Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2964/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkillər X2 və X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-xx/18) iddiaçı cavabdeh «xxxx» Sığorta Şirkəti ASC-y ə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov-sədrlik edən və məruzəçi, V.Baxışova və V.Həsənov, iş № 2(103)-xx/18) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını, X5 ölümü nəticəsində baş verən sığorta hadisəsinə görə ödənilməli olan 7.600 ABŞ dolları pul vəsaitinin ödəniş gününə qüvvədə olan məzənnə ilə maddi ziyana görə tutulması, mənəvi zərərə görə 1 0.000 manat pulun tutulması və 30 manat ödənilməmiş dövlət rüsumunun cavabdeh «xxxx» Sığorta Şirkəti ASC-dən tutulub ona ödənilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh «xxxx» Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta olunan X5 ölümü nəticəsində baş verən sığorta hadisəsinə görə ödənilməli olan 7.600 ABŞ dolları pul vəsaitinin ödəniş gününə qüvvədə olan məzənnə ilə maddi ziyana görə tutulması, 10.000 manat pulun isə mənəvi zərərə görə və 30 manat ödənilməmiş dövlət rüsumunun cavabdeh «xxxx» Sığorta Şirkəti ASC-dən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, oğlu X7 2017-ci ilin avqust ayında istirahət etmək məqsədi ilə Türkiyə Respublik asının Antalya şəhərinə gedərkən səfər sığortasını təmin etmək məqsədi ilə hazırkı iş üzrə cavabdeh «xxxx» Sığorta Şirkəti ASC ilə 19.07.2017-ci il tarixdə ST 98912 saylı «Səfər sığortası şəhadətnaməsi» müqaviləsi rəsmiləşdirmişdir. Həmin şəhadətnamənin bəndlərinə əsasən hazırkı iş üzrə cavabdeh sığortalını 15.000 ABŞ dolları məbləğində sığortalamışdır. Oğlu (sığortalı) X7 xx xxx 2017-ci il tarixdə Antaliya şəhərində istirahətdə olarkən qəfil vəziyyəti pisləşmiş və onu istrahət etdiyi otelin yaxınlığında olan «Anadolu Lara» özəl xəstəxanasına yerləşdirmişlər. Həmin xəstəxanada bir neçə gün müalicədən sonra səhhətində müsbətə doğru dəyişikliyin olmadığını görən xəstəxana rəsmiləri oğlunu həmin xəstəxanadan daha peşəkar bir digər xəstəxana olan «X3»na köçürmüşlər. Oğlunun səhhəti pisləşdiy i gündən valideynləri olaraq dərhal onlara məlumat verilmiş və o da xəbəri aldığı gündən oğlunun yanına getmişdir. Orada olarkən ona məlum olmuşdur ki, oğlunun yatdığı hər iki xəstəxana tərəfindən dərhal hazırkı iş üzrə cavabdeh «xxxx» Sığorta Şirkəti ASC-nin Türkiyə Respublikasında əməkdaşlıq etdiyi aidiyyəti orqanlara məlumat verilmiş və sığortalının səhhəti barədə mülki iş üzrə cavabdehin də məlumatı olmuşdur. Məlumatı alan hazırkı iş üzrə cavabdeh oğlunun müalicə xərclərinə görə birinci xəstəxanaya ödəniş etmiş və ikinci xəstəxanada yerləşdirilən zaman cavabdeh buranın da xərclərini ödəcəyini qəbul etdiyi üçün həmin xəstəxanaya qəbul edilmişdir. Lakin bir müddət sonra oğlunun yerləşdirildiyi ikinci xəstəxana olan «X3»nın rəhbərliyi ona müraciət edərək bildirmişlər ki, sığorta şirkəti p ulu ödəmədiyi üçün oğlunun müalicəsi davam etdirilməyəcəkdir. Onlar ona ödəniş etməyi təklif etsələr də qısa müddətdə lazım olan pul vəsaitini təmin etmək mümkün olmadığı üçün o, bu ödənişi həyata keçirə bilməmişdir. Ödəniş edilmədiyinə görə xəstəxana rəhbərliyi oğlunu həyatda saxlayan aparatları söndürdülər və oğlu dünyasını dəyişmişdir. Oğlunun ölümündən sonra, o, zərərçəkmiş şəxs və qanuni nümayəndə kimi tanınmışdır. Oğlunun ölümündən sonra onlara təqdim edilən tibb sənədlərindən də görünür ki, oğlunun ölüm səbəbi “satus epileptikus” diaqnozundan ölmüşdür. İddia ərizəsinə əlavə etdiyi «Antalya Akdeniz Universiteti X6» ********** nömrəli ölüm sənədindən və «T.C. X1 Sağlıq, Araşdırma və Uyğulama Merkezi» Xəstəxanasının 27.08.2017-ci il tarixli epikrizindən də görünür ki, xəstə qıcolma və huşun itməsi səbəbindən xəstəxanaya daxil olmuş, antiepileptik müalicə başlanmışdır. Ölümün səbəbi “status epileptikus” diaqnozudur. Xəstəxana xərcləri tərəfindən ödənildikdən sonra, oğlunun nəşi onlara təhvil verilmiş və cənazənin Türkiyə Respublikasından ölkəyə gətirilməsi üçün 29.08.2017-ci il tarixdə 2.400 ABŞ dolları xərc tərəfindən ödənilmişdir. Cənazəni ölkəyə gətirdikdən sonra, tərəfindən çəkilən xərclərin mülki iş üzrə cavabdeh «xxxx» Sığorta Şirkəti ASC tərəfindən ona ödənilməsi və ikinci xəstəxananın ödənişindən nə səbəbdən imtina edilməsini öyrənmək məqsədi ilə cavabdehə rəsmi olaraq müraciət etmişdir. Cavabdeh ondan zəruri bütün sənədləri alaraq ona yalnız cənazənin repatriasiya xərcləri olan 2400 ABŞ dolları ödəniş etsə də, qalan ödənişin edilməsindən imtina etmişdir. Cavabde hə ünvanladığı ərizəsinə cavabdan məlum olur ki, sığorta ödənişinin ödənilməsindən imtinaya əsas tibb müəssisəsində ölümə səbəbin «Diffuz kordikal işemiya-Subaraxnoidal qansızma» olması və «Səfər sığortası qaydaları»nın 10.1-ci maddəsinə əsasən ürək-damar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləğinin 5 000 ABŞ dolları təşkil etməsidir. Lakin o, cavabdehin bu mövqeyi ilə razı olmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkil i R.Bayramov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili N.Ramazanov isə kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkillərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya insta nsiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının oğlu X7 11.08.2017-ci il tarixində Türkiyə Respublikasının Antalya şəhərinə səfər etmiş, səfərdə olduğu zaman səhhətində yaranan şikayətlər səbəbindən 18.08.2017-ci il tarixindən 27.08.2017-ci il tarixinədək iki fərqli tibb müəssisəsində stasionar qaydada müalicə almasına baxmayaraq, 27.08.2017-ci il tarixində vəfat etmiş və 29.08.2017-ci il tarixində Azərbaycan Respublikasına repatriasiya olunmuşdur. Ümumilikdə İddiaçı müalicə xərcləri 5766,37 ABŞ dolları və 16947,98 Türk lirəsi təşkil etmiş və repatriasiya xidmətinə çəkilmiş xərclər isə 2400 ABŞ dolları təşkil etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı tibb müəssisəsində “Diffuz kordikal işemiya- Subaraxnoidal qansızma” (XBT kodu 160) diaqnozu qoyulmuşdur. «xxxx» Sığorta Şirkəti ilə bağlanılmış ST-98912 saylı Səfər Sığortası Şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan Səfər Sığortası Qaydalarının 10.1-ci maddəsinə əsasən ürək-damar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləği 5000 ABŞ dolları təşkil edir. Qaydaların 9.23-cü maddəsinə əsasən müəyyən edilmiş sığorta məbləğini aşan xərclər Sığortaçı tərəfindən ödənilmir. Bununla yanaşı, Qaydaların 9.25-ci maddəsinə əsasən əgər sığorta müqaviləsində şərtsiz azadolma məbləği nəzərdə tutulubsa, o hər sığorta hadisəsi üzrə xərclər ödənildikdə tətbiq olunur. İddiaçı təyin edilmi ş diaqnoz ürək-damar sistemi xəstəliklərinə aid edildiyindən onun müalicə xərcləri üzrə sığorta məbləği 5000 ABŞ dolları təşkil etmişdir. Bununla yanaşı, İddiaçı 18.08.2017-ci il tarixindən 27.08.2017-ci il tarixinədək aldığı müalicə xərcləri üzrə «xxxx» Sığorta Şirkəti tərəfindən sığorta şəhadətnaməsi ilə nəzərdə tutulan 30,00 ABŞ dolları məbləğində şərtsiz azadolma məbləği tətbiq edilməklə sığorta məbləği həddində, yəni 4970 ABŞ dolları məbləğində sığorta ödənişi Servis Mərkəzi vasitəsilə tibb müəssisəsinə ödənilmişdir. Həmçinin 2400,00 ABŞ dolları məbləğində ölümdən sonrakı repatrasiya xərcləri «xxxx» Sığorta Şirkəti tərəfindən şərtsiz azadolma məbləği tətbiq edilməklə Azərbaycan manatı ekvivalenti ilə köçürmə yolu ilə tam ödənilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, «xxxx» Sığ orta Şirkəti sığorta müqaviləsi əsasında onun üzərinə düşən öhdəlikləri tam həcmdə həyata keçirmişdir. İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının 665 saylı, 11.05.2018-ci il tarixli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü X5 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq ekspertiza qarşısında qoyulmuş suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: «Diffuz kortikal işemiya-Subaraxnoidal qansızma» sinir sistemi xəstəliklərinə aid olub, uzun müddətli müalicə tələb edən, kəskin gedişli xəstəlikdir. Vaxtında ixtisaslı tibbi tədbirlər görülmədiyi təqdirdə arzuolunmaz sonluqla nəticələnə bilər. «Status epileptikus» sinir sistemi xəstəliklərinə aid olub, uzun müddət müalicə tələb edən, xroniki gedişli xəstəlikdir. Vaxtında ixtisaslı tibbi tədbirlər görülmədiyi təqdirdə arzuolunmaz sonluqla nəticələnə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 887-ci maddəsinə əsasən şəxsi sığortanın obyektləri sığortalının və ya sığorta olunanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) s ığortalana bilər. Həmin Məcəllənin 922-ci maddəsinə görə isə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. İş materiallarından göründüyü kimi, cavabdeh sığorta məbləğinin ödənilməsindən imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum oğlu X10 oğluna tibb müəssisəsində qoyulmuş «Diffu z kortikal işemiya-Subaraxnoidal qansızma» diaqnozu ürək-damar sistemi xəstəliklərinə aiddir və «xxxx» Sığorta Şirkəti ilə E.İddiaçı arasında bağlanmış ST-98912 saylı Səfər Sığortası Şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan Səfər Sığortası Qaydalarının 10.1-ci maddəsinə əsasən isə ürək-damar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləği 5000 ABŞ dolları təşkil edir ki, həmin məbləğ də cavabdeh tərəfindən ödənilmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 665 saylı, 11.05.2018-ci il tarixli rəyindən görünür ki, «Diffuz kortikal işemiya-Subaraxnoidal qansızma» və «Status epileptikus» sinir sistemi xəstəliklərinə aid olub kəskin gedişli xəstəlikdir. “Səfər Sığortası” Qaydalarının 9.3-cü bəndinə əsasən sinir sistem i xəstəliklərinin aradan qaldırılması və müalicə xərcləri sığortaçı tərəfindən ödənilmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq sinir sistemi xəstəlikləri sığorta təminatına daxil olmadığından, cavabdeh «xxxx» Sığorta Şirkəti ASC-nin sığorta ödənişini həyata keçirməkdən imtina etməsi əsaslı olmuşdur. Ona görə də, sığorta ödənişi tələbi hissəsində iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin 10 000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı isə qeyd etmişdir ki, maddi ziyan tələbi hissəsində iddia təmin olunmadığı üçün mənəvi ziyan tələbi hissəsində də iddia təmin edilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və iddianın əsassız olmasının iki səbəbini xüsusi olaraq qeyd etmişdir. 1-ci səbəb ondan ibarətdir ki, sığorta şəhadətnaməsində sığorta məbləğinin 15.000 ABŞ dolları müəyyən edilməsi o demək deyil ki, sığorta hadisəsi baş verdikdə 15.000 ABŞ dolları tələb etmək hüququ yaranır. “Sığorta məbləği” anlayışı Mülki Məcəllənin 904.1-ci maddəsində müəyyən olunub: sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Odur ki, səfər sığortasında göstərilən 15.000 manat son həddir, yəni həmin həddə qədər olan xərclərin əvəzi ödənilir, 15.000 manatı tələb etmək üçün əvvəlcə həmin məbləğdə xərclərin mövcudluğu sübut olunmalıdır. Sığorta şirkəti 7.400 ABŞ dolları sığorta ödənişini müalicə xərcinə və ölümdən sonrakı repatriasiya xərcinə görə ödəy ib, bundan artıq xərcin mövcud olduğu sübut edilmir. 2-ci səbəb ondan ibarətdir ki, iddiaçı övladına aid olan xəstəlik üzrə məhkəmə-tibbi ekspertiza keçirilib. Ekspertizanın rəyinə görə «Diffuz kortikal işemiya-Subaraxnoidal qansızma» və «Status epileptikus» sinir sistemi xəstəliklərinə aid olub, uzun müddətli müalicə tələb edən, kəskin gedişli xəstəlikdir. Vaxtında ixtisaslı tibbi tədbirlər görülmədiyi təqdirdə arzuolunmaz sonluqla nəticələnə bilər. Göründüyü kimi, həmin xəstəliklər sinir xəstəliklərinə aiddir. «Səfər sığortası qaydaları»nın 9.3-cü bəndinə görə sığortaçı sinir xəstəliklərinin aradan qaldırılması və müalicəsi xərclərini ödəmir. Səfər sığortası qaydalarında müəyyən edilən şərtlər sığorta müqaviləsinin standart şərti hesab olunur. Həmin qaydalar cavabdehin özü tərəfindən qab aqcadan müəyyən olunub dəfələrlə istifadə üçün nəzərdə tutulub, cavabdehlə müqavilə bağlayan hər bir şəxs bu qaydalarla tanış edilir və “Qaydalar”ı alır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüquq unun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Respublikası MPM-nin 416-419-cu qərara aldı: İddiaçı Hüseynov Bəybala Qaraş oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)xx/18saylı qətnaməsi həmin kassasiya şikayətinə münasib ətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2964/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2964/2019
30.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver