Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1436/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2-ə qarşı iş üzrə QƏRARI Açar sözlər: kirayəçinin və ailə üzvlərinin xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılmasının əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2-ə qarşı “müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(103)-6550/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 hərbi qulluqçu olmuşdur.
2. Bakı Qarnizonu üzrə mənzil komissiyanın 19 may 2015-ci il tarixli 4 nömrəli qərarına əsasən, kirayəverən Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi ilə kirayəçi Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Müdafiə Nazirliyinin mənzil fonduna aid olan Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq-1” hərbi şəhərciyi, Şəfayət Mehdiyev küçəsi, ev 136 “A”, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m xidməti yaşayış sahəsi kirayəçinin sahibliyi nə və istifadəsinə verilmişdir.
3. Cavabdeh1 N nömrəli hərbi hissəyə verdiyi N iyul 2015-ci il tarixli yazılı iltizamda ona ayrılmış yuxarıda sözügedən xidməti təyinatlı yaşayış sahəsi fonduna aid olan Bakı şəhəri Yasamal rayonu “Qırmızı Şərq-1” hərbi şəhərciyi Şəfayət Mehdiyev küçəsi 136A saylı evin 91 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq MN Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür.
4. Xidmət etdiyi dövrdə Cavabdeh1 Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsində 9 nömrəli evin 96 saylı mənzili verilmiş, həmin mənzilə mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Sonradan həmin mənzil X3 adına daşınmaz əmlakın dövlət reyestrində 25 yanvar 2003-ci il tarixdə 30/1315 nömrə ilə qeydə alınmışdır. Mənzildə Cavabdeh1, həyat yoldaşı Hacıyeva (Ələkbərova) Naibə Sabir qızı, qızı - X4 və oğlu X5 qeydiyyatdadırlar.
6. Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli əmrin ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) Cavabdeh1 ehtiyata buraxılmışdır.
7. Cavabdeh1 Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə xidməti münasibətlərinə xitam verildiyinə görə, Müdafiə Nazirliyi ondan yaşadığı mənzili xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi boşaldaraq Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə təhvil verilməsini tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Azərbayca n Respublikası Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə Cavabdeh1 arasında bağlanmış N iyul 2015-ci il tarixli, 40 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, övladları– X4 və oğlu X5) ilə birlikdə Bakı şəhəri, ünvan 1, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 91 nömrəli mənzil xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fond una aiddir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hərbi qulluqçu xidmət yerinə gəlməsindən ən gec 3 ay keçənədək ona onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalarına uyğun gələn xidməti mənzil verilir. Cavabdeh1 xidmət etdiyi müddətdə, ailə üzvləri (arvadı - Cavabdeh2, övladları – X4 və oğluX5) ilə birlikdə Bakı şəhəri, ünvan 1, mənzil 91 ünvanında yerləşən 3 otaqlı xidməti yaşayış sahəsi verilmiş, onunla N iyul 2015-ci il tarixli kirayə müqaviləsi bağlanmışdır. Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. xx.xx.1986-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Ordusunda xidmət etmiş, ehtiyatda olan polkovnik Cavabdeh1 Azərbaycan Respublikasının Müdafiə nazirinin 25 de kabr 2021-ci il tarixli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. Ehtiyatda olan polkovnik Cavabdeh1 20 il qüsursuz xidməti nəzərə alınaraq, 2000-ci il tarixdə güzəştli şərtlərlə mənzillə təmin edilərək, ona Bakı şəhər İcra Hakimiyyətinin 032703 nömrəli qeydiyyat vərəqəsi əsasında ünvan 2 ünvanında 2 otaqlı 28.5 kv.m olan yaşayış sahəsi verilmiş və 04 mart 2000-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 141758 nömrəli qeydiyyat vərəqəsindən görünür ki, Cavabdeh1 adına olan ünvan 2 ünvanında 2 otaqlı 28.5 kv.m olan yaşayış sahəsi X2 adına keçirilmiş, 25 yanvar 2003-cü il tarixdə qeydiyyatdan keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli çıxarışı ndan görünür ki, ünvan 2 ünvanında 2 otaqlı 28.5 kv.m olan yaşayış sahəsi X1 adına özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin 2 saylı Mənzil İstismar Hissəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ünvanına xəbərdarlıq göndərilərək ona və ailə üzvlərinə verilmiş Bakı şəhəri, ünvan 1, mənzil 91 ünvanındakı xüsusi təyinatlı yaşayış sahəsini xx.xx.2023-cü il tarixədək boşaldaraq təhvil verilməsi bildirilmiş, lakin hazırkı tarixədək sonuncu tərəfindən həmin mənzil təhvil verməmişdir. Cavabdeh1 Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara verilən güzəşt və imtiyazlardan kifayət qədər istifadə etdiyindən müqavilə əsasında kirayəyə verilmiş xüsusi təyinatlı yaşayış sahəsini şərtsiz olaraq boşaltmalıdır.
10. Bakı şəhəri Ya samal Rayon Məhkəməsinin 2(004)-4466/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Babazadə) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Hacıyeva (Ələkbərova) Naibə Sabir qızının övladları - X4 və X5 ilə birlikdə Bakı şəhəri, ünvan 1, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 ilə Müdafiə Nazirliyi arasındakı xidməti kirayə müqaviləsinə Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən xitam verilmişdir, məhkəmə qaydasında sözügedən müqavilənin ləğv edilməsinə bir zərurət qalmamışdır. Belə ki, müqaviləyə inzibati orqan tərəfindən artıq xitam verilmiş, həmin protokol-qərar mübahisələndirilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və xitam verilməsi əsasları bir-birindən fərqləndirilmiş və Mənzil Məcəlləsində dairəsi dəqiq müəyyən edilmişdir.
13. Məhkəmə qeyd edib ki, hazırki iş üzrə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı birinə aid edilmir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
14. Məhkəmə Cavabdeh1 vaxtilə, yəni 2000-ci ildə dövlət tərəfindən hərbi qulluqçulara verilən güzəştdən istifadə edərək mənzillə təmin olunmasını, sonradan həmin mənzili özgəninkiləşdirməsini, onunla olan qulluq münasibətlərinə və bu əsasla da, “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə xitam verilməsini nəzərə alaraq hesab edib ki, Cavabdeh1 və Hacıyeva (Ələkbərova) Naibə Sabir qızı, övladları - X4 və X5 ilə birlikdə Bakı şəhəri, ünvan 1, mənzil 91 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən çıxarılmalıdır. Mənzil Məcəllənin 103.3-cü maddəsinə əsasən xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157ci, Mənzil Məcəlləsinin 92, 98, 99, 100-cü, Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 217.3-cü maddələrinə, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2.1, 3-cü ma ddələrinə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1, 5-ci bəndlərinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 may 2010-cu il tarixli 866 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 3.5-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
16. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırılmış sübutlara birtərəfli, yəni iddiaçının mövqeyindən yanaşmış, cavabdehin təqdim etdiyi s übutları qətnamədə şərh etsə də, onlara düzgün hüquqi qiymət verməmişdir. Nəticədə qismən əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6550/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - S.Bəhrəmzadə (məruzəçi), V.Sadıqov və X.Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(004)-4466/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 Azərbaycan Respublikasının Müdafiə nazirinin 25 dekabr 2021-ci il tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. Cavabdeh 2000-ci ildə güzəştli şərtlərlə mənzillə - Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi ev 9, 96 saylı mənzillə təmin edilmişdir. Həmin mənzil isə Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmişdir. Cavabdeh1lə Müdafiə Nazirliyinin Mənzilİstismar İdarəsi arasında bağlanmış N iyul 2015-ci il tarixli 40 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə” xitam verilmişdir.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisələndirilən mənzil hazırda digər kirayəçinin istifadə və sahibliyinə verilmişdir. Apellyasiya şikayətinin digər cavabdeh olan Cavabdeh2 (Ələkbərova) da hərbiçi olmaqla mənzil verilməsi ilə bağlı müraciətlərinin olduğu, həmin mənzilin verilməsindən sonra çıxarılmalarının düzgün olması və çıxa biləcəkləri barədə dəlilinə münasibətdə məhkə mə qeyd edib ki, həmin dəlil əsassızdır. Belə ki, gələcəkdə hərbiçi kimi cavabdehlərdən Cavabdeh2 mənzil ayrılmaqla kirayə müqaviləsi bağlanmalı olması barədə gətirilən dəlil cavabdehlərin hazırda yaşadıqları mənzillə bağlı digər hərbiçi ilə xidməti yaşayış sahəsi kirayə müqaviləsi bağlanmasını aradan qaldırmamaqla Cavabdeh1lə bağlanmış xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməməsinə və oradan çıxarılmamalarına əsas hesab edilə bilməz.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 92, 98.1, 98.2, 99.1, 99.2, 101.1, 101.2-ci, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3, 12, 12.2-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassas iya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə cavabdehin təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, iddianın əsassızlığı məhkəmə iclasında araşdırılmış sübutlarla tam təsdiq edilməsinə baxmayaraq iddia təmin edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
25. Maddə 2.1. Fiziki və hüquqi şəxsl ər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
26. Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə gör ə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər;...
27. Maddə
92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
28. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəz siz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
29. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
30. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayı ş sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
31. Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.
32. Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.
33. Maddə 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülki yyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir.
34. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
35. Maddə 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilə ləri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin f unksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular.
36. Maddə 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. “H ərbi xidmətkeçmə haqqında” Əsasnamə 37. 147-ci bənd. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası
38. Maddə 1.5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
39. Maddə 2.2. Kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir.
40. Maddə 3.5. Aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habel ə seçkili vəzifədə qalmanın xitamı;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
53. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunver iciliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
55. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verild iyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(103)-6550/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.