Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2960/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin və daşınmaz əmlakın dövlət reyestrindəki qeydin etibarsız sayılması, torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evində payların müəyyən edilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X9, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 25 noyabr 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfind ən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı bildirir ki, cavabdehlə 10.02.2013-cü ildə nişanlanmışlar, 31.08.2013-cü il tarixdə isə nikaha girmişlər. Bu nikahdan 08.06.2014-cü ildə Aylin adlı uşaqları doğulmuşdur. Nişanlı olduqları dövrdə birgə vəsait hesabına Xaçmaz şəhəri ərazisində 0,04 ha həyətyanı torpaq sahəsi almışlar, rəsmiləşdirmə cavabdehin adına aparılmışdır. 2015-ci ildən həmin sahədə birgə vəsaitləri hesabında ev tikmiş və 2016-2019-cu illərdə orada yaşamışlar. 06.03.2019-cu ildə cavabdeh onun xəbəri olmadan torpaq sahəsini anası x bağışlamış, 07.04.2020-ci il tarixdə isə daşınmaz əmlakın dövlət reyestrindən həm torpaq sahəsinə, həm də üzərindəki evə dair E.Kərimovanın adı na çıxarış verilmişdir.
2. Cavabdeh isə torpaq sahəsini nikahdan əvvəl öz vəsaiti hesabına əldə etdiyini, sonradan anasına bağışladığını, evin valideynləri tərəfindən tikilməklə onlara məxsus olduğunu bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz şəhəri ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən X qızına bağışlanmasına dair 06 mart 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin müqavilə əsasında X3 adına verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15 mart 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında X2 15 iyul 2013-cü il tarixdə aldıqları 4 sot torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş evin hüquqi sahibləri Cavabdeh və İddiaçı olmaqla hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Xaçmaz şəhəri ünvanında yerləşən 0,04 hayətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən X4 bağışlanmasına dair 06 mart 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin müqavilə əsasında X3 adına verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15 mart 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarı şın etibarsız hesab edilməsi, ünvan 2 ünvanında X2 15 iyul 2013-cü il tarixdə aldıqları 4 sot torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş evin hüquqi sahibləri Cavabdeh və İddiaçı olmaqla hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, dəfələrlə məsləhət vermişlər ki, Xaçmaz şəhərində aldıqları torpaq sahəsində özlərinə fərdi yaşayış evi tikdirsinlər. O da cavabdehin və cavabdehin valideynlərinin məsləhətlərini müsbət qiymətləndirərək atası X10 vasitəsi ilə Xaçmaz rayonunda daş hörgüsü ustası kimi tanınan X12, onunla bərabər işləyən X6 və X13 ilə mübahisəli torpaq sahəsində 4 otaqdan ibarət fərdi yaşayış evini 3500 manata tik əcəkləri barədə 2015-ci ilin iyun ayında razılığa gəlmiş, 2015-ci ilin oktyabr ayında yaşayış evinin tikintisi başa çatmış və evi təhvil alarkən 3500 manat məbləği usta və fəhlələrə ödəniş etmişdir. Bu barədə usta və fəhlələr notariat qaydasında təsdiq olunmuş ərizələrini vermişlər. Həmin torpaq sahəsində tikilmiş yaşayış evini təmir etdirmək məqsədilə o, «Accessbank»-dan 28 dekabr 2017-ciiltarixdə 4000 manat, 28 avqust 2018-ci il tarixdə 5000 manat və Azərbaycan Beynəlxalq Bankından isə 7000 manat məbləğində olmaqla cəmi 20500 manat məbləğində nağd pul kreditləri götürmüş və tikdirdikləri 4 otaqdan ibarət yaşayış evini orta səviyyədə təmir etdirmişlər. Cavabdeh məqsədlərinə nail olmaq üçün 6 ildən artıq onunla bərabər istifadələrində və sahibliklərində olan sözü gedən torpaq sahəsini daşı nmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 06 mart 2019-cu il tarixdə anası X4 ondan xəbərsiz gizli yolla hədiyyə etmişdir. Həmin bağışlama müqaviləsi əsasında cavabdehin anası İddiaçı həmin torpaq sahəsi üçün adına RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15 mart 2019cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi alaraq torpaq sahəsinin tam hüquqi sahibi olmuşdur. İddia ərizəsinə əlavə etdiyi sənədlərə əsasən hesab edir ki, mübahisəli torpaq sahəsinin bağışlanmasına dair müqavilə və həmin müqavilə əsasında X3 adına işlənmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi etibarsız hesab edilməli, cavabdeh və o, hər birinə ½ hissədə payları olmaqla 4 sot torpaq sahəsinin hüquqi sahibləri olmalıdırlar.
6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, iddiaçı ilə rəsmi nikahada daxil olmazdan əvvəl 15 iyul 2013-cü il tarixdə Xaçmaz şəhəri ərazisində X7 adlı şəxsdən hazırda mübahisələndirilən 0,04 hahəyətyanı torpaq sahəsini 6500 manata satın almışdır. Həmin torpaq sahəsi 15 iyul 2013-cü il tarixdə satın alsa da torpaq sahəsinə dair 19 iyun 2018-ci il tarixdə adına ********** qeydiyyat nömrəli RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi almışdır. Sonradan o, həmin torpaq sahəsini 06 mart 2019-cu il tarixdə anası X4 notarial qaydada 4Ə-459 qeydiyyat nömrəli müqavilə əsasında bağışlamışdır. Bundan sonra anası Elnara Kərimova həmin torpaq sahəsinə mülkiyyət hüququna dair 15 mart 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi almışdır. Torpaq sahəsini anasına bağışladıqdan sonra anası və atası həmin torpaq sahəsində öz vəsaitləri hesabına 2019-2020-ci illərdə fərdi yaşayış evi tikmişlər. Tikinti 2020-ci ildə başa çatmışdır. Yaşayış evinin tikintisi başa çatdıqdan sonra evə ünvan verilmiş və ünvan 3i və həmin torpaq sahəsində yerləşənX köməkçi sahəsi, 80,8 kv.m yaşayış sahəsi, 140,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi anası X11 adına 07 aprel 2020ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında qeydə alınmışdır. Hal-hazırdada mübahisəli həyətyan ı torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evi anası X11 mülkiyyətindədir. Mübahisəli torpaq sahəsini o, iddiaçı ilə rəsmi nikaha daxil olmazdan əvvəl əldə etdiyindən həmin torpaq sahəsini anasına bağışlayarkən notarius tərəfindən iddiaçının razılığının alınmasına ehtiyac duyulmamışdır, torpaq sahəsində fərdi yaşayış evini o, torpaq sahəsini bağışlama etdikdən sonra anası və atası öz vəsaitləri hesabına inşa etdirmişlər. İddiaçı və o, mübahisəli evdə heç vaxt yaşamamışlar. Mübahisəli torpaq sahəsinin və evin iddiaçıya heç bir aidiyyatı yoxdur, həmin əmlaklar onun iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri əmlaklar deyildir. İddiaçının mübahisəli torpaq sahəsinin alınmasında pul verməsi və həmin torpaq sahəsində yerləşən mübahisəli evin tikilməsinə də vəsait xərcləməsi barədə gös tərdikləri həqiqətə uyğun deyildir. Mübahisəli torpaq sahəsini atasının və anasının maddi köməkliyi ilə almışdır, bu səbəbdən də torpaq sahəsini sonradan anasına bağışlamışdır, mübahisəli evi isə bütövlükdə atası X və anası X tikmişlər.
7. Xaçmaz Rayon Məhkəməsinin (hakim X.Quliyev) 12 avqust 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, araşdırma zamanı mübahisələndirilən torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçı ilə nikaha daxil olmazdan əvvəl əldə olunmuş əmlak olması, sonradan cavabdehin həmin torpaq sahəsini adına rəsmiləşdirərək öz xüsusi mülkiyyətinə aid əmlak kimi anasına bağışlaması, bağışlamadan sonra həmin torpaq sahəsi və torpaq sahəsində tikilmiş evin müstəqil tələb irəli sürməyən üçüncü şəxsin adına qeydə alınması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddələrinin tələblərinə əsasən iddiaçının mübahisələndirdiyi, hazırda ünvan 4 ünvanda yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının cavabdehlə nikah müddətində əldə etdikləri əmlak hesab edilə bilməz və mübahisələndirilən əmlakların nikah müddətində əldə olunmuş əmlak kimi tərəflər arasında bölünməsi qanuna ziddir. Məhkəmə hesab etmişdir ki, ünvan 4 ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən Kərimova Elnara Ədilxan qızına bağışlanmasına dair 06 mart 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin m üqavilə əsasında X3 adına verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15 mart 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi üçün əsas yoxdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) 25 noyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə ic raatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçı, nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
15. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:
16. Maddə
13. A zərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə
29. Hissə İ və İV. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 139-1.1.3. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr hesab olunur.
19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
20. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərən cam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
21. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiql ənir.
22. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
24. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozm asın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
26. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
27. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
28. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
29. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifad əsi (çoxtərəfli əqd) zəruridir.
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
32. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəziyyətindən azad edilməsi ola bilər.
33. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
34. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
35. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə-onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
36. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birini n əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəməl ər iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
43. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X r qızı arasında olan nikah 31.08.2013-cü il tarixdə Xaçmaz rayon qeydiyyat şöbəsində bağlanılaraq 500 sayla qeydə alınmışdır.
44. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından 08.06.2014-cü il tarixdə X18 anadan olmuşdur. 45. 15 iyul 2013-cü il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda bağlanılaraq 4Ə-1265 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 şəhərində yerləşən 0,04 ha torpaq sahəsini Cavabdeh 6500 manata satmışdır.
46. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəs i tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 19.11.2018-ci il tarixdə qeydiyyata alınmışdır. 47. 06 mart 2019-cu il tarixdə Xaçmaz rayonu 1 saylı notariat ofisində bağlanılaraq 4Ə-459 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsini X4 bağışlamışdır.
48. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən ver ilmiş RX seriyalı, 49. ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 15.03.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
50. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 07.04.2020-ci il tarixdə qeydiyyata alınmışdır. 51. 15 iyul 2013-cü il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda bağlanılaraq 4Ə-1265 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 şəhərində yerləşən 0,04 ha torpaq sahəsini Cavabdeh 6500 manata satmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 19.11.2018-ci il tarixdə qeydiyyata alınmışdır. 52. 06.03.2019-cu il tarixdə Xaçmaz rayonu 1 saylı nota riat ofisində bağlanılaraq 4Ə-459 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Cavabdeh 0,04 ha torpaq sahəsini X4 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 15.03.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
53. Eləcə də X saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlə t reyestrində 07.04.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların bağışlanması haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. 55. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarına görə Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir:1) əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2) əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ərarvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.
56. Göründüyü kimi, əmlakın ər-arvadın ümumi birgə əmlakı hesab etmək üçün həmin əmlak birgə nikah dövründə və onların ümumi gəlirləri hesabına əldə edilməlidir.
57. Apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir:
58. Cavabdeh ilə Kərimova (Həşimova) Ədilə Azər qızı 31.08.2013-cü il tarixdə nikahlarını bağlamışlar. Xyerləşən 0,04 ha torpaq sahəsinə dair Cavabdeh ilə X7 arasında alqı-satqı müqaviləsi isə 15 iyul 2013-cü il tarixdə bağlanmışdır.
59. Xaçmaz ş əhərində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh ilə İddiaçı nikaha daxil olanadək Cavabdeh tərəfindən əldə edilmişdir. Belə olan halda, həmin torpaq sahəsi Cavabdeh ilə İddiaçı birgə əmlakı kimi qiymətləndirilə bilməz və torpaq sahəsinin Cavabdeh ilə İddiaçı ümumi birgə mülkiyyəti sayılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur.
60. Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 61. 06.03.2019-cu il tarixdə Cavabdeh 0,04 ha torpaq sahəsini X4 bağışladıqdan 1 il 1 ay sonra, yəni 07.04.2020-ci il tarixdə fərdi yaşayış evi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ona görə də Xdəki ümumi sahəsi 1X yaşayış evi Cavabdeh ilə İddiaçı ümumi birgə mülkiyyəti hesab edilə bilməz.
62. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən XX reyestrində X3 adına 07.04.2020-ci il tarixdə aparılmış qeydiyyatı da mübahisələndirməmişdir.
63. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bağışlama müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.
64. İddiaçı apellyasiya şikayətində iddia ərizəsinə əlavə olaraq ünvan 5 ünvanda 4 sot torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 59 kv.m köməkçi sahəsi, 80,8 kv.m yaşayış sahəsi, 140,7 kv.m ümumi sahəsi olan mübahisəli fərdi yaşayış evinə dair X3 adına verilmiş 07.04. 2020ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür.
65. Göründüyü kimi, İddiaçı apellyasiya şikayətində faktiki olaraq yeni tələb irəli sürmüşdür. İş materiallarından görünür ki, İddiaçı və nümayəndəsi işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclaslarında iştirak etmişlər. Lakin qeyd edilən tələblə bağlı birinci instansiya məhkəməsinə hər hansı bir iddia ilə müraciət etməmişlər. 66. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında göst ərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası İddiaçı şikayətinin həmin hissəsini əsassız hesab etmişdir.
67. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinin birgə nikah dövründə və birgə vəsait hesabına alınmasını sübuta yetirə bilməmişdir. Belə olan halda, Cavabdeh fərdi mülkiyyəti sayılan t orpaq sahəsinə sərəncam verməsinin etibarsız sayılması üçün əsaslar aşkar edilməmişdir. Bundan başqa, mübahisəli ev üzərində iddiaçının payının tanınması tələb edilsə də, həmin yaşayış sahəsinə CH nın mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməmişdir. Belə olan halda, iddia tələblərinin əsaslı olmamasına dair apellyasiya məhkəməsinin qənaəti maddi və prosessual hüquq normalarına uyğundur.
68. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
69. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şi kayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 25 noyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.