Məhkəmə qərarları › İş №2(102)-2959/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2959/2020

20.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2959/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X9 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi XXX kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-152/2019, hakim F.V.Abdıyev) İddiaçı Bakı şəhərinin xüsusi notariu su X3, Cavabdeh2 ASC və “X2 Mərkəzi” MMC-yə qarşı iddiası qismən təmin edilmiş, Bakı şəhəri İ.Dadaşov küçəsi 74 saylı evin 14 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında xx xxxxxxx 2011-ci il tarixli icra qeydi və “X2 Mərkəzi" MMC-nin hərracın yekunları barədə xx xxxxxxx 2011-ci il tarixli protokolunun etibarsız hesab edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1381/2019, hakimlər V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedcisi XXX apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedcisi XXX nümayəndəsi verdiyi kassasiya şikayətində qətna mənin ləğv edilib iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı X4 “xxxx” ASC qarşısında olan öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilini “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri 110.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bakı şəhərinin xüsusi notariusu Hikmət Süleymanlının xx xxxxxxx 2011-ci il tarixli icra qeydinə əsasən ipoteka saxlayan Cavabdeh2 ASC-nin (əvvəlki “xxxx” ASC) tələbi ilə ipotekaqoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, 8 mkr, İ.Dadaşov küçəsi, ev 74 14 saylı mənzilə tutma yönəldilməlidir. “X2 Mərkəzi” MMC-nin hərracın yekunları barədə protokolu na əsasən 44 saylı Dövlət Notariat kontorunun xx xxxxxxx 2011-ci il tarixli icra qeydinin və Binəqədi rayon İcra şöbəsinin xx xxxxxx 2012-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, 8 mkr, İ.Dadaşov küçəsi, 74 saylı evin, 14 saylı mənzili hərraca çıxarılmış və tələbkar Cavabdeh2 ASC-yə satılmışdır. xx.xx.2017-ci il tarixdə İddiaçı Bakı şəhərinin xüsusi notariusu X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri İ.Dadaşov küçəsi 74 saylı evin 14 saylı mənzilinə tutmanın yönəldilməsi barədə xx xxxxxxx 2011-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, o cümlədən Cavabdeh2 ASC və “X2 Mərkəzi” MMC-ni cavabdeh qismində cəlb edə rək, “X2 Mərkəzi” MMC-nin Cavabdeh2 ASC-yə Bakı şəhəri İ.Dadaşov küçəsi 74 saylı evin 14 saylı mənzilinin əldə edilməsi üçün tərtib edilmiş hərracın yekunları barədə xx xxxxxx 2012-ci il tarixli protokolun, bununla bağlı bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə gəldiyi nəticənin əsası kimi bildirişin dövlət qeydiyyat orqanın da qeydə alınması üçün müəyyən edilmiş 7 günlük müddətin pozulmasına və bildirişin ümumiyyətlə İddiaçı göndərilməməsinə istinad etmişdir. Halbuki, iş materiallarında olan bildirişin İddiaçı göndərilməsini təsdiq edən qaimə üzərindəki imzanın onun tərəfindən icra edilməsi keçirilmiş xətşünaslıq ekspertizası ilə müəyyən edilmişdir. Yəni, bildirişin İddiaçı göndərilməməsi iş materiallarında təsdiqini tapmamışdır. Eyni zamanda, ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən qanunun tələblərinə riayət etməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ərizə təqdim etmiş, ərizə qeydiyyat orqanı tərəfindən xx xxxx 2011-ci il tarixdə qeydə alınmışdır. Bu da öz növbəsində ipoteka saxlayan tərəfindən qanunun müddəal arının pozulması dəlilini təkzib edir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, qətnamələğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əs asları müəyyən edilmişdir. İddiaçı onun mülkiyyətində olmuş və ipoteka ilə yüklü edilmiş mənzilinə tutmanın yönəldilməsi barədə icra qeydinin, həmin mənzilə dair keçirilmiş hərracın yekunları barədə protokolun və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx xxxx 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan mənzil, X4 “xxxx” ASC qarşısında 12 ay müddətinə bağlanan və illik 25 faiz dərəcəsi ilə qaytarılması şərtləndirilən 70.000 ABŞ dolları məbləğində kredit öhdəliyinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir (kredit müqaviləsi də ipoteka müqaviləsi ilə eyni tarixdə bağlanılmışdır). İpoteka saxlayan Cavabdeh2 ASC-nin (əvvəlki “xxxx ” ASC) tələbi ilə, notariusun xx xxxxxxx 2011-ci il tarixli icra qeydi əsasında iddiaçıya məxsus mənzilə tutma yönəldilmişdir. Həmin mənzil xx xxxx 2012-ci il tarixdə açıq hərracda tələbkar Cavabdeh2 ASC-yə satılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1, 337.4, 337.5, 373.2, 377.1, 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 33, 36.1, 36.2.3, 36.3, 36.4, 36.4.1, 38.1, 41.2-ci maddələrinə istinad edərək iddianın təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduru qanunvericiliyin tələbləri pozulmaqla aparılmış, İddiaçı ümumiyyətlə “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildiriş göndərilməmiş, bu da öz növbəsində Bakı şəhərinin xüsus notariu su X3 tərəfindən aparılmış xx.xx.2011-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi üçün əsas yaratmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu qənaəti doğrudur. Əlavə olaraq qeyd edilmişdir ki, icra qeydi verilərkən təminatsız kreditlər üzrə borclunu xəbərdar etmək notariusun, təminatlı kreditlərdə isə ipoteka saxlayanın vəzifəsidir. Həmin vaxt qüvvədə olmuş “İpoteka haqqında” Qanunun tələblərinə görə, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişin ipoteka qoyana və digər maraqlı şəxslərə təqdim edilməsi ona görə vacib şərt sayılır ki, onlar həmin bildirişdə göstərilənlərlə (əsas borc, faiz borcu, cərimə və s.) razılaşmadıqları halda 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilsinlə r. Məhz buna görə də bildirişin qeydə alınması barədə ərizədə onun ipoteka qoyana təqdim olunduğu günün göstərilməsi vacibdir. Yalnız həmin şikayət müddəti bitdikdən sonra tutmanın yönəldilməsi davam edə bilər. Buna görə də tutmanın ipoteka predmetinə yönəldilməsi, onun yönəltmə qaydasından asılı olmayaraq (notariusun icra qeydi əsasında və ya məhkəmə qaydasında), yalnız bu barədə ipoteka qoyana bildiriş təqdim edildikdə və həmin bildiriş təqdim olunduğu gündən sonra 7 gün müddətində dövlət qeydiyyatına alındıqda mümkündür, əks təqdirdə yönəltmədən söhbət belə gedə bilməz, yəni, əgər ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş təqdim olunmayıbsa, sonrakı bütün hərəkətlər etibarsızdır. Hazırki işdə bank belə bir bildirişin iddiaçıya təqdim olunmasını sübut edə bi lmir, yalnız notariat işindəki qaiməyə istinad edir. Həmin qaiməyə, o cümlədən bildirişə (tərtib olunma tarixi və s.) isə birinci instansiya məhkəməsi kifayət qədər qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İddia onunla əsaslandırılmışdır ki, o, X4 bankdan götürdüyü kredit borcunun təminatı kimi ona məxsus olan mənzilin həmin bankın ipotekaya qoyulması barədə xx xxxx 2009-cu il tarixdə ipoteka müqaviləsi bağlamışdır. 2017-ci ilin iyul ayında ona məlum olmuşdur ki, X4 borcunun onun mənzilinə yönəldilməsi barədə notairusun icra qeydi verilmiş, bununla bağlı xx.xx.2017-ci il tarixdə o, 44 saylı Notariat Kontoruna müraciət edərək həmin işlə tanış olarkən müəyyən etmişdir ki, notariat iş i və icra qeydinin verilməsinə əsas olan sənədlər nöqsanlı vəziyyətdədir və həmin sənədlərə əsasən icra qeydi verilə bilməzdi. Yuxarıda qeyd edildiyi,iddiaçı hazırda ona məxsus olmuş və ipotekaya qoyulmuş mənzilə icra qeydi əsasında yönəldilmiş tutmanın qanuniliyini mübahisələndirir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsi ilə ipoteka predmetinə tutmanın yönəldilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi ipoteka müqaviləsində nəzərdə tutulduğu halda ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ödənilməsinə yol verilir. İddiaçının mənzilinin ipoteka ilə yüklü edilməsi barədə xx xxxx 2009-cu il tarixli ipoteka müqaviləsində öhdəlikləri n tam və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd edilən Qanununun 38-ci maddəsində icra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi əsasları müəyyən edilmişdir. Həmin maddədə (mübahisə yaran vaxt qüvvədə olan redaksiyasında) təsbit edilmişdir ki, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi və ya rəsmiləşdirildiyi hallarda əsas öhdəlik bu Qanunun 40-cı maddəsində göstərilən müddətdə icra edilmədikdə tutma notariusun icra qeydi əsasında həyata keçirilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi ilə icra qeydləri üzrə pul məbləğlərinin tutulm ası və əmlakın tələb edilib alınması əsasları müəyyən edilmişdir. Sadalanan qanunvericlik nomalarının tələbləri baxımından, iddiaçının mənzilinə tutma yönəldilməsi barədə hazırda mübahisələndirilən icra qeydinin verilməsinə qanuni əsasın olması mübahisəsizdir. Apellyasiya məhkəməsi həmin icra qeydi verilərkən qanunvericiliklə nəzərdə tutulmuş prosedur qaydalarına riayət edilmədiyinə istinad edərək icra qeydinin və onun əsasında keçirilmiş hərracın yekunları barədə protokolun və mənzilin ipoteka saxlayana satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin istinad etdiyi həmin hal, yəni ipoteka qoyana “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişin göndərilməməsi, hazırki iddianın təmin edilməsi üçün öz-özlüyü ndə əsas hesab edilə bilməz. Çünki, ipoteka qoyana qeyd edilən məzmunlu bildirişin göndərilməsi və yalnız bundan sonra müvafiq müddətlər gözlənilməklə növbəti hərəkətlərə yol verilməsi ipoteka qoyanın həmin müddətlər ərzində qarşı tərəfin hərəkətlərinin mübahisələndirmək imkanını ehtiva edir, yəni ipoteka predmetinə tutma ipoteka qoyan bu barədə məlumatlandırıldıqdan və müvafiq müddət bitdikdən sonra aparıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin tələblərinə görə ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddi r. Deməli, ipoteka hüququnun mahiyyəti və əsas məqsədi tərəflər arasında əsas öhdəlik hesab edilən borc müqaviləsi üzrə əmələ gələn öhdəliyin borclu tərəfindən vaxtında icra edilmədiyi təqdirdə əsas öhdəliyin icrasının ipoteka müqaviləsi üzrə yaranan əlavə öhdəlik hesabına təmin edilməsindən ibarətdir. İddiaçının mənzilini könüllü sürətdə öz iradə ifadəsi əsasında digər şəxsin kreditoru qarşısında öhdəliklərinin təminatı kimi yüklü edilməsi barədə iddiaçı, borclu və kreditor arasında üçtərəfli müqavilə bağlanmışdır. İddiaçının borclu olan digər şəxsin kreditoru qarşısında öhdəliklərini icra etməməsi və bunun nəticəsində onun mənzilinə tutma yönəldilməsindən yalnız 6 ilə yaxın müddət keçdikdən sonra xəbər tutması ağlabatan hesab edilməməklə, işin müəyyən edilmiş halları ilə də təsdiqlənmir. Əvvəla, hazırda mübahisələndirilən icra qeydi və eyni zamanda icra şöbəsinin sifariş məktubuna əsasən xx xxxxx 2012-ci il tarixdə keçiriləcək ilk hərrac barədə bildiriş xx xxxx 2012ci il tarixdə, xx xxx 2012-ci il tarixli ikinci hərrac barədə bildiriş isə xx xxxxx 2012-ci il tarixdə iddiaçının ünvanına təhvil verilmişdir. Həmin ünvan iddiaçının mülkiyyətində olan və hazırda mübahisələndirilən icra qeydi əsasında yönəldilərək açıq hərracda satılmış mənzilin yerləşdiyi ünvandır ki, iddiaçının həmin ünvanda yaşaması qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq edilir və hazırda da iddia ərizəsində ünvanı kimi oranı qeyd etmişdir. Bu, iddiaçının həmin vaxtdan mənzilinə tutmanın yönəldiləcəyi barədə məlumatı olmasını təsdiq edir. Kütləvi informasiya vasitələrində mənzilin müvafiq tarix lərdə açıq hərracda satılması barədə elanlar verilmiş, iki dəfə hərrac keçirilmiş və həmin hərraclar baş tutmamış, mənzili təkrar hərraca çıxarılmış və xx xxxx 2012-ci il tarixdə tələbkar Cavabdeh2 ASC-yə satılmış, mənzil sonuncunun adına daşınmaz əmlakın dövlət dövlət reyestrində qeydə alınmışdır. İddiaçı ipoteka qoyan kimi hüquqlarının ehtimal edilən pozuntusu ilə əlaqədar ümumiyyətlə hər hansı tələb irəli sürməmiş, yalnız 5 ildən artıq müddət keçdikdən sonra hazırki iddianı qaldırmaqla mənzilinə tutma yönəldildiyindən məlumatı olmadığı barədə dəlilinin əsası kimi notariusun icra qeydi verilərkən prosedur qaydalarına riayət etməməsi barədə formal əsasa istinad etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Digər tərəfdən, işin daha mühüm əhəmiyyət kəsb edən halı ondan ibarətdir ki, iddiaçının və hə min mənzildə qeydiyyatda olan digər bir şəxsin həmin mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməklə mənzildən çıxarılmaları barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC-nin hazırki iş üzrə İddiaçı və qeyrisinə qarşı iddiası təmin edilərək sonuncuların Bakı şəhəri, 8 mkr, İ.Dadaşov küçəsi, ev 74 14 saylı mənzilinə dair istifadə hüquqlarının itirilməsi və onların qeyd edilən mənzildən çıxarılması qət edilmiş, İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göst ərilmişdir ki, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipi baxımından artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyi və davamlılığı ədalət mühakiməsi sistemində əhəmiyyətli konstitusiya şərti hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Brumaresku Rumıniyaya qarşı iş üzrə xx xxxxxxx 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qe yd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Apellyasiya məhkəməsi işin qeyd edilən hallarına və cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərə qanunvericiliyin tələbləri baxımından ümumiyyətlə düzgün hüquqi qiymət verməməklə, birinci instansiya məhkəməsinin formal əsaslara söykənən qətnaməsini qanuni və əsaslı hesab etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan məhkəmə kollegiyası hesab edir ki,kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar