Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2952/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: əşyaların qaytarılması tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-397/2023 nömrəli, 4 aprel 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı və Cavabdeh 2017-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 19 sentyabr 2018-ci il tarixində X3 anandan olmuşdur.
3. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-309/2022 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X1 İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir.
4. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli aktında göstərilmişdir ki, ünvan 1 ünvanda tələbkar İddiaçı məxsus adları çəkilən cehiz əmlaklarının həmin ünvanda yerində olması müəyyən edildi: Yataq dəsti Femida 1 dəst, 6 ədəd stul, 1 ədəd güldan künc, 1 ədəd divan, 1 ədəd televizor, 1 ədəd televizor altlığı 1 ədəd, 1 ədəd kondisioner media, 1 ədəd mətbəx mebeli, 1 ədəd soyuducu Biryusa, 1 ədəd paltaryuyan, 1 ədəd peç (duxovka), 4 ədəd stul, 1 ədəd tozsovuran, 1 ədəd ətçəkən, 1 ədəd qaz peçi, 1 ədəd moyka, 3 ədəd böyük xalça, 2 ədəd balaca xalça, 1 ədəd kilim, 1 ədəd sərinləşdirici, 1 dəst dəsmal, örtük, yataq dəstləri, 1 ədəd uşaq beşiyi, 1 ədəd ütü,1 ədəd ütü altlığı, 1 dəst bakal dəsti 6-lıq, 1 ədəd qrafin, 3 ədəd masa örtüyü, 1 ədəd şirniyyat qabı 4+1, 2 dəst yataq pərdəsi, 1 dəst qaşıq çəngəl dəsti 12-lik, 4 əd əd podnis, 1 ədəd çörək qabı, 4 ədəd qəndqabı, 12 ədəd mürəbbə qabı, 12 ədəd duz qabı, 2 ədəd balıq üçün qab, 2 dəst, xırda qaşıq çəngəl, 1 ədəd plastik qab orta ölçülü, 1 ədəd meyvəqabı, 3 dəst yemək, çay, qəhvə dəstləri, 12 ədəd qablar, 4 ədəd yastıq silikon 50x70, 1 ədəd taxt dəsti (örtük, yastıq), 2 ədəd plastik qab (mətbəx üçün), mətbəx ləvazimatları. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İlkin İddiaçı Cavabdeh qarşı qızıl zinət əşyalarının, əlavə olaraq cehiz əmlakların və ya olmadığı təqdirdə dəyərinin, ödənilmiş 147 manat dövlət rüsumunun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızıl zinət əşyalarının, əlavə olaraq cehiz əmlakların və ya olmadığı təqdirdə dəyərinin, ödənilmiş 147 manat dövlət rüsumunu n alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İlkin iddia onunla əsaslandırmışdır ki, cavabdeh ailə başçısı kimi ailəsi ilə maraqlanmadığı üçün faktiki olaraq ayrı yaşayırlar və azyaşlı uşağı onun himayəsində yaşayır. Ona nişan vaxtı, həmçinin toy ərəfəsində hədiyyə edilmiş qızıl-zinət əşyaları birgə yaşadıqları müddətdə qayınanasının istifadəsində qalmışdır. Bu səbəbdən də, dəfələrlə qızıl əşyalarını tələb etsə də, ona məxsus əmlak özünə geri qaytarılmamışdır. Ailə qurduqdan sonra ona hədiyyə edilmiş qızıl-zinət əşyaları cavabdehin anası tərəfindən razılığı olmadan saxlanması üçün alınmışdır. Sonradan ayrı yaşamaq üçün cavabdehin atası Ədilağa Fərzəliyevin adına əldə edilmiş iki otaqlı təmirsiz yaşayış evində yaşamışlar. Ona hədiyyə edilmiş qızıl-zinət əşyaları: 1 ədəd bri lyant qaşlı nişan üzüyü 750 əyarlı 5 qram 1200 manat, 1 ədəd tək qaşlı üzük 583 əyarlı 3 qram 500 manat, 1 ədəd 5 qaşlı üzük 583 əyarlı 6 qram 650 manat, 1 ədəd halqa sırğa 583 əyarlı 5 qram 650 manat, 1 ədəd kolye qolbaq (qarnitur) 583 əyarlı 20 qram 2500 manat, 1 ədəd sırğa üzük dəsti 583 əyarlı 10 qram 1000 manat, cəmi 6500 manat. Birgə yaşadıqları dövrdə cavabdehin valideyni Əliağa Fərzəliyevin adına ünvan 2 ünvanında mənzil alınmışdır. Valideynlərinin hesabına mənzil təmir edilmiş və həmin mənzildə yaşadıqları dövrdə kommunal xərclər tərəfindən ödənilmişdir. Qeyd edilən mənzilə cehiz əmlakının hamısı gətirilməmişdir. Belə ki, əmlakın bir hissəsi cavabdehin yaşadığı Vidadi küçəsi ev 80 ünvanında qalmışdır. Yataq dəsti Femida 1 dəst 2750 manat, qonaq otağı üçün dəst Femida 1 ədəd 2400 manat, 6 ədəd stul 750 manat, 1 ədəd güldan künc 110 manat, 1 ədəd divan 1800 manat, 1 ədəd kamod tək qapılı, 1 ədəd kamod iki qapılı, 1 ədəd televizor 650 manat, 1 ədəd televizor altlığı 1 ədəd, 1 ədəd kondisioner media 800 manat, 1 ədəd mətbəx mebeli 1 ədəd 700 manat, 1 ədəd çilçıraq 150 manat, 1 ədəd soyuducu Biryusa 575 manat, 1 ədəd paltaryuyan 850 manat, 1 ədəd peç (duxovka) 120 manat, 4 ədəd stul, 1 ədəd tozsovuran 140 manat, 1 ədəd ətçəkən, 1 ədəd qaz peçi 155 manat, 1 ədəd moyka 30 manat, 3 ədəd böyük xalça, 2 ədəd balca xalça, 1 ədəd kilim, 1 ədəd sərinləşdirici, 1 dəst dəsmal, örtük, yataq dəstləri, 1 ədəd uşaq beşiyi, 1 ədəd ütü 160 manat,1 ədəd ütü altlığı 75 manat, 1 dəst bakal dəsti 6-lıq, 1 ədəd qrafin, 3 ədəd masa örtüyü 3 ədəd, 1 ədəd şirniyyat qabı 4+1, 1 ədəd kamod qab dəsti, 2 dəst zal+yataq pərdəsi, 1 dəst qaşıq-çəngəl dəsti 12-lik, 1 dəst bıçaq dəsti, 4 ədəd podnis, 1 ədəd çörək qabı, 4 ədəd qəndqabı, 12 ədəd mürəbbə qabı, 12 ədəd duz qabı, 2 ədəd balıq üçün qab, 2 dəst, xırda qaşıq çəngəl, 1 ədəd plastik qab orta ölçülü, 1 ədəd çərəz qabı, 1 ədəd meyvə qabı, 3 dəst yemək, çay, qəhvə dəstləri, 12 ədəd qablar, 1 ədəd qab dekor, 3 ədəd taxt ədyalı, 1 ədəd örtük sadə naxışlı, 4 ədəd yastıq silikon 50x70, 1 ədəd taxt dəsti (örtük, yastıq), 15 ədəd dəsmallar, 2 ədəd yorğan, döşək taxt üçün, 1 ədəd paltar qabı, 2 ədəd plastik qab (mətbəx üçün), mətbəx ləvazimatları olan əşyaların özləri, olmadıqda onların pul ilə dəyərinin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqd im edərək tələbini onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında mövcud olan cehiz əşyalarının iddiaçıya verilməsinə etiraz etmir. Həmçinin İddiaçı yaşadıqları evdən 1800 manat məbləğdə pul vəsaitini və bundan başqa, iddiaçının ona hədiyyə etdiyi 4,5 qram olan, qiyməti 500 manat 1 ədəd kişi üzüyünü də götürmüşdür. İddiaçı 1800 manat məbləğdə pul vəsaitini və ondan başqa, iddiaçının ona hədiyyə etdiyi 4,5 qram olan, qiyməti 500 manat 1 ədəd kişi üzüyünün, cəmi 2300 manat məbləğdə pul vəsaitinin və ödənilmiş 43 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Məhkkəmə iclasında ilkin iddia üzrə cavabdeh və onun nümayəndəsi ilkin iddanı qismən qəbul edərək Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 33, mənzil 166 ünvanında mövcud olan cehiz əşyalarının iddiaçıya v erilməsinə etiraz etmədiklərini, həmçinin məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək İddiaçı yaşadıqları evdən 1800 manat pulunu və bundan başqa iddiaçının ona hədiyyə etdiyi 4,5 qram olan, qiyməti 500 manat 1 ədəd kişi üzüyünü də götürmüşdür. İddiaçı 1800 manat pulun və ondan başqa iddiaçının ona hədiyyə etdiyi 4,5 qram olan, qiyməti 500 manat 1 ədəd kişi üzüyünün, cəmi 2300 manat pulun və ödənilmiş 43 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Həmçinin cavabdeh Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 33, mənzil 166-ın açarının həmişə iddiaçıda olmasını, istədiyi zaman ora rahatlıqla gedib gəlməsini, qızılların da iddiaçıda olmasını bildirmiş, özünün isə ailə münasibətlərinə son qoyulduqdan sonra həmin mənzilə getmədiyini, onda ümumiyyətlə açarın olma dığını bildirmişdir.
9. İddiaçı X5 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, qarşılıqlı iddianı qəbul etmir. Nişan ərəfəsində Cavabdeh hədiyyə edilmiş qızıl üzük sonuncunun istifadəsində olmuşdur. Bundan əlavə ona nişan vaxtı, həmçinin toy ərəfsində hədiyyə edilmiş qızıl-zinət əşyaları birgə yaşadıqları müddətdə cavabdeh tərəfindən alınaraq qayınanasının istifadəsində qalmışdır.Bu səbəbdən də dəfələrlə qızıl əşyalarını tələb etsədə, ona məxsus əmlak qaytarılmamış, təhdidlərlə döyülmələri mütəmadi hal almışdır.Hətta bir dəfə əsassız döyülməyi nəticəsində 2020-ci ilin sonlarında Şirvan şəhər Polis Şöbəsinə müraciət etmişdir. Cavabdehin səbəbsiz qısqanclığı artıq dözülməz hal almışdır. Ailə qurduqdan sonra ona hədiyyə edilmiş qızıl əşyaları cavabdehin anası tərəfindən onun razılığı olmada n saxlanması üçün alınmışdır. Bu halların nəticəsi olaraq necə ola bilər ki, cavabdehə hədiyyə edilmiş qızıl üzük onda olsun. İkinci bir tərəfdən birgə yaşadıqları dövrdə (2019-cu ildə) cavabdehin valideyni Əliağa Fərzəliyevi adına Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 33, mənzil 166 ünvanında mənzil alınmışdır. Valideynlərinin hesabına mənzil təmir edilmişdir. Həmin mənzildə yaşadıqları dövrdə kommunal xərclər tərəfindən ödənilmişdir. Qeyd edilən mənzildə cehiz əmlakının hamısı gətirilməmişdir. Yaşadıqları dövrdə cavabdeh ümumiyyətlə evdə pul saxlamıyıb. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə mülki işə baxılarkən cavabdeh müvəqqəti aliment ödənilməsi barədə Məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərardadını çtinliklə icra edirdi. Bu müddət ərzində də cav abdeh alimentin ödənilməsində gecikdirmələr etməklə uşağın saxlanması üçün məbləği vaxtında və tam şəkildə ödəmirdi.Həmin vaxtı cavabdeh icra məmuruna evdə 600 manat pulun olmasını və onun tərəfindən götürülməsini bildirmişdir. Həmin vaxtı qeyd edilən 600 manat məbləği yalan söyləmişdir. Odur ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş şahid X8 və X9 eyni məzmunlu ifadə verərək, İddiaçı Cavabdeh ilə 2017-ci ildə nikaha daxil olduqlarını, nikahlarından xx.xx.2018-ci il tarixdə X3 adlı uşaqları anadan olduğunu, cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan boşandıqlarını, Cəmilənin ona toy hədiyyəsi olaraq alınmış qızılları yalnız toyda taxdığını, ondan sonra isə qızılların cavabdeh tərəfindən alındığını bildirmişlər.
11. İddiaçı tərəfin vəsatəti ilə dindirilmiş digər şahid X7 ifadə verərkən Cəmiləyə toy hədiyyəsi olaraq alınmış qızılları toydan sonra bir dəfə onun ad günü məclisində taxdığını görmüşdür. Sonra isə Cəmilə qızılları əri Rövşən tərəfindən ondan alınmasını və geri qaytarılmamasını bildirmişdir.
12. Şirvan şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(032)1418/2022 nömrəli iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səidə Məmmədova) ilkin iddia qismən təmin edilərək Cavabdeh ünvan 6-da yerləşən cehiz əşyaları: Yataq dəsti Femida 1 dəst, 6 ədəd stul, 1 ədəd güldan künc, 1 ədəd divan, 1 ədəd televizor, 1 ədəd televizor altlığı 1 ədəd, 1 ədəd kondisioner media, 1 ədəd mətbəx mebeli, 1 ədəd soyuducu Biryusa, 1 ədəd paltaryuyan, 1 ədəd peç (duxovka), 4 ədəd stul, 1 ədəd tozsovuran, 1 ədəd ətçəkən, 1 ədəd qaz peçi, 1 ədəd moyka, 3 ədəd böyük xalça, 2 ədəd balaca xalça, 1 ədəd kilim, 1 ədəd sərinləşdirici, 1 dəst dəsmal, örtük, yataq dəstləri, 1 ədəd uşaq beşiyi, 1 ədəd ütü,1 ədəd ütü altlığı, 1 dəst bakal dəsti 6-lıq, 1 ədəd qrafin, 3 ədəd masa örtüyü, 1 ədəd şirniyyat qabı 4+1, 2 dəst yataq pərdəsi, 1 dəst qaşıq çəngəl dəsti 12-lik, 4 ədəd məcməi, 1 ədəd çörək qabı, 4 ədəd qəndqabı, 12 ədəd mürəbbə qabı, 12 ədəd duz qabı, 2 ədəd balıq üçün qab, 2 dəst, xırda qaşıq-çəngəl, 1 ədəd plastik qab orta ölçülü, 1 ədəd meyvəqabı, 3 dəst yemək, çay, qəhvə dəstləri, 12 ədəd qablar, 4 ədəd yastıq silikon 50x70, 1 ədəd taxt dəsti (örtük, yastıq), 2 ədəd plastik qab (mətbəx üçün), mətbəx ləvazimatları olan əşyaları n özləri, olmadıqda onların pul ilə dəyərinin alınaraq İddiaçı verilməsi qət edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir.
13. Məhkəmə, işin hallarına qiymət verərkən - iddiaçının gəlin köçərkən valideynləri tərəfindən hədiyyə kimi ona alınmış cehiz əşyalarını cavabdehlərdən tələb etməsi hissəsinə münasibətdə - cavabdehin icra məmurlarının iştirakı ilə tərtib olunmuş aktda göstərilən bütün əşyaların hazırda ünvan 3 ünvanın açarının iddiaçının özündə olması səbəbindən istədiyi zaman gedib götürə bilməsini bildirdiyindən və iddianın bu hissədə mübahisəsiz etirafını qəbul edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin “cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddia nın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər” müddəasını rəhbər tutmaqla iddiaçının xx.xx.2022-ci il tarixli aktda sadalanan cehiz əşyalarının cavabdehdən tələb etməsi hissəsində iddianı sübuta yetmiş hesab edərək təmin olunmasını mümkün hesab etmişdir.
14. İddiaçının tərtib olunmuş aktda göstərilməyən cehiz əşyaları tələbinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, həmin əşyaların mövcudluğu ilə əlaqədar iddiaçı tərəf hər hansı bir sübutu (foto şəkil, əşyanın alınmasını təsdiq edən qəbz və sair) məhkəməyə təqdim etməmiş, iclas zamanı ifadə şahidlər isə iddiaçının yaxın qohumları olmaqla bərabər həmçinin cehiz əşyalarının dairəsini də konkret olaraq göstərə bilməmişlər.
15. Məhkəmə həmçinin ilkin tələbin qızıl-zinət əşyaları hissəsinə gəldikdə də iddiaçının tələbinin mötəbər dəlillərlə təsdiq olunmaması səbəbindən əsaslı hesab etmir. Məhkəmə iclasında dindirilmiş şahid ifadələrin gəldikdə isə ifadələr arasında ziddiyyət və artıq qeyd olunduğu kimi şahidlərin iddiaçı ilə yaxın qohum münasibətini də nəzərə alaraq onları həqiqətə uyğun hesab etməmişdir.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflərin ailə münasibətlərinə son qoyulan vaxta qədər birlikdə yaşadıqları ünvan 4 ünvanına məxsus açarın iddiaçının özündə olması və həmin mənzilə münasibətlər bitdikdən sonra da bir neçə dəfə getməsi halı iddiaçı tərəfindən də təsdiq olunur. Belə olan vəziyyətdə “qızıl-zinət” əşyalarının onun əlindən həqiqətən də alınmasını sübuta yetirə bilməyən iddiaçının öz evinə rahat girişçıxışının da olduğu təqdirdə əşyaların başqa şəxslərin sahibliyində olması re al görünə bilməz.
17. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddianın təmin olunmasına zəmin yaradacaq hər hansı bir sübut və dəlilin məhkəməyə təqdim edilməməsi, tələbin yalnız Cavabdeh ehtimal və mülahizələrinə söykənməsi, heç bir əsasın olmaması səbəbindən iddianın təmin edilməməsi qənaətinə gəlir.
18. Məhkəmə qeyd etmişdir ki, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübut etmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyini n və əsaslılığının əsas göstəricisi nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 225.2-ci maddələrinə, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 220.4 maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 2
0. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddianın tam təmin edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ona nişan vaxtı, həmçinin toy ərəfəsində hədiyyə edilmiş qızıl-zinət əşyaları birgə yaşadıqları müddətdə qayınanasının istifadəsində qalmışdır. Bu səbəbdən də, dəfələrlə qızıl-zinət əşyalarını tələb etsə də, ona məxsus əmlak qaytarılmamışdır. Ailə qurduqdan sonra ona hədiyyə edilmiş həmin əşyalar cavabdehin anası tərəfindən razılığı olmadan saxlanması üçün alınmışdır. Sonradan ayrı yaşamaq üçün cavabdehin atası Ədilağa Fərzəliyevin adına əldə edilmiş iki otaqlı təmirsiz yaşayış evində yaşamışlar. Ona hədiyyə edilmiş qızıl-zinət əşyaları: 1 ədəd brilyant qaşlı nişan üzüyü 750 oyarlı 5 qram 1200 manat, 1 ədəd tək qaşl ı üzük 583 əyarlı 3 qram 500 manat, 1 ədəd 5 qaşlı üzük 583 əyarlı 6 qram 650 manat, 1 ədəd halqa sırğa 583 əyarlı 5 qram 650 manat, 1 edəd kolye qolbaq (qarnitur) 583 əyarlı 20 qram 2500 manat, 1 ədəd sırğa üzük dəsti 583 əyarlı 10 qram 1000 manat, cəmi 6500 manat. Birgə yaşadıqları dövrdə cavabdehin valideyni Əliağa Fərzəliyevin adına ünvan 5 ünvanında mənzil alınmışdır. Valideynlərinin hesabına mənzil təmir edilmişdir. Həmin mənzildə yaşadıqları dövrdə kommunal xərclər tərəfindən ödənilmişdir. Qeyd edilən mənzilə cehiz əmlakının hamısı gətirilməmişdir. Belə ki, əmlakın bir hissəsi cavabdehin yaşadığı ünvan 6 ünvanında qalmışdır. Yataq dəsti Femida 1 dəst 2750 manat, qonaq otağı üçün dəst Femida 1 ədəd 2400 manat, 6 ədəd stul 750 manat, 1 ədəd güldan künc 110 manat, 1 ədəd divan 1800 m anat, 1 ədəd kamod tək qapılı, 1 ədəd kamod’ iki qapılı, 1 ədəd televizor 650 manat, 1 ədəd televizor altlığı 1 ədəd, 1 ədəd kondisioner media 800 manat 1 edəd mətbəx mebeli 1 ədəd 700 manat, 1 ədəd çilçıraq 150 manat, 1 ədəd soyuducu Biryusa 575 manat, 1 ədəd paltaryuyan 850 manat, 1 ədəd peç (duxovka) 120 manat, 4 ədəd stul, 1 ədəd tozsovuran 140 manat, 1 ədəd ətçəkən, 1 ədəd qaz peçi 155 manat, 1 ədəd moyka 30 manat, 3 ədəd böyük xalça, 2 ədəd balca xalça, 1 ədəd kilim, 1 ədəd sərinləşdirici, 1 dəst dəsmal, örtük, yataq dəstləri, 1 ədəd uşaq beşiyi, 1 ədəd ütü 160 manat, 1 ədəd ütü altlığı 75 manat, 1 dəst bakal dəsti 6- lıq, 1 ədəd qrafin, 3 ədəd masa örtüyü 3 ədəd, 1 ədəd şirniyyat qabı 4+1, 1 ədəd kamod qab dəsti, 2 dəst zal+yataq pərdəsi, 1 dəst qaşıq-çəngəl dəsti 12-lik, 1 dəst bıç aq dəsti, 4 ədəd Podnis, 1 ədəd çörək qabı, 4 ədəd qəndqabı, 12 ədəd mürəbbə qabı, 12 ədəd duz qabı, 2 ədəd balıq üçün qab, 2 dəst, xırda qaşıq çəngəl, 1 ədəd plastik qab orta ölçülü, 1 ədəd çərəz qabı, 1 ədəd meyvəqabı, 3 dəst yemək, çay, qəhvə dəstləri, 12 ədəd qablar, 1 ədəd qab dekor, 3 ədəd taxt ədyalı, 1 ədəd örtük sadə naxışlı, 4 edəd yastıq silikon 50x70, 1 ədəd taxt dəsti (örtük, yastıq), 15 ədəd dəsmallar, 2 ədəd yorğan, döşək taxt üçün, 1 ədəd paltar qabı, 2 ədəd plastik qab (mətbəx üçün), mətbəx ləvazimatları olan əşyaların özləri, olmadıqda onların pul ilə dəyərinin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, nişan ərəfəsində Cavabdeh hədiyyə edilmiş qızıl üzük sonuncunun istifadəsində olmuşdur. Bundan əlavə ona nişan vaxtı, həmçinin toy ərəfəsində hədiyyə edilmiş qızıl-zinət əşyaları birgə yaşadıqları müddətdə cavabdeh tərəfindən alınaraq qayınanasının istifadəsində qalmışdır. Bu səbəbdən də, dəfələrlə qızıl əşyalarını tələb etsə də, ona məxsus əmlak geri qaytarılmamışdır. Ailə qurduqdan sonra ona hədiyyə edilmiş qızıl-zinət əşyaları cavabdehin anası tərəfindən onun razılığı olmadan saxlanması üçün alınmışdır. Birgə yaşadıqları dövrdə, yəni 2019-cu ildə cavabdehin valideyni Əliağa Fərzəliyevin adına ünvan 5 ünvanında mənzil alınmışdır. Valideynlərinin hesabına mənzil təmir edilmişdir. Həmin mənzildə yaşadıqları dövrdə kommunal xərclər tərəfindən ödənilmişdir. Qeyd edilən mənzilə cehiz əmlakının hamısı gətirilməmişdir. Yaşadıqları dövrdə cavabdeh ümumiyyətlə evdə pul saxlamayıb. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi üz rə mülki işə baxılarkən Cavabdeh müvəqqəti aliment ödənilməsi barədə məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərardadını çətinliklə icra edirdi. Bu müddət ərzində də, Cavabdeh alimentin ödənilməsində gecikdirmələr etməklə uşağın saxlanması üçün məbləği vaxtında və tam şəkildə ödəmirdi. Həmin vaxtı cavabdeh icra məmuruna evdə 600 manat məbləğdə pulun olmasını və onun tərəfindən götürülməsini bildirmişdir. Həmin vaxt qeyd edilən 600 manat məbləği yalan söyləmişdir. Məhkəmə qətnaməsində iddianı qismən təmin etsə də, onu tam şəkildə əsaslandırmamış, habelə cavabdehin istifadəsində qalmış, iddia tələbi üzrə ərizədə qeyd edilmiş siyahı üzrə 2, 6, 7, 12, 33, 36, 45, 49, 50, 51, 54, 56 və 57-ci bəndlərdəki cehiz əmlakının özlərinin və ya özləri olmadıqda dəyərinin alınıb iddiaçıya verilməsi hi ssəsində iddia tələbini təmin etməmişdir. İddiaçı həmçinin izahatında bildirmişdir ki, qızıl-zinət əşyalarını toydan sonra cavabdeh ondan almış, bir daha taxmağa belə icazə verməmişdir. Cehiz əşyalarının bir hissəsi hazırda cavabdehin valideynlərinin istifadəsindədir. Cavabdehin qarşılıqlı iddiasını qəbul etmir, keçmiş ərinə qızıl üzük alınmasına baxmayaraq, həmin üzük də cavabdehdə qalmışdır. Bundan əlavə, cavabdehin heç vaxt 1800 manat məbləğində pulu olmamışdır, hətta evin su pulunu belə ödəmədiklərinə görə borc yaranmışdır. İcra məmuru cavabdehlə onlar boşanandan sonra ona zəng edib, evdə 600 manat məbləğdə pul vəsaitinin olmasını və uşağın aliment borcuna görə gedib oradan götürməsini bildirmiş, atası ilə həmin evə getsə də, evdə heç bir məbləğdə pul aşkar etməmişdir. ünvan 2 ünvanına məxsus açar onda olmasına baxmayaraq, bir-iki dəfə həmin ünvana gedib uşağa lazımı paltarları götürmüşdür. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
22. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-397/2023 nömrəli iş üzrə 4 aprel 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Pərviz Əhmədov (sədrl ik edən və məruzəçi), Tale Kərimov və Cahid İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə kollegiyası bildirmişdir ki, İddiaçı nişan vaxtı, həmçinin toy ərəfəsində hədiyyə edilmiş qızıl-zinət əşyalarının alınaraq cavabdehin anası tərəfindən saxlanılması barədə apellyasiya şikayətinin dəlilinə dair qeyd edilməlidir ki, İddiaçı bütün iş materillarında verdiyi izahatlarında həmin qızıl-zinət əşyalarının Cavabdeh anası tərəfindən alınaraq özündə saxlanılması göstərilmişdir. Ancaq İddiaçı ona məxsus qızılzinət əşyalarının Cavabdeh verilməsi yaxud onda olmasına dair hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş İddiaçı yaxın qohumları olan şahidlər İddiaçı o na toy hədiyyəsi olaraq alınmış qızıllarının toyda və toydan sonra bir dəfə onun ad günü məclisində taxdığını gördüklərini bildirsələr də, həmin qızıl-zinət əşyalarının Cavabdeh olması, sonuncu tərəfindən alınaraq saxlanılması və digər hallar barədə məhkəməyə lazımi məlumat verə bilməmişlər.
24. Kollegiya, habelə cehiz əşyalarının bir hissəsinin İddiaçı gəlin köçdüyü ünvan 6 ünvanında qalmasına dair apellyasiya şikayətinin dəlili üzrə qeyd etmişdir ki, məhkəmədə şahid qismində dindirilmiş İddiaçı yaxın qohumları həmin əmlakların qeyd edilən ünvan 6da qalması barədə heç bir ifadə verməmişlər. Ümumiyyətlə, iş üzrə mübahisə predmeti olan cehiz əşyalarının ünvan 6 ünvanında olması göstərilsə də, işdə olan Şirvan şəhər İcra və Probasiya şöbəsinin 05 oktyabr 2022- ci il tarixli aktından görünür ki, tələb edilən əşyaların müəyyən hissəsi məhz ünvan 2 ünvanında aşkar edilmişdir. Bununla yanaşı, diqqətə çatdırılmalıdır ki, İddiaçı ünvan 2 ünvanında aşkar edilən əşyaların ona məxsus olmasını etiraf etmiş və aktda göstərilən ona məxsus adları çəkilən cehiz əmlaklarının həmin ünvana sonradan daşınmasını (qoyulmasını) da heç vaxt iddia etməmişdir.
25. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab etmişdir ki, hazırkı iş üzrə ilkin iddianın təmin edilməyən hissəsi üzrə məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab etmişdir. Qeyd edilməlidir ki, ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətində sadalanan dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın d əlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin cehiz əmlaklar və qızıl-zinət əşyalarının cavabdehdən alınması, həmin əmlaklar olmadıqda onların dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və yaxud Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(106)-397/2023 saylı qətnaməsi ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində iddianı qismən təmin etsə də, nə üçün, işin hansı hallarına görə, hansı əsasla iddianın xüsusən cehiz əmlakları hissədə qismən və qızıl-zinət əşyaları ilə ə laqədar hissədə tam təmin etməməsini, iddianı bu hissədə rədd etməsini qətnamədə əsaslandırmamışdır. Bu da mülki prosessual normalara həmçinin, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 04 nömrəli Qərarının 6.2, 6.3, 6.5, 9.1-ci bəndlərinə ziddir.
29. Həmçinin, məhkəmə həqiqətə nail olmaq üçün, işin obyektiv, hərtərəfli araşdırmayaraq cavabdehin özünün də dolayısı ilə etiraf etdiyi cehiz əmlaklar və qızılzinət əşyaları hissəsində iddia tələbini tamamilə rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hə min sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. apellyasiya Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olu nmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, iddiaçının irəli sürdüyü dəlillər işin faktiki hallarının sübut edilməsi ilə bağlıdır.
43. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hans ısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 34).
44. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Bir qayda qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 35).
45. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edil ib-edilmədiyini yoxlayır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-397/2023 nömrəli, 4 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıl