Məhkəmə qərarları › İş №2(102)-296/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-296/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-296/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 Əbdulxalıq qızına və Cavabdeh2 ASC-yə qarşı “alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh3 Əbdulxalıq qızının cavabdehlər İddiaçı1, İddiaçı2 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən çıxarılma, həmin sahənin boşaldılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı əsasları, mülkiyyətin müdafiəsi, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaqubovi çdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2(103)- 5448/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, 66 saylı evin 49 saylı mənzili Cavabdeh1 tam mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Cavabdeh1 Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmış 16 mart 2023-cü il tarixli Daşınmaz əmlakın alğı-satqı v ə ipoteka müqaviləsi ilə həmin mənzili Cavabdeh3 Əbdülxaliq qızına satmış, sonuncu isə Cavabdeh2 ASC-dən alınan kreditin ödənilməsinin təminatı olaraq həmin mənzili ipoteka ilə yüklü etmişdir.

3. İddiaçı1 və İddiaçı2 Cavabdeh1 övladlarıdırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 Əbdulxalıq qızına və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 53 saylı notariat ofisində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 66 saylı evin 49 saylı mənzilinə dair 16 mart 2023-cü il tarixdə təsdiq edilmiş İPKB239708B105 saylı Alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia onu nla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 66 saylı evin 49 saylı mənzil 1981-ci ildə iddiaçıların ailələrinə verilmiş, sonradan razılıqlarına əsasən analarının adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. Anaları olan cavabdeh mənzili satdıqdan sonra iddiaçıların hər birinə 20000 manat verəcəyi barədə söz vermişdir. Lakin, mənzil satıldıqdan sonra anaları iddiaçılara pul verməmişdir. İddiaçılar aldadılmışlar.

6. İddiaçı Cavabdeh3 Əbdulxalıq qızı cavabdehlər İddiaçı1, İddiaçı2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlərin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 66 saylı evin 49 saylı mənzilindən çıxarılmaları, mənzilin b oşaldılaraq həmin tələb üzrə iddiaçıya təhvil verilməsi, 16 aprel 2023-cü il tarixdən qarşılıqlı iddia üzrə onun tələbi üzrə qəbul ediləcək qətnamə icra olunan tarixədək hər ay 300 manat miqdarında əldən çıxmış faydanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçıların ilk iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Həmin şəxslər alğı-satqı müqaviləsinin tərəfi deyil, iddiaçılara hansısa məbləğin Cavabdeh1 tərəfindən ödənilməsi barədə müqavilədə hər hansı bir bənd nəzərdə tutulmamışdır. Bakı şəhəri 53 saylı notariat ofisində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, 66 saylı evin, 49 saylı mənzilinə dair alğısatqı və ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə riayət olunmaqla bağlanılmış, qarş ılıqlı iddia üzrə cavabdehlər həmin mənzilin satılmasına dair notarial qaydada təsdiq olunmuş ərizə vermiş və həmin ərizələrdə müqavilədə nəzərdə tutulmuş müddətdə, yəni müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətində mənzili tərk etmələri barədə öhdəlik götürmüşlər. Daşınmaz əmlakın alğı-satqı və ipoteka müqaviləsinin 3.6.4-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətində ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, mənzildə qeydiyyatda olan şəxslər nə qeydiyyatdan çıxmamış, nə də mənzili boşaldaraq təhvil verməmişlər. Qanunsuz sahibliklə yanaşı qarşılıqlı iddia üzrə cavabdehlər həmin tələb üzrə iddiaçının hər ay minimum 300 manat fayda əldə etməsinə də maneə tö rədirlər. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı mənzilin dəyərinin bir hissəsini illik 8 faiz olmaqla ipoteka krediti ilə almış, hər ay banka 243 manat kredit ödəməlidir. Həmin krediti mənzili minimum 300 manata kirayəyə verməklə ödəməyi planlaşdırmış, lakin cavabdehlərin mənzili tərk etməməsi səbəbindən mülkiyyətində olan mənzil barəsində heç bir sərəncam verə bilmir.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(002)1451/2023 nömrəli qətnaməsi ilə (hakim K.B.Əsədov) ilk iddianın əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı1, İddiaçı2 və Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, 66 saylı evin 49 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılaraq Cavabdeh3 Əbdulxalıq qızına təhvil verilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə iddiaçıların ilk iddia tələbinin əsası kimi istinad etdikləri halların heç biri sübut olunmur və təkzib olunur. Belə ki, ilk iddia üzrə iddiaçılar müqavilə tərəfi deyillər. Mənzildən istifadə hüququ olmuş ilk iddia üzrə iddiaçılar həmin mənzilin satılmasına razılıq vermişdir. Nə mübahisələndirilən əqddə, nə də mənzilin satılmasına dair razılıq ərizəsində mənzil satıldıqdan sonra mənzili satan şəxs tərəfindən ilk iddia üzrə iddiaçıların hər birinə 20000 manat ödəniş ediləcəyinə dair xüsusi qeyd-şərt göstərilməmişdir. Müqavilə qanunvericiliyə riayət edilməklə bağlanmışdır və onun etibarsız hesab edilməsi üçün qanuni əsas mövcud deyil. Bundan başqa, ilk iddia ərizəsində ilk iddia üzrə iddiaçıların anası Cavabdeh1 adı formal olaraq göstərilmişdir. Çünki, satılmış mənzili nə ilk iddia üzrə iddiaçılar, nə də ilk iddia üzrə cavabdeh qismində qeyd edilmiş anaları tərk etməmiş, üçü də mənzildə qalaraq, həmin mənzili tərk etmirlər. Cavabdeh1 ilə ilk iddia üzrə iddiaçılar arasında real olaraq hər hansı mübahisə mövcud deyil, əks halda Cavabdeh1 mənzili tərk edər, mənzildə yalnız onlara alğı-satqıdan əldə edilən pul vəsaitindən ödəniş edilməli olmasını iddia edən ilk iddia üzrə iddiaçılar qalardı.

10. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 66 saylı evin 49 saylı mənzili qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən dəyəri ödənilməklə notarial qaydada bağlanmış alğı-satqı və ipoteka müqaviləsinə əsasən əldə olunmuş, qarşılıqlı iddia üzrə iddiaçının mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun Dövlət tərəfindən qorunan mülkiyyət hüququnun pozulması yolverilməzdir.

11. Qarşılıqlı iddianın əldən çıxmış faydanın tələb edilməsi hissəsində qiymət verən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı əldə etdiyi mənzili icarəyə verərək, əldə ediləcək pul vəsaiti ilə ipoteka kreditini ödəmək niyyətində olduğunu bildirsə də, ilk iddia üzrə iddiaçılar məhkəməyə müraciət edənədək ilk iddia üzrə iddiaçıların mənzildə qalmalarından narahat olmamış, onların mənzildən çıxarılmaları üçün məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçının əldən çıxmış fayda ilə bağlı bildirdikləri subyektiv mülahizələrdir. Bu səbəbdən, qarşılıqlı iddia həmin hissədə təmin edilə bilməz.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33-cü, Mülki Məcəllənin 152.1, 157.2 və 158.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(002)-1451/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul xahiş etmişlər.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2(103)- 5448/2023 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(002)-1451/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

16. İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2(103)-5448/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 158.1, 337.1, 347.1, 354.1-cı, Mülki Prosessual Məcəllənin 8.1, 9, 14.1, 14.2, 76, 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçılar mübahisəli müqavilənin tərəfi olmasalar da, onların istifadə hüquqları vardır. Onlar cavabdeh olan analarına inanaraq evin satılmasına razılıq vermiş, sonuncu isə onları aldadaraq, vəd etdiyi pulu verməkdən imtina etmişdir.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçılar (qarşıl ıqlı iddia üzrə cavabdehlər) tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsind ə mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416. 2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçıların apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, mübahisələdirilən müqavilələrin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir.

26. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçılar müqavilənin tərəfi deyil, müqavilədə onlara hər hansı ödənişin verilməsi nəzərdə tutulmamışdır. Notariat orqanı tərəfindən alqı-satqı müqaviləsinin təsdiqi zamanı iddiaçıların razılığının istənilməsi, onlara müqaviləni mübahisələndirmək hüququnu vermir. 27. “M.Bağırovun şikayəti üzrə Azər baycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət g edə bilməz.

28. İddiaçıların mübahisəli mənzildən istifadə hüquqlarının olmasına dair dəlil də iddianın təmini üçün əsas ola bilməz. Belə ki, cavabdeh əvəzli əqdə əsasən mənzilə mülkiyyət hüququ əldə etmiş və müqavilənin şərtlərinə əsasən satıcı mənzili alıcıya üçüncü şəxslərin hüquqlarından azad təhvil vermək, bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətində həmin mənzildən qeydiyyata olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq və mənzili təhvil vermək vəzifəsini daşıyır (müqavilənin 3.6.2, 3.6.4 və 3.6.5-ci bəndləri).

29. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2(103)-5448/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar