Məhkəmə qərarları › İş №2(102)-2955/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2955/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2955/2020 30.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, vəkili X4 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)14386/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) 2(004)5599/2019 saylı işi üzrə xx xxxxxxxx 2019-cu il tari xli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 4753,08 manat məbləğində sığorta ödənişi, iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Fuad Talışinski sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Zaur Əliyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləCavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı «xxxx» ASC 4753,08 manat sığorta ödənişinin və 30,40 manat məbləğində dövlət rüsumunu, cəmi 4783,48 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müra ciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində, X6 mülkiyyətində olan “MG 350 minik” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Bakıxanov küçəsində etibarnamə əsasında (yalnız istifadə hüququ verən) Cavabdeh tərəfindən edilən zaman yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə «xxxx» ASC-də sığortalanmış “Nissan Murano” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri, Nəsimi RPİ-nin 20 PB-nin 9/20-5198 saylı, xx.xx.2014-cü il tarixli arayışına və eyni tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında Qərara əsasən, “MG 350 minik” markalı, **SM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, www.isb.az saytından çıxarışdan göründüyü kimi, Cavabdeh tərəfindən idarə edilən “MG 350 minik” markalı, **-SM-*** dövlət qeydiyyat nsmlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda müvcud deyildir. İddia ərizəsinə əlavə edilmiş, “Nissan Murano” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin MİP-TBK-PT-3979/14 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, həmin nəqliyyat vasitəsi «xxxx» ASC tərəfindən xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixindək 12500 manat sığorta məbləği və sığorta dəyəri olmaqla “avto kasko” qaydaları ilə tam sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi üzrə azadolma məbləğinin tətbiqi nəzərə alınmamışdır. Göstərilən yol nəqliyyat had isəsi nəticəsində xx.xx.2015-ci il tarixli zərərin hesablanması aktına əsasən “Nissan Murano” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı mobilə 4753,08 manat məbləğində zərər dəymiş və həmin məbləğ MİP-TBK-PT-3979/14 saylı sığorta şəhadətnaməsinin şərtlərinə uyğun olaraq N49 saylı kassa məxaric orderinə əsasən xx.xx.2015-ci il tarixində sığortalı X7 tam olaraq iddiaçı tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən 4753,08 manat sığorta ödənişinin və 30,40 manat məbləğində dövlət rüsumunu, cəmi 4783,48 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və vəkili X9 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri ü çün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2014-cü il tarixdə, Bakı şəhəri, Bakıxanov küçəsində “MG 350 minik” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərə findən etibarnamə əsasında idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə «xxxx» ASCdə sığortalanmış "Nissan Murano" markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. xx.xx.2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 151.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta olması öz təsdiqini tapmış və sonuncu barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Nəsimi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Göstərilən hadisəsi ilə bağlı «xxxx» ASC tərəfindən "Nissan Murano" markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilədəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 4753,08 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Eyni zamanda yolnəqliyyat hadisə tarixinə “MG 350 minik” markalı, **SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta müqaviləsinin mövcud olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərə kət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödə miş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriya tələb (reqress) hüququ vardır. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsi n öhdəsinə qoyulur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab etmişdir ki, iddiaçının Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi qanuni və əsaslıdır və bu səbəbdən də, iddia tələbi təmin edərək 4753,08 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və baxılmır, tərəflər apelyasiya instansiyasının baxışın a yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun. Hazırki halda belə dəlillər müzakirəyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kasasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-14386/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar