Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2961/2021 15.03.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin icraata qəbulundan imtina barədə Ali Məhkəmənin hakimi Quliyev Gündüz Ağababa oğlu Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçı XXX qızının verdiyi kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı XXX qızının cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı (üçüncü şəxs DƏDRX-in 2 saylı Ərazi İdarəsi olmaqla) torpaq sahəsinin mülkiyyət hüququ üzrə qanuni sahiblikdə olması faktının müəyyən edilməsi, alqı-satqının bağlanmış sayılması və s. tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı XXX qızı kassasiya şikayəti vermiş dir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardadın “qərara aldı” hissəsində göstərilmişdir ki, qərardaddan kassasiya şikayəti verilə bilməz. Lakin, cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsiylə kassasiya qaydasında baxılan aktların dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Lakin, apellyasiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozularaq prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayəti baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Hazırki kassasiya şikayəti mülki-prosessual qanunvericiliyə əsasən kassasiya şikayəti verilə bilməyən qərardadla bağlı olduğu üçün kassasiya instansiyasında icraata qəbul edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsini rəhbər tutaraq Qər ara aldım: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçı XXX qızının verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2961/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2961/2021
15.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver