Məhkəmə qərarları › İş №2(102)-296/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-296/2023

31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-296/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1557/2022 nömrəli, 2 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfind ən verilmiş kassasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Dəvəçi şəhər XDS İK-nin 25 sentyabr 1989-cu il tarixli, 9 saylı qərarı ilə Cavabdeh1 Dəvəçi (indiki Şabran) şəhəri ərazisindən 0.05 ha torpaq sahəsi ayrılmış və Dəvəçi (indiki Şabran) rayon XDS İK-nin 13 oktyabr 1989-cu il tarixli, 19 saylı qərarı ilə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

2. Ağayev X5 Müzəffər İbad oğlu və İddiaçı2 qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şabran Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(031)-86/2020 nömrəli qətnaməsi ilə iddia təmin ed ilməmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(105)-1900/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilib, Şabran Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(031)-86/2020 nömrəli qətnaməsi qismən - «iddiaçı Cavabdeh1n oğlunun cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi barədə iddia təmin edilməsin hissəsində ləğv edilmiş və iddia təmin hissədə təmin edilmiş, Dəvəçi şəhər XDS İK-nin 25 sentyabr 1989-cu il tarixli, 9 saylı qərarı ilə Cavabdeh1n oğluna Dəvəçi (indiki Şabran) şəhəri ərazisindən ayrılmış 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evi cavabdehlər İddiaçı1 və İddiaçı2 qanunsuz sahibliyindən alınıb iddiaçı Cavabdeh1n oğluna qaytarılması qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(102)-1798/2021 nömrəli qərarı ilə cavabdeh İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(105)-1900/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 145.400 manat maddi ziyan və 100.000 manat mənəvi ziyanın alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi şəhər XDS İK-nin 25 sentyabr 1989-cu il tarixli, 9 saylı qərarı ilə Cavabdeh1 Dəvəçi (indiki Şabran) şəhəri ərazisindən 0.05 ha torpaq sahəsi ayrılmış və Dəvəçi (indiki Şabran) rayon XDS İKnin 13 oktyabr 1989-cu il tarixli, 19 saylı qərarı ilə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. 1997-ci ildə isə Cavabdeh1 həyat yoldaşı Gülər və mərhumə anası Zərqələm baldızı Nurcahanın yanına dəfələrlə gəlibgedərək ailə vəziyyətlərinin çox pis olduğunu, Novruzun həbs olunması ilə əlaqədar çətinlikdə olduqlarını bildirərək cavabdehə məxsus 0,05 ha torpaq sahəsinin müəyyən məbləğə razılaşmaqla, yarımçıq tikili ilə birlikdə almağı xahiş etmişlər. 1997-ci ilin may ayının 1-də Cavabdeh1 arvadı Cavabdeh2 və anası Zərqələmə 3000 (üç min) ABŞ dolları vermiş, Gülər də torpağın sənədlərini onlara təqdim etmişdir. Eyni zamanda, Novruzun anası Zərqələm də ev üçün etibarnamə vermişdir. Torpaq sahəsini baldızı Nurcahangili üçün almışlar. Sonradan iddiaçı Cavabdeh1 onlara qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şabran Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(031)-86/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(105)-1900/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi və Dəvəçi şəhər XDS İcraiyyə Komitəsinin 25 sentyabr 1989-cu il tarixli, 9 saylı qərarı ilə Cavabdeh1n oğluna Dəvəçi (indiki Şabran) şəhəri ərazisindən ayrılmış 0.05 ha torpaq sahəs i və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinin cavabdehlər İddiaçı1 və İddiaçı2 qanunsuz sahibliyindən alınıb iddiaçı Cavabdeh1n oğluna qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(102)-1798/2021 nömrəli qərarı ilə cavabdeh İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(105)-1900/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlərin bütün bu olub keçənlərdən sonra onlara qarşı bu formada haqsızlıq və ədalətsizlik etmələri əslində başa düşülən deyildir. 24 il ərzində faktiki alqı- satqıya verdikləri 3000 ABŞ dollarının hər ildə ən azından özü qədər gəlir əldə etmək mümkün id i ki, bu da hesablayanda 72.000 ABŞ dolları, manata ekvivalenti 122.400 manat pul edir. Bundan başqa aldıqları torpaq sahəsində saldıqları bağ, həmin torpaq sahəsinin ətrafına çəkilən hasar və digər çəkdiyi xərclər birlikdə 23.000 manat vəsait təşkil edir. Cavabdehlərin onlara vurduqları maddi ziyandan savayı iki il olar ki, bu adamlar onların bütün rahatlığlarını pozublar, onları məhkəmələrin qapılarına salıblar, vaxtlarını hədər yerə xərcləməyə məcbur edilmişlər, istər-istəməz planlaşdırılmamış, lüzumsuz xərclərlə üzləşmişlər, əsəbləri korlanıb, əsassız və haqsız ittihamlarla üz-üzə qalmışlar. Nəticədə bütün ailə üzvlərinin mənəvi cəhətdən sarsıntı keçirməsinə, insanlara, cəmiyyətə qarşı inamsızlığa gətirib çıxarmışdır.

7. Şahid qismində dindirilən X3 göstərmişdir ki, Nurcahanın mərhum ə ri Nüsrət onun qaynıdır. Mübahisəli torpaq sahəsində hasar çəkmişdir. Torpaq sahəsində inşa edilən evin tikintisində işləmişdir. Həmin ev bir mərtəbəli, iki otaqlı olmuşdur. Torpaq sahəsinin hasarının çəkilməsində və bir mərtəbəli evin tikintisində fəhləlik etmişdir. Zəhmət haqqını isə Nüsrət vermişdir. Novruzu tanımır və həmin adamı görməmişdir.

8. X1 ifadəsində göstərmişdir ki, Nüsrətlə qonşu olmuş, birlikdə fərdi işlərdə işləmiş və bir-birlərinin evinə gedib-gəlmişlər. Nüsrət təxminən 26-27 il əvvəl torpaq sahəsi almış və həmin torpaq sahəsində yarımçıq tikili olmuşdur. Nüsrətin dediyinə görə torpağı Novruzgildən 3000 ABŞ dollarına almışdır. Nüsrət torpaq sahəsi alarkən pulu çatmadığı üçün ondan 500 ABŞ dollar borc almışdır. Eşitdiyinə görə pul Məhəmmədin evində Novruzun həyat yoldaşına və anasına verilmişdir. Şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, 1993-cü ildə 2№-li orta məktəbə 1-ci sinifə getmiş və X8 ilə bir partada oturmuşlar. 1997-ci ildə dərs ilindən sonra atası ailəsini də götürüb Rusiyaya getmiş və anası Zərqələm tək qalmışdır.

9. Şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, Nüsrətlə yaxın münasibətləri olmuş və 5 sotlar məhəlləsində ilk yaşayanlardan olmuşlar. Nüsrət Novruzgilin torpaq sahəsini 3000 ABŞ dollara almışdır. Həmin vaxtlar Novruz balıq alveri ilə məşğul olarkən borca düşmüş və borca düşdüyü adamlardan biri də Mişdan adlı şəxs olmuşdur. Novruz bankrot olub balıqçılar tərəfindən axtarıldığı üçün torpağını satmışdır. Eşitdiyinə görə Nüsrət torpaq sahəsini 3000 ABŞ dollarına alıb, pulunu Novruzun anasına və arvadına vermişd ir.

10. Şabran Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(031)-555/2021 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia qismən təmin edilib, cavabdehlər Cavabdeh1 Binyamı oğlu və Cavabdeh2 3000 ABŞ dolları (milli manat ekvivalentində) məbləğində pulun alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin cavabdehlərə 3000 ABŞ dolları verməsi halı təsdiq edilsə də, iddia tələbinin qalan hissədə təmin edilməsi üçün sübutlar təqdim edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 106.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Pulun cavabdehlərə verilməsi ilə bağlı iddiaçının özünün izahatından başqa heç bir mötəbər sübut yoxdur. Şahid ifadələri ziddiyyətli olmaqla konkret hər hansı bir faktı özündə əks etdirmir. Şahidlər iddiaçının yaxınları olmaqla, ifadələrində yalnız eşitdiklərini göstərmişlər. Pulun verilməsi ilə əlaqədar tərəflər arasında heç bir müqavilə və ya sənəd mövcud deyildir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1557/22 nömrəli iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Lətifə Məmmədova) Cavabdeh1 verdiyi apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən Cavabdeh1 aid hissədə – “Cavabdeh1 Binyamı oğlundan 3000 ABŞ dolları məbləğində pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin” hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin- “iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir.

16. Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini yalnız Cavabdeh1 aid hissədə yo xlamışdır.

17. Belə ki, birinci instansiya məhkəməsinin iclasında toplanmış sübutlarla müəyyən olmuşdur ki, Dəvəçi şəhər XDS İK-nin 25 sentyabr 1989-cu il tarixli, 9 saylı qərarı ilə Cavabdeh1n oğluna Dəvəçi (indiki Şabran) şəhəri ərazisindən ayrılmış 0.05 ha torpaq sahəsinin faktiki alqı-satqısı barədə danışıqlar iddiaçılar və Cavabdeh1n oğlu arasında aparılmamış, bu barədə onların arasında hər hansı bir sövdələşmə və razılaşma olmamış, iddiaçılar tərəfindən verilmiş 3000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfə verilərkən Cavabdeh1n oğlu orada olmamış və sonuncu həmin hərəkətlər barəsində sonradan məlumat əldə etmişdir. Hazırkı mübahisəli hüquq münasibətləri iddiaçılar ilə Cavabdeh1 Binyamı oğlu arasında yaranmadığından, sonuncu həmin şəxslər qarşısında heç bir öhdəlik daşımır.

18. Məhkəmə hesab etmişdir ki, bu fakt işin mübahisəsiz halıdır və birinci instansiya məhkəməsi qətnamə qəbul edilərkən düzgün olmayaraq iddiaçı tərəfə vurulmuş maddi ziyana görə pul vəsaitnin Cavabdeh1n oğlundan da tutulması nəticəsinə gəlmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 21.1, 21.2, 152.1, 152.5, 157.4, 385.1, 386.1, 1096.1, 1096.2, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçılar İddiaçı1 və İddiaçı2 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin qismən - Cavabdeh1 aid hissədə – “Cavabdeh1 Binyamı oğlun dan 3000 ABŞ dolları məbləğində pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin” hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin- “iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin” hissəsində ləğv edilməsini, qətnamənin –cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 ABŞ dolları məbləğində pul alınaraq iddiaçılara verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi əsassız olaraq qətnaməni Cavabdeh1 aid hissədə ləğv edib və iddia tələbini ona aid hissədə rədd etmişdir.

22. İddiaçılar torpaq sahəsinə çəkilmiş xərclərin əvəzini mülkiyyətçidən tələb etmək hüququ vardır. Əks halda cavabdehlər iddiaçıların hesabına əsassız varlanmış olar. Bunun üçün Cavabdeh1 Binyamı oğlunun razılığının olub-olmaması, torpaq sahəsinə çəkilmiş xərcinin ödənilməsi ilə bağlı hər hansı bir öhdəlik götürüb-götürməməsi əhəmiyyət kəsb etmir. Torpaq sahəsinin faktiki alqı-satqısı üçün ödənilmiş və çəkilmiş xərclər hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır.

23. Məhkəmə iddiaçıların torpaq sahəsinə çəkdikləri xərclərlə bağlı araşdırma aparmamışdır.

24. İddiaçılara dəymiş maddi ziyana müvafiq olaraq mənəvi zərər hesablanmalıdır. İddiaçılar dəymiş maddi ziyana görə müxtəlif cür mənəvi psixi sarsıntıya dücar olublar. Cavabdehlər iddiaçılara həm şəxsiyyətlərinə, həm də əmlaklarına zərər vurmuşdurlar. İşdə olan sübutlar – şahid ifadələri, yazılı sübutlar və səs yazısı olan CD diskləri bunu təsdiq edir.

25. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsini n 21.1, 21.2, 21.3, 157.6, 157.7, 1096.1, 1096.2, 1097.1, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 82.1, 82.3, 87, 88, 97.1, 97.3, 217.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

27. Maddə

60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

28. Maddə

71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüq uqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

32. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya ü çüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticə sində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

38. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərə findən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqay ıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1557/2022 nömrəli mülki iş üzrə 2 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar