Məhkəmə qərarları › İş №2(102)-2956/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2956/2022

04.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2956/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Кollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, üçüncü şəxslər X11 və X21 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq üzərində hüquqların bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikas ı Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, üçüncü şəxslər X11 və X21 qarşı əmlaka mülkiyyət hüququnun bərpası tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi мülki kollegiyasının 2(105)-3220/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin faktiki halları

1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində istifadədə olan 0,0321 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 140,34 kv metr yaşayış, 121,6 kv metr köməkçi sahədən ibarət 2A nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X16 (5 otaq, 207,74 kv metr ümumi, 104,74 kv metr yaşayış, 103 kv metr köməkçi sahə), X5 (payı açıq saxlanılır) adlarına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 186 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır.

2. Abşeron rayon 2-ci dövlət notariat kontorunda xx.xx.2009-cu il tarixdə təsdiq olunaraq 4Ə-04-667 nömrə ilə reyestrdə qeydə alınmış fərdi yaşayış evinin bağışlanmasına dair müqavilənin surətindən görünür ki, X24 DƏDRX Abşeron Ərazi İd arəsinin xx.xx.2009-cu il tarixli, **********54-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayon, Xırdalan şəhəri, R.Axundov küçəsində istifadəsində olan 0,0321 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 7 otaqlı, 140,34 kv metr yaşayış, 121,6 kv metr köməkçi sahədən ibarət olan 2A nömrəli fərdi yaşayış evinin özünə məxsus olan 5 yaşayış otağından, 207,74 kv metr ümumi, 104,74 kv metr yaşayış, 103 kv metr köməkçi sahədən ibarət hissəsindən yaşayış sahəsi 67,56 kv metr olan 4 otaqdan ibarət 8, 7, 9, 12-ci yaşayış hissələrini və 70,44 kv,metr köməkçi sahəsindən ibarət olan 5, 11, 10, 13, 14 və 15-ci köməkçi hissələrini qızı İddiaçı bağışlamışdır.

3. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınma z əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 261,94 kv metr, yaşayış sahəsi 140,34 kv metr, yardımçı sahə 121,6 kv metr, 7 otaqdan ibarət fərdi yaşayış evinin 4 otaq, 138 kv metr ümumi, 67,56 kv metr yaşayış, 70,44 kv metr köməkçi sahəsi İddiaçı adına xx.xx.2009-cu il tarixdə, 1 otaq 69,74 kv metr ümumi, 37,18 kv metr yaşayış, 32,56 kv metr köməkçi sahəsi X16 adına xx.xx.2009-cu il tarixdə qeydə alınmış, X7 payı açıq saxlanılmış, 0,0321 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla istifadədə olduğu qeyd edilmişdir.

4. Abşeron rayon notariusu tərəfindən 16 oktyabr 2011-ci il tarixdə təsdiq olunaraq 4Ə/90 nömrə ilə reyestrdə qeydə alınmış evlə torpaq sahəsinin dəyişmə müqaviləsinin surətindən görünür ki, X2 rayon, Xırdalan şəhəri, R. Axundov küçəsində yerləşən 1 otaqlı 2A nömrəli fərdi yaşayış evini İddiaçı məxsus Abşeron rayonu Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi ilə əvəzsiz olaraq dəyişmişdir.

5. Abşeron rayon notariusu tərəfindən xx.xx.2013-cü il tarixdə təsdiq olunaraq 4Ə/5966 nömrə ilə reyestrdə qeydə alınmış bağışlama müqaviləsinin surətindən görünür ki, X16 adından etibarnamə əsasında çıxış edən İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixli, reyestr nömrəsi **********54-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasında Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ünvanında yerləşən 2A nömrəli fərdi yaşayış evin yalnız X16 payına düşən yaşayış sahəsi 37,18 kv metr, köməkçi sahəsi 32,56 kv metr ümumi sahəsi 69,74 kv metr olan 1 otaqdan olan hissəsini X21 bağışlamışdır.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 261,94 kv metr olan fərdi yaşayış evinin 5 otaq, 150,1 kv metr ümumi, 79,66 kv metr yaşayış, 70,44 kv metr köməkçi sahəsi İddiaçı adına xx.xx.2011-ci il tarixdə, 1 otaq, 69,74 kv metr ümumi, 37,18 kv metr yaşayış, 32,56 kv metr köməkçi sahəsi X17 adına xx.xx.2009-cu il tarixdə qeydə alınmış, 42,1 kv metr pay açıq saxlanılmış, 0,0321 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla istifadədə olduğu qeyd edilmişdir.

7. X17 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı və imzası Abşeron rayon 1 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus hissəsində yerləşən torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir.

8. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış, imzası Abşeron rayon 1 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin X21 məxsus hissəsində yerləşən torpaq sahəsinin X17 adına özəlləşdirilməsinə etiraz etməmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yer ləşən ümumi sahəsi 261.94 kv metr. fərdi yaşayış evinin 5 otaq, 150,1 kv metr ümumi, 79,66 kv metr yaşayış, 70,44 kv metr köməkçi sahəsi İddiaçı, 1 otaq, 69,74 kv metr ümumi, 37,18 kv metr yaşayış, 32,56 kv metr köməkçi sahəsi X17 adlarına mülkiyyət hüququ, 0,03696 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında qeydə alınmış, 42,1 kv metr pay isə açıq saxlanılmışdır.

10. İddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə bağlanaraq 4Ə4273 sayla reyestrdə qeydə aınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 150,1 kv метр hissəsini 20000 manata Cavabdeh1 satmışdır.

11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abş eron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 (yeni qaydalarla ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 261,94 kv метр fərdi yaşayış evinin 1 otaq, 69,74 kv метр ümumi, 37,18 kv метр yaşayış, 32,56 kv метр köməkçi sahəsi isə X17 adına xx.xx.2013-cü il tarixdə, 5 otaq, 150,1 kv метр ümumi, 79,66 kv метр yaşayış, 70,44 kv метр köməkçi sahəsi Cavabdeh1 adına xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ əsasında, 0,03696 ha torpaq sahəsi isə Cavabdeh1 və X17 adlarına ümumi birgə mülkiyyət hüququ əsasında qeydə alınmış, 42,1 kv метр pay isə açıq saxlanılmışdır.

12. X26 ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanaraq 4Ə660 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X10 rayonu, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsi ev 2A (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 69,74 kv метр hissəsini və torpaq sahəsinin 0,01848 ha hissəsini 20000 manata Cavabdeh1 satmışdır.

13. X15 ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat ofisində bağlanılmış xx.xx.2019-cu il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvi barədə müqavilənin surətindən görünür ki, ƏMDK yanında DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, reyestr nömrəsi **********3, qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Abşeron rayon Xırdalan şəhəri ərazisində yerləşən 0,0278 ha torpaq sahəsinə dair Abşeron 1 sayl ı notariat kontorunda xx.xx.2019-cu il tarixdə 4Ə-868 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış, tərəflərin qarşılıqlı razılığını nəzərə alaraq Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən 0,0278 ha torpaq sahəsinə bağlanmış alqı-satqı müqaviləsi ləğv edilmiş, alqı-satqı zamanı satıcıya ödənilmiş 15000 manat nağd şəkildə alıcıya notariusun depozit hesabı vasitəsilə qaytarmağı satıcı öz öhdəsinə götürmüş, müqavilə xx.xx.2019-cu il tarixində tərəflərin rəsmi müraciətləri əsasında ləğv olunmuş hesab edilmiş və rəsmi qeydiyyat aparmaq üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə məlumat göndərilmişdir.

14. Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 03 saylı qərarından çıxarışdan görünür ki, “Bələdiyyə torpaqları nın idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək fərdi yaşayış evi tikmək üçün istifadə olunmuş bələdiyyənin mülkiyyətində olan (Çıxarış N0055155, Reyestr N**********16, qeydiyyat N**********, qeydiyyat tarixi xx.xx.2010) 278 kv метр torpaq sahəsinin X6 geri alınmasının qeyri-mümkünlüyü qeyd edilmiş, bələdiyyə fondunun alqısatqı predmeti olan torpaq sahəsindən X3 hissəsində yerləşən uzun illər istifadə etdiyi üzərində fərdi yaşayış evi tikilmiş 278 kv метр torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu təsərrüfat planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə və ya icarəsinə verilmədiyindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair˝ Əsasnamənin 10-cu bəndinə uyğun olaraq bilavasitə on a satılması qərara alınmışdır.

15. Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, X4 rayon Xırdalan bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanın iclasında baxılmış, Xırdalan bələdiyyə ərazisində 278 kv метр torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli iclasının 03 saylı qərarından çıxarış verilmiş, bunun müqabilində X15 tərəfindən "xxxx" ASC-nin Abşeron filialının ******************** saylı hesabına 975 manat haqq ödənilmiş, akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində xx.xx.2013-cü il tarixdə 1828/13 nömrə ilə qeydiyyata alınmışdır.

16. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, ünvan 8 ünvanında yaşayan X11 məxsus, Abşer on rayon Xırdalan bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 278 kv metr torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək, X27 kitabında xx.xx.2013-cü il tarixdə 22359 nömrə ilə uçota alınmışdır.

17. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)- 3496/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 cavabdehlər X21 və İddiaçı qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsinə dair iddiası təmin edilmiş, X26 və İddiaçı tərəfindən iddianın etiraf edilməsinin təsdiq olunması, Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 03 saylı qərarı və Torpaqların alqı-satqısına dair akta əsasən iddiaçıya məxsus olan, Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki 278 kv metr torpaq sahəsinin qonşuluğunda yerləşən, xx.xx.2015-ci il tarixli, **********54 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X21 və İddiaçı paylı mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin və onun həyətyanı torpaq sahəsinin koordinatlarına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilərək torpaq sahələrinin naturada yerləşmə vəziyyətinə uyğun olaraq dəyişdirilməsi, Xırdalan bələdiyyəsi tərəfindən X1 278 kv metr torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququnun hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qət edilmişdir.

18. İddiaçı səlahiyyətli orqanlara ünvanlanmış, imzası Abşeron rayonu 1 saylı notariat ofisində xx.xx.20 19-cu il tarixdə təsdiq edilərək reyestrdə 8İ-720 nömrəsi ilə qeydiyyata alınmış **********720 saylı ərizəsinin surətindən görünür ki, İddiaçı RX seriyalı, 146817 saylı, **********02-10301 reyestr nömrəli, Cavabdeh1 məxsus çıxarışdan adının çıxarılmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 261,9 kv metr olan fərdi yaşayış evinin 219,84 kv metri və 0,03696 ha torpaq sahəsi Cavabdeh1, fərdi yaşayış evinin 42,1 kv metr və torpaq sahəsinin 0,0278 ha hissəsi isə X8 adlarına dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alı nmışdır.

20. X15 ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanaraq 4Ə1197 sayla reyestrə qeydə aınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 rayonu, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsi ev 2A ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 42,1 kv metr hissəsini və torpaq sahəsinin 0,0278 ha hissəsini 15000 manata Cavabdeh1 satmışdır.

21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində 0,06476 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın d övlət reyestrində 1028 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır.

22. Abşeron rayon 1 saylı notariat ofisində tərtib edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə yönəlmiş Cavabdeh1 xx.xx.2019-cu il tarixli **********307 saylı, 8İ-5307 reyestr nömrəli ərizəsinin surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 261,9 kv metr olan evin sökülməsi səbəbindən qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir.

23. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3371/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

24. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5, 0,06476 ha ümumi tor paq hissələrinin satıcı X26 ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, satıcı X15 ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli, onunla alıcı Cavabdeh1 arasında heç bir alqı-satqı müqaviləsi olmadan Abşeron rayonu DƏDRX tərəfindən qanunsuz özgəninkiləşdirilərək ona təqdim edilmiş 1848 kv metr torpaq sahəsinə aid çıxarışın ləğv edilərək, 1848 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpasına dair qətnamə çıxarılmasını xahiş etmiş etmişdir.

25. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Əbdül Mürsəlov küçəsində yerləşən 150,1 m² sahəsi olan 2A saylı evi Cavabdeh1 satmış və alqı-satqı müqaviləsi Abşeron rayonu 1 saylı notariat ofisində AH-1N ******* saylı müqavilə ilə xx.xx.2018-ci il tarixdə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixdə DƏDRX tərəfindən ona verilmiş ******* saylı çıxarışda 150,1 m² daşınmaz əmlak və 0,03696 ha torpaq sahəsi (ümumi birgə) qeyd olunmuşdur. O, torpaq sahəsini alqı-satqı etmədiyi halda, ona məxsus torpaq sahəsi Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Belə ki, təqdim edilmiş ərizə ilə ******* seriyalı, **********0210301 reyestr nömrəli Cavabdeh1 məxsus çıxarışdan adının çıxarılmasını xahiş etmişdir. Həmin çıxarış ona təqdim olunmamışdır. Lakin iş materiallarında notarius tərəfindən ona təqdim olunmuş ərizədə etibarından istifadə edib ona qarşı saxtakarlıq edən notarius mülkiyyətində olan 1848 m² torpaq sahəsini alqı-satqısını etməmişdir. Belə ki, alıcı Cavabdeh1 notarial qaydada tərtib edilmiş ərizədə 1848 m² torpaq hissəsini heç bir alqı-s atqı müqaviləsi olmadan özgəninkiləşdirməyə nail olmuşdur. Aralarında olan alqı-satqı sənədlərinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarışda xx.xx.2019-cu ildə Cavabdeh1 adına 150,1 m² ev sənədləşdirilmiş, müqavilədə də yalnız 150,1m² daşınmaz əmlak göstərilmişdir. DƏDRX tərəfindən ******* nömrəli ona məxsus çıxarışda torpaq sahəsi naturada bölünmədiyinə görə torpaq sahəsini satmamışdır. Həmin saxta ərizədə onun mülkiyyətində olan 1848 m² torpağın Cavabdeh1 adına satılması öz əksini tapmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş sənədlərdə və çıxarışda 150,1 m² yaşayış sahəsinin satılmasına dair çıxarış vardır, müqavilədə ona məxsus 1848 m² torpaq hissəsinin alqı-satqısı tərəflər arasında olmadığı halda, DƏDRX 0,06476 ha ümumi torpaq s ahəsini qərəzli şəkildə xx.xx.2019-cu il tarixli çıxarışla Cavabdeh1 xeyrinə özgəninkiləşdirmişdir. Cavabdeh1 ilə X26 arasında xx.xx.2019-cu il tarixli müqavilədə 1848 m² torpaq, 69,74 m² ev alqı-satqısı, X15 ilə xx.xx.2019-cu il tarixli müqavilədə 278 m² torpaq sahəsinin alqı-satqısı olmasına baxmayaraq, ona məxsus 1848 m² torpaq sahəsi heç bir sənədləşdirmə olmadan Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Belə ki, X26 və X15 həmin müştərək, ümumi mülkiyyətdə olan torpaq hissələrinin alqısatqısını alıcı Cavabdeh1 ilə 1 saylı notariat ofisində həyata keçirmişlər. Belə olduğu halda, notarius və Abşeron DƏDRX ona məxsus mülkiyyətində olan 1848 m² torpaq sahəsini hansı sənəd və ya alqı-satqıya əsasən cavabdehin mülkiyyətinə verməsi barədə **********02-10301 reyestr nömrəli, ******* saylı çıxa rış verməklə əmlakı 183 saylı reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyata alması məlum deyildir.

26. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi, ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-660 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyes tr nömrəli çıxarışın ləğv edilməsi, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, X15 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə1197 reyestr nömrəli alqı-satqı müqaviləsinin, 8İ-5307 reyestr nömrəli, **********307 saylı, xx.xx.2019-cu il tarixli ərizənin etibarsız hesab edilməsi, ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi və 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Abşeron Rayon Məhkəməsinin (hakim Habil Əhmədov) xx.xx.2021-ci il tarixli, 2(012)-1595/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron rayon 1 saylı Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, üçüncü şəxslər X11 və X21 qarşı əmlaka mülkiyyət hüququnun bərpası tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 Xəyyam oğlu ilə X26 arasında bağlanmış xx.xx.2019-ci il tarixli, 4Ə-660 reyestr nömrəli və X15 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1197 reyestr nömrəli alqı-satqı müqavilələrinin, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizəsi və Cavabdeh1 xx.xx.2019-cu il tarixli, **********307 saylı, 8İ-5307 reyestr nömrəli ərizəsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verdiyi İddiaçı və X17 adına olan qeydiyyatdan keçmiş RX seriyalı, ******* saylı, **********0210301 reyestr nömrəli çıxarış, Cavabdeh1 və X17 adına qeydiyyatdan keçmiş seriya RX, ******* saylı, **********0210301 reyestr nömrəli çıxarış, Cavabdeh1 adına qeydiyyatdan keçmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********0210301 reyestr nömrəli çıxarış, Cavabdeh1 və X8 adına qeydiyyatdan keçmiş ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarış, Cavabdeh1 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş ********** qeydiyyat nömrəli, **********3810301 reyestr nömrəli çıxarışların ləğv edilməsi, İddiaçı ünvan 1 (yeni qaydalarla Əbdülrəhim bəy Haqverdiyev küçəsi 2A) ünvanında yerləşən 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bə rpa olunması qət edilmişdir.

28. Məhkəmə ünvan 1 ünvanında yerləşən 0,03696 torpaq sahəsinin F.Abbasovun ümumi mülkiyyətinə keçməsi üçün əsasların olmadığını müəyyən etdiyindən və RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi tələbini təmin etdiyindən, hesab etmişdir ki, iddia tələbi Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu İslamov Bahadur tərəfindən xx.xx.2019-ci il tarixli, 4Ə660 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində də təmin edilməlidir. Belə ki, sözügedən müqavilənin mahiyyətindən görünür ki, F.Abbasov özünə məxsus olan və yuxarıda göstərilən ünvanda yerləşən fərdi yaşayış evini və 0,01848 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. Lakin məhkəmə araşdırması zamanı F.Abbasovun göstərilən ünvanda yerləşən 0,01848 ha torpaq sahəsi üzərin də mülkiyyət hüququnun yaranmadığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, şəxs özünün mülkiyyətində olmayan hər hansı daşınmaz əmlakı başqa şəxsin mülkiyyətinə verə bilməzdi

29. Məhkəmə iddia tələbinin Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********720 saylı, 8i720 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi və İddiaçı 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası hissəsinə münasibətdə Azərbaycan Respublikası MM-nin 139.1-1-ci və 139-1.1.3-cü maddələrinə istinad etmiş və qeyd etmişdir ki, Mülki Məcəllənin 139.1-1.3-cü, 144.1-ci və 144.2-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində sərəncam hüququnun keçməsi üçün ə saslardan biri müqavilədir, 139.1-1.3-cü maddədə notarial ərizə əsasından şəxsin xüsusi mülkiyyətində olan daşınmaz əmlakın başqa şəxsin xüsusi mülkiyyətinə keçməsi imkanı və əsası nəzərdə tutulmamışdır, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında˝ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sırasında da əsaslardan biri kimi müqavilələr nəzərdə tutulmuş, bu barədə notarial ərizənin verilməsi isə əsaslar sırasında göstərilməmişdir.

30. Məhkəmə qeyd etmişdir ki, İddiaçı özünə məxsus olan 0,03696 ha torpaq sahəsinin alğı-satqısını həyata keçirmiş olsaydı, o zaman torpaq sahəsinin alqısatqısından əldə edilmiş gəlir qanunun tələbinə əsasən onun mülkiyyətində olan torpaq sahəsi vergi tutma obyekti hesab edildiyindən, o, müvafiq məbləğdə vergi ödəməliydi. Lakin iş materiallarından göründüyü kimi İddiaçı həmin müqavilə üzrə torpaq sahəsinin alqı-satqısını həyata keçirməsi halı üçün vergi ödəməli olmasına dair müqavilədə hər hansı qeyd mövcud deyildir. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı məxsus 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Cavabdeh1 keçməsi üçün qanunla nəzərdə tutulmuş əsas olmadığıdan və bu hüququn keçirilməsi zamanı maddi hüquq normalarının tələbləri pozulduğundan iddia tələbi Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi və ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi hissəsində də təmin edilməli və İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov küçəsi 2A (yeni qaydalarla Əbdülrəhim bəy Haqverdiyev küçəsi 2A) ünvanında yerləşən 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilməlidir.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 144,149,324,329, 337-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Həmçinin qətnamədən cavabdeh X15 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3220/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) cavabdehlər Cavabdeh1 və X8 apellyasiya şikayətləri təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)1595/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı ərizəsinin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpasına dair iddiasının rədd olunması qət edilmişdir.

35. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, 29-cu maddəsinin 1-ci və 4-cü hissələrinə, Azərbaycan Respublikası MM-nin 152.1 və 245-ci maddə ləri, Torpaq Məcəlləsinin 4-cü maddəsi, 88-ci maddəsinin 1-ci və 3-cü hissələrinə istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmşidir ki, İddiaçı mülkiyyətində olan evi satarkən evə aid torpaq sahəsinə mülkiyyət hüququ da əldə edənin-alıcı Cavabdeh1 mülkiyyətinə keçmişdir. Ev satılarkən torpaq sahəsi X26 ilə iddiaçının ümumi birgə mülkiyyətində idi və ev satıldıqdan sonra torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ əldə edənə keçməli idi. Əks halda, həm iddiaçı, həm də Faiq Abbasovla yaşayış evinin alıq-satqısı ilə əlaqədar bağlanmış müqavilələrin nəticələri alıcı üçün həmin evin mülkiyyətçisi kimi əlverişsiz şərait yaradar, onun evə sahiblik və istifadə hüququnun həyata keçirilməsini mümkünsüz edərdi.

36. Məhkəmə daha sonra hesab etmişdir ki, iş üzrə üçüncü şəxs X15 mülkiyyə tində olan yaşayış evini və torpaq sahəsini Cavabdeh1 qanuni əsaslarla satmışdır, onun həm evi, həm də 278 kv metr torpaq sahəsi ayrıca mülkiyyətində olmuşdur, həmin alqı-satqılardan iddiaçının hansısa hüququnun pozulması müəyyən edilməmişdir.

37. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, iddiaçının mülkiyyətində olan 0,03696 ha torpaq sahəsinin heç bir qanuni əsas olmadan Cavabdeh1 adına qeydiyata alınmasını nəzərə almamış, məhkəmə Mülki Məcəllənin 139-cu maddəsinin tələblərini pozmuş, işə aidiyyatı olmayan normalara istinad etməklə əsassız nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən sübutlara tam, hərtərəfli və obyektiv baxılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. d)

40. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

45. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

46. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.

47. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.

48. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə s atılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.

49. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlə rsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

50. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

51. Maddə 88. (hissə İ) Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qur ğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.

52. Maddə 88. (hissə İİİ) Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 56..Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

59. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mö vqeyi

60. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi X9 ilə Cavabdeh1 Xəyyəm oğlu arasında bağlanmış 03 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin 0,01848 ha torpaq sahəsinə aid hissədə etibarsızlığının, Faiq Abbasovla İddiaçı adına olmuş torpaq sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının ləğv edilməsinin rədd olunması hissələrdə ləğv edilməli, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə iddiaçının kassasiya şikayətinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

61. Məhkəmə kollegiyası qe yd edir ki, apellyasiya instansiyası məhkəməsi ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 261,94 kv metr fərdi yaşayış evinin 5 otaq, 150,1 kv metr hissəsinin İddiaçı, 69,74 kv metr hissəsinin X17 adına, 0,03696 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında qeydə alınması və 42,1 kv metr payın isə açıq saxlanılması barədə RX seriyalı, ******* saylı çıxarışın, habelə sonradan həmin evin hissələrinin alqı-satqılarının və bu alqı-satqı əməliyyatlarının hüquqi nəticələri kimi yaşayış evinin mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, üçüncü şəxs X8 mülkiyyətində olan yaşayış evini və torpaq sahəsini Cavabdeh1 satmasının və həmin torpaq sahəsinin alıcı Cavabdeh1 adına qeydiyyata alınmasının, cavabdeh Xəyal Nabtovun 0 1 iyun 2019-cu il tarixli və İddiaçı 06 fevral 2019-cu il tarixli etibarsızlığı və ləğvi, habelə 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası barədə İddiaçı tələblərinin rədd olunması hissədə düzgün nəticəyə gəlmiş, bu hissələrdə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

62. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, yaşayış evinin yerləşdiyi 0,03696 ha torpaq sahəsi əvvəllər bələdiyyə mülkiyyəti olmaqla, İddiaçı və X17 qanuni istifadələrində olmuşdur. Onların notarial qaydada təsdiqlənmiş qarşılıqlı razılıq ərizələri əsasında özəlləşdirilmiş və torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Nüşabə Abbaslva və Faiq Abasovun adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə araşdırmaları nəticəsində həmin qeydiyyatın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Habelə həm İddiaçı, həm də cavabdeh Faiq Abbasov tərəfindən yaşayış evinin özlərinə aid hissələrinin Cavabdeh1 satılması və sonuncunun adına dövlət qeydiyyatına alınması qanuni və əsaslı olmuşdur.

63. İddia tələbinin X15 ilə Cavabdeh1 arasında yaşayış evinin və torpaq sahəsinin alıq-satqısı, həmin alıq-satqı əməliyyatlarının nəticəsi kimi İsfəndiyar Abbasova aid olmuş evin və 278 kv metr torpaq sahəsinin alıcı Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının, habelə mülkiyyətində olan evin sökülməsi ilə əlaqəbar yaşayış evinə dair qeydiyyatın ləğvi barədə Cavabdeh1 xx.xx.2019-cu il tarixli ərizəsinin etibarsızılığı və ləğvi barədə tələbləri rədd edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin həmin hərəkətləri və onların hüquqi nəticələri iddiaçının maraqlarına toxunmur, bu məsələdə i ddiaçı öz tələblərinin əsaslandıra bilməmişdir. Həm cavabdeh İsfəndiyar Abbasov, həm də Cavabdeh1 mülkiyyətçi kimi öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası məhkəmənin bu qiymətləndirməsi ilə razılaşır.

64. İddia tələbinin 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası hissəsi ilə bağlı qeyd olunmalıdır ki, həmin tələb torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatının bərpası barədədir, qətnamənin icrası qaydasında həyata keirilməlidir, ona görə bu tələbin də rədd olunmasında apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

65. X9 ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin 0,01848 ha torpaq sahəsinə aid hissədə etibarsızlığının, Faiq Abbasovla İddiaçı adına olmuş torpaq sahəsinin Cavabde h1 adına dövlət qeydiyyatına alınmasının ləğv edilməsinin rədd olunması hissələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələlərin həllində apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tərəflərin təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

66. Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci və 3-cü hissələrinə, MM-nin 245-ci maddəsinə istinad edərək apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan evi satarkən torpaq sahəsinə mülkiyyət hüququ da alıcı Cavabdeh1 keçmişdir. İddiaçı evi satarkən torpaq sahəsi X26 ilə onun ümumi birgə mülkiyyətində idi və ev satıldıqdan sonra ümumi birgə mülkiyyət hüququ da əldə edənə keçməli idi. Cavabdeh Faiq Abbasovun isə ümumi mülkiyyətdə olan 0,03696 ha torpaq sahəsin in özünə aid 0,01848 ha hissəsini satmaq hüququ vardır, bu hüququn realizə olunması digər paylı mülkiyyətçilərin iradəsindən asılı deyildir.

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmişdir. MM-nin 245-ci maddəsi və Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci və 3-cü hissələrinə görə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən binanın və ya qurğunun yerləşdiyi ərazidə olan bütün torpaq sahəsinə deyil, bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən(yəni altında olan) və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Qalan ərazyə mülkiyyət hüququnun keçib-keçməməsi isə tərəflərin razılaşması ilə müəyyən ed ilir.

68. İş materiallarına görə isə iddiaçı ilə Cavabdeh1 arasında daşınmaz əmlakın alqı-satqısı barədə bağlanmış müqavilədə torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı hər hansı razılaşmanın olması göstərilməmişdir. Alqı-satqıdan sonra alıcı Cavabdeh1 adına 04 fevral 2019-cu il tarixdə verilmiş Seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da məhz qanunun göstərilən tələbləri nəzərə alınmaqla Cavabdeh1 adına torpaq sahəsinin olması göstərilməmiş, əksinə 0,03696 ha torpaq sahəsinin İddiaçı və Faiq Abbasovu ümumi mülkiyyətində olması qeyd edilmişdir. Həmin çıxaışdan adının çıxarılması barədə iddiaçı notarial qaydada təsdiqlənmiş xx.xx.2019-cu il tarixli ərizə yazsa da, həmin ərizə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə qanuni əsas sayıla bilməz, həmin ərizə də ərizə özü-özlüyündə əhəmiyyətsizdir.

69. Cavabdeh X17 ümumi mülkiyyətdə olan 0,03696 ha torpaq sahəsinin yarısının, yəni 0,01848 ha hissəsini digər Cavabdeh1 satması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 0,03696 ha torpaq sahəsinin ümumi mülkiyyətdə olması mübahisəsizdir, həmin sahənin Nüşabə Abasovaya məxsus hissəsinin Cavabdeh1 adına sənədləşdirilməsinin əsassız olması müəyyən edildiyindən X30 Nabatov arasında 0,01848 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilə də etibarsız hesab edilməlidir. Çünki torpaq sahəsi paylı mülkiyyətdədir, torpaq sahəsi paylı mülkiyyətçilər arasında naturada bölünməmiş, sərhədləri yerdə müəyyən edilməmişdir. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı almaqda üstünlük hüququna malikdirlər.

70. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi X9 ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2019cu il tarixli alqı-satqı müqaviləsinin 0,01848 ha torpaq sahəsinə aid hissədə etibarsızlığının, Faiq Abbasovla İddiaçı adına olmuş torpaq sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının ləğv edilməsinin rədd olunması hissələri qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qərarda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir.

71. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3220/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qət naməsi qismən, X26 ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin 0,01848 ha torpaq sahəsinə aid hissədə etibarsızlığının, Faiq Abbasovla İddiaçı adına olmuş torpaq sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının (xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışların 0,03696 ha torpaq sahəsinə aid hissədə) ləğv edilməsinin rədd olunması hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayətinə əsasən qətnamə qalan hissədə dəyişdrilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar