Məhkəmə qərarları › İş №2(102)-2947/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2947/2021

29.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2947/2021 29.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Şəki Şəhər Rayon Polis Şöbəsinə və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və onun vəkili X7 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6753/2020 nömrəli iş üzrə 0 2 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh3 3(075)-826/2018 saylı 14.09.2018-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilməsi, inzibati həbsə alınmanın əvvəlinin onun inzibati qaydada tutulduğu 13 sentyabr 2018-ci il tarixdə saat 19:30-dan hesab edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-202/2018 saylı 20.09.2018-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilm iş şəxs İddiaçı müdafiəçisi X5 tərəfindən verilmiş şikayət təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Cavabdeh3 inzibati xəta haqqında iş üzrə 14.09.2018-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilmiş, İddiaçı məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən ona vurulmuş mənəvi ziyana görə 15.000 (on beş min) manat, poçt xidmətlərinə gör ə ödədiyi 295,62 manat, yol xərcinə görə ödədiyi 1.400 manat və məhkəməyə dövlət rüsumuna görə ödədiyi 30 manat pulun tutulub ona ödənilməsinə (cəmi 16.725 manat 62 qəpik), cavabdehlər - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər Rayon Polis Şöbəsinin və Cavabdeh3 üzərinə ondan rəsmi qaydada, yazılı surətdə üzr istəmələri və bu barədə kütləvi informasiya vasitələrində məlumatın verilməsi vəzifəsinin onların üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası hüquqmühafizə orqanlarının və onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və səhvi nəticəsində o, həbs olunmuş, ona ağır mənəvi, fiziki və maddi ziyan vurulmuşdur. Bu hüquq-mühafizə orqanları - Azərbaycan Respublikas ı Daxili İşlər Nazirliyi Şəki Şəhər Rayon Polis Şöbəsi, Cavabdeh3 və onların səhlənkar vəzifəli şəxsləridir. Bu orqanlar və onların vəzifəli şəxsləri onu qanunsuz inzibati məsuliyyətə cəlb etmiş, onu 10 gün müddətinə inzibati həbslə tənbeh etmiş, 7 gün qanunsuz həbsdə saxlamış, insan hüquq və azadlıqlarını kobud şəkildə pozmuş, vətəndaşlıq haqqını tapdalamışlar. Belə ki, 13 sentyabr 2018-ci ildə ünvan 1 ünvanda yerləşən evinə gəlmiş və qonşu İmran Səlimov tərəfdən pəncərəyə vurduğu dəmir listin kəsilib aparıldığı və evdən oğurluq hadisəsi olduğunu bilmişdir. Bununla bağlı Şəki ŞRPŞ-yə məlumat vermiş və araşdırma aparılmasını xahiş etmişdir. X14 vəkillik edən Şəki polisləri şübhəli şəxs olan İmranı məsuliyyətə cəlb etmək əvəzinə, Şəki ŞRPŞ-nin rəisi Əbülfət Rzayevin tapşırığı və şəxsən işti rakı ilə onu döymüş, iyrənc söyüşlərlə təhqir etmiş, qanuni tələblərinə və ədalətli sözlərinə görə onunla düşmənçilik etməyə başlamışlar. Onlar onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə saxta inzibati iş açıb Cavabdeh3nə göndərmişlər. Cavabdeh3 işdə birbaşa maraqlı olan polis işçiləri - sahə rəisi, polis mayoru X3, əməliyyat müvəkkili, polis mayoru X10, təhqiqatçı X4, sahə rəisi X6 və növbətçi köməkçisi X1 açıq-aydın yalançı ifadələrini əldə rəhbər tutub onu İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilib 10 gün müddətinə inzibati həbs etmişdir. Açıq-aydın yalanlar üzərində qəbul olunmuş Cavabdeh3 bu qərarından Şəki Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Apellyasiya məhkəməsində polis işçilərinin yalanları öz təsdiqini tapmamış və Şəki Apellyas iya Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qərarı ilə Cavabdeh3 qərarı ləğv edilmiş və İXM-nin 53-cü maddəsi ilə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam vermişdir. Şəki ŞRPŞ-nin yuxarıda adlarını göstərdiyi işçilərinin və Şəki ŞRPŞ-nin keçmiş rəisi Əbülfət Rzayevin qanunsuz əməlləri və Cavabdeh3 qanunsuz qərarı ilə ona ağır mənəvi və maddi zərər vurulmuşdur. O, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, həmişə vicdanla yaşamış və əməksevər olmuşdur. O, bütün ömrü boyu işlədiyi və təhsil aldığı müəssisələrdə vicdanla çalışmış, cəmiyyət üçün çox xeyirli insan olmuş, müsbət şəxsi keyfiyyətlərinə və ədalətli olduğuna görə xüsusi hörmətə və insanlar arasında nüfuza malik olmuş, müddətli həqiqi hərbi xidmətdə olub dövlətə və xalqa sədaqətlə xidmət etmiş dir. Yaşayış yerində həmişə müsbət xarakterizə olunmuş və insanların böyük hörmətini qazanmışdır. O və ailə üzvləri vicdanlı və qanunsevən ailə kimi tanınır, ətraflarındakı insanlar ona və ailə üzvlərinə qarşı çox yaxşı münasibət göstərir və layiqli adamlar kimi qəbul edirlər. Həm Bakı şəhəri, həm də Şəki şəhəri ilə əlaqəli olduqlarından bu şəhərlərdə kifayət qədər onları tanıyan insanlar vardır. Ailələri kiçik sahibkar kimi fəaliyyət göstərir, öz halal qazancları ilə yaşayır və dövlətə vaxtı-vaxtında vergilər və digər ödənişləri ödəyirlər. Bir qrup ədalətsiz hüquq-mühafizə orqanları işçilərinin çirkin əməlləri səbəbindən qanunsuz həbs olunduqdan sonra cəmiyyətdə və ətrafındakı insanlar arasında ona qarşı soyuqluq və etinasızlaq əmələ gəlmişdir. O, etibardan düşmüş və insanların ona inamı azalmışdar. O, sarsıntı və əziyyətlər çəkir, mənəvi əzab keçirir. Nəticədə insan və vətəndaş hüquqları kobud şəkildə pozulmuş, həyatına zərər vurulmuşdur. Ailəsinin nüfuzuna da xeyli zərər yetirilmişdir. Bunların əvəzi «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının 29 dekabr 1998-ci il tarixli Qanununda nəzərdə tutulmuş qaydada müvafiq dövlət ofqanları - hazırki iş üzrə cavabdehlər tərəfindən ona və ailəsinə ödənilməli və hüquqları bərpa olunmalıdır. Ona maddi və mənəvi zərər vurulmuşdur. Bu qanunsuzluq nəticəsində böyük həyati sarsıntı keçirmiş, ona bərpaolunmaz zərər dəymiş, cəmiyyətdə nüfuzu olan vicdanlı insan kimi şərəfi ləkələnmiş, şəxsiyyəti hörmətdən s alınmış, onu əhatə edən insanlarla münasibəti pisləşmiş, mənəvi sarsıntılar və bunun nəticəsində mənəvi iztirablar keçirmişdir. Həbs yerində psixi sarsıntı keçirməsi səbəbindən psixi durumu kəskinləşmişdir. Hazırda müalicələr alır. Xəstəlik nəticəsində fiziki istirablar keçirir və əziyyətlər çəkir. Ona vurulmuş mənəvi zərəri cəmi 15.000 (on beş min) manat həcmində qiymətləndirir. Hüquqlarını müdafiə etmək üçün müxtəlif dövlət orqanlarına şikayət və müraciətlər etmiş və poçt xidmətlərinə görə 295,62 manat pul ödəmişdir. Cavabdeh3nə iddia vermək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Mütəmadi olaraq Şəki ŞRPŞ-nə, prokurorluğuna və məhkəməsinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Prezident Administrasyasına, Baş Polis İdarəsinə gedib-gəlmiş, yol və benzinə cəmi 1.400 manat pul xərcləm işdir. Barəsində edilmiş qanunsuzluğa səlahiyyətli vəzifəli şəxslər lazımınca nəzarət etmədiklərinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şəki Şəhər Rayon Polis Şöbəsi və Cavabdeh3 ondan yazılı şəkildə üzr istəməli və bu barədə məlumatı kütləvi informasiya vasitələri ilə elan etməlidirlər. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov, iş № 2(006)-5971/2019) iddianın qismən təmin edilərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 300 manat alınaraq İddiaçı ödənilməsi və iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının i zahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Birinci instansiya məhkəməsi dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 300 manat məbləğində təmin olunmasını məhkəmə ağlabatan hesab edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbinin digər hissələri ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmil ova (sədrlik edən və məruzəçi), M.Tağızadə və Ü.Mayılov, iş № 2(103)-6753/2020) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5971/2019 saylı 18 noyabr 2019cu il tarixli qətnaməsi qismən, “poçt xidmətlərinə görə ödədiyi 295,62 manat pulun tutulması barədə iddia tələbinin təmin edilmədiyi” hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən poçt xidmətlərinə görə ödənilmiş 295,62 manat pul alınaraq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə “qalan iddia tələblərinin təmin edilmədiyi” hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia ərizəsindən görünür ki, onun maddi ziyan olaraq tutulmasını tələb etdiyi 295,62 manat poçt xidmətləri, 1400 manat yol xərcinə görə ödədiyi məbləğə, 30 manatı isə məhkəməyə dövlət rüsumuna görə ödədiyi pul məbləği ilə bağlı olmuşdur. İddiaçı həmin tələbləri ilə bağlı məhkəməyə yalnız poçt xidmətlərinə görə çəkdiyi xərcləri təsdiq edən qəbzlər təqdim etmişdir. Lakin birinci instansiya məhkəməsi həmin qəbzləri nəzərə almadan maddi ziyanın tutulması ilə bağlı tələbləri bütünlükdə rədd etmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı qanunsuz olaraq inzibati həbsdə qalması ilə bağlı daim dövlət oqranlarına etdiyi muraciətlərin poçt vasitəsilə göndərilməsi ilə əlaqədar 303 manat məbləğində xərc çəkmişdir. Buna baxmayaraq iddia ərizəsində iddiaçı həmin xərclərə görə onun xeyrinə 295,62 manat məbl əğində pulun tutulmasını tələb edir. Apellyasiya instansiya məhkəməsi iddiaçının tələb etdiyi yol xərcinə görə ödənilmiş 1.400 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, həmin xərcin mövcud olmasını təsdiq edə biləcək hər hansı sübut iddiaçı tərəfindən nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Apellyasiya instansiya məhkəməsi iddiaçının qanunsuz olaraq 10 gün müddətində inzibati həbsdə qalması ilə bağlı onun mənəvi sarsıntı və iztirab çəkməsinə görə ona mənəvi zərərin vurulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, həmin mənəvi zərərə görə 15.000 manat pulun tutulması ağlabatan deyil, həmin mənəvi zərərə görə 300 manat məbləğində pulun tutulması daha ədalətli və ağlabatandır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X11) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6753/2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları iddiaçının vəkili X11 izahatında göstərmişdir ki, işə baxarkən apelya siya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6753/2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaçı kassasiya şikayəti vermiş və qətnaməni qismən mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyidən, kassasiya baxışı nın hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin tə qsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam hə cmdə ödənilir. 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifad əsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şə rəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertləri n rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi mü stəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həy ata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6753/2020 nöm rəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar