Məhkəmə qərarları › İş №2(102)-2961/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2961/2020

23.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2961/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və vəkili Muradov Mehman Telman oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak üzərində mülkiyyət hüququnun tanınması, avtomaşının qeydiyyat şəhadətnaməsinin ləğvi, qeydiyyat şəhadətnaməsinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mü lki Kollegiyasının 2(103)-12226/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2467/2019 saylı, 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hаkim R.Ə.Səmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak üzərində mülkiyyət hüququnun tanınması, avtomaşının qeydiyyat şəhadətnaməsinin ləğvi, qeydiyyat şəhadətnaməsinin verilməsi tələbinə dair iddia tələbi təmin edilərək, ******* mühərrik nömrəli, JTJHY00W904159878 ban nömrəli, **-KS-*** (hazırkı 99-SB916) dövlət nömrə nişanlı “Lexus LX 570" markalı avtomaşının Cavabdeh1 adından çıxarılaraq Cavabdeh3 adına qeydə alınmasına əsas olmuş əqd və Cavabdeh3 adına verilmiş 13.02.2019-cu il tarixli, AD456061 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab olunması, Cavabdeh1 adına aparılmış qeydiyyat və onun əsasında verilmiş 20.06.2018-ci il tarixli, AD254584 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv olunmaqla ******* mühərrik nömrəli, JTJHY00W904159878 ban nömrəli, **-KS-*** (hazırkı **-SB-***) dövlət nömrə nişanlı "Lexus LX 570" markalı avtomaşına İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12226/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyul 2019-cu il tarixli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlak üzərində mülkiyyət hüququnun tanınması və sair tələbləri barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak üzərində mülkiyyət hüququnun tanınması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 2005-ci ildə sonuncunun əmisi oğlu Emil Cavadov vasitəsilə tanış olmuşdur. Həmin dövrdə iddiaçı Rusiya Federasiyasının vətəndaşı idi və Moskva şəhərində yaşayırdı. Lakin qızı X2 övladları ilə birlikdə daimi olaraq Bakı şəhərində iddiaçıya məxsus mənzildə yaşayırdı və bu səbəbdən həyat yoldaşı çox vaxt Bakı şəhərində qızının yanında olurdu. Bundan başqa iddiaçının Bakı şəhərində "Rolls-Royce", "Bentley" markalı avtomobilləri var idi və həmin avtomobillərə qulluq olunması üçün vaxtı-vaxtında servise aparmaq lazım idi. Həmçinin, iddiaçının Bakı şəhərində şəxsi yaxtası mövcud idi və həmin yaxtada xidmət göstərən heyət var idi. Həmin şəxslərin fəaliyyətinə daima nəzarət etmək və aylıq əmək haqlarını ödəmək lazım idi. Ancaq iddiaçı Bakı şəhərinə müəyyən vaxtlarda qısa müddətə gəldiyindən özünün həmin işləri görməyə vaxtı yetmirdi. Ümumiyyətlə iddiaçıya Bakı şəhərində həm sürücü, həm də verəcəyi tapşırıqlarını yerinə yetirəcək adam lazım idi. Bu səbəbdən yuxarıda göstərilən işləri görməsi və həmçinin sürücü kimi fəaliyyət göstərməsi üçü n Cavabdeh1 2006-cı ildə ayda 3.000 (üç min) ABŞ dolları əmək haqqı ödəməklə işə götürdü. İddiaçı cavabdehə etibar etdiyi üçün bütün şəxsi işləri ilə məşğul olmağı, o cümlədən evi, yaxtası və maşınları ilə bağlı maliyyə məsələlərini cavabdehə həvalə etmişdir. Pulları bank vasitəsilə Bakı şəhərinə cavabdehin adına köçürmək yolu ilə göndərirdi. İddiaçı cavabdehə o qədər çox inanırdı ki, onun pulları necə sərf etdiyinə nəzarət etmirdi, yalnız Bakı şəhərinə gəldiyi zamanlarda göndərdiyi pulları haralara sərf etdiyinə dair özünün adi kağızda apardığı qeydiyyatı göstərirdi. 2011-ci ildə iddiaçı “Lexus LX 350” markalı maşın aldı. Həmin maşın kredit götürülmüş pulla alınmışdır. Həmin dövrdə iddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğuna görə cavabdeh Ağaverdi demişdir ki, maşın hazırkı iş üzrə digər cavabdeh olan onun həyat yoldaşı Cavabdeh2 adına alınsın və onun yoldaşının adına kredit rəsmiləşdirilsin. İddiaçı onunla razılaşmışdır. Maşın Azərbaycan Respublikası DİN BDYPİ-də Cavabdeh2 adına rəsmiləşdirilərək **-KS*** dövlət nömrə nişanı verilmişdir və maşın kredit rəsmiləşdirilməsinə əsasən “xxxx” ASCdə ipoteka ilə yüklü edilmişdir. 2014-cü ildə iddiaçı maşının kreditini tam ödəyərək bağlamış və avtomaşına yeni qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin avtomaşınına yeni **-GT-*** dövlət nömrə nişanı verilmişdir. 2014-cü ildə iddiaçı şəxsi vəsaiti hesabına yeni “Lexus LX 570” markalı avtomaşını almış və Rusiya Federasiyasının vətəndaşı olduğuna görə avtomaşını özünün məsləhəti ilə Cavabdeh1 adına rəsmiləşdirmişdir. Avtomaşına **TK-*** dövlət nömrə nişanı verilmişdir. İddiaçı həmi n avtomaşını idarə etməyi alınan gündən digər sürücüsü X6 həvalə etmişdir. Bu səbəbdən iddiaçının göstərişinə əsasən cavabdeh tərəfindən sürücü X6 etibarnamə verilmişdir. Həmçinin iddiaçı Bakı şəhərinə gəldiyi zaman ehtiyac yaranacağı halda həmin avtomaşını idarə edə bilməyi üçün cavabdehə öz adına etibarnamə verməsini tapşırmış və cavabdeh də iddiaçının göstərişinə əsasən onun adına etibarnamə rəsmiləşdirmişdir. 2014-cü ildə iddiaçı yeni “Lexus LX 570” markalı avtomaşın alsa da, əvvəlki “Lexus LX 350” markalı, **-GT-*** dövlət nömrə nişanlı avtomaşını da qalırdı. Həmin avtomaşını əvvəlki kimi Cavabdeh1 idarə edirmiş. 2018-ci ildə “Mercedes Vito” markalı yeni avtomaşın Avstriyadan gəldikdən sonra cavabdeh iddiaçının göstərişinə əsasən “Lexus LX 350” markalı, **-GT-*** dövlət nömrə nişanlı avtomaşını satdı. Cavabdeh iddiaçıya avtomaşını 24.000 ABŞ dollarına satdığını bildirmiş və həmin pulu ona vermişdir. Cavabdeh pulu iddiaçıya şəxsi yaxtasında vermişdir. Həmin vaxt iddiaçının yanında dostu Azər Mehdiyev də var idi. Həmçinin yaxtanın ekipajı da vardı. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh avtomobili 27.000 ABŞ dollarına satmışdır. 2017-ci ilin ortalarında iddiaçı Azərbaycan Respublikasına köçərək və vətəndaşlıq alaraq Bakı şəhərində ailəsi ilə birlikdə daimi yaşamağa başlamışdır. İddiaçı özü burada yaşadığına görə cavabdehi pul məsələlərindən kənarlaşdıraraq artıq şəxsi maliyyə məsələlərini özü həll etməyə başlamışdır. Artıq cavabdehin işi yalnız sürücü kimi iddiaçıya xidmət göstərməkdən ibarət idi. 2018-ci ilin iyun ayında “Lexus LX 570” markalı avtomaşının üzər ində olan **-TK-*** dövlət nömrə nişanı dəyişdirilərək, əvvəlki **-KS-*** dövlət nömrə nişanı verilmişdir. İddiaçı özü Bakıda yaşadığından köməkçi lazım olmadığına görə 2018-ci ilin noyabr ayından Cavabdeh1 sürücü kimi 3.500 manat əmək haqqı verməyə başlamışdır. Çünki o, artıq yalnız ailə sürücüsü kimi qalmışdır. Cavabdehin çalışdığı son 2 ayda gördüyü iş yalnız “Mercedes Vito” markalı avtomaşınla iddiaçını səhər saat 11-də işə aparıb axşam saat 6-da evə gətirməkdən ibarət olmuşdur. Ailəsi isə digər sürücü X5 idarə etdiyi “Lexus LX 570” markalı, **-KS-*** dövlət nömrə nişanlı avtomaşınla gəzirdi. Cavabdeh 29.12.2018-ci il tarixdən 03.01.2019-cu il tarixədək istirahətdə olmuş, 03.01.2019-cu il tarixdən sonra isə işi yalnız “Lexus LX 570” markalı, **-KS-*** dövlət nömrə nişanlı avtomaşınla i ddiaçının nəvələrini məktəbə aparıb gətirmək olmuşdur. Cavabdeh əvvəlki dövrlərindən fərqli olaraq, iddiaçıya məxsus pulları artıq özünün bildiyi kimi sağa-sola xərcləyə bilmədiyindən və uşaqları məktəbə aparmaq üçün hər gün səhər tezdən oyanmalı olduğundan 02.02.2019cu il tarixdə iddiaçının yanına gələrək artıq sürücü kimi çalışmaq istəmədiyini bildirmişdir. İddiaçı isə onun istəyinə etiraz etməyərək “Lexus LX 570” markalı, **-KS-*** dövlət nömrə nişanlı avtomaşının açarlarını təhvil verməsini demişdir. Lakin o, bundan imtina edərək avtomaşının ona çatmalı olduğunu bildirmiş və avtomaşını ona geri qaytarmamışdır. İddiaçı cavabdehlə dəfələrlə normal şəkildə danışaraq avtomaşının geri qaytarmasını və adına rəsmiləşdirməsini desə də, lakin o, avtomaşının qeydiyyat şəhadətnaməsinin onun adına olmasından sui-istifadə edərək geri qaytarmaqdan imtina etmişdir. Hətta məhkəməyə müraciət edəcəyi barədə dediyi sözdən sonra, cavabdeh iddiaçını avtomaşını partladaraq məhv edəcəyi ilə hədələmişdir. İşin faktiki hallarından göründüyü kimi “Lexus LX 570” markalı, **-KS-*** dövlət nömrə nişanlı avtomaşın iddiaçının vəsaiti hesabına alınaraq istifadəsində və sahibliyində olmuşdur. Avtomaşın alındığı vaxtdan iddiaçının göstərişinə əsasən cavabdehin verdiyi etibarnamə əsasında sürücü X8 tərəfindən idarə olunmuşdur. Həmçinin qeyd edilən avtomaşınla bağlı sərəncam verə bilməyi üçün iddiaçının göstərişinə əsasən cavabdeh tərəfindən iddiaçıya etibarnamə verilmişdir. Bütün bu faktlar isə qeyd edilən avtomaşının iddiaçının vəsaiti hesabına alındığını və faktiki olaraq iddiaçıya məxsus olduğunu tam şəkildə sübuta yetirir. ”xxxx” ASC-də olan AZ63AHB******************** nömrəli bank hesabının 12.02.2019-cu il tarixli çıxarışından görünür ki, təkcə 28.10.2014-cü il tarixdən 12.02.2019-cu il tarixədək olan müddət ərzində cavabdeh iddiaçının verdiyi etibarnamə əsasında hesabından 1.000.514,96 (bir milyon beş yüz on dörd) manat məbləğində pul məxaric etmişdir. Həmçinin, “xxxx” ASC-də olan ******************** nömrəli bank hesabının 11.02.2019-cu il tarixli çıxarışından görünür ki, 01.01.2010-cu il tarixdən 11.02.2019-cu il tarixədək olan müddət ərzində cavabdeh iddiaçının verdiyi etibarnamə əsasında hesabından 1.174.264,23 avro məxaric etmişdir. “Lexus LX 570” markalı **-KS-*** dövlət nömrə nişanlı avtomaşının dəyəri olaraq ödənilmiş pul da məhz iddiaçının göndərdiyi həmin məbləğlərdən ödə nilmişdir. Bütün bu faktlar isə iddia ərizəsində göstərilənlərin doğru olduğunu, o cümlədən “Lexus LX 570” markalı, 90KS811 dövlət nömrə nişanlı avtomaşının pulunun iddiaçı tərəfindən ödənildiyini tam sübuta yetirir. Göründüyü kimi Cavabdeh1 “Lexus LX 570” markalı, **-KS-*** dövlət nömrə nişanlı avtomaşının qeydiyyat şəhadətnaməsinin onun adına olması hüquqdan sui-istifadə edərək faktiki olaraq iddiaçıya məxsus olan “Lexus LX 570” markalı, **-KS-*** dövlət nömrə nişanlı avtomaşını mənimsəyərək əsassız varlanmağa çalışmışdır. Göstərilənlərə əsasən 20 iyun 2018-ci il tarixdə Cavabdeh1 adına aparılmış qeydiyyat və onun əsasında verilmiş AD254584 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv olunmaqla ******* mühərrik nömrəli, TTJHY00W904159878 ban nömrəli, **-KS-*** dövlət nömrə nişanlı “Lexus LX 570” markalı avtomaşına mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ******* mühərrik nömrəli, JTJHY00W904159878 ban nömrəli, 90- KS-811 (hazırkı **-SB-***) dövlət nömrə nişanlı “Lexus LX 570” markalı avtomaşının Cavabdeh1 adından çıxarılaraq Cavabdeh3 adına qeydə alınmasına əsas olmuş əqdin və Cavabdeh3 adına verilmiş 13.02.2019-cu il tarixli, AD456061 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab olunması, Cavabdeh1 adına aparılmış qeydiyyat və onun əsasında verilmiş 20.06.2018-ci il tarixli, AD254584 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunmaqla ******* mühərrik nömrəl i, JTJHY00W904159878 ban nömrəli, **-KS-*** (hazırkı **-SB-***) dövlət nömrə nişanlı “Lexus LX 570” markalı avtomaşına İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obye ktiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 və vəkili Muradov Mehman Telman oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cav abdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və vəkili Muradov Mehman Telman oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunub- olunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan “xxxx” ASC-nin 18.07.2019-cu il tarixli arayışından görünür ki, bank ilə (iddiaçının övlad ı) Rasimə Haqverdiyeva arasında 12.03.2014-cü il tarixində 100.LN.1604.120314.00001 saylı “Kredit müqaviləsi” bağlanaraq sonuncuya 1.000.000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Eyni zamanda, fiziki şəxs (cavabdeh) Cavabdeh1 01.10.2014-cü il tarixində həmin müqavilə üzrə banka 1.006.551 ABŞ dolları məbləğində ödəniş edərək krediti tam bağlamışdır İşdə olan iddiaçının “xxxx” ASC-də olan AZ83AİİB381200 1840********** nömrəli bank hesabının 12.02.2019-cu il tarixli çıxarışından görünür ki, 28.10.2014-cü il tarixdən 12.02.2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh1 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında hesabdan 1.000.514,96 manat məbləğində pul məxaric etmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-də olan ******************** nömrəli bank hesabının 11.02.2019- cu il tarixli çıxarışından görünür ki, 01.01.2010-cu il tarixdən 11.02.2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh1 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında iddiaçının həmin hesabından 1.174.264,23 avro məbləğində pul məxaric etmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 13.02.2019-cu il tarixli, 778771 saylı “Arayış-hesabdan” görünür ki, “Lexus LX 570” markalı, mühərrik nömrəsi ******* olan avtomobil 13.02.2019-cu il tarixdə (cavabdeh) Cavabdeh3 satılmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 21.02.2019-cu il tarixli məktubundan görünür ki, BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (eləcə də etibarnamə əsasında istifadəsində) adlarında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Etibarnamə əsasında X3 məxsus “Hyundai Getz” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 17.02.2011 -ci il tarixdən 17.02.2013-cü il tarixədək, (iddiaçının övladı) Fərəc Haqverdiyevə məxsus “Rolls Royce” markalı, H007007 dövlət qeydiyyat nişanlı avtomobilin isə 06.08.2016-cı il tarixdən 09.12.2016-cı il tarixədək Cavabdeh1 istifadəsinə verilməsi barədə mərkəzi informasiya sistemində məlumat mövcuddur. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən verilmiş sorğulara Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 21.11.2019-cu il tarixli, 109006-1219 saylı və “xxxx” MMC-nin 29.11.2019-cu il tarixli, 002 saylı cavab məktublarından və həmin məktublara əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli avtomobil 20.06.2018-ci il tarixdə Cavabdeh 1 adına qeydə alınmış, 13.02.2019-cu il tarixdə komisyon mağazada satılması üçün qeydiyyatdan çıxarılaraq “xxxx” MMC-nin “Arayış-hesabı” əsasında Cavabdeh3 adına qeydiyyata alınmışdır. Hazırda avtomobil Cavabdeh3 xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, işə baxmış birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli avtomobil alınan zaman iddiaçı Rusiya Federasiyasında olduğundan, həmçinin uzun müddət onunla işləmiş Cavabdeh1 etibar etdiyindən həmin avtomobilin sonuncunun adına qeydiyyata alınmasına göstəriş vermişdir. Cavabdeh1 isə həmin avtomobillə bağlı İddiaçı və onun digər sürücüsü M.Əzimova etibarnamə vermiş və avtomobili uzun müddət M.Əzimov idarə etmişdir. Cavabdeh1 ona verilmiş etibarnamə əsasında iddiaçının h esabından ayrı-ayrı vaxtlarda, ümumilikdə 1.000.514,96 manat və 1.174.264,23 avro məbləğində pul məxaric etmişdir. Yuxarıda sadalanan hallar həmin mübahisəli avtomobilin iddiaçının vəsaiti hesabına alınmasına dəlalət edir. Cavabdeh1 mübahisəli avtomobilin qeydiyyat şəhadətnaməsinin onun adına olmasından sui-istifadə edərək, faktiki olaraq iddiaçıya məxsus olan (onun pul vəsaiti hesabına alınmış) sözügedən avtomobili Cavabdeh3 satmışdır. Bu alqı-satqı iddiaçını həmin avtomobilin Cavabdeh1 geri qaytarılmasını tələb etdikdən dərhal sonra baş vermişdir. Nəticədə cavabdeh faktiki olaraq iddiaçıya məxsus əmlakı qanunsuz olaraq özgəninkiləşdirmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 340.2-ci maddəsinə görə yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi nəzərə almalı idi ki, avtomobilin alqı-satqı müqaviləsinə aid olan birinci qayda onun yazılı formada bağlanmalı olmasıdır və belə olan halda şahid ifadələrinə əsaslanma kifayət deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.9-cu bəndinə görə, nəqliyyat vasitələrinə sahibliyi təsdiq edən sənədlə rdən biri də nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası DİN X9 Qeydiyyat-imtahan məntəqələrində təsdiq olunmuş alğı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsidir. Göründüyü kimi, yazılı forma avtomobilin alqı-satqı müqaviləsinin məcburi forması kimi müəyyən edilmişdir. Mübahisəli avtomobilə dair iddiaçı ilə avtomobili satmış şirkət arasında isə yazılı formada tərtib edilən alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmin şirkət ilə Cavabdeh1 arasında bağlanmış yazılı formalı alqı-satqı müqaviləsi üzrə isə iddiaçının alıcı kimi tanınması mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Mülki Məcəlləsinin 406.3-cü maddəsinə görə, yazılı formada müqavilə tərəflərin imzaladığı bir s ənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Odur ki, iddiaçının imzasının olmadığı yazılı müqavilə üzrə onun alıcı kimi tanınması habelə avtomobili əldə etmək üçün yazılı müqavilə bağlamayan iddiaçının alıcı kimi avtomobil üzərində mülkiyyət hüququnun tanınması yolverilməzdir. İş materiallarından görünür ki, iddiaçının vəkili (nümayəndəsi) Vəkil onunla Cavabdeh1 arasında mübahisəni məhkəmədən kənar həll etmək üçün aparılmış danışıqların videogörüntülərini özündə əks etdirən video diski məhkəməyə təqdim etmişdir. Həmin videogörüntüdən müəyyən edilmişdir ki, mübahisəli avtomobil iddiaçının vəsaiti hesa bına əldə olunmuşdur. Bu xüsusat işin digər halları ilə də təsdiq edilməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yuxarıda qeyd edilən səbəbə görə iddia təmin edilə bilməz. İddiaçı, ona dəymiş maddi ziyanın ödənilməsi, konkret olaraq isə onun tərəfindən mübahisəli avtomobilə görə ödənilmiş pulun tutulması ilə bağlı ona ziyan vurmuş şəxsə (şəxslərə) qarşı “pul tələbi barədə” iddia qaldıra bilər. Müəyyən edilmişdir ki, iddianın “mübahisəli avtomobil üzərində iddiaçının mülkiyyət hüququnun tanınması barədə” hissəsi əsassızdır. “Mübahisəli avtomobil üzərində iddiaçının mülkiyyət hüququnun tanınması barədə” tələb əsassız olduğundan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı, qeyd edilən bu tələbdən törəmə olan digər tələbləri, yəni “mübahisəli avtomo bilin Cavabdeh1 adından çıxarılaraq Cavabdeh3 adına qeydə alınmasına əsas olmuş əqdin və Cavabdeh3 adına verilmiş 13.02.2019-cu il tarixli, AD seriyalı, 456061 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” etibarsız hesab olunması, Cavabdeh1 adına aparılmış qeydiyyat və onun əsasında verilmiş 20.06.2018-ci il tarixli, AD seriyalı, 254584 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” ləğv olunması barədə” tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Bunu nəzərə alan apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, qeyd edilən bu tələblərin əsaslı hesab edilməsi qeyri-mümkündür və bu nəticənin geniş müzakirə edilməsinə lüzum yoxdur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12226/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar