Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2939/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı AAAF-X1 Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin ləğv edilməsi, alqı-satqı müqaviləsi əsasında alıcı tərəfindən öhdəliklərin icra edilməməsinin hüquqi nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı AAAF-İnşaat MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3160/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh arasında bağlanmış E/0162 nömrəli, 10 dekabr 2015-ci il tarixli “mansardın alqı-satqısı haqqında” müqavilə ilə, satıcı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki A kompleksində inşa edilən 12 saylı 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 41,4 kv.m olan 1 otaqdan ibarət 46 saylı mansardı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər dax ilində aldığı vahid əmlakın dəyərini (qiymətini) 120 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, mənzilin ümumi dəyəri 27945 manat təşkil etmişdir. 2. xx.xx.2021-ci il tarixli, 117 saylı maliyyə arayışı ilə cavabdeh tərəfindən mübahisəli müqaviləyə əsasən iddiaçıya mansarda görə ümumilikdə 10866,00 manat ödəniş edilmiş, mübahisəli müqavilə üzrə əsas borc 17079 manat, cərimə borcu 10060,20 manat olmaqla, cəmi borc 27139,20 manat təşkil edir.
3. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli öhdəliklərin icra edilməsi barədə bildirişdə, mübahisəli müqavilə üzrə 17079,00 manat məbləğində əsas borc öhdəliyinin 7 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı “müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq qaytarılması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli müqavilənin ləğv edilməsi və həmin müqaviləyə əsasən ödənilməmiş borcla əvəzləşdirilməklə cavabdehə inşa edilməklə satılmış mansardın boşaldılaraq iddiaçıya təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği 20.40 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış mübahisəli müqaviləyə əsasən, iddiaçı tərəfindən inşa edərək təhvil verilmiş mansard hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 ay müddətinə satılmışdır. Belə ki, mübahisəli müqavilənin 1.1, 1.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini 120 ay müddətinə ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da, iddiaçı mübahisəli müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə, əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə bu zaman Alıcı gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1% həcmində Satıcıya cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilə n günlər üçün cərimə hesablanır və Alıcı tərəfindən ödənilən məbləğdən tutularaq, qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra Alıcıya geri qaytarılır. Müqaviləyə edilmiş 1 nömrəli Əlavənin 1.4-cü bəndinə əsasən Alıcı aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0.1% miqdarında cərimə ödəyir. Cavabdeh dekabr 2019-cu il tarixdə öhdəliyini tam yerinə yetirməmişdir. Bununla əlaqədar, hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0.1% miqdarında hesablanmaqla cərimə məbləği 10060.20 manat təşkil edir. Hazırda, cavabdehin mübahisəli müqavilə üzrə ödənilməmiş əsas borcu 17.079 manat və cərimə borcu 10060,20 manat olmaqla cəmi 27139,20 manat borcu yaranmışdır. Həmin müqavilənin 3.1.2.3-ci bəndinə əsasən, Satıcının alqı-satqı müqaviləsi ləğv olunduğu halda iddiaçı bu müqavilədə nəzərdə tutulan hesablanmış cəriməni ödənilən məbləğdən çıxaraq qalıq məbləği vahid əmlak satıldıqdan sonra geri qaytarmalıdır. Ərizəyə əlavə edilən torpaq sahəsinin və fərdi yaşayış evinin alqısatqısı haqqında Müqaviləyə Əlavənin 1.2-ci bəndinə görə, Alıcı müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyaların alqı-satqısı müqaviləsini ləğv edilməsini tələb edərək əmlakı Satıcıya qaytararkən, hər bir halda onun ödədiyi vəsait 12 ay müddətində yalnız həmin əmlak satıldıqdan sonra ona qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.3, 424.5, 442.1, 447.1, 448.1, 448.2, 464.1, 462.1-ci maddələrinin tələblərinə, xüsusilə müqavilə müddəalarına görə, mübahisəli mü qavilə üzrə mansardın cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsinə; sözügedən müqavilə üzrə hesablanmış cərimə borcunun iddiaçının xeyrinə tutulmasına əsas verir.
6. Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(012)-2042/2021 saylı qiyabi qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) iddiaçının cavabdehə qarşı “müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2015-ci il tarixli, E/0162 nömrəli mansardın alqı-satqısı haqqında müqavilə və müqaviləyə əlavənin ləğv edilməsi, cavabdeh tərəfindən ödənilmiş 10866 manat borc məbləği 10060,2 manat cərimə məbləği ilə (10866-10060,2=805,8) əvəzləşdirilməklə, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-Park” yaşayış massivindək i A kompleksi 12 saylı yaşayış binasında ümumi sahəsi 41,4 kv.m olan 1 otaqdan ibarət 46 saylı mansardın boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
7. Məhkəmə qətnaməni əsaslandırarkən bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi iddiaçı müqavilə şərtləri əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş 17079 manat əsas borc və 10060.20 manat cərimə borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərinə əsasən ödəməli olduğu hər ay 233 manat pul ödənişini dayandırmış və nəticədə iddiaçı tərəfindən keçən müddət üçün müqavilənin 4.3 bəndinə əsasən 10060.20 manat məbləğində cərimə hesa blanmışdır ki, bu müqavilə öhdəliklərinə uyğundur. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq ödəməli olduğu 10060,2 manat cərimə məbləğini, əsas məbləğə ödənmiş 10866 manat məbləğdən çıxılmaqla (10866- 10060,2=805,8) qalıq məbləğ əmlak satıldıqdan sonra AAAF-İnşaat MMC tərəfindən alıcıya geri qaytarılmalıdır. Beləliklə iddiaçının müqavilə üzrə hesablamış olduğu cərimənin cavabdeh tərəfindən ödənilmiş borc məbləği ilə əvəzləşdirilməsi tələbi müqavilənin 3.1.2.3 bəndinin tələblərinə uyğundur və əsaslıdır. İddia tələbinin müqavilənin ləğv edilməsi hissəsində məhkəmə qeyd etmişdir ki, tələb müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğundur, cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən əlavə müqavilənin 1.2. bəndinə əsasən müqavilə vaxtından əvvəl ləğv edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 389.1,390.5,385.1,386.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 425.1,442,443.1,445, 448-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abbasov və S.A.Qafari) 2(105)3160/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.
11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmamış və hesab etmişdir ki, iddiaçı iddia tələbini cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulması, bunun nəticəsində müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması ilə əsaslandırsa da, göstərilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. İşin mübahisə edilməyən hallarından görünür ki, tərəflər arasında müqavilə 120 ay, yəni 10 il müddətinə bağlanmışdır. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış E/0162 nömrəli, 10 dekabr 2015-ci il tarixli mansardın alqı-satqısı haqqında müqavilənin 3.1.2.3-cü bəndinə əsasən alqı-satqı müqaviləsi ləğv olunduğu halda, "xxxx" MMC bu müqavilədə nəzərdə tutulan cərimələr hesablanmaqla m üştərinin qalıq pulunu mansard satıldıqdan sonra qaytarmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının müqavilə üzrə hesablamış cərimənin cavabdeh tərəfindən ödənilmiş borc məbləği ilə əvəzləşdirilməsi tələbinin müqavilənin 3.1.2.3-cü bəndinə uyğun olması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdərilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. İşd ən görünür ki, pandemiya dövründə tətbiq edilmiş xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş bəzi qadağalar nəticəsində cavabdehin maddi vəziyyəti pisləşmiş, bununla da onun tərəfindən öhdəliyin bir hissəsini vaxtında icra olunmaması, onun müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması kimi qəbul edilərsə, bu onun mənzildən məhrum edilməsi ilə nəticələnəcəkdir
12. Məhkəmə öz mövqeyini MM-in 389.1, 390.1, 421.1, 421.2, 422.1, 462.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassato r şikayətini əsaslandırarkən bildirmişdir ki, məhkəmə əsassız olaraq COVİD-19 virusu və bunun əsasında mövcud olan pandemiya şəraitini cavabdehin xeyrinə qiymətləndirmişdir. Belə ki, ölkə üzrə sərt karantin rejimi ilə əlaqədar fors-major vəziyyət elan edilməmişdir, əgər bu vəziyyət elan olunardısa məhkəmənin mövqeyi əsaslı olacaqdı, hazırki halda isə məhkəmənin istinad etdiyi qanunun müddəası əsassızdır.
15. Kassator şikayətində məhkəmə tərəfindən tərəflər arasında hələ də qüvvədə olan müqavilə üzrə öhdəliklərinin icra olunmamasının nəzərə alınmadığını, borclunun gecikdirmə zamanı kreditor qarşısındakı məsuliyyətinə önəm verilmədiyini də qeyd etmişdir.
16. Kassator şikayətini əsaslandırarkən MM-in 389, 421.2, 422.1, 462.1, 385, 442, MPM-in 385-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
18. Maddə 21.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
19. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
20. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhə miyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
21. Maddə 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;
22. Maddə 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə o ndan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;
23. Maddə 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;
24. Maddə 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır, hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
36. Tərəflər arasında hazırkı mübahisə müqavilə öhdəliyinin icra edilməməsi ilə əlaqədar yaranmışdır.
37. Belə ki, 10 dekabr 2015-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında yaşayış binas ında yerləşən mansardın alqı-satqısı barədə müqavilə bağlanmış və müqavilədə mansardın satış qiyməti 27945 manat məbləğində, həmin məbləğin ödənilmə müddəti 120 ay müəyyən olunmuşdur. 38. 2021-ci ilin avqust ayına kimi cavabdeh tərəfindən MMC-yə əmlakın dəyəri kimi cəmi 10866,00 manat ödənilmiş, qalan 17.079 manat məbləğində borc ödənilməmiş qalmışdır. Ödəmənin gecikdirməsinə görə cavabdehə 10060,20 manat məbləğində cərimə hesablanmışdır.
39. İş materiallarından görünür ki, cavabdeh "xxxx" MMC ilə mansardın alqısatqısına dair müqaviləni bağlayarkən üzərinə müqavilədə müəyyən olunmuş müddətdə və qaydada əmlakın dəyərini ödəmək barədə öhdəlik götürmüşdür.
40. Lakin müəyyən olunduğu kimi cavabdeh borcun qaytarılmasını lazımınca icra etməməklə müqavilə öhdəliyini pozmuşdur.
41. Apellyasiya ins tansiyası məhkəməsi cavabdehin “Koronavirus” pandemiyası zamanı tətbiq olunan sərt karantin rejimi nəticəsində maddi vəziyyətinin pisləşməsini iddianın rədd edilməsi üçün əsas kimi göstərərkən onun həmin dövrdə hansı fəaliyyətlə məşğul olmasını və maddi vəziyyətinin nə dərəcədə pisləşməsini konkret sübutlara istinad etməklə əsaslandırmamışdır.
42. İşdən göründüyü kimi müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə MMC müraciət etmiş və bunun səbəbini müqavilənin şərtlərinin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması ilə əsaslandırmışdır.
43. Cavabdeh mənzilin dəyərinin ödəməməsinin səbəbini “Koronavirus” pandemiyası zamanı sərt karantin rejiminin tətbiqi ilə əlaqələndirsə də, işdə cavabdehin müqavilənin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar MMC-yə müraciət etməsini təsdiq edən iş də heç bir sübut yoxdur.
44. Sərt karantin rejiminin həqiqətən də cavabdehi müqavilədə müəyyən edilmiş aylıq 233 manat məbləğində ödəniş həyata keçirməsi imkanından məhrum etməsi məhkəmə kollegiyası tərəfindən ümumiyyətlə araşdırılmamış, məhkəmə kollegiyası hər hansı bir sübuta əsaslanmadan, yalnız cavabdehin göstərdiklərinə istinad etməklə onun maddi vəziyyətinin pisləşməsi barədə nəticəyə gəlməklə iddianı rədd etmişdir.
45. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməklə maddi və prosessual hüquq normalarının tələblərinə tam cavab verən qanuni və əsaslı qətnamə qəbul edilməlidir.
46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kolegiyasının 25 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.