Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2965/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “öhdəliyin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2586/2024 nömrəli iş üzrə 01 may 2 024-cü il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının mülkiyyətində olan daşınmaz əmlak dövlət orqanı tərəfindən bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilmədən sökülmüşdür. Mübahisəli əmlakın sökülməsi ilə bağlı kompensasiya ödənilməsi məsələsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin məsuliyyət dairəsinə aid olması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)841/2020 saylı qərarı ilə müəyyən edilmişdir. Həmin qərarla İddiaçı xeyrinə 860000 manat məbləğində pul Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən tutulmuşdur.
2. Azərbaycan Re spublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020- ci il tarixli, 21(102)-841/2020 saylı qərarına əsasən həmin məbləğ 2023-cü ilin yanvar ayında iddiaçıya ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı öhdəliyin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 634.250 manat məbləğində faizlərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarı ilə, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Binəqə di rayonu, 6-cı mikrorayon S.Məmmədov küçəsində yerləşən, ümumi sahəsi 358,3 kv.m. qeyri-yaşayış sahəsinin 2008-ci ilin mart ayında Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi müəyyən edilmiş və bununla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 860000 manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi qərara alınmışdır. Ödəniş yalnız 2023cü ildə həyata keçirilmişdir. Öhdəliyin vaxtında icra edilməməsinə görə faizlər cavabdeh tərəfindən İddiaçı ödənilməlidir. Belə ki, iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşən ümumi sahəsi 358,3 kv.m. qeyri-yaşayış sahəsinin sökülməsində məhz cavabdeh inzibati orqanın təqsiri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102) -841/2020 saylı qərarı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020- ci il tarixli, 21(102)-841/2020 saylı qərarına əsasən ödənilməli məbləğ yalnız 2023-cü ilin yanvar ayında ödənilmişdir. 2008ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində, yəni 14 il 9 ay müddətində iddiaçı mülkiyyətindən məhrum olmuş, bunun müqabilində ona ödənilməli olan ədalətli kompensasiya məbləğini almaq hüququ cavabdeh tərəfindən təmin edilməmişdir. Hər il üçün beş faiz olmaqla 14 il 9 ay üçün faizlər 73,75% (5% x 14,75 = 73,75) hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)841/2020 saylı qərarına əsasən ödənilməli 860000 manatın 73,75 faizi 634250 manat təşkil edir (86 0000 x 73,75% = 634250). Həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
5. Cavabdeh tərəf iddiaya etirazında bildirmişdir ki, vəsait Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə köçürülən kimi vətəndaşın kompensasiyası ödənilmişdir. İcra Hakimiyyəti vəsaiti qanunsuz özündə saxlamamışdır. X1 ilə mütəmadi olaraq yazışmaları olmuş və pulun ödənilməsi xahiş edilmişdir. Hətta İddiaçı işi üzrə İcra Hakimiyyəti tərəfindən kassasiya şikayəti verilsə də, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul ediləndən sonra onlar tərəfindən, yekun məhkəmə aktının qüvvəyə minməsi gözlənilmədən, Maliyyə Nazirliyinə pulun ödənilməsi ilə bağlı müraciət edilmişdir. Məhkəmə qərarının icra edilə bilməməsi İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində olmamışdır. İcra Hakimiyyət inin özündə vətəndaşa ödənilməsi üçün pul olmur. Həmin pul Maliyyə Nazirliyi tərəfindən köçürülür. Plana düşən ərazilərin sökülməsi proseduru aşdağıdakı kimidir: sökülmə əmri gəldikdən sonra adlı siyahılar tutulur, daşınmaz əmlaklara yaxınlaşıb mülkiyyətçilərdən sənədlər tələb olunur, müstəqil ekspertlər tərəfindən qiymətləndirmələr aparılır. Daha sonra dövlət tərəfindən İcra Hakimiyyətinin hesabına ödəniş olunur və vətəndaşlara kompensasiya ödənişi edildikdən sonra söküntü işləri aparılır. Vətəndaş kompensasiya məbləği ilə razılaşmadıqda isə məhkəməyə müraciət edilir. Məhkəmə qərarı olmadan heç kimin əmlakı sökülmür.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(001)4712/2023 saylı qətnaməsi ilə (hakim N.Nəbizadə) iddia qismən təmin edilərək, 96750 (doxsan alt ı min yeddi yüz əlli manat) məbləğində pul və ödənilmiş dövlət rüsumunun 380,25 (üç yüz səksən manat iyirmi beş qəpik) manat hissəsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəlləsinin 445.7-ci maddəsində gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hüququ kreditora aid edilmişdir. Bu normada nəzərdə tutulan “kreditor” təkcə kredit təşkilatı və ya bazar iqtisadiyyatı subyekti deyil. Qanunvericilik “kreditor” dedikdə, öhdəliyə əsasən xeyrinə hərəkət edilməli olan şəxsi nəzərdə tutur. Bu nəticə Mülki Məcəllənin 385.1-ci maddəsindən irəli gəlir. Həmin normada deyilir ki, öhdəliyə əsasən bir şəxs (b orclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
8. İddiaçının “hər il üçün beş faiz olmaqla 14 il 9 ay üçün faizlər 73,75% (5% x 14.75 = 73,75) hesablanmalıdır Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarına əsasən ödənilməli 860000 manatın 73,75 faizi - 634250 manat iddiaçıya ödənilməlidir” barədə dəlili ilə razılaşmır. Belə ki, iddiaçının özünün də qeyd etdiyi kimi, 860000 manat məbləğində pulun ödənilməli olmasının əsasını Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il t arixli, 2-1(102)-841/2020 saylı qərarı təşkil edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, gecikdirilmiş vaxt da məhz həmin qərarın qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
9. Beləliklə, məhkəmə 96750 məbləğində pulun cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilməli olması nəticəsinə gəlmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 445.7; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
11. Qətnamədən cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qüvvədə olan Mülki Məcəlləsinin müqavilə öhdəliklərinin gecikdirilməsi ilə bağlı qanunvericiliyin müddəalarına əsaslanaraq qərar qəbul etmişdir. Belə ki, Rayon İcra Hakimiyyətinin öhdəliyi müqavilədən deyil, məhkəmə qərarından yaranmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qərarında əsassız olaraq Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanaraq, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsi hüququnun kreditora, yəni iddiaçıya aid olduğunu qeyd edir. Məhkəmə qərarı əsasında ödənilməsi nəzərdə t utulmuş kompensasiya məbləği Binəqədi Rayon İcra Hakimiyyətinin hesabına köçürülən kimi 2023-cü ilin yanvar ayında vətəndaşın kompensasiyası ödənilmişdir. İcra Hakimiyyəti vəsaiti qanunsuz olaraq özündə saxlamamışdır. Onlar tərəfindən Maliyyə Naziriliyi ilə mütəmadi olaraq yazışmaları olmuş və pulun ödənilməsi xahiş edilmişdir. Hətta İddiaçı işi üzrə İcra Hakimiyyəti tərəfindən kassasiya şikayəti verilsə də, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul ediləndən sonra onlar tərəfindən yekun məhkəmə aktının qüvvəyə minməsi gözlənilmədən Maliyyə Nazirliyinə pulun ödənilməsi ilə bağlı müraciət edilmişdir. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Lakin, birinci instansiya qərar qəbul edərkən nəzərə almamışd ır ki, kompensasiyanın vaxtında ödənilməməsi Rayon İcra Hakimiyyətinin təqsiri üzündən baş verməmişdir. Kompensasiyanın ödənilməsi üçün vəsaitin ayrılması məqsədi ilə onlar tərəfindən dəfələrlə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət olunmuşdur. Rayon İcra Hakimiyyəti hərəkətsizlik etməmişdir. Lakin birinci instansiya məhkəməsi bu halları, iddiaçıya artıq yüksək məbləğdə kompensasiyanın ödənildiyini nəzərə almadan bir daha Rayon İcra Hakimiyyətinin üzərinə kompensasiya ödənilməsi öhdəliyini qoymuşdur. Qeyd olunanlardan göründüyü kimi məhkəmə iş materiallarını bir tərəfli araşdırmış iş üzrə qərəzli qərar qəbul edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2586/2024 nömrəli iş üzrə 01 may 2024-cü il tarixli qətnaməsi ilə (X.Sarıyev (sədrliyi və mər uzəsi ilə), hakimlər F.Abdıyev və F.Qasımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
15. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ödənilməli olan 860000 manat məbləğində pul vəsaiti 2 il 3 ay gecikdirmə ilə 2023-cü ilin yanvar ayında ödənilmiş, buna görə də kollegiya hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
16. Kollegiya hesab etmişdir ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Yəni işin müəyyən edilmiş faktiki halları Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmaqdadır.
17. Həmin m addi hüquq normasında gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hüququ kreditora aid edilmişdir. Bu normada nəzərdə tutulan “kreditor” təkcə kredit təşkilatı və ya bazar iqtisadiyyatı subyekti deyil. Qanunvericilik “kreditor” dedikdə, öhdəliyə əsasən xeyrinə hərəkət edilməli olan şəxsi nəzərdə tutur. Bu nəticə Mülki Məcəllənin 385.1-ci maddəsindən irəli gəlir. Həmin normada deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Məhkəmə kollegiyası apellyatorun onun öhdəliyinin müqavilədən deyil, məhkəmə qərarından irəli gəlməsi, buna görə məsuliyyətinin yaranmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırki iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 445.7-ci maddəsi Mülki Məcəllənin “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslində yerləşir və həmin fəsildə yerləşən normaların qarşılıqlı təhlilindən görünür ki, öhdəliklərin icra edilməməsi halında kreditorun hüquqi təminat mexanizmləri sırf müqavilədən əmələ gələn öhdəliklərin icra edilməməsinə nəzərən təsbit olunmamışdır.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 442, 445.1, 445.2.1, 445.7, MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti kassasiy a şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Lakin, birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəzərə almamışdır ki, kompensasiyanın vaxtında ödənilməməsi Rayon İcra Hakimiyyətinin təqsiri üzündən baş verməmişdir. Kompensasiyanın ödənilməsi üçün vəsaitin ayrılması məqsədi ilə dəfələrlə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət olunmuşdur. Rayon İcra Hakimiyyəti hərəkətsizlik etməmişdir. Lakin birinci instansiya məhkəməsi bu halları, iddiaçıya artıq yüksək məbləğdə kompensasiyanın ödənildiyini nəzərə almadan bir daha Rayo n İcra Hakimiyyətinin üzərinə kompensasiya ödənilməsi öhdəliyini qoymuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Cavabdeh kasasiya şikayətində apellyasiya in stansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 445.1.İcranı gecikdirmiş borclu ge cikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
29. Maddə 445.7.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçü n əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 416.1 Kassasiya instansiya sı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarı qanuni qüvvəyə mindiyi gündən 2023-cü ilin yanvar ayınadək iddiaçıya ödənilməli olan 860000 manat 2 il 3 ay gecikdirildiyinə görə 96750 manat pul vəsaiti Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tutulmalıdır.
39. Belə olan halda məhkəmənin gəldiyi nəticəsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək sə lahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya icraatında nəinki yeni faktların, ümumiyyətlə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir.
42. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsas ən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2586/2024 nömrəli mülki iş üzrə 01 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.