Məhkəmə qərarları › İş №2(102)-2953/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2953/2019

29.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2953/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1 nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh “xxxx” ASCtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1557/2018 nömrəli iş üzrə 17 dekabr 2018-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruz əçi, Zaur Əliyev, Fuad Talışinski) 17 dekabr 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 20 iyun 2018-ci il tarixli, 2(103)1557/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı2 və qeyriləri cavabdeh «xxxx» ASC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 25 iyul 2017-ci il tarixli, 2(004)- 4749/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegi yasının 20 iyun 2018-ci il tarixli, 2(103)1557/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermiş, şikayət baxılması üçün işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh «xxxx» ASC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş və mülki iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 noyabr 2018-ci il tarixli, qərardadı ilə cavabdeh «xxxx» ASC-nin həmin məhk əmənin 20 iyun 2018-ci il tarixli, 2(103)1557/2018 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır (forma və məzmun tələblərinə riayət edilməmişdir). Daha sonra cavabdeh «xxxx» ASC göstərilən nöqsanları aradan qaldıraraq Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsindən yenidən kassasiya şikayəti vermişdir. Həmin kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən müddətin ötürülüməsi əsası ilə geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində məhkəmə qərarını n nömrəsi səhv qeyd olunsa da, apellyasiya instansiyası məhkəməsi şikayətin mümkün sayılması üçün bu və digər qüsurlara diqqət yetirməmiş nəticədə Ali Məhkəmə tərəfindən kassasiya şikayətinin baxılması mümkünsüz hesab olunaraq ərizə geri qaytarılmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 408-ci maddəsinə müvafiq olaraq apellyasiya məhkəməsi də üzərinə düşən vəzifəni yerinə yetirsəydi, buraxılmış səhvlər aradan qaldırılıb, kasasiya şikayəti müvafiq qaydada apellyasiya məhkəməsinə verilərdi. Apellyasiya məhkəməsi hesab etmişdir ki, düzəlişlə verilmiş kassasiya şikayəti şikayətin verilməsi üçün müəyyən edilmiş 2 aylıq müddət buraxılmaqla verilmişdir. Müddətin bərpası üçün isə ayrıca vəsatət verilməlidir. Lakin “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti müddət gözlənilməklə verilmiş, b u səbəbdən də müddətin bərpası üçün vəsatətin verilməsi tələb olunmur. Tərəflərin izahatları: İddiaçı1 nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından aydın olur ki, cavabdeh tərəfindən qətnamənin surəti 30 avqust 2018-ci il tarixdinədək rəsmi qaydada alınmışdır. Belə ki, ilkin kassasiya şikayəti 30 avqust 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş (iş vərəq 156), hazırki kassasiya şikayəti isə 07 dekabr 2018-ci il tarixdə təqdim olunmuşdur. Əvvəlki kassasiya şikayətinin digər prosessual əsasla qaytarılması, müddətin axımını dayandırmır. Cavabdeh qanunla müəyyən olunmuş müddət ərzində nəzərdə tutulmuş qaydada və formada kassasiya şikayəti vermək hüququna malikdir.Göründüyü kimi, hazırki kassasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə məhkəməyə daxil olmuş, lakin şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə olunmamışdır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kassasiya şikayətini geri qaytararkən prosessual normaların tələblərini düzgün tədbiq etməmişdir. İşdən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsinin cavabdeh “xxxx” ASC-yə rəsmi qaydada təqdim edilməsi barədə iş materiallarında hər hansı bir sənəd əlavə edilməmişdir. Məhkəmə qətnaməsi 29 iyun 2018-ci il tarixli məktubla tərəflərə göndərilmiş, qətnamənin iddiaçılar tərəfindən iyul ayında qəbul edilməsi barədə iş materiallarına xəbərnamələr əlavə edilmiş (həmçinin iş üzrə tərəf olmayan digər şəxslərə adi xəbərnamələr əlavə edilmiş), lakin qətnamənin cavabdeh tərəfə çatması barədə hər hansı bir sənəd əlavə edilməmişdir. Bundan sonra cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti 30.08.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Bu zaman cavabdeh tərəfindən qanunla müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. Belə ki, MPM-in 405.0 və 405.0.1-ci maddələrinin tələbinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 ay müddətində kassasiya şikayəti verilə bilər. Qətnamənin cavabdeh tərəfə rəsmi qaydada verilməsi barədə sübut olmasa da, qətnamənin tərəflərə 29.06.2018-ci il tarixli məktubla göndərilməsi və digər proses iştirakçılarına iyul ayında çatması ilə müəyyən edilir ki, cavabdeh qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddəti ötürməmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə 30.08.2018-ci il tarixdə daxil olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi prosessual normaların tələblərini pozaraq şikayəti 1 ay 11 gündən sonra, 11 oktyabr 2018-ci il tarixdə şikayəti mülki işlə birlikdə Ali Məhkəməyə göndərmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 409-cu maddəsinin tələbəbinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya in stansiyası məhkəməsinə göndərilir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədiyindən Ali Məhkəmə tərəfindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilmiş və iş kassasiya şikayətinin geri qayrtarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 noyabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh «xxxx» ASC-nin 20 iyun 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad 26 noyabr 2018-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş və göstərilən nöqsanlar aradan qaldırılaraq yenidən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutumuş müddətin ötürülməsini qeyd edən məhkəmə müddətin axımının h ansı vaxtdan başlanmasını göstərməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, cavabdehin qanunvericiliklə nəzərdə tutulmuş qətnamədən 2 aylıq kassasiya şikayəti vermə müddətinin buraxılmış hesab edilməsi üçün ilk növbədə müddətin axımının hansı vaxtdan başlanması müəyyən edilməli idi ki, bu barədə iş materiallarında hər hansı bir sübut yoxdur. Digər tərəfdən kassasiya şikayətində yol verilmiş nöqsanların aradan qaldırılaraq yenidən şikayət verilməsi də cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə edilmişdir. Göstərilən nöqsanların aradan qaldırılması ilə bağlı işin kassasiya instansiya məhkəməsi tərəfindən icraata qəbulundən imtina edilməsi, bundan sonra işin Apellyasiya Məhkəməsinə göndərilməsi ilə bağlı müddə tlər qanunla nəzərdə tutulmuş 2 aylıq kassasiya şikayəti verilməsi müddətinə aid edilə bilməz. Kassasiya şikayətinin verilməsi üçün müddət o zaman buraxılmış olardı ki, cavabdeh qətnaməni əldə etdiyi vaxtdan müəyyən edilmiş 2 aylıq müddət ərzində kassasiya şikayəti verməsin və ya kassasiya şikayətində nöqsanların olması barədə qərardadı aldıqdan sonra müəyyən edilmiş müddət ərzində nöqsanları aradan qaldırmasın. Göründüyü kimi cavabdehapellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş iki aylıq müddəti ötürmədən, yəni 07 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti vermişdir ki, bu hal onun kassasiya şikayəti vermək hüququndan istifadə etməsi kimi anlaşılmalıdır. İşin sonrakı mərhələlərində həm məhkəmə, həm də cavabdeh tərəfindən edilmiş hərəkətlərlə, yəni kassas iya şikayətinin məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olmadığına görə geri qaytarılması, cavabdehin kassasiya şikayəti vermələri ilə bağlı vaxt itirməsi kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin ötürülməsi kimi dəyərləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, kassasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1557/2018 nömrəli iş üzrə 17 dekabr 2018-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar