyyən edilməsi üçün qərardad qəbul edilmişdir. İş üzrə "xxxx" Konsaltinq MMC-nin 22 iyul 2019-cu il tarixli M149/19 saylı qiymətləndirmə hesabatından müəyyən edilmişdir ki, İddiaçı3 mülkiyyətində olan XXX ünvan məhəllədə yerləşən 62 saylı fərdi yaşayış evinin müəyyən edilən qəzalı vəziyyətdə dəyəri 27000 manat, fərdi yaşayış evinə müəyyən edilən qəzadan əvvəlki dəyəri 95000 manat, fərdi yaşayış evinə dəymiş ziyan 68000 manat, İddiaçı1 mülkiyyətində olan ünvan No-li fərdi yaşayış evinin müəyyən edilən qəzalı vəziyyətdə dəyəri 28000 manat, fərdi yaşayış evinə müəyyən edilən qəzadan əvvəlki dəyəri 75000 manat, fərdi yaşayış evinə dəymiş ziyan 47000 manat., İddiaçı2 məxsus ünvan No-li fərdi yaşayış evinin müəyyən edilən qəzalı vəziyyətdə dəyəri 24000 manat, fərdi yaşayış evinə müəyyən edilən qəzadan əvvəlki dəyəri 70000 manat, fərdi yaşayış evinə dəymiş ziyan 46000 manat təşkil edir.

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılara məxsus yuxarıda qeyd edilən yaşayış evlərinə dəyən ziyan məhz mübahisəli yaşayış evlərinin yaxınlığı nda "xxxx" MMC tərəfindən hündürmərtəbəli yaşayış binasının inşası ilə əlaqədar təməlqazma, betonlama, tikintini-quraşdırma işlərinin aparılması ilə əlaqədar olmuşdur ki, bu iddiaçıların izahatlarından başqa, məhkəmə ekspertizasının rəyləri və işin materialları ilə tam sübut olunur. Yuxarıda qeyd edilən mütəxəsissin qiymətləndirmə hesabatından göründüyü kimi İddiaçı3 mülkiyyətində olan XXX ünvan məhəllədə yerləşən XXX saylı fərdi yaşayış evinin müəyyən edilən qəzalı vəziyyətdə dəyəri 27000 manat, fərdi yaşayış evinə müəyyən edilən qəzadan əvvəlki dəyəri 95000 manat, fərdi yaşayış evinə dəymiş ziyan 68000 manat, İddiaçı1 mülkiyyətində olan ünvan No-li saylı fərdi yaşayış evinin müəyyən edilən qəzalı vəziyyətdə dəyəri 28000 manat, fərdi yaşayış evinə müəyyən edilən qəzadan əvvəlki dəyəri 750 00 manat, fərdi yaşayış evinə dəymiş ziyan 47000 manat., İddiaçı2 məxsus ünvan No-li fərdi yaşayış evinin müəyyən edilən qəzalı vəziyyətdə dəyəri 24000 manat, fərdi yaşayış evinə müəyyən edilən qəzadan əvvəlki dəyəri 70000 manat, fərdi yaşayış evinə dəymiş ziyan 46000 manat təşkil edir. İddiaçı3 mülkiyyətində olan XXX ünvan məhəllədə yerləşən XXX saylı fərdi yaşayış evinə dəymiş ziyan 68000 manat, İddiaçı1 mülkiyyətində olan ünvan No-li fərdi yaşayış evinə dəymiş ziyan 47000 manat, İddiaçı2 məxsus ünvan No-li tikiliyə dəymiş ziyan 46000 manat təşkil edir.

14. İddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008 -ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

15. Məhkəmə hesab etmişdir ki, İddiaçı3 mülkiyyətində olan XXX ünvan məhəllədə yerləşən XXX saylı fərdi yaşayış evinə dəymiş ziyana görə mənəvi zərərin məbləği 6000 manat, İddiaçı1 mülkiyyətində olan ünvan No-li fərdi yaşayış evinə dəymiş ziyana görə 4000 manat, İddiaçı2 məxsus ünvan No-li tikiliyə dəymiş ziyana görə 4000 manat məbəğində müəyyən edilməli və həmin məbəğ cavabdehdən tutulub onlara verilməlidir.

16. İddia tələbinin binadan düşə biləcək hər hansı əşyanın sakinlərin həyatına yarada biləcək təhlükəni aradan qaldırması üçün xüsusi çardağın tikilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflərin izahatlarından göründüyü kimi cavabdeh tərəfindən tikilən hündürmərtəbəli tikilinin tikintisi artıq başa çatmışdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir.

17. İddia tələbinin cavabdeh XXX rayon İH-ə aid hissəsində məhkəmə qeyd etmişdir ki, həmin cavabdehə münasibətdə iddiaçılar iddia ərizəsindən imtina etdiklərindən və iddia tələbinin qalan hissəsində göründüyü kimi iddiaçılar dəlillərini əsaslandıra bilmədiklərindən həmin cavabdehə münasibətdə iddia əsassızdır və təmin edilməməlidir.

18. Məhkəmə öz mövqey ini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-105/2022 saylı mülki iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin direktoru XXX verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-«iddiaçılar İddiaçı3 mənəvi zərərə görə 6000 manat, İddiaçı1 dəymiş mənəvi zərərə görə 4000 manat və İddiaçı2 dəymiş mə nəvi zərərə görə 4000 manat pulun cavabdeh "xxxx" MMC-dən alınıb onlara verilsin» hissəsində ləğv edilmiş, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmiş və məhkəmə xərcləri məsələsi həll edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini maddi ziyan tələbinə dair hissədə qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri ( qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

23. Məhkəmə kollegiyası vurulmuş ziyanın məbləği ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini nəzərə alaraq iddiaçılara məxsus yaşayış evlərə vurulmuş ziyanın məbləğlərinin müəyyən edilməsi üçün təkrar məhkəmə qiymətləndirmə ekspetizası təyin etmiş və "xxxx" MMC-nin 23 dekabr 2021-ci il tarixli, 165 saylı qiymətləndirmə hesabatı ilə ziyan məbləğinin "xxxx" Konsaltinq MMC-nin 22 iyul 2019-cu il tarixli, M149/19 saylı qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş məbləğdən artıq olması müəyyən edilmişdir. Ziyan məbləğinə qiymət verərək məhkəmə kollegiyası rəyin və birinci instansiya məhkəməsinin müəyyən etdiyi ziyan məbləği ilə müqayisəli təhlil edib nəzərə almışdır ki, təkrar qiymətləndirmə zamanı ekspertin müəyyən etdiyi məbləğ birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən yüksək olduğu üçün və iddiaçılar qətnamədən apellyasiya şikayəti vermədiyi, başqa sözlə qətnaməni mübahisələndirmədiyi üçün zərərin məbləği ilə bağlı hissə dəyişdirilmədən saxlanmalıdır.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində mənəvi zərər çəkməsi halını iddiaçılar sübuta yetirə bilmədiklərindən iddia tələbi bu hissədə təmin oluna bilməz.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 1096.1, 1096.2, 10 97.1. 21.1, 21.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

27. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası cavabdeh tərəfə etirazını əsaslandırmaq üçün vaxt imkanı verməmişdir. Mütəxəssis rəyi tərəflərə təqdim edilmədən və e-məhkəmə portalında yerləşdirilmədən, tərəfin ona münasibətini aydınlaşdırmadan mülki işi yekunlaşdırmışdır. Həmçinin, məhkəmə iclasının təyin olunduğu vaxtda nümayəndə və vəkilin məhkəmə iclasında üzürlü səbəbdən i ştirak edə bilməməsi barədə teleqramı nəzərə alınmamış, məhkəmə iclası təxirə alınmamışdır. Qətnamədə isə tərəfin üzürlü səbəb olmadan iştirak etməməyini qeyd edir. Lakin portalda yerləşdirilmiş teleqramdan məlum olur ki, nümayəndə və vəkilin teleqramı məhkəmə iclasından xeyli əvvəl məhkəməyə daxil olmuşdur. Bundan başqa, iş üzrə məhkəmə ekspertizası təyin edilsə də ekspert səbəb göstərilməklə rəy verməkdən imtina etmişdir. Göstərilən səbəbi aradan qaldırmaqla yenidən ekspertiza təyin etmək əvəzinə məhkəmə kollegiyası qəbul etdiyi qərardadda qoyulmuş suallara cavab olmadan məhkəmə yekun qərar qəbul etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası ekspertiza təyin edilməsi barədə qərardadında cavabdeh tərəfindən qoyulmuş sualları rədd edilməsini qərardadda əsaslandırmamışdır. Məhkəmə kollegiyası qətnamədə gəldiyi nəticəni tam əsaslandırmamışdır. Məhkəmə kollegiyası qətnamədə iş üzrə sübutları obyektiv qiymətləndirməmiş, hansı sübutu əsas götüməsini əsaslandırmamışdır.

28. Şikayət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 1096.1, 1096.2, 1097.1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 97.4, 102, 376.1, 376.2, 217, 88-ci, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “Məhkəmə qənaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 saylı qərarına istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

32. Maddə

152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun fay dalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 1 096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1096.2. Delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

35. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə vurulmuş zərərin təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

44. İlk növb ədə qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Kassasiya şikayətinin dəlilləri məhkəmə iclasında iştiraklarının lazımi qaydada təmin olunmaması, sübutların tədqiqində iştirakdan məhrum edilmələri, vurulmuş zərərin məbləği ilə bağlıdır.

46. Məhkəmənin vaxtı və yeri barədə cavabdehlərin məlumatlandırılmaları işdə olan rəsmi sənədlərlə təsdiq olunur. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, apelyasiya i craatı zamanı keçirilmiş ekspertiza məhz cavabdehin nümayəndəsinin məhkəmə iclası zamanı vermiş olduğu vəsatət əsasında təyin edilmişdir. Cavabdehin nümayəndəsinin üzrlü sübutlar gətirmədən axırıncı məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olan hal deyil. İşin təxirə salınması üçün məhkəmə iclasında iştirakı istisna edən sübutlar təqdim edilməlidir. Belə sübutlar olmadığı təqdirdə məhkəmə işə baxmaqda haqlıdır.

47. Beləki, MPM-nin 376.2. maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

48. Göründüyü kimi qanunvericilik, apelyasiya icraatı zamanı hətta, üzürlü səbəblə rdən gəlmədiyi hallarda işə baxılmasının təxirə salınmasını məhkəmənin mülahisəzinə buraxır. Ona görə kassasiyanın həmin dəlili keçərli deyil.

49. Bundan başqa, kollegiya qeyd edir ki, iş üzrə sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilməlidir. MPM-nin 372.2. maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Belə bir qaydanın olmasına baxmayaraq işə baxan apelyasiya məhkəməsi işin faktiki halları ilə bağlı cavabdeh tərfin mənafeyi naminə ekspertiza keçirmiş və "xxxx" MMC-nin 23 dekabr 2021-ci il tarixli, 165 saylı qiymətləndirmə hesabatı ilə ziyanın məbləğinin "xxxx" Konsaltinq MMC-nin 22 iyul 2019-cu il tarixli, M149/19 saylı qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş məbləğdən artıq olması müəyyən edilmişdir. Ziyan məbləğinə qiymət verərək məhkəmə kollegiyası rəyin və birinci instansiya məhkəməsinin müəyyən etdiyi ziyan məbləği ilə müqayisəli təhlil edib nəzərə almışdır ki, təkrar qiymətləndirmə zamanı ekspertin müəyyən etdiyi məbləğ birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən yüksək olduğu üçün və iddiaçılar qətnamədən apellyasiya şikayəti vermədiyi, qətnaməni mübahisələndirmədiyi üçün zərərin məbləği ilə bağlı hissə dəyişdirilmədən saxlanmalıdır.

50. Ona görə, kollegiya sübutların tədqiqində iştirak hüququndan məhrum olmaları ilə kassatorun digər dəlillərini də qəbul etmir.

51. Zərərin məbləği ilə bağlı koll egiya qeyd edir ki, cavabdeh şirkətin hərəkətləri nəticəsində iddiaçıların evlərinə zərər dəymişdir. Həmin zərər ödənilməlidir. İş üzrə iki dəfə ekspertiza keçirilmiş və hər iki ekspert rəyi zərərin məbləğinin məhkəmənin müəyyən etdiyi məbləğdən aşağı olmaması barədə rəyə gəlmişlər. Cavabdeh tərəf həmin zərərin daha aşağı olmasına dair heç bir sübut təqdim etməmişdir. Belə olan təqdirdə məhkəmənin təqdim edilmiş rəylərə mötəbər sübut kimi yanaşması əsaslı olmuşdur. 52. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 105/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar