Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2957/2024 18.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı; iddiaçı Cavabdeh İddiaçı qarşı (3-cü şəxs Abbas oğlu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbləri barədə işlərə dair birləşdirilmiş icraat üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması, müqavilənin etibarsız sayılması tələbləri Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-419/2024 nömrəli, 6 fevral 2024-cü il tari xli qətnaməsindən Cavabdeh, 3-cü şəxs Abbas oğlu və Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 21 yanvar 2009-cu il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin direktoru X4 tərəfindən ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 177 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi (maqazin) İddiaçı təhvil verilmişdir; 3. 21 yanvar 2009-cu il tarixli Cavabdeh MMC-nin kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən 4 saylı binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsi üçün 708000 manat kassaya mədaxil edilmişdir;
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 167,8 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir; 5. 14 yanvar 2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin direktoru X4 tərəfindən Bakı şəhəri,, N ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 174,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi 3-cü şəxs Abbas oğluna təhvil verilmişdir;
6. Maliyyə arayışına əsasən ünvan 3 ünvanında yerləşən 4 saylı yaşayış kompleksi Cavabdeh MMC-yə məxsusdur. Bu kompleksin 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 174,0 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı 3-cü şəxs Abbas oğlu tərəfindən tam ödənilmişdir, onun Cavab deh MMC-yə borcu yoxdur; 7. 14 yanvar 2008-ci il tarixli Cavabdeh MMC-nin kassa mədaxil orderinə əsasən 3-cü şəxs Abbas oğlu tərəfindən 4 saylı binanın 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 174,0 m2 olan qeyri-yaşayış sahəsi üçün 261000 manat kassaya mədaxil edilmişdir;
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri,, N ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində 3-cü şəxs Abbas oğlunun sahiblik və istifadə hüquqlarının tanınması, Bakı şəhəri,, N ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsindən (mağazadan) 3-cü şəxs Abbas oğlu tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmişdir.
9. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, xx/xx-121749/16 saylı məktuba əsasən Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)- 4563 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 5 ünvanında inşa edilmiş 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində 3-cü şəxs Abbas oğlunun sahiblik və istifadə hüquqları tanınmalı və oranın təmir olunmasına qoyulmuş qadağalar aradan qaldırılmalıdır. Sözügedən icra sənədinin icrası ilə bağlı tərəflərindən icraata başlamaq ha qqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında "xxxx" MMC-yə bildiriş göndərilmişdir. Bununla əlaqədar sözügedən qeyri-yaşayış sahəsinə tərəflərindən baxış keçirilmiş və həmin qeyri-yaşayış sahəsinin giriş qapısının möhürləndiyi aşkar olunmuşdur. Bundan sonra möhürün kim tərəfindən vurulduğu soraqlaşdırılmış və Cavabdeh MMC-nin işçilərinin şifahi məlumatına və tələbkarın ərizəsinə əsasən bu möhürün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən vurulduğu bildirilmişdir. Qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə sözügedən qeyri-yaşayış sahəsinin giriş qapısına tərəflərindən möhürün vurulub-vurulmaması barədə, həmçinin həmin sahənin ümumiyyətlə onların apardığı hər hansı işin predmeti olub-olmaması barədə Xətai Rayon İcra və P robasiya Şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci iş üzrə: a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 6 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneələrə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı qeyri-yaşayış sahəsini cavabdehə təhvil verir, 2.3-cü bəndinə əsasən, iddiaçı ümumi məb ləğin 708.000 manatını cavabdehə əvvəlcədən ödəyir. Müqavilə üzrə verilmiş 21 yanvar 2009-cu il tarixli kassa mədaxil orderinin qəbzindən göründüyü kimi, pay ödənişi olaraq 708.000 manat məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə tam ödənilmişdir. Bina tikildikdən sonra iddiaçı tərəfindən müvafiq sənədlər Dövlət orqanına təqdim olunmuş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarış əsasında 167.8 kv.m olan qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə dövlət reyestrinin 143 nömrəli reyestr kitabının 13435 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınmışdır. Mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən tam şəkildə təmir olunaraq müvafiq mebel avadanlıqları ilə təmin olunmuşdur. İddiaçı 2014-cü ildən ölkə xaricində yaşadığ ından əmlakına nəzarət etməmiş və bundan istifadə edən cavabdeh qeyri-yaşayış sahəsinə sahiblənmişdir. 2019-2020-ci illər ərzində mülkiyyətçinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi dəfələrlə qeyriyaşayış sahəsinə daxil olmaq istəsə də, MTK-nın əməkdaşları (mühafizəçi, komendant, qanuni təmsilçinin nümayəndəsi və sair) tərəfindən buna imkan verilməmiş, hətta polis orqanlarına edilən müraciətlər nəticəsiz qalmışdır.
12. Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Pərviz Zamanlı) ilə iddia təmin edilmiş, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maneələrə son qoyulması, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə buraxılması qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh qeyri-yaşayış obyektinin yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri barədə razılığa gəlməklə, müqavilə bağlamışlar. Müqavilənin qiyməti də iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Həmin müqavilə və buna dair digər sənədlər iddiaçı tərəfindən təqdim edilməklə, qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla bu barədə çıxarış verilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və buna dair ona xx.xx.2014-cü il tarixdə çıxarış verilmişdir. Mülki Məcəllənin 140-cı maddəsində təsbit edilmiş əsas görə nə qədər ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyib, həmin məzmunun həqiqiliyi və tamamlığı prezump siyası qüvvədədir. Lakin nə cavabdeh, nə də Elsevər Talıbov iddiaçıya verilmiş çıxarışı mübahisələndirməmişdir və həmin çıxarış qüvvədədir. Baxmayaraq ki, cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı verdiyi izahatında mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya satılmasından 2022-ci ilin fevral ayında məlumatı olduğunu bildirmişdir. Lakin həmin tarixdən sonra da xx.xx.2014-cü il tarixdə verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etdiyini sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 3-cü şəxs Abbas oğlunun üzərində sahiblik və istifadə hüquqlarının tanındığı qeyri-yaşayış sahəsi olan Bakı şəhəri,, N-cı ünvanında inşa edilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 174 kv.m olduğu halda, iddiaçıya satılmış qeyri- yaşayış sahəsinin ümumi sahəsi müqavilə üzrə 177 kv.m, çıxarışla isə 167,8 kv.m təşkil edir. Cavabdeh hər iki əmlakın eyni əmlak olması barədə sübutları məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respubikasının Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 140, 152.1, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 214.4-cü maddələrinə, həmçinin Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı” xx.xx.2007-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır. İkinci iş üzrə: b) birinci instansiya məhkəməsində icraat
17. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 7 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 177 m2 (çıxarışa əsasən 167,8 m2 ) olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC və İddiaçı arasında bağlandığı bildirilən 21 yanvar 2009-cu il tarixli müqavilə və İddiaçı adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, 21 yanvar 2009-cu il tarixli müqavilədən doğan hüquqi nəticələrin, o cümlədən ünvan 7 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 177 m2 (çıxarışa əsasən 167,8 m2 ) olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeyd əsasında onun adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrin ibarət hərəkətlərinə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma tələbi barədə” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 6 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyriyaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneələrə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia əsasında başlanmış mülki işə baxmış Xətai Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2(011)-2980/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsini, İddiaçı ünvan 8 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulmasını, İddiaçı ünvan 8 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m-dən ibarət (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsinə buraxılmasını qət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC apelyasiya şikayəti vermiş, apelyasiya şikayətinə baxılması məhkəmə baxışına təyin edilmişdir. He sab edir ki, İddiaçı, 2(011)-2980/2022 nömrəli mülki iş üzrə MMC-yə qarşı irəli sürdüyü iddia tələbinin əsasını təşkil edən Cavabdeh MMC-nin direktoru X4 və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009- cu il tarixli müqavilə etibarsız əqddir. Belə ki, ümumi sahəsi 177 kv.m ibarət qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı və Cavabdeh MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Həmin qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə Cavabdeh MMC-nin iradə ifadəsi olmamışdır. Belə ki, 2008-ci ilin sonları, 2009-cu ilin əvvəli, o vaxt Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri vəzifəsində işləyən Eldar Mahmudov Cavabdeh MMC-nin rəhbərliyinə müxtəlif vasitələrlə təzyiqlər göstərərək ünvan 8 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış s ahəsindən oğlu, hazırkı iş üzrə cavabdeh İddiaçı adına 177 kv.m ölçüsündə qeyri-yaşayış sahəsinin sənədləşdirilməsini tələb etmişdir. MMC-nin rəhbərliyi, binanın tikintisinin külli miqdarda maliyyə vəsaitinə başa gələcəyini, tələb edilən ölçüdə qeyri-yaşayış sahəsinin böyük bir sahə olduğunu, bu səbəbdən həmin əmlakın dəyərinin də çox böyük məbləğdə pul vəsaiti tələb etdiyini, qeyri-yaşayış sahəsinin əvəzsiz verilməsinin mümkün olmadığını E.Mahmudovun göndərdiyi adamlara bildirmişdir. Təzyiqlər bir müddət davam etmiş, lakin sonradan E.Mahmudovun göstərişi ilə MMC-yə bildirilmişdir ki, qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmasa, MMC-nin rəhbərliyi və yaxın qohumları ilə “başqa cür rəftar ediləcəkdir”. E.Mahmudovun yuxarıda qeyd edilən vəzifədə olması səbəbindən onun təzyiqlərinə dava m gətirmək mümkün deyildi və son nəticədə MMC-nin rəhbərliyi göstərilən davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalıb qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmilləşdirilməsi barədə MMC-nin direktoru M.Cəfərova zorla müqaviləyə imza etdirillmişdir. Eyni zamanda MMC, İddiaçı adına sözügedən qeyri-yaşayış sahəsinin dəyərinin guya ödənilmiş olmasına dair “Maliyyə arayışı” hazırlayaraq əks tərəfə təqdim etmişdir. Bu məsələnin üstündən çox bir zaman keçmiş, İddiaçı heç vaxt qeyri-yaşayış sahəsini MMC-dən tələb etməmişdir. Göründüyü kimi, hazırda etibarlılığı mübahisələndirilən “Sahil-D Kompani “ MMC və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqavilə hakimiyyətdən sui-istifadə, hədə-qorxu təsiri altında imzalanmış müqavilədir. Həmin müqavilədə qeyd olunan q eyri-yaşayış sahəsinə görə İddiaçı MMC-nin hesabına hər hansı məbləğdə pul ödəməmişdir. İddiaçı və Cavabdeh MMC arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqavilə etibarsız əqdir və Cavabdeh MMC üçün heç bir hüquqi nəticə doğurmamalıdır. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, N ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi təxminən 780 kv.m. təşkil edir (binanın bütöv altı). Həmin qeyri-yaşayış sahəsi 5 ayrı-ayrı sahələrə bölünərək, ayrı-ayrı şəxslərə satılmışdır. Həmin şəxslərin arasında isə iş üzrə İddiaçı yoxdur. İddiaçının iddia etdiyi nə 177 kv.m (müqavilə üzrə), nə də ki, 167 kv.m (çıxarış üzrə) sahə də həmin qeyri-yaşayış sahəsində yoxdur. Belə ki, 4 №-li yaşayı ş binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi təxminən 780 kv.m təşkil edən qeyriyaşayış sahəsinə dair Cavabdeh MMC X7 ilə (87 kv.m) xx.xx.2013-cü il tarixdə, 3-cü şəxs Abbas oğlu ilə (174,0 kv.m) xx.xx.2008-ci il tarixdə, X2 ilə (80 kv.m), X5 ilə (131 kv.m) 2008-ci il tarixdə (sonradan "xxxx" MMC-yə satılmışdır) ilə və “Azərbaycan Karlar Cəmiyyəti” İçtimai Birlik ilə (305,0 kv.m) xx.xx.2020-ci il tarixdə müqavilələr bağlanmışdır. Həmin müqavilələr əsasında plan-sxemlər tərtib edilmiş, əmlaklar müqavilə bağlanmış şəxslərə təhvil verilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, N ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində iddiaçının iddia etdiyi 177 kv.m (müqavilə üzrə) və ya 167 kv.m (ç ıxarış üzrə) sahə mövcud deyildir. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, N ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi “Sahil-D”Sahil-D Kompani” MMC və İddiaçı arasında bağlandığı iddia edilən qeyri-yaşayış sahəsi isə əslində 177 kv.m ibarət olmaqla 14 yanvar 2008-ci il tarixdə 3-cü şəxs Abbas oğluna satılmış qeyri-yaşayış sahəsidir. Belə ki, ünvan 9 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 174 kv.m qeyri-yaşayış sahəsinə dair Elsevər Talıbov və Cavabdeh MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən Elsevər Talıbova təhvil verilmiş, sonuncu isə həmin əmlakın dəyərini MMC-yə tam ödəmiş və qeyri-yaşayış sahəsini qəbul etmişdir. Qeyriyaşayış sahəsinin dəyərinin Cavabdeh MMC-yə tam ödənilməsi barədə MMC tərəfindən Elsevər Talıovun adına verilmiş kassa mədaxil orderi və maliyyə arayışı ilə təsdiq edilir. Elsevər Talıbov qeyri-yaşayış sahəsinin dəyərini ödədiyi vaxtdan da həmin əmlakın mülkiyyətçisi hesab edilmişdir. X11 və Cavabdeh MMC arasında müqavilə bağlandığı vaxt (xx.xx.2008-ci il) zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2008-ci il tarixdən Els evər Talıbovun natamam mülkiyyət hüququ ilə yüklü olmuşdur. Belə olan halda, həmin əmlak mülkiyyətçi Elsevər Talıbovun razılığı olmadan başqa şəxsə özgəninkiləşdirilə bilməzdi. Onu da qeyd etmək lazımdır ki, Elsevər Talıbovun dəyərini ödəyərək əldə etdiyi 174 kv.m qeyri-yaşayış sahəsi İddiaçı ümumiyyətlə təhvil verilməmiş, həmin əmlak onun sahiblik və istifadəsində heç vaxt olmamışdır. Qeyriyaşayış sahəsi müqavilə bağlandığı 2008-ci ildən Elsevər Talıbovun faktiki istifadə və sahibliyində olmuşdur. ünvan 7 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, sonuncunun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Belə ki, Mütəşəkil Cina yətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh MMC-nin inşa etdiyi 12 ədəd mənzil və Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinin qapıları bağlanmış, qeyri-yaşayış sahəsindən istifadə edilməsi, təmir işlərinin aparılması Elsevər Talıbova qadağan edilmişdir. Bu səbəbdən də Elsevər Talıbov iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 10 ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Elsevər Talıbovun həmin iddiası təmin edilmiş, ünvan 7 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində Elsevər Talıbovun sahiblik və istifadə hüququnun tanıması, həmin qeyri-yaşayış sahəsindən Elsevər Talıbov tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmişdir. ünvan 7 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 177 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC və İddiaçı arasında 21 yanvar 2009-cu il tarixdə müqavilə bağlanmamışdır. Həmin qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçı tərəfindən hərhansı məbləğdə ödəniş həyata keçirilməmişdir. Həmin qeyri-yaşayış sahəsi İddiaçı ümumi yyətlə təhvil verilməmiş, bu əmlak onun sahiblik və istifadəsində heç vaxt olmamışdır. Sözügedən qeyri-yaşayış sahəsi 174 kv.m olmaqla 14 yanvar 2008-ci il tarixdə Elsevər Talıbovun faktiki istifadə və sahibliyində olmuşdur. Həmin əmlakla bağlı hüquqlarının İddiaçı ötürülməsi və ya müqavilə bağlanmasına Elsevər Talıbov razılıq verməmişdir. İddiaçı onunla Cavabdeh MMC arasında 21 yanvar 2009-cu il tarixdə bağlandığı iddia etdiyi müqavilə etibarsız əqddir.
19. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddia tələbinin heç bir əsası yoxdur, həmin tələb əsassız və tamamilə absurddur, bundan əlavə, həmin tələb üzrə iddia müddəti heç bir üzrlü sə bəb olmadan ötürülmüş, bununla bağlı dəlilləri ayrıca verilmiş ərizədə sadalamışdır. Bundan başqa, aşağıda qeyd olunanlarla iddia tələbinin tamamilə əsassız olması sübuta yetirilir və bu səbəbdən də iddia tələbi təmin olunmamalıdır. İddiaçının sübut qismində təqdim etdiyi və iddiasının hüquqi əsasını təşkil edən xx.xx.2008-ci il tarixli müqavilə qanunla müəyyən olunmuş qaydada təsdiq olunmadığından onun iddiası hər bir halda təmin oluna bilməz. Digər tərəfdən, hətta həmin sənədin (müqavilənin) qanunla müəyyən olunmuş qaydada təsdiq edilməklə məhkəməyə təqdim edildiyi və bu səbəblə sübut qismində nəzərə alınmalı olduğu fərziyyə olaraq qəbul edilsə belə, yenə də iddianın əsaslı olduğu qənaətinə gəlmək mümkün deyildir. Belə ki, işin həqiqi halına görə, mübahisələndirilən obyekt məhz iddiaçı i lə əldə olunan razılığa əsasən, İddiaçı adına rəsmiləşdirilmiş, bu zaman hər hansı qanunsuzluğa yol verilməmiş və nəticədə obyekt onun adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İddiaçının iddiasının hüquqi əsası kimi istinad etdiyi müqavilənin onda olmaması, obyektin 11 ildən artıq müddət ərzində maraqı şəxs Elsevər Talıbova təhvil verilməməsi, onun bu illər ərzində obyekti təhvil vermək öhdəliyini üzərinə götürmüş MMCdən bu öhdəliyini icra etməsini tələb etməməsi, ona bu barədə müraciətlər etməməsi, obyektlərlə maraqlanmaması, obyektin ona təhvil verilməməsi, obyektin 2014- cü ildən mülkiyyət hüququ üzrə başqasının adına qeydə alınması, onun yalnız 11 ildən sonra məhkəməyə müraciət etməsi, xüsusən də Elsevər Talıbovun adına olan müqavilədə onun şəxsiyyət vəsiqəsinin seriya və nömrə sinin, əmlakın dəyərinin qeyd olunmaması, digər müqavilələrdən fərqli olaraq Elsevər Talıbovun müqaviləsində 2.1 bənd ola-ola 2.2-ci bəndin, yəni əmlakın hər kvadratına görə və ümumi dəyərinin göstərilməməsi, habelə ekspertiza təyin olunmağın qarşısını almaq üçün müqavilənin əslinin təqdim olunmaması ilə bağlı işin faktiki halları da obyektin həqiqətən də İddiaçı məxsus olması və xx.xx.2008ci il tarix kimi qeyd edilən müqavilənin saxtakarlıqla arxa tarixə tərtib edilməsi qənaətinə gəlməyə əsas verir. Hətta mübahisə mövzusu olan obyektə dair həyata keçirilən sonrakı rəsmiləşdirmənin iddiaçının və maraqlı şəxsin iradəsini əks etdirmədiyi qəbul edilsə belə, iddia yenə də əsaslı sayıla bilməz. Çünki yuxarıda da qeyd edildiyi kimi, xx.xx.2008-ci il tarixli müqaviləyə görə, iddiaçı cəmiyyət müba hisə mövzusu olan obyekti maraqlı şəxsə təhvil vermək öhdəliyini öz üzərinə götürmüş, lakin obyekt ona təhvil verilməmişdir. Maraqlı şəxsin özü də Bakı şəhəri Xətai Rayon Məhkəməsində irəli sürdüyü iddiasında obyektin təmirinə buraxılmadığını iddia etmiş, Sahil-D şirkəti isə məhkəməyə gələrək iddianı etiraf etmiş və qətnamə icra edilərkən çəkilən videomaterialdan görünür ki, obyekt 2 faktiki olaraq təmirli və mebel ilə təhciz edilmiş vəziyyətdə olmuşdur ki, bu xüsusat da qeyd olunan iddianın süni şəkildə qaldırıldığı qənaətinə gəlməyə aydın şəkildə imkan verir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Əksinə işin mübahisəsiz halına görə, mübahisələndirilən obyekt məhz İddiaçı təhvil verilmiş, sonuncu həmin obyekti təmir etdirmiş, zamanında obyektin təmirini müşahidə etmək açıq-aşkar mümkün olmuş, habelə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq ona müvafiq çıxarış verilmişdir. İşin qeyd edilən halı işdə olan sənədlərlə də tam sübut olunur, o cümlədən obyektin təmir olunmasını isə hətta kənardan belə görmək mümkün olduğundan bu xüsusatın, yəni obyektin ən azı 2014-cü ildən başqa birinin sahibliyində olması faktının iddiaçı üçün açıq-aşkar olması danılmazdır. Qeyd edilməlidir ki, mülki hüquq münasibətlərində borclunun eyni əşyanı iki və ya daha artıq şəxsə (kreditora) verəcə yi barədə öhdəlik götürməsi (müqavilə bağlaması) halları mümkündür. Belə hallarda borclu, bağladığı müqavilələrlə bir əşyanı müxtəlif şəxslərə verəcəyi (mülkiyyətinə keçirəcəyi) barədə üzərinə öhdəlik götürmüş olur. Bu məzmunda müqavilənin bağlanması ilə kreditorlardan heç biri avtomatik olaraq həmin əşyanın mülkiyyətçisi olmur (mülkiyyəti qazanmırlar). Bu kimi hallarda əşyanın mülkiyyətini alıcılardan hansının qazanması qanunvericiliklə tənzimlənmişdir. Göründüyü kimi qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydasını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanı n borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Əşyaya sahiblənmə dedikdə hüquqi sənədləşmə ilə yanaşı, həmçinin faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairə sində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması (qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi), mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Ona görə də, qeyd edilən aktiv 3 hərəkətlərlə dəstəklənməyən təhvil aktı və ya müqavilə özü-özlüyündə sahiblənməni təsdiqləyən sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi, İddiaçı mübahisə mövzusu olan obyektə (əşyaya) faktiki sahiblənən alıcı olduğundan, obyekt (əşya) artıq ona faktiki olaraq verildiyindən, bir müddət əsaslı təmir işləri aparılmaqla tikinti-quraşdırma işlərinin aparılması müşayiət edildiyindən və keçən 14 illik müddət ərzində ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən, habelə daşınmaz əmlakın dövlət reyestrində onu n adına qeydə alındığından digər kreditorun (iddiaçının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmışdır.
3. Şərh edilənlərlə yanaşı həmçinin nəzərə alınmalıdır ki, iddiaçının adına olan müqavilənin tarix etibarı ilə daha əvvəl olması da, sonrakı müqavilələrin etibarlığına bu və ya digər formada təsir etmir. Həqiqətən də qanunvericilikdə fərdi-müəyyən əşyaların alqı-satqısı baxımından belə bir etibarlılıq şərti nəzərdə tutulmayıb, tam əksinə, MM-in məhz elə 452.1-ci maddəsinin son iki cümləsində nəzərdə tutulan müddəalar bu müqavilələrin hamısının etibarlı olduğunu göstərir. Buna görə də bu müqavilə üzrə borclu kimə icra hərəkəti etmişsə, həmin icra etibarlıdır.
4. Bundan başqa, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmuş olsa idi belə, onun tərəfindən müvafi q iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüş və bununla bağlı ayrıca ərizə də verilmişdir. Yuxarıda göstərildiyi kimi, iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi müqavilə 2008-ci ilin avqust ayında “bağlanmış” və müvafiq 3.2-ci bəndinə əsasən obyekt alıcıya 24 ay sonra veriləcəyi göstərilmişdir. Maraqlı şəxs isə obyektin təhvil verilməli olduğu həmin tarixdən sonra iddiaçı şirkətə qarşı hər hansı tələb irəli sürməmiş, yalnız 2019-cu il tarixdə (obyektin təhvil verilməli olduğu tarixdən 9 il sonra) süni şəkildə təşkil edilmiş iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddia müddətinin tətbiq edilməsi mülki hüquq münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır və mülki hüquq münasibətlərində q eyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. Həmçinin, iddiaçı əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə də əməl etməmişdir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşdən aydın olur ki, mübahisələndirilən obyektə dair İddiaçıla xx.xx.2009-cu il tarixdə müqavilə bağlanmış, obyekt məhz ona təhvil verilmiş, həmçinin 2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İddiaçının və maraqlı şəxsin həmin tarixlərdən etibarən müvafiq olaraq 12-7 il ərzində obyektlə maraqlanmaması, onun güya başqa şəxsə satıldığını öyrənməməsi ağlabatan və məntiqli deyildir. Onlar, bu qədər uzun müddət ərzində qeyd edilənlərdən hər bir halda xə bərdar olmalı (bilməli) idi. Bununla belə onlar, İddiaçı adına olan müqavilənin etibarsızlığını xx.xx.2023-cü il tarixdə, yəni 1 ildən artıq müddət keçdikdən sonra mübahisələndirmişdir.
20. Cavabdeh İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianın faktiki əsası kimi istinad olunan müqavilə xx.xx.2009-cu il tarixdə bağlanmış, hazırkı tələb isə 19 il sonra qaldırılmışdır. Həmçinin, iddia olunan qeyri-yaşayış sahəsi 2021-ci ilin ortalarından etibarən tərəflər arasında mübahisə predmeti olmuş, qeyd olunan tarixdən hazırkı iddianın verildiyi tarixədək 2 ildən çox vaxt keçmiş, yəni iddiaçı müqavilələri qanunla nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməklə mübahisələndirmişdir. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarı lmasını xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 3-cü şəxs Abbas oğlu izahat verərək bildirmişdir ki, o istəyir ki, onun obyekti özünə qaytarılsın. Əqdin etibarsız olmasına razıdır.
22. Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Orxan Məmmədli) ilə iddia təmin edilməmişdir.
23. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, İddiaçı qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və buna dair ona xx.xx.2014-cü il tarixdə çıxarış verilmişdir. İddiaçıya verilmiş çıxarış nə Cavabdeh MMC, nə də 3-cü şəxs tərəfindən mübahisələ ndirilməmişdir və həmin çıxarış qüvvədədir. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri,, N ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində 3-cü şəxs Abbas oğlunun sahiblik və istifadə hüquqlarının tanınması, Bakı şəhəri, N ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.m olan qeyriyaşayış sahəsindən (mağazadan) 3-cü şəxs Abbas oğlu tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilsə də, həmin işlə bağlı İddiaçı məlumatlandırılmamış, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməmişdir. Həmçinin iddia ərizəsi və iddiaçının nümayəndəsi v ə vəkilinin izahatından görünür ki, iddiaçı Cavabdeh MMC rəhbərliyinin Eldar Mahmudovun göstərdiyi davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalaraq qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə əsaslanır. Halbuki, Eldar Mahmudov tərəfindən davamlı təzyiq göstərildiyi halda qeyri-qanuni hərəkət edərək, 2008-ci ildə artıq 3-cü şəxs Abbas oğlunun adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin yenidən, 2009-cu ildə Cavabdeh MMC tərəfindən İddiaçı adına müqavilə ilə rəsmiləşdirilməsi inandırıcı deyil və iddia ərizəsində ziddiyyətlərə yol açır.
24. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf istinad etdiyi 3-cü şəxs Abbas oğlu və Cavabdeh MMC arasında bağlanmış 14 yanvar 2008-ci il tarixli müqavilənin əslini məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materillarında olan və iddiaçı t ərəfin münahisələndirdiyi cavabdeh İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 21 yanvar 2009-cu il tarixli müqavilənin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışın surəti məhz cavabdeh tərəfindən təqdim edilmişdir.
25. Məhkəmə iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilən cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair icraat üzrə iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizədə qeyd olunmuşdur ki, iddiaçının iddiasının faktiki əsas ı kimi istinad etdiyi müqavilə xx.xx.2009-cu il tarixdə bağlanmışdır. Müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia isə, yalnız xx.xx.2023-cü il tarixdə qaldırılmışdır. Eyni zamanda iş materiallarında müxtəlif məhkəmə qətnamələrinin və digər sənədlərin olması iddiaçının bu məsələ ilə bağlı məlumatlı olduğunu göstərir.
26. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
27. Məhkəmə hesab etmişdir ki, belə olduğu halda iddia tələbi qalan hissədə, yəni İddiaçı mülkiyyət hüququnun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeyd əsasında onun adına verilmiş xx.xx.2014-cü il tarixli çıx arışın ləğv edilməsi hissəsində təmin oluna bilməz.
28. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 324.1, 337.1, 337.2, 339.1, 354 və 390.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında göstərilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. c) Birləşdirilmiş işlər üzrə apellyasiya instansiyası məhkəməsində icraat
29. Cavabdeh MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2980/2022 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı Cavabdeh MMC- yə qarşı “maneələrin aradan qaldırılması” iddiasının təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi kimi, mübahisəli qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı və Cavabdeh MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Həmin qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə Cavabdeh MMC- nin iradə ifadəsi olmamışdır. Həmin çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi təxminən 780 kv.m. təşkil edir (binanın bütöv altı) və həmin qeyri-yaşayış sahəsi 5 ayrı-ayrı sahələrə bölünərək, ayrı-ayrı şəxslərə satılmışdır. Həmin şəxslərin arasında isə hazırkı iş üzrə İddiaç ı yoxdur. İddiaçının iddia etdiyi nə 177 kv.m (müqavilə üzrə), nə də ki, 167 kv.m (çıxarış üzrə) sahə də həmin qeyriyaşayış sahəsində yoxdur. Belə ki, 4 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi təxminən 780 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC X7 ilə (87 k v.m) xx.xx.2013-cü il tarixdə, 3-cü şəxs Abbas oğlu ilə (174,0 kv.m) xx.xx.2008-ci il tarixdə, X2 ilə (80 kv.m), X5 ilə (131 kv.m) 2008-ci il tarixdə (sonradan "xxxx" MMC-yə satılmışdır) və “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birlik ilə ((305,0 kv.m) xx.xx.2020-ci il tarixdə müqavilələr bağlanmışdır. Həmin müqavilələr əsasında plansxemlər tərtib edilmiş, əmlaklar müqavilə bağlanmış şəxslərə təhvil verilmişdir (müqavilələr, çıxarış, plan sxemlər apellyasiya şikayətinə əlavə edilir. Göründüyü kimi, ünvan 10 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində iddiaçının iddia etdiyi 177 kv.m (müqavilə üzrə) və ya 167 kv.m (çıxarış üzrə) sahə mövcud deyildir. Bütün bunlar barədə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi birinci instansiyası məhkəməsinə məlumat vermişdir. Qeyd olunan 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən ayrı-ayrı hissələrə bölünərək özgəninkiləşdirilmişdir və həmin mərtəbədə artıq Cavabdeh MMC-yə məxsus əmlak yoxdur. Belə olan halda, Cavabdeh MMC-nin İddiaçı guya “ona məxsus sahəyə” buraxmaması barədə bildirdikləri həqiqətə uyğun deyil. Çünki İddiaçı adına çıxarış olsa da, çıxarışda qeyd olunan sahə ünvan 11 ünvanda inşa edilmiş 4 nö mrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yoxdur. Həmçinin "xxxx" MMC-yə həmin yerdə əmlak məxsus deyil. Belə olan vəziyyətdə Cavabdeh MMC hazırkı iş üzrə iddia tələbinə cavabdeh olan şəxs deyil. Əslində İddiaçı, qeyd olunan çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin tərkibi hissəsi olan Elsevər Talıbova məxsus, sahəsi 174 kv.m. olan əmlaka iddia edir. Bununla bağlı bildirilir ki, Cavabdeh MMC və Elsevər Talıbov arasında xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə əsasında Elsevər Talıbov qeyd olunan 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsini əldə etmişdir. Sonuncu, qeyd edilən əmlakın tam dəyərini Cavabdeh MMC-yə ödəmiş, bu barədə ona maliyyə arayışı və kassa mədaxil orderi verilmişdir. Ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, Elsevər Talıbovun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Belə ki, Elsevər Talıbov iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 10 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 4563/2019 saylı qətnaməsi ilə iddia tam həcmdə təmin edilmişdir. Elsevər Talıbov hə min qeyri-yaşayış sahəsini təmir etmişdir. Hazırda da həmin əmlak sonuncunun qanuni sahiblik və istifadəsindədir. Hazırkı iş üzrə İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması barədə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğuna görə, iddiaçı Elsevər Talıbova qarşı deyil, Cavabdeh MMC-yə qarşı iddia irəli sürmüşdür. Halbuki Cavabdeh MMC orada hər hansı əmlaka malik deyil. İddiaçı isə ona məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin texniki göstəricilərini, o cümlədən sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini əks etdirən plan-sxem və digər zəruri məlumatları məhkəməyə təqdim etməmişdir. İşə baxan birinci instansiyası məhkəməsi də qeyd edilən məlumatları iddiaçıdan tələb etməmiş, məhkəmə tikinti-texniki ekspe rtiza təyin etməmiş, qərar qəbul edərkən, yalnız bir çıxarışa əsaslanmış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır.
31. Elsevər Talıbov apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması” iddiasının təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmetinin yönəldiyi ünvan 9 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 174 kv.m qeyri-yaşayış sahəsinə dair onunla "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsi Cavab deh MMC tərəfindən ona təhvil verilmiş, o isə həmin əmlakın dəyərini MMC-yə tam ödəmiş və qeyri-yaşayış sahəsini qəbul etmişdir. Qeyri-yaşayış sahəsinin dəyərinin Cavabdeh MMC-yə tam ödənilməsi MMC tərəfindən onun adına verilmiş kassa mədaxil orderi və maliyyə arayışı ilə təsdiq edilir. Qeyri-yaşayış sahəsinin dəyərini ödədiyi vaxtdan da həmin əmlakın mülkiyyətçisi hesab edilmişdir. Çünki, Elsevər Talıbov və Cavabdeh MMC arasında müqavilə bağlandığı (xx.xx.2008-ci il) zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respub likası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il Plenum Qərarı ilə müəyyən edilmiş və qərara alınmışdır ki, Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə görə, əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunverciliklə müəyyən edilmiş hədlərdə barəsində s ərəncam vermək üçün əsasdır. O da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1-ci maddəsinə görə, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Yuxarıda qeyd olunluğu kimi, ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2008-ci il tarixdən Elsevər Talıbovun natamam mülkiyyət hüququ ilə yüklü olmuşdur. Belə olan halda, həmin əmlak mülkiyyətçi Elsevər Talıbovun razılığı olmadan başqa şəxsə özgəninkiləşdirilə bilməzdi. Onu da qeyd etmək lazımdır ki, Elsevər Talıbovun dəyərini ödəyərək əldə etdiyi 174 kv.m qeyri-yaşayış sahəsi İddiaçı ümumiyyətlə təhvil verilməmişdir.
33. Qeyri-yaşayış sahəsi müqavilə bağlandığı 2008-ci ildən El sevər Talıbovun faktiki istifadə və sahibliyində olmuşdur. Lakin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh MMC-nin inşa etdiyi 12 ədəd mənzil və Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinin qapıları bağlanmış, qeyri-yaşayış sahəsindən istifadə edilməsi, təmir işlərinin aparılması Elsevər Talıbova qadağan edilmişdir. Bu səbəbdən də sonuncu, iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 10 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Göründüyü kimi, həmin qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, sonuncunun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Bundan sonra Elsevər Talıbov həmin qeyri-yaşayış sahəsini təmir etdirmişdir. Hazırda da həmin əmlak Elsevər Talıbovun qanuni sahiblik və istifadəsindədir. Hazırkı iş üzrə İddiaçı, əsassız iddia etdiyi qeyri-yaşayış sahəsi üzərində Elsevər Talıbovun hüquqlarının tanınması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olması barədə məlumatlıdır. Bu səbəbdən də o, Elsevər Talıbova qarşı deyil, Cavabdeh MMC-yə qarşı iddia irəli sürmüşdür. Halbuki, Cavabdeh MMC orada hər hansı əmlaka malik deyil. Həmin yerdə yerləş ən qeyri-yaşayış sahəsi isə Elsevər Talıbova məxsusdur və həmin sahənin ümumi ölçüsü 174 kv.m təşkil edir. Onu da qeyd etmək lazımdır ki, İddiaçı əvvəllər heç vaxt Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinə iddia etməmiş, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda olmamış, Elsevər Talıbova qarşı heç bir pretenziya, tələb irəli sürməmişdir. Elsevər Talıbov hazırda apelyasiya qaydasında mübahisələndirdiyi qətnamənin mövcudluğundan Türkiyə Respublikasından qayıtdıqdan sonra, Cavabdeh MMC-nin işçilərinin verdiyi məlumat əsasında 2023-cü ilin yanvar ayında xəbəri olmuşdur. Sahil-D Kompani” MMC-nin işçisindən aldığı qətnamədən görünür ki, MMC-nin nümayəndəsi Anar Hüseynov izahatında bildirmişdir ki, İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə bağlanmış müqavilə saxta dır. Əslində həmin əmlakın mülkiyyətçisi Elsevər Talıbovdur. Bunları bildirən nümayəndə Anar Hüseynov məhkəməyə sənədləri, o cümlədən də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətini təqdim etmişdir. Lakin buna baxmayaraq, işə baxan birinci instansiyası məhkəməsi, Elsevər Talıbovu hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb etməmiş, son nəticədə isə Elsevər Talıbovun hüquq və maraqlarına toxunan qətnamə qəbul etmişdir. Qeyd olunan kobud prosessual pozuntudan başqa, birinci instansiyası məhkəməsi həmçinin İddiaçı ona məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin texniki göstəricilərini, o cümlədən sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini əks etdirən plan-sxem və digər zəruri məlumatların mövcud olmamasına əhəmiyyət verməmiş, qeyd edlilən məlumatları, sənədləri, sübutları İddiaçı tələb etməmiş, iş üzrə öz təşəbbüsü ilə məhkəmə tikinti-texniki ekspertiza təyin etməmiş, qeyri-yaşayış sahəsinə baxış keçirməmiş, qərar qəbul edərkən, yalnız İddiaçı adına olan çıxarışa əsaslanmış, iş üzrə əsaslı və qanuni qərar qəbul edilməsi üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Xətai Rayon Məhkəməsi həmçinin İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilib-verilməməsini, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş texniki pasport (verildiyi halda) hansı əmlakın ölçüləri əsasında verilməsi istiqamətində də heç bir hərəkət etməmiş, bununla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərməmiş, cavablar almamış, işin baxılmasına səthi yanaşmışdır. Xətai Ra yon Məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış Elsevər Talıbovun hüquq və vəzifələrinə dair məsələni onun hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişdir. Bu isə birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.
34. Cavabdeh MMC həmçinin Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin direktoru X4 və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqavilə etibarsız əqddir. Belə ki, ümumi sahəsi 177 kv.m ibarət qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı və Cav abdeh MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Həmin qeyriyaşayış sahəsinin İddiaçı satılması barədə Cavabdeh MMC-nin iradə ifadəsi olmamışdır. Belə ki, 2008-ci ilin sonları, 2009-cu ilin əvvəli, o vaxt Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri vəzifəsində işləyən Eldar Mahmudov ”Sahil-D Kompani” MMC-nin rəhbərliyinə müxtəlif vasitələrlə təzyiqlər göstərərək ünvan 8 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsindən oğlu, hazırkı iş üzrə cavabdeh İddiaçı adına 177 kv.m ölçüsündə qeyri-yaşayış sahəsinin sənədləşdirilməsini tələb etmişdir. Təzyiqlər bir müddət davam etmiş, lakin sonradan Eldar Mahmudovun göstərişi ilə MMCyə bildirilmişdir ki, qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmasa, MMC-nin rəhbərliyi və yaxın qohumları ilə “başqa cür rəfta r ediləcəkdir”. Eldar Mahmudovun yuxarıda qeyd edilən vəzifədə olması səbəbindən onun təzyiqlərinə davam gətirmək mümkün deyildi və son nəticədə MMC-nin rəhbərliyi göstərilən davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalıb qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmilləşdirilməsi barədə MMC-nin direktoru M.Cəfərova zorla müqaviləyə imza etdirillmişdir. Eyni zamanda MMC, İddiaçı adına sözügedən qeyri-yaşayış sahəsinin dəyərinin guya ödənilmiş olmasına dair “maliyyə arayışı” hazırlayaraq əks tərəfə təqdim etmişdir. Bu məsələnin üstündən çox zaman keçmiş, İddiaçı heç vaxt qeyri-yaşayış sahəsini MMC-dən tələb etməmişdir.
36. Göründüyü kimi, hazırda etibarlılığı mübahisələndirilən Cavabdeh MMC və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqavilə hakimiyyətdən suiistifadə, hədə-qorxu təsiri altında imzalanmış müqavilədir. Müqavilədə qeyd olunan qeyriyaşayış sahəsinə görə İddiaçı MMC-nin hesabına hər hansı məbləğdə pul ödəməmişdir. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, N ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi təxminən 780 kv.m. təşkil edir (binanın bütöv altı). İddiaçının iddia etdiyi nə 177 kv.m (müqavilə üzrə), nə də ki, 167 kv.m (çıxarış üzrə) sahə də həmin qeyriyaşayış sahəsində yoxdur. Cavabdeh MMC və İddiaçı arasında bağlandığı iddia edilən qeyri-yaşayış sahəsi isə əslində 177 kv.m ibarət olmaqla 14 yanvar 2008-ci il tarixdə 3-cü şəxs Abbas oğluna satılmış qeyri-yaşayış sahəsidir. Həmin qeyri-yaşayış sahəsinin Elsevər Talıbova m əxsus olması, sonuncunun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Belə ki, Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh MMC-nin inşa etdiyi 12 ədəd mənzil və Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinin qapıları bağlanmış, qeyri-yaşayış sahəsindən istifadə edilməsi, təmir işlərinin aparılması Elsevər Talıbova qadağan edilmişdir. Bu səbəbdən də sonuncu, iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 10 ünvanda inşa edilmiş 4 №- li çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Göründüyü kimi, Elsevər Talıbovun Cavabdeh MMC ilə bağladığı müqavilənin şərtlərinə və həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə, həm də qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mübahisəli əmlakın mülkiyyətçisidir. Belə olan halda, onun razılığı olmadan əmlak başqa şəxsə (İddiaçı) özgəninkiləşdirilə bilməzdi. Bundan başqa, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 354-cü maddəsinin müddəalarını səhv təfsir və tətbiq edərək iddiaçı Cavabdeh MMC-nin iddiasının müddətlə məhdudlaşmış olduğu qənaətinə gəlmişlər.
37. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6493/2023 xx.xx.2023-cü il tarixli qər ardadı ilə (hakim Musayeva Cəmilə) iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-6493/2023 saylı mülki iş İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma” tələbinə dair 2(103)-6077/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.
38. İşə apellyasiya qaydasında baxılarkən, mübahisəli sahənin də yerləşdiyi binaların hazırkı idarəedicisi "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
39. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-419/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov – sədrlik edən və məruzəçi, Kamran Əkbərov və Elşə n Kazımov) birinci iş üzrə: Cavabdeh MMC və üçüncü şəxs 3-cü şəxs Abbas oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin olunması, Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 8 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulması, İddiaçı ünvan 8 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m-dən ibarət (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsinə buraxılması, apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC və üçüncü şəxs 3-cü şəxs Abbas oğlunun özlərinə aid edilməsi, ikinci iş üzrə: iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
40. Məhkəmə kollegiyası ilk növbədə ikinci iş üzrə iddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, 21 yanvar 2009-cu il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin direktoru X4 tərəfindən Bakı şəhəri,, N ünvanında inşa edilən 4 saylı yaşayış b inasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 177 m2 -dən ibarət olan qeyriyaşayış sahəsi (maqazin) İddiaçı təhvil verilmişdir. Belə ki, İddiaçı qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və buna dair ona xx.xx.2014-cü il tarixdə çıxarış verilmişdir. İddiaçıya verilmiş çıxarış indiyədək nə "xxxx" MMC, nə də Elsevər Talıbov tərəfindən mübahisələndirilməmişdir və həmin çıxarış qüvvədədir.
41. Məhkəmə kollegiyası həmin qeyri-yaşayış sahəsinin Elsevər Talıbovun sahiblik və istifadəsinə verilməsi barədə qüvvəyə minmiş məhkəmə aktı ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri,, N ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində E.Talıbovun sahibl ik və istifadə hüquqlarının tanınması, Bakı şəhəri, N ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsindən (mağazadan) Elsevər Talıbov tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilsə də, həmin işlə bağlı İddiaçı məlumatlandırılmamış, iş üzrə hər hansı qisimdə işdə iştirak etməyə cəlb edilməmişdir. Rayon məhkəməsi qeyd etmişdir ki, MTN rəhbərliyi tərəfindən davamlı təzyiq göstərildiyi halda qeyri-qanuni hərəkət edərək, 2008-ci ildə artıq Elsevər Talıbovun adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin yenidən, 2009-cu ildə Cavabdeh MMC tərəfindən İddiaçı adına müqavilə ilə rəsmiləşdirilməsi inandırıcı deyil və iddia ərizəsində ziddiyyətlərə yol açır. Həqiqətən də, əgər doğurd an da MMC-nin bildirdiyi kimi, İddiaçıla həmin vaxt müqavilə təzyiq və təsir altında bağlanmışdısa, həmin vaxt MMC-nin inşa etdiyi binalarda çoxlu sayda boş yerlərin olduğu halda, hansı səbəbdən məhz başqa şəxsə verilmiş sahəyə dair müqavilə bağlanmalı idi, MMC-nin nümayəndələri bu sualı hər hansı şəkildə izah edə bilməmişlər. İddiaçı Cavabdeh MMC MTN rəhbərliyinin göstərdiyi davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalaraq qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə istinad etsə də, buna dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, sübut təqdim etməmişdir. Bundan başqa, həmin qeyri-yaşayış sahəsinin MTN rəhbərliyi tərəfindən davamlı təzyiq göstərildiyi üçün məcburiyyətdən İddiaçı adına rəsmiləşdirdiyini iddia edən iddiaçı, 2009-cu ildə bağlanmış həmin müqavilənin etibarsızlığı ilə bağlı 2023-cü ildə, həm də İddiaçı öz mülkiyyət hüququnun müdafiəsinə dair MMC-yə qarşı tələb irəli sürdükdən sonra bu iddianı qaldırmışdır. Halbuki MTN 2015-ci ildə ləğv edilmişdir.
42. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həmin qeyri-yaşayış sahəsinin MTN rəhbərliyi tərəfindən davamlı təzyiq göstərildiyi üçün məcburiyyətdən İddiaçı adına rəsmiləşdirdiyini iddia edən iddiaçı, 2009-cu ildə bağlanmış həmin müqavilənin etibarsızlığı ilə bağlı 2023-cü ildə, həm də İddiaçı öz mülkiyyət hüququnun müdafiəsinə dair MMC-yə qarşı tələb irəli sürdükdən sonra iddianı qaldırmışdır. Halbuki MTN 2015-ci ildə ləğv edilmişdir.
43. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə istinadən qeyd etmişdir ki, iddiaçı həmin müqavilənin MTN rəhbərliyinin təzyiqi nəticəsində bağlanmasına istinad edir, belə olan halda MMC qurumun ləğv edildiyi 2015-ci ildən (əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir il ərzində) bir il ərzində əqdi mübahisələndirə bilərdi, lakin iddiaçı MMC həmin vaxt iddia qaldırmamış, yalnız xx.xx.2023-cü ildə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahi sələndirilməsi müddətini özündə ehtiva etdiyindən,həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz, belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Beləliklə, hazırkı iş üzrə rayon məhkəməsinin Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddətin keçməsinə görə hüququn xitamına səbəb olması barədə qənaəti əsaslıdır.
44. Məhkəmə kollegiyası birinci iş üzrə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh qeyriyaşayış obyektinin yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri barədə razılığa gəlməklə, müqavilə bağlamışlar. Müqavilənin qiyməti də iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Həmin müqavilə və bun a dair digər sənədlər iddiaçı tərəfindən təqdim edilməklə, qeyriyaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla bu barədə çıxarış verilmişdir.
45. Məhkəmə kollegiyası birinci iş üzrə üçüncü şəxs Elsevər Talıbovun apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulması barədə hazırkı iddiasına baxılarkən Elsevər Talıbov mülki işə cəlb edilməmiş, həmçinin rayon məhkəməsi tərəfindən cəlb olunmamış şəxsin hüquq və vəzifələrinə dair məsələ onun hüquqlarının pozulması ilə nəticələnməklə həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən MPM-in 387.2.4-cü maddəsinin pozuntusuna yol verildiyindən, birinci iş üzrə cavabdeh MMC və üçüncü şəxs Elsevər Talıbov tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Xətai Rayon Məhkəməsinin 2(011)2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi prosessual əsaslara görə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı iddia tələbi təmin edilməlidir.
46. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 140, 152.1, 157.4, 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 354, 752.1, 752.2, 752.3, 759.1, 759.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanıl masına dair” 12 mart 2020-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” xx.xx.2007-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 47. "xxxx" MMC (Vəkil4) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, Cavabdeh MMC-nin İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və s. tələbi barədə” iddiasının, habelə müstəqil tələb irəli sürən 3-cü şəxs 3-cü şəxs Abbas oğlunun İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və s. tələbi barədə” iddiasının təmin edilməsi, İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələrin a radan qaldırılması tələbi barədə” iddiasının rədd ediməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 48. "xxxx" MMC-nin kassasiya şikayəti cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2980/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. 49. 3-cü şəxs Abbas oğlu (Vəkil5) kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, Cavabdeh MMC-nin İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və s. tələbi barədə” iddiasının, habelə müstəqil tələb irəli sürən 3-cü şəxs 3-cü şəxs Abbas oğlunun İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilm əsi və s. tələbi barədə” iddiasının təmin edilməsi, İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbi barədə” iddiasının isə rədd ediməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 50. 3-cü şəxs Abbas oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırmışdır.
51. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2389/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində işə cəlb edilmiş Maraqlı şəxs (vəkil X3) kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, birinci iş üzrə iddia tələbinin rədd, ik inci iş üzrə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli daşınmaz əmlakı Maraqlı şəxs əmisi X1 15 sentyabr 2020-ci il tarxində 3-cü şəxs Abbas oğlundan almış, əmlakın alınmasına dair maliyyə arayışı da verilmişdir. 1 dekabr 2022-ci il tarixində DƏDKR publik hüquqi şəxs tərəfindən ********** saylı çıxarış verilmişdir. Həmçinin müvafiq texniki pasport da tərtib olunmuş və verilmişdir. Bundan sonra 27 mart 2024-cü ildə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X1 tam mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, N-cı məhəllə Fəzail Bayramov küçəsində yerləşən qeyri-yaşayış sahəsini Maraqlı şəxs bağışlamışdır. Bunun əsasında Maraqlı şəxs sözügedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixində DƏDKR publik hüquqi şəxs tərəfindən ********** reyestr nömrəsi ilə qeydiyyata alınmış və çıxarış verilmişdir. Mülki iş üzrə iddia predmeti olan, ünvan 12 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Maraqlı şəxsdır. Həmçinin 2020-ci ildən onların ailəsinin mülkiyyətində olan bu əmlak hər zaman onların sərəncamında olmuş, bu vaxtda qədər İddiaçı adlı şəxsi tanımamışlar. Hətta 6 aprel 2024-cü il tarixli xidmət müqaviləsinə əsasən icarəyə vermişlər. Belə ki, məhkəmə mübahisəsi ilə bağlı Maraqlı şəxs və onun ailəsinin xəbəri olmamışdır. Bununla yanaşı, məhkəmə qətnaməsini oxuyan zaman aydın olur ki, ümumiyyətlə hazırkı mübahisəyə baxılan zaman bir-birinə ziddiyətli məqamlar tam araşdırılmamışdır. İddiaçı əvvəlki mülkiyyətçi Elsevər Talıbovdan xəbəri olduğu halda, qeyri-yaşayış sahəsinin Sahil - D Kompani MMC-yə məxsus olmadığını bildiyi halda ona qarşı iddia irəli sürülməsi məhkəmələr tərəfindən kifayət qədər araşdırılmamış, İddiaçı qeyd olunan əmlakı dövlət reyestrində hansı əsaslarla qeydiyyata aldırmağa nail olması, bunun yalnız müqavilə ilə mümkün olmaması, eyni zamanda əmlaka dair iddia edilən ödənişin necə həyata keçirilməsi, qeyri-yaşayış sahəsinə xaricdə olduğundan baş çəkə bilməməsi, amma icarəyə verdiyinə dair ziddiyətli izahatlar, icarəyə verilibsə kimə verildiyi, icarəyə verildiyinə dair sənədlərin olub-olmaması kimi əsas məqamlar, bir icraatda birləşdirilmiş hər iki iş üçün kifayət qədər əhəmiyyət kəsb edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
54. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
55. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
56. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyat a keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
57. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
58. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və on lardan istifadə etməlidir.
60. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edil miş qüvvəsi yoxdur.
63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 418.4.6. Məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri
67. Qanunu n tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir.
70. Belə ki, Maraqlı şəxs kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, birinci iş üzrə iddianın rədd, ikinci iş üzrə iddianın təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs şikayətini belə əsaslandırmışdır ki, mübahisəli daşınmaz əmlakı onun əmisi X1 15 sentyabr 2020-ci il tarxində 3-cü şəxs Abbas oğlundan almış və B.Əliyevin mülkiyyət hüququna dair 1 dekabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarış verilmişdir. 27 mart 2024-cü ildə Bəhman Əliyev Bakı şəhəri, Xətai rayonu, N-cı məhəllə Fəzail Bayramov küçəsində yerləşən qeyri-yaşayış sahəsini ona bağışlamışdır. Bunun əsasında sözügedən qeyri-yaşayış sahəsi üzərində Maraqlı şəxs mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixində adı çəkilən reyestrdə qeydə alınaraq ona ********** reyestr nömrəli çıxarış verilmişdir.
71. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2389/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində işə cəlb edilmişdir.
72. Belə olan halda qətnamə şikayətin dəlillərindən asılı olamayaraq ləğv edilməli işə apelyasiya instansiya məhkəməsində Maraqlı şəxs iştirakı ilə baxılması təmin olunmalıdır.
73. Qanuna əsasən, məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlill ərindən asılı olmayaraq ləğv edilməlidir (§ 66).
74. Məhkəmə tərkibi qeyd edir ki, yeni apelyasiya baxışında aşağıdakı hallar da müzakirə olunmaqla onlara hüquqi qiymət verilməlidir.
75. Apelyasiya instansiyası məhkəməsi İddiaçı tələbi üzrə Mülki Məcəllənin 157.4-cü maddəsini tətbiq etmişdir. Həmin normaya əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
76. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması ilə yanaşı, cavabdeh tərəfindən əşyaya qəs d və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir.
77. Həmin iddia üzrə cavabdeh olan Cavabdeh MMC bildirir ki, İddiaçı tələbində göstərilən daşınmaz əşya onun sahibliyində deyil. Belə ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4563/2019 saylı qətnaməsi ilə Elsevər Talıbovun qeyriyaşayış sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə tələbi təmin olunmuşdur. Əmlak sonuncunun qanuni sahibliyində və istifadəsindədir, Cavabdeh MMC orada hər hansı əmlaka malik deyil. Buna baxmayaraq iddia Cavabdeh MMC-yə qarşı irəli sürülmüşdür.
78. Bundan əlavə, Maraqlı şəxs kassasiya şikayətində qeyd olunur ki, Bəhman Əliyev 15 sentyabr 2020-ci ildə mübahisəli əmlakı Elsevər Talıbovdan əldə edərək mülkiyyət hüququnu 1 dekabr 2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış, 27 mart 2024-cü ildə isə əmlakı Maraqlı şəxs bağışlamış və xx.xx.2024-cü ildə sonuncuya adı çəkilən reyestrdən mülkiyyət hüququna dair çıxarış verilmişdir. Maraqlı şəxs bildirdiyinə görə daşınmaz əşyanı 6 aprel 2024-cü il tarixli müqavilə əsasında icarəyə vermişdir.
79. Yuxarıda bildirilən hallar da nəzərə alınmaqla, İddiaçı münasibətdə mübahisənin obyekti olan daşınmaz əşyaya Cavabdeh MMC tərəfindən qəsd və ya başqa maneələr törədilib-törədilməməsi, dolayısı ilə onun sözügedən iddiaya cavab verən şəxs olubolmaması tam və hərtərəfli araşdırılmalı, nəticəsindən asılı olaraq İddiaçı ad ı çəkilən MMC-yə qarşı iddiasına yekun hüquqi qiymət verilməlidir.
80. Kollegiya onu da qeyd edir ki, Elsevər Talıbovun mübahisəli əşya üzərindəki hüquqlarını Bəhman Əliyevə ötürməsi və bununla da mübahisə predmetinə olan mülki hüquqlarının aradan qalxması faktları təsbit ediləcəyi halda işdə iştirak edən E.Talıbovun prosessual hüquq varisliyi ilə bağlı məsələ də müzakirə olunmaqla həll edilməlidir.
81. Belə ki, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür (§ 60).
82. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin olumaqla apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır.
83. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-419/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.