Məhkəmə qərarları › İş №2(102)-2945/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2945/2021

04.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2945/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2945/21 (Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən iş üzrə icraata xitam) Bakı şəhəri, 04 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3 və Cavabdeh3 vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1537/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 04 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh1 MMC-yə qarşı "xalis mənfəətin bölüşdürülməsi və ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1409/2020 saylı, 03.09.2020-ci il tarixli qərardadı ilə (hakim Ramin Xəlilov) iddiaçı X4 cavabdehlər Cavabdeh2, X2 və "Cavabdeh1" MMC-yə qarşı "xalis mənfəətin bölüşdürülməsi və ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işdə olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-3721/2019 saylı, 19 iyul 2019-cu il tarixli qərardadı ilə X4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC-yə qarşı "xalis mənfəətin bölüşdürülməsi və ödənilməsi" tələbinə dair mülki işin icraatına xitam verilmiş və həmin qərardad qanuni qüvvəsini almışdır. Göründüyü kimi, iddiaçının eyni tələbinə məhkəmə tərəfindən baxılmış və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadda qeyd edilmişdir ki, mənfəətin bölüşdürülməsi məsələsi ümumi yığıncağın qərarı ilə həll edilməlidir və bununla bağlı birbaşa məhkəməyə müraciət edilə bilməz. İddiaçı birinci instansiya məhkəməsinin qərard adından şikayət verərək, qərardadın ləğv edilməsini və mübahisəyə baxılması üçün tərəflərlə sonrakı hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 2(006)-1409/2020 saylı, 02.11.2020-ci il tarixli qərardadı ilə (hakim Ramin Xəlilov) iddiaçının şikayətinin təmin edilməməsi qərara alınmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 2(103)-1537/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1409/2020 saylı, 03.09.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya kollegiyası qənaəti ni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3721/2019 saylı 19 iyul 2019-cu il tarixli qərardadı ilə X4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC-yə qarşı "xalis mənfəətin bölüşdürülməsi və ödənilməsi" tələbinə dair mülki işin icraatına mənfəətin bölüşdürülməsi məsələsi ümumi yığıncağın qərarı ilə həll edilməli olduğundan və bununla bağlı birbaşa məhkəməyə müraciət edilə bilmədiyindən xitam verilmiş və həmin qərardad qanuni qüvvəsini almışdır. Göründüyü kimi, iddiaçının eyni tələbinə məhkəmə tərəfindən baxılmış və iş üzrə icraata xitam verilmişdir. Bundan başqa iddiaçı şikayətində göstərmişdir ki, MMC-yə və təsisçilərə mənfəətin bölüşdürülməsi məsələsinə baxılması üçün yazılı bildiriş göndərsə də, ümumi yığıncaq çağırılmamış və mə nfəət bölüşdürülməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, bu hal əvvəlki iddia tələbi ilə yenidən məhkəməyə müraciət edilməsinə əsas vermir, əgər müraciət etməsinə baxmayaraq, yenə də ümumi yığıncaq çağırılmamışdırsa, belə olan halda iddiaçı digər məzmunda (ümumi yığıncağın keçirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və s.) iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil3) kasasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, id diaçı bilavasitə məhkəməyə müraciət edə bilməz, çünki mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət etməlidir-əvvəlcə ümumi yığıncağa, sonra isə məhkəməyə müraciət etməlidir və bu əsasla da məhkəmə işin icraatına xitam verilməsi haqda yox, ərizənin baxılmamış saxlanılması haqda qərardad çıxarmalı idi. Bu, birbaşa MülkiProsessual Məcəllənin 259.0.1-ci maddəsinin göstərişidir. Göründüyü kimi, məhkəmə eyni qərardadda həm maddi hüquq normasını pozmuşdur (xalis mənfəətin bölüşdürülməsi üçün birbaşa məhkəməyə müraciət edilməsi hüququnu məhdudlaşdıran hər hansı norma mövcud deyil), həm də daha ciddi fəsadlara səbəb olan prosessual hüquq normasını pozmuşdur (ərizənin baxılmamış saxlanılması haqda qərardad çıxarmaq əvəzinə, icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili Vəki l2 kasasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir; Maddə

402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtis adi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, kasasiya yoxla ması nəticəsində də müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3721/2019 saylı 19 iyul 2019-cu il tarixli qərardadı ilə X4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC-yə qarşı "xalis mənfəətin bölüşdürülməsi və ödənilməsi" tələbinə dair mülki işin icraatına mənfəətin bölüşdürülməsi məsələsi ümumi yığıncağın qərarı ilə həll edilməli olduğundan və bununla bağlı birbaşa məhkəməyə müraciət edilə bilmədiyindən xitam verilmiş və həmin qərardad qanuni qüvvəsini almışdır. Belə olan halda isə hazırki iddia tələbi üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasından bəhs edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsində qeyd olunan vəziyyətdə iş üzrə icraata xitam verilməli olduğu öz əksini tapmışdır. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kolle giyasının qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1537/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar