Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2948/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.02.2019-cu il tarixli 2(103)-2639/2019 nömrəli qərardadından Cavabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İd diaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2, digər hüquqi və fiziki şəxslərin İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmasını və həmin sahənin tamamilə boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2, vəsatət verərək mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Fikrət Mirzəyev) 06 dekabr 2018ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Zaur Əliyev, hakimlər Fuad Talışinski, Rafael Eyvazov) 2(103)-2639/2019 saylı, 06.02.2019-cu il tarixli qəra rdadı ilə Cavabdeh2 şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2639/2019 saylı iş üzrə 06 fevral 2019-cu il tarixli qərardadının ləğv edilərək işin baxılması üçün müvafiq inzibati-iqtisadi məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Cavabdeh1" MMC hüquqi şəxsdir, nizamnamə əsasında fəaliyyət göstərir, digər Cavabdeh2 isə "Cavabdeh1" MMC-nin təsisçisi və direktoru olmaqla yanaşı qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir. Hazırki mülki iş üzrə subyektlər hüquqi şəxs və ya onunla eyni statusda olan şəxslərdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 24.2, 26.1, 26.2.1-ci maddələrinin tələbləri pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏL ƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə cavabdehlərdən birinin fiziki şəxs Cavabdeh2 olduğunu və tələbin mülkiyyət hüququnun müdafiəsi (qeyri-yaşayış sahəsindən çıxarılma) ilə bağlı olmasını nəzərə alaraq, hesab etmişdir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına uyğun şəkildə ümumi məhkəməyə verilmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiya məhkəməsinin mübahisənin məhkəmə aidiyyəti ilə bağlı mövqeyi əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: - 24.2-ci maddəsinə əsasən görə mübahisənin ümumi məhkəmə yə və ya inzibatiiqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. -26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq müəyyən edir ki, iş üzrə iddiaçı və cavabdehlərdən biri hüquqi şəxsdir. Digər Cavabdeh2 apellyasiya şikayətində fərdi sahibkar olduğunu bildirsə də, bu faktı təsdiqləyən mötəbər sübutu həmin məhkəməyə təqdim etməmişdir, lakin kassasiya şikayətinə fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətini əlavə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 2-ci Cavabdeh2 sa hibkar olduğu halda belə, mübahisə inzibati-iqtisadi məhkəməyə aid iqtisadi mübahisə deyildir. Belə ki, hərracdan əldə edilmiş qeyri-yaşayış sahəsinin boşaldılması barədə mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən yaranmamış, onlar arasında hər hansı iqtisadi fəaliyyətlə bağlı münasibətdən qaynaqlanmamışdır. Mülki Prossesual Məcəllənin 26.1-ci maddəsi göstərilən subyektlər arasında bütün mübahisələrin deyil, yalnız iqtisadi mübahisələr üzrə işlərin mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aid olduğunu müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bil məz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 fevral 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2639/2019 nömrəli iş üzrə 06 fevral 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2948/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2948/2019
29.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver