Məhkəmə qərarları › İş №2(102)-2953/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2953/2022

31.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2953/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh xxxoğluna qarşı mülki iş ürzə QƏRARİ iş № 2(102)-2953/2022 (açar sözlər: iri buynuzlu heyvanların ərazidən çıxarılması) Bakı şəhəri, 31 may 2022-ci il 31.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlundan (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh xxxoğluna qarşı “iribuynuzlu heyvanların ünvandan çıxarılması və həmin ərazidə heyvanların saxlanılmasının cavabdehə qadağan olunması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-238/202 2 nömrəli, 11 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh xxxoğlunun kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsi İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyətindədir. 2. ünvan 2 ünvanındakı 0,09 ha torpaq sahəsi və fərdi yaşayış evi xxxoğlunun (bundan sonra “cavabdeh”) mülkiyyətindədir.

3. İddiaçı ilə cavabdehin torpaq sahələri bitişikdir.

4. Cavabdeh mülkiyyətində olan torpaq sahəsində iri buynuzlu mal-qara saxlayır.

5. Mübahisə cavabdehin mal-qara saxlaması ilə bağlı yaranıb İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Abşeron Rayon Məhk əməsinə iddia ərizəsi (sonradan tələbin həcmini azaltmaqla) ilə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 20-də saxlanılan iribuynuzlu heyvanların həmin ünvandan çıxarılması və ərazinin heyvanlardan boşaldılması, sözügedən ünvanda heyvanların saxlanmasının Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir.

7. Məhkəmə gedişində Cavabdeh vıfat etidiyndən hazırki iş üzrə cavabdeh işə cəlb edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 mülkiyyət hüququ əsasında iddiaçıya və iddiaçı orada ailəsi ilə birgə yaşayır. Cavabdehin torpaq sahəsi ilə iddiaçının torpağını hasarlar ayırır. İddiaçı bu günədək qonşuluq haqlarını gözləmiş, qonşular arasında heç bir münaqişə və mübahisə yaşanmamışdır. Lakin cavabdeh iddiaçının və ailəsinin yaş ayışını dözülməz həddə çatdırmışdır. Belə ki, cavabdehin həyətində saxladığı 20 baş iribiynuzlu heyvanların saxlandığı yerdən gələn üfunətli qoxu nəinki iddiaçını, hətta həmin ərazidən keçən şəxsləri də həddindən artıq narahat edir.

9. Dəfələrlə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh buna məhəl qoymur, qonşuluq haqlarına riayət etmir. Hətda antisanitar şəraitlə bağlı Sumqayıt Regional Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akt tərtib olunmasını və cavabdehin xəbərdarlıq edilərək cərimə olunmasını xahiş etmiş, lakin konkret heç bir tədbir görülməmişdir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 170.1 və 170.2-ci maddələrinə istinad etmişdir.

11. Cavabdeh iddiya etiraz edib. Etirazın dəlilləri: göstərilən ünvanda ailəsi ilə birgə yaşayır. Evin divarında əlavə, tö vlənin divarı var.1997-ci ildən təsərrüfatla məşğuldur. Təsərrüfat şəxsən cavabdehə məxsudur; cavabdehin baytarlıq idarəsi ilə müqavilə var, idarə həmin əraziyə nəzrət edir; iddiaçının məqsədi cavabdehin torpağını almaqdır.

12. Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-930/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 20 ünvanında saxlanılan iribuynuzlu heyvanların həmin ünvandan çıxarılması, ərazinin heyvanlardan boşaldılması və həmin ünvanda heyvanların saxlanmasının cavabdeh xxxoğluna qadağan edilməsi qət edilmişdir. (hakim Cəmilə Səfiyeva)

13. Birinci instansiya məhkəməsi iş materiallarına, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Abşeron Rayon Baytarlıq İdarəsinin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin məktublarına əsasən müəyyən edib ki, Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 20-də cavabdeh xxxoğluna məxsus iribuynuzlu heyvanın saxlanılır, yetişdirilir və istifadə olunur, heyvanların istifadəsi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun zoogigiyenik və baytarlıq (baytarlıqsanitariya) tələblərinə əməl olunmur. Təsərrüfat hasarla əhatə olunsa da, istehsalat binaları, yem, istifadə olunan avadanlıq və qurğular baytarlıq qaydaları və normativlərinə uyğun saxlanılmır və ətraf mühitin çirkənməsinə yol verilir. Saxlanılan heyvanların ifrazatı və tullantıları birbaşa fekal çöküntü prinsipinə əməl olunmadan ümumi mərkəzləşmiş kanalizasiya sisteminə axıdılır. Həmçinin, tövlən in tikintisində tikinti qaydalarına əməl edilmədiyindən yaşayış otaqlarının pəncərələrindən mal-qara saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən az olmamalıdır. Sözügedən tikililər (yaşayış evi və tövlə) arasındakı məsafə 5 m-dir. Qonşu ilə arakəsmədə istifadə olunan divar həm hasar, həm də tövlənin yan divarı kimi istifadə olunur ki, bu da döşəmədəki ifrazat axıntılarının divarı nəmləndirərək qonşunun həyətinə keçməsinə şərait yaradır. Heyvanların saxlanması üçün istifadə olunan ərazidən cavabdeh yalnız təsərrüfat fəaliyyəti üçün istifadə edir, özü isə ailəsi ilə birlikdə həmin küçədə, qarşı tərəfdə 19 nömrəli həyət evində yaşayır. Yaşayış evi ilə tövlə arasındakı məsafənin texniki normativ hüquqi aktların tələblərinə uyğun olmaması, təsərrüfa t fəaliyyəti zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl olunmaması, ətraf mühitin çirklənməsinə yol verilməsi iy və qoxunun yaranmasına, uçucu həşaratların çoxalmasına səbəb olur ki, bu da iddiaçının haqlı olaraq yaşayış evində yaşamaq hüququnun pozulmasına səbəb olur.

14. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdehin südçülük istiqamətli iribuynuzlu mal-qaranın yetişdirilməsi üçün VÖEN-i olsa da, bu barədə onun fəaliyyət ünvanının məhz ünvan 3 qeyd edilən ünvandakı bu fəaliyyətini fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqələndirmək olmaz.

15. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına, Mülki Məcəllənin 170.1, 170.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydaları haqqında” 38 saylı 09 mart 2019-cu il qərarına istinad edərək hesab etmişdir ki, cavabdeh tərəfindən iribuynuzlu heyvanların Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 20-də saxlanılması qanunla yolverilməz olduğundan iddia təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri: iddiaçı cəmi 3 ildir ki, bu ünvanda yaşayır. Cavabdeh isə vaxtilə mərhum atası və anasına məxsus bu evdə 1997-ci ildən yaşayır və təsərrüfat fəaliyyəti ilə elə o vaxtdan məşğuldur. Cavabdeh eyni sayda mal-qaranı daim saxlamış, fermer kimi qeydiyya tdan keçmişdir. İddiaçı oraya köçüb ev tikməzdən əvvəldən də orada tövlə var idi. Beləliklə, iddiaçı həmin həyətə, ünvan 4 ünvanına köçərkən orada artıq tövlə mövcud idi və iddiaçı tərəfindən şəxsi ev inşa edilərkən ara məsafəsinə riayət olunmalı idi. Başqa sözlə, məhkəmənin istinad etdiyi Dövlət Şəhərsalma Norma və Qaydalarının 4.20-ci bəndi əgər pozulmuşsa, onun tərəfindən deyil, iddiaçı tərəfindən pozulmuşdur; cavabdeh həmin ünvanda 20 ildən çoxdur ki, iribuynuzlu mal-qara saxlayır və məhz iddiaçını və onun ailəsini narahat etməmək üçün son 3 ildə xüsusi olaraq iy verən mal-qara almamışdır. Ümumiyyətlə, iddianın əsasını iddiaçının iki əsas arqumenti təşkil edir: 1) “qoxu” 2) təyinatı heyvandarlıq üçün olmayan ərazidə iribuynuzlu heyvanların saxlanması. Hər iki tərəfə məxsus evlər və h əyətlər Abşeron rayonunun Masazır kəndində yerləşir. Lakin iddianı təmin edən məhkəmənin məntiqi ilə kənd tipli yaşayış məntəqəsində kənd təsərrüfatı ilə, konkret olaraq maldarlıqla məşğul olmaq olmaz. Bu isə absurddur. Bununla da, işə baxan məhkəmə istər kənd təsərrüfatının inkişafı, istər fermer fəaliyyətinin təşvıq olunması, istərsə də fərdi sahibkarlara olan dövlət dəstəyinin əleyhinə getməsini ört-basdır edir; mübahisə üzrə tətbiq edilməli qanunu tətbiq etməyən məhkəmə, tətbiq edilməli olmayan qanunu tətbiq etmiş, yəni “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yayayış məntəqələrində it, pişik və s. saxlanması qaydaları haqqında 38 saylı, xx.xx.2019cu il tarixli Qərarına istinad etmişdir ki, həmin Qərarda söhbət şəhər və şəhər tipli qəsəbələrdə, çoxmərtəbəli binaların arasında heyv anların saxlanılmasından gedir.

18. İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərib ki, əvvəllər də vəziyyət pis idi, lakin son vaxtlar artıq orada sanitaryiya vəziyyəti dözülməzdir. Cavabdeh orada 1 heyvan saxlaya bilər, amma balaca yerdə 20 mal-qaranın saxlanılması qonşuluq hüququnun pozulması deməkdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-238/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-930/2021 nömrəli qtnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), hakimlər Telman Məmmədov, Səyyad Qafari)

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşaraq qeyd et mişdir ki, tərəflər Abşeron rayonunun Masazır kəndindəki S.Rüstəmov küçəsində yaşayırlar və onlar qonşudurlar (ev 18 və 20). İddiaçı ilə cavabdehin həyətyanı sahələri bir-birindən hasar vasitəsilə ayrılmışdır. Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 20 ünvanında cavabdeh tərəfindən iribuynuzlu heyvanlar saxlanılır. Cavabdeh qeyd edir ki, 1997-ci ildən bu işlə məşğuldur, orada tövlə xeyli vaxtdır inşa edilmişdir. Hazırda orada 20 baş mal-qara saxlayır. Qeyd olunan ünvanda gəlir məqsədilə 20 baş mal-qara saxlanılır, yetişdirilir və tədarük olunur. Bu zaman isə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun zoogigiyenik və baytarlıq (baytarlıqsanitariya) tələblərinə əməl olunmur.

21. Apellyasiya instansiya məhkəməsi qeyd edib ki, vergi ödəyicisi olsa belə cavabdehin yaşayış mən təqəsində maldarlıq fəaliyyəti ilə bu qaydada məşğul olması onun qonşusu olan iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını məhdudlaşdırmışdır. Belə ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsində və evdə cavabdehin fəaliyyəti nəticəsində əmələ gələn qoxulardan və antisanitariya vəziyyətindən əziyyət çəkir. Cavabdehin istifadə etdiyi tövlə isə qonşunun hasarının 5 metrliyində yerləşir ki, bu da müvafiq qaydaların tələblərinə ziddir. “Dövlət Şəhərsalma Norma və Qaydaları”nın (AzDTN 2.6 -1) 4.20-ci bəndinə görə yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən, 8-dək tikili olarsa -25 m-dən, 30-dək tikili olarsa -50 m-dən, 30-dan çox tikili olarsa - 100 m-dən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Mərtəbəliyi 2-dən çox olan binalarda yaşayan əhalinin mal-qara üçün nəzərdə tutulan təsərrüfat tikililəri məskunlaşma ərazisindən kənarda yerləşdirilməlidir. Həmin binaların zirzəmisində və ya onların yaxınlığında kənd təsərrüfat məhsulları saxlanılan yeraltı anbarlar yerləşdirilə bilər. Bu anbarların ölçüləri layihə tapşırığı ilə müəyyənləşdirilməlidir.

22. Digər tərəfdən maldarlıq fəaliyyəti ilə məğul olan cavabdeh bu fəaliyyəti tənzimləyən “Baytarlıq haqqında” Qanunun 19-cu maddəsilə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmiş, bunun nəticəsində isə onun qonşusu olan iddiaçının haqlı narazılığı yaranmışdır. Bu hallar iş materiallarındakı sənədlərlə, o cümlədən foroşəkillərl ə və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən göndərilən 19 may 2021-ci il tarixli məktubla tamamilə təsdiq olunur.

23. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq “Baytarlıq haqqında” Qanunun 19-cu maddəsinə və “Dövlət Şəhərsalma Norma və Qaydaları”na istinad etmişdir.

24. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydaları haqqında” 38 saylı, 09 mart 2019cu il tar ixli Qərarı hazırkı işə düzgün tətbiq etməmişdir; Apellyasiya instansiyası ekspertiza təyin etsə də, rəy almadan qətnamə çıxarmış, ekspertiza barədə qərardad qüvvədə olduğu halda bu barədə heç bir söz yazmamışdır; iddiaçı həmin həyətə köçərkən orada tövlə mövcud idi və iddiaçı tərəfindən şəxsi ev inşa edilərkən, məsafəyə riayət olunmalı idi. Bu zaman məhkəmənin istinad etdiyi Dövlət Şəhərsalma Norma və Qaydalarının 4.20-ci bəndi əgər pozulmuşsa, iddiaçı tərəfindən pozulmuşdur. Lakin apellyasiya məhkəməsi qətnamə çıxarmaq üçün sərf edən hüquqi normasını yarımçıq istifadə etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 170.1 İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması QAYDALARİ Bənd 4.4.5. Şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetiş dirilməsi, saxlanması qadağandır. Dövlət Şəhərsalma Norma və Qaydaları Bənd 4.20. Yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən, 8-dək tikili olarsa -25 m-dən, 30-dək tikili olarsa -50m-dən, 30-dan çox tikili olarsa -100 m-dən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Mərtəbəliyi 2-dən çox olan binalarda yaşayan əhalinin mal-qara üçün nəzərdə tutulan təsərrüfat tikililəri məskunlaşma ərazisindən kənarda yerləşdirilməlidir. Həmin binaların zirzəmisində və ya onların yaxınlığında kənd təsərrüfat məhsulları saxlanılan yeraltı anbarlar yerləşdirilə bilər. Bu anbarların ölçüləri layihə tapş ırığı ilə müəyyənləşdirilməlidir. “Baytarlıq haqqında” AR Qanun Maddə 19 Heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri aşağıdakılardır: heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək; ərazini, istehsalat binalarını və obyektlərini, yem və yem əlavələrini, həmçinin heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması, daşınması və satışı üçün lazım olan avadanlıq və qurğuları baytarlıq qaydaları və normativlərinə uyğun saxlamaq, ətraf mühitin çirklənməsinə yol verməmək; dövlət baytarlıq nəzarəti nə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl etmək; heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl etməklə baytarlıq və inzibati-təsərrüfat tədbirlərini həyata keçirmək; istifadəsində olan heyvanların identikləşdirilməsini (kodlaşdırılmasını) və heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatını təmin etmək; yeni əldə edilmiş heyvanlar, doğulmuş bala və satış haqq ında müvafiq icra hakimiyyəti orqanına vaxtında məlumat vermək; heyvanların kütləvi xəstələnməsi və ya onların qeyriadi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanına təcili məlumat vermək və müfəttişlər gələnə kimi xəstəliyə şübhəli heyvanları təcrid etmək; ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə onları təcrid olunmuş halda saxlamaq; qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanlara baxış keçirilməsində, diaqnostika, profilaktika və müalicə tədbirlərinin həyata keçirilməsində, xidməti vəzifələrinin yerinə yetirilməsində baytarlıq mütəxəssislərinə lazımi şərait yaratmaq və köməklik göstərmək; qa nunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanları və onlardan alınan məhsulları baytarlıq baxışından keçirmək üçün baytarlıq müfəttişlərinə maneəsiz və vaxtında təqdim etmək; əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin zərərsizləşdirilməsi üçün baytarlıq müfəttişlərinin tələblərini yerinə yetirmək; baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıqsanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verməmək; heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə y alnız onların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olduqda məşğul olmaq; heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalı və ixracında bu Qanunun tələblərinə və Azərbaycan Respublikasının digər qanunvericiliyinə əməl etmək. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

29. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib və qanuni nəticəyə gəlmişdir.

33. İşişn məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə cavabdeh yaşayış məntəqəsində iri buynuzlu heyvanları saxlamaqla maldarlıq fəaliyyəti ilə məşğul olur, lakin qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq zoogigiyenik və ba ytarlıq (baytarlıqsanitariya) tələblərinə əməl etmir. Bununla da iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını məhdudlaşdırır. Cavabdehin istifadə etdiyi tövlə qonşunun hasarının 5 metrliyində yerləşir ki, bu da “Dövlət Şəhərsalma Norma və Qaydaları”nın tələblərinə ziddir.

34. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 20-22-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.

35. Apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

36. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirək əsassız hesab edir.

37. Məhkəmə ko llegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxxoğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-238/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar