Məhkəmə qərarları › İş №2(102)-2963/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2963/2024

19.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2963/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbinə dair 19.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri: Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1440/2024 nömrəli, 6 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra- iddiaçı) i lə Cavabdeh (bundan sonra- cavabdeh) arasında dostluq münasibətləri zəminində iddiaçı cavabdehə yazılı üzləşmə aktı əsasında 30.000 manat məbləğində pul vəsaiti vermişdir.

2. Üzləşmə aktına əsasən cavabdeh 30.000 manat borc pulu 2-3 ay ərzində qaytarılması barədə öz imzası ilə təsdiq etmişdir. 3. 09 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Bakı şəhəri, Binqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə verilən şikayətlə bağlı araşdırma aparıldığı və faktla bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2 və 212-ci maddələrinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehin borc aldığı 30.000 manat məbləğdə pulun, 3 ildə əldən çıxmış faydaya görə 8.550 manat, mənəvi zərərə görə 20.000 manat olmaqla, cəmi 58.550 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı, iddia tələbini işin hallarına uyğun əsaslandıraraq əlavə olaraq onu qeyd etmişdir ki, cavabdeh müxtəlif bəhanələrlə ondan borc adı ilə aldığı 30.000 manat pulu qaytarmaqdan imtina etmiş. Əvvəlcə cavabdeh ona, qardaşının Şabran rayonunda torpaq sahəsi olduğunu, onu satıb pulunu qaytaracağını demiş, daha sonra hətta həmin torpaq sahəsinin çıxarışını da ona mobil telefonla göndərmişdir. Ancaq bundan sonra müxtəlif bəhanələrlə onu aldadaraq ondan borc aldığı 30.000 manat pulunu ona qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, cavabdeh ilə razılaşaraq və "xxxx"-dan 5.500 man at krediti götürmüşdür. İddiaçı bankdan götürdüyü 5.500 manat məbləğində krediti cavabdehə verdiyi 30.000 manatı tamamlamaq üçün bacısı Solmaz Bayramovadan borc almışdır. Lakin, cavabdeh 2 ay həmin krediti ödəsə də, sonra krediti banka ödəməmiş, həmin krediti də o banka özü ödəmişdir. Ona görə də, iddiçı məcbur olub, cavabdehin ona qarşı törətdiyi qanunsuz əməlinə görə 16 mart 2023-cü il tarixli şikayət ərizəsi ilə Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir. Cavabdeh 5-ci polis bölməsində araşdırma zamanı borcunu qisa müddətdə ödəməyi vədd etsə də, yenə də vəddinə əməl etməmişdir. İddiaçı yaşlı olduğunu, cavabdehin 3 il ərzində onun 30.000 manatını vermədiyinə görə səhətində çoxlu problemlər yarandığını, maddi sıxıntı və mərhumiyyətlərə düçar oldu, himayəsində olan bacısı X2 onkoloji xəstədir, müalicəsinə və dərmanlarına külli miqdarda pul lazımolduğundan, məcbur qalıb, yenidən "xxxx" ASC-dən 5.000 manat kredit götürmüş, aldığı pensiyadan da ayda 272 manat həmin kreditə ödəyir. Lakin, cavabdeh bunların hamısını bilə-bilə onun ona inamından sui-istifadə etdi, onun üçün külli miqdar olan 30.000 manat pulunu hər dəfə vədlərlə onu aldadaraq qaytarmaqdan imtina etmişdir. O, özü İİ qrup əlildir. Əfqanıstan müharibəsi veteranıdır, birinci Qarabağ Müharibəsinin iştirakçısıdır, Füzuli şəhərindən məcburi köçkündür. Yuxarıda şərh olunanlara əsasən, hesab etmişdir ki, cavabdeh ondan borc aldığı 30000 manat, həmin pulun 3 ildə əldən çıxmış faydasına görə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi illik 9,5 % olmaqla (yəni 2850 x 3 il = 8550) 8550 manat ona pul ödəməlidir. Bundan başqa cavabdehin qanunsuz əməli nəticəsi o, və ailə üzvlərinin hədsiz dərəcədə mənəvi əzablar və iztirablar çəkmiş, mülkiyyət hüquqlarını pozmuş, özü və ailəsi maddi və mənəvi mərhumiyyətlərə düçar olmuş, bunun nəticəsində o və ailə üzvləri hədsiz əzab və izdirab çəkmişdir.

5. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək onunla əsaslandırılmışdır ki, iddiaçı ilə arasında münasibətlərin 05 avqust 2020-ci il tarixə uyğun olduğunu, tələb etmə üzrə iddia müddətinin bitdiyini görə iddia müddətinin tətbiq edərək iddianın rədd olunmasını xahiş etmişdir. 6. 05 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, iddiaçıya 5.550 manat məbləğində kredit illik 16 % ödəmək şərti ilə 24 ay müddətinə verilmişdir. 7. 06 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, iddiaçıya 5.680 manat məbləğində kredit illik 21,5 % ödəmək şərti ilə 24 ay müddətinə verilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının xəstəlik tarixindən çıxarışından görünür ki, iddiaçının himayəsində olan bacısı X1 həmin klinikada qeydiyyatda olmaqla, sol süd vəzinin bədxassəli xərçəng diaqnozu qoyularaq müalicə alır. 9. 16 mart 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə öndərilmiş şikayət ərizəsindən görünür ki, iddiaçının inanımdan sui-istifadə edərək, ondan 30.000 manat pulun dələduzluq yolu ilə ələ keçirib mənimsəyən cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə cinayət işinin başlanmasına və ona vurduğu 30.000 manat madd i ziyanın ödənilməsinə göstəriş verilməsi xahiş olunmuşdur.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4375/2023 saylı mülki iş üzrə 23 noyabr 2023- cü il tarixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia qismən təmin edilərək, cavabdehdən aldığı borca görə 28.500 manat, həmin məbləğə hesablanmış 3 illik əldən çıxmış faydaya görə 4.425 manat olmaqla, cəmi 32.925 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

11. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında 05 avqust 2020-ci il tarixdə üzləşmə aktı imzalanmış və həmin sənəd tərəflərin bütün mühüm şərtləri özündə əks etdirən yazılı əqddir. Nəzərə alınmalıdır ki, 2020-ci ildə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox idisə, borc müqaviləsi yazılı formada bağlanmalı idi və tərəflər arasında imzalanmış sənəd – yazılı şəkildə bağlanmış borc müqaviləsidir. Sənədin “üzləşmə akt” kimi adlandırılması onun borc müqaviləsi olmasına və etibarlılığına təsir etmir.

12. Məhkəmə qeyd etmişdir ki, üzləşmə aktına əsasən (borc müqaviləsindən) cavabdehin iddiaçıdan Rusiyadan mallar almaq məqsədi ilə 30.000 manat pul borc almışdır. Bu borca heç bir faiz hesablanmamış və cavabdeh 05 avqust 2020-ci il tarixdə həmin borcu 2-3 ay müddətinə qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında olan müqaviləyə (üzləşmə aktına) əsasən onlar arasında müəyyən öhdəliklər yaranmışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi icra etmiş, lakin, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir.

13. Məhkəmə qeyd etmişdi r ki, əldən çıxmış faydanın həcmi müəyyən edilərkən Mülki Məcəllənin həmin dövrdə qüvvədə olmuş müddəaları əsas götürülürək hesablanmalıdır. Belə ki, Mülki Məcəllənin (xx.xx.2023-cü il tarixinədək olan redaksiyada) 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər, lakin məhkəmə hesab etmişdir ki, hesablaşmalar bank uçot dərəcəsi ilə deyil, gecikdirilmiş vaxt üçün illik 5% ilə aparılmalıdır, çünki bank uçot dərəcəsi ilə hesablaşmaların aparılması üçün iddiaçı tərəfindən heç bir sübut mülki iş materiallarına əlavə olunmamışdır. Müqavilə 05 avqust 2020-ci il tarixdə 2-3 ay müddətinə bağlanmış və son ödəniş müddəti 05 noyabr 2020-ci il tarixədək müəyyən edilmişdir.

14. Müqavilədə faiz nəzərdə tutulmadığından, illik 5% 05 noyabr 2020-ci il tarixdən sonra hesablanmalıdır. Belə ki, birinci il üçün qaytarılmamış məbləğ- 30.000 x 5 % = 1500, ikinci il üçün qaytarılmamış məbləğ – 30000 x 5 % = 1500, üçüncü il üçün qaytarılmamış məbləğ – 28500 x 5 % = 1425 manat təşkil edir. Toplam 3 ilə görə qaytarılmamış məbləğin 5 % 4425 manat təşkil edir. Cavabdehdən əldən çıxmış fayda kimi 4425 manat tutulub iddiaçıya ödənilməlidir.

15. Məhkəmə iddia müddəti ilə bağlı qeyd etmişdir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqa vilə 05 avqust 2020-ci il tarixdə 2-3 ay müddətinə bağlanmış və son ödəniş müddəti 05 noyabr 2020-ci il tarixədək müəyyən edilmişdir. Deməli, iddiaçı öz hüququnun pozulduğunu yalnız 05 noyabr 2020-ci il tarixdən sonra bilə bilərdi. Həmçinin iddiaçı, 16 mart 2023-cü il tarixdə hüquq-mühafizə orqanlarına müraciət etmiş və 08 may 2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi” qərarı almışdır. Həmin qərarın təsvir hissəsində göstərilmişdir ki, cavabdehin izahatından görünür ki, o, 30.000 manat borcu etiraf etmiş və qaytaracağını bildirmişdir.

16. Məhkəmə iddia müddəti ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Bununla da, məhkəmə qeyd etmişdir ki, tərəflər arasında olan münasibətlərə iddia müddəti tətbiq edilməməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 329, 331, 372, 373, 375, 377, 380, 385, 386, 389, 425, 442, 443, 445, 448, 449, 739, 740-cı maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 10, 14, 77, 119, 124-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən işin bir sıra faktiki və hüquqi məsələlərini nəzərə almamış, səthi araşdırma apararaq onun ziyanına qərar qəbul etmişdir. Belə ki, məhkəmənin borc münasibətinə əsaslanması işin düzgün olmayan halıdır. İddia ərizəsi ilə işin laktiki cəhədləri arasında kifayət qədər ziddiyyətlər vardır. 30.000 manat verdikdən sonra qaytarmadığını görən şəxsin yenidən kredit götürüb borc alan şəxsə verilməsi məntiqə uyğun hal deyil. Cinayət işinin rədd qərarında borcun tarixi barədə heç bir məlumat verilməmişdir. Borcun olması məsələnin mübahisəsiz tərəfidir. Lakin ortada akta istinad edilməsi bu mübahisə doğuracaq məqamdır. Həmin aktdakı imzanın cavabdehə heç bir aidiyyəti yoxdur. Tərəflər arasında olan münasibətlər yəni tanışlıq inkar olunmur. Lakin borc münasibətləri şübhəli məqamlarla əhatə olunur. Belə ki, üzləşmə aktını cavabdeh görmədiyi üçün sonuncu mə hkəmə prosesində həmin aktın surətini götürərək cavabdehə təqdim etmiş, lakin cavabdeh həmin aktdakı onun adından imzaların və yazının onun tərəfindən yazılmadığını qeyd etmişdir. İddiaçı iddia tələbini irəli sürmüşdürsə sübut etmə yükünə görə yazılı müqaviləni də məhkəməyə təqdim etməli idi. Lakin iş materiallarından görünür ki, tərəflər arasında yazılı müqavilə olmamışdır. Bu isə onu deməyə əsas verir ki, tərəflər arasında borc münasibətləri olmamışdır. Məhkəmənin borc kimi qiymətləndirmiş olduğu üzləşmə aktındakı iki yerdə ayrı ayrılıqda qarşısında cavabdeh yazılmış yazı və imza sonuncuya məxsus deyil, həmçinin hər iki qollara baxdıqda onlar belə fərqli icra edilmişdir. Belə olduğu halda məhkəmə xətşünaslıq ekspertizasının rəyinin alınması barədə qərar qəbul etdikdən sonra iddia müddə ti məsələsinə düzgün qiymət verə bilərdi. Əgər müəyyən olunsa ki, aktdakı imzalar saxtadır cavabdehə aid deyil borcun verilməsi müddətini 5 avqust deyil,cavabdehin dediyi kimi həmin ilin aprel ayından hesablamaqla düzgün nəticəyə gələrək iddia müddətinin tətbiqinə əsaslanmaqla iddia tələbini rədd edilməsinə dair qətnamə qəbul etməlidir. Belə olan halda, iddia təmin edilməli deyildir. 05 avqust 2020-ci il tarixli üzləşmə aktında olan imzalar cavabdehin imzası ilə eyniyyət təşkil etməməklə yanaşı, imzalar arasında oxşarlığın olmaması gözlə görünür.

20. Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli rəyinə əsasən, mülki işin 12-ci vərəqində olan 05 avqust 2020-ci il tarixli üzləşmə aktındakı “mən Cavabdeh, Rusiyadan mal vurmaq üçün İddiaçı 30.000 manat aldım və həmin pulu 2-3 ay müd dətinə qaytaracağıma söz vermişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 may 2024-cü il tarixli, 2(103)1440/2024 saylı qətnaməsi ilə (hakimlər: F.Talışinski sədrlik edən, məruzəçi, A.İmanov və M.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4375/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, yazı və imza cavabdehə məxsus deyil və əgər müəyyən olunsa ki, aktdakı imzalar saxtadır ona aid deyil borcun verilməsi müddətini 5 avqust deyil, cavabdehin dediyi kimi həmin ilin aprel ayından hesablamaqla düzgün nəticəyə gələrək iddia müddətinin tətbiqinə əsaslanmaqla iddia tələbini rədd edilməli idi. Lakin imzanın cavabdehə məxs us olmaması məhkəmə kollegiyası tərəfindən keçirilən ekspertiza ilə müəyyən edilməmiş və digər dəlilin mümkünlüyünün müzakirə edilməsinə belə zərurət qalmamışdır.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir, mübahisəni mahiyyəti üzrə düzgün həll etmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

24. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 425.1, 425.2, 442, 443.1, 443.2, 443.4, 443.7, 445.1, 445.7, 448.1, 449.1, 739.1, 739.2, 740.2-ci maddələrinə istinad etməklə əsaslan dırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (vəkili Vəkil ) kassasiya şikayəti verərəkapellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsinixahiş etmişdir.

26. Kasasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmiş və pozulmuşdur. Nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərt ərəfli aydınlaşdırmamış, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, beləliklə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzi ni ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

33. Maddə 443.2.Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

34. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

35. Maddə 443.7.Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

36. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliy yət daşıyır. 37. 445.7. Borclu pul məbləğinin ödənilməsinigecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlə rin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

40. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

41. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

42. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

43. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakinapellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi

54. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahis əyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında 05 avqust 2020-ci il tarixdə üzləşmə aktı imzalanmışdır. Sənədin “üzləşmə akt” kimi adlandırılması onun borc müqaviləsi olmasına və etibarlılığına təsir etmir. Həmin üzləşmə aktına əsasən (borc müqaviləsinə) cavabdehin iddiaçıdan Rusiyadan mallar almaq məqsədi ilə 30.000 manat pul borc almışdır. Bu borca heç bir faiz hesablanmamış və cavabdeh 05 avqust 2020-ci il tarixdə həmin borcu 2-3 ay müddətinə qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında olan üzləşmə aktına əsasən, onlar arasında müəyyən öhdəliklər yaranmışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi icra etmiş, lakin, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əldən çıxmış faydanın həcmi müəyyən edilərkən Mülki Məcəllənin həmin dövrdə qüvvədə olmuş müddəaları əsas götürülürək hesablanmalıdır. Belə ki, Mülki Məcəllənin (01 sentyabr 2023-cü il tarixədək olan redaksiyası) 445.7-ci maddə sinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər, lakin məhkəmə hesab etmişdir ki, hesablaşmalar bank uçot dərəcəsi ilə deyil, gecikdirilmiş vaxt üçün illik 5% ilə aparılmalıdır, çünki bank uçot dərəcəsi ilə hesablaşmaların aparılması üçün iddiaçı tərəfindən heç bir sübut mülki iş materiallarına əlavə olunmamışdır. Müqavilə 05 avqust 2020-ci il tarixdə 2-3 ay müddətinə bağlanmış və son ödəniş müddəti 05 noyabr 2020-ci il tarixədək müəyyən edilmişdir. Müqavilədə faiz nəzərdə tutulmadığından, illik 5 % 05 noyabr 2020-ci il tarixdən sonra hesablanmalıdır.

58. Belə ki, birinci il üçün qaytarılmamış məbləğ 1500 manat, ikinci il üçün qaytarılmamış məbləğ 1500 manat, üçüncü il üçün qaytarılmamış məbləğ- 1425 manat təşkil edir. Toplam 3 ilə görə qaytarılmamış məbləğin 5 % 4425 manat təşkil edir. Cavabdehdən əldən çıxmış fayda kimi 4425 manat tutularaq iddiaçıya ödənilməlidir.

59. Apellyasiya instansiyası məhkəməsi, iddia müddəti ilə bağlı qeyd etmişdir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqavilə 05 avqust 2020-ci il tarixdə 2-3 ay müddətinə bağlanmış və son ödəniş müddəti 05 noyabr 2020-ci il tarixədək müəyyən edilmişdir. Deməli, iddiaçı öz hüququnun pozulduğunu yalnız 05 noyabr 2020-ci il tarixdən sonra bilə bilərdi. Həmç inin iddiaçı, 16 mart 2023-cü il tarixdə hüquq-mühafizə orqanlarına müraciət etmiş və 08 may 2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul olunmuşdur. Həmin qərarın təsvir hissəsindən görünür ki, cavabdeh 30.000 manat borcu etiraf etmiş və qaytaracağını bildirmişdir.

60. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddianı qismən təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də cavabdehin kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmal ıdır.

61. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 may 2024-cü il tarixli, 2(103)-1440/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar