Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2966/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): hərracın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Səbail rayon İcra şöbəsi və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2568/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2012-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən ümumilikdə 344.460 manat məbləğində pul vəsaitinin İddiaçı tutulub Maraqlı şəxs ödənilməsi qət edilmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-491/2018 saylı, 25 iyun 2018-ci il tarixli qərardadına əsasən borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, S.Qədimova küçəsi, ev 12 (6/24 hissə), ü nvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbsin qoyulması qərara alınmışdır.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1529/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(009)-492/2018 saylı və xx.xx.2018-ci il tarixli 8(009)-491/2018 saylı qərardadları ilə borclu İddiaçı adına olan üzərinə həbs qoyulmuş 3 əmlakla bağlı “BMW” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil; Bakı şəhəri, Səbail rayonu, Sara Qədimova küçəsi, ev 12 (6/24 hissə); ünvan 1i ünvanında yerləşən 0,7828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə qiymətləndirici cəlb etməklə tələbin həmin əmlaklara yönəldilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hərəkətlərinin həyata keçirilməsi Səbail rayon İcra şöbəsinə həvalə edilmişdir. 4. "xxxx" MMC-nin “Daşınmaz əmlakın qiymətləndirilməsi” barədə ekspert rəyinə əsasən Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, S.Qədimova küçəsində yerləşən 12 saylı (6/24 hissəsi) fərdi yaşayış evinin (bundan sonra mübahisələndirilən mənzil) qiymətləndirilməsi işi yerinə yetirilmiş və fərdi yaşayış evinin bazar dəyəri 80.000 manat məbləğində müəyyən edilmişdir. 5. "xxxx" MMC-nin sifarişçi Səbail rayon İcra şöbəsi, borclu İddiaçı və tələbkar Maraqlı şəxs Bəçir oğluna açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli 405/22 nömrəli hərrac bildirişi ilə Səbail rayon icra və probasiya şöbəsinin 49756/2018-xx-xx/2075 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən mübahisələndirilən mənzilə dair ilkin hərracın keçirilməsinin ilkin satış qiyməti 80000 manat olmaqla 23 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilməsinə dair məlumat verilmişdir.
6. Mübahisələndirilən mənzilə dair ilkin hərracın keçirilməsinin (ilkin satış qiyməti 80.000 manat olmaqla) 23 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilməsi barədə “Market” qəzetinin xx.xx.2022 - xx.xx.2022-ci il tarixli buraxılışında elan dərc edilmişdir. 7. "xxxx" MMC ilə Maraqlı şəxs arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 23 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqə si və Səbail Rayon Məhkəməsinin 8(009)-491/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Səbail Rayon İcra Şöbəsinin 150249/05 saylı, xx.xx.2022-ci il tarixli sifarişi əsasında İddiaçı mülkiyyətində olan mübahisələndirilən mənzil 80.000 manat qiymətə Maraqlı şəxs satılmışdır. 8. "xxxx" MMC-nin Səbail Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 405/22 saylı məktubundan görünür ki, Səbail Rayon İcra Şöbəsinin 49756/2018-xxxx/2075 saylı, xx.xx.2022-ci il tarixli sifarişinə əsasən borclu İddiaçı məxsus mübahisələndirilən mənzil xx.xx.2022-ci il tarixli protokolla tələbkar Maraqlı şəxs satılmışdır. Hərracın nəticələri haqqında yekun protokolda və müqavilədə satılan əmlak bölməsində səhvən yazılmış “Lənkəran Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il ta rixli qərardadı” sözlərinin ”Səbail Rayon Məhkəməsinin 2(009)1539/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı” kimi oxunması xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Səbail rayon İcra Şöbəsi və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Səbail rayon İcra şöbəsinin sifarişi əsasında xx.xx.2022-ci il tarixdə Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı 7 avqust 2015-ci il tarixli icra vərəqəsinə əsasən hərracın yekunları barədə Y-405/22 saylı protokolun etibarsız hesab edilməsi barədə qətn amə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" MMC hərracı keçirərəkən ona heç bir bildiriş göndərməmiş, onun xəbəri olmadan mülkiyyətində olan mübahisələndirilən mənzil 80000 manata Maraqlı şəxs satmışdır. Bu da onu göstərir ki, "xxxx" MMC “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. Bundan əlavə, hərracın yekunları barədə Y-405/22 nömrəli 23 noyabr 2022-ci il tarixli protokolda Səbail Rayon Məhkəməsinin qərardadı olduğu halda “Lənkəran Rayon Məhkəməsinin 8(009)-491/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadına əsasən” sözləri qeyd olunmuşdur. Bu da hərracın qanunsuz olması və protokolun ləğvi üçün əsasdır. "xxxx" MMC tərəfindən hərracın ye kunları barədə protokol tərəflərə göndərilməli olsa belə bu barədə ona məlumat verilməmiş və göndərilməmişdir. Bu da mülkiyyətçiyə, yəni əsas borclu olaraq onlara qarşı qərəzli mövqe tutulduğuna dəlalət edir. Yuxarıda qeyd etdiyi bütün nöqsanlar hərracın qanunsuz keçirildiyin göstərir.
11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı (borclu) Elхan Mirzəyev ilə aralarında 2015-ci ildən bəri, Səbail rayon İcra şöbəsinin borclunun хeyrinə qanunsuz müdaхilələri ilə süründürməçiliyə məruz qalmışdır. Ayrı-ayrı səlahiyyətli orqanlara ünvanlanmış 3700 şikayət ərizəsinə baхılmışdır. İddia ərizəsində iddiaçı yazır ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı xx.xx.2015-ci il tariхli qə tnaməsinə istinadən, hərracın yekunları barədə Y-405/22 nömrəli xx.xx.2022 tarixli protokolda Səbail rayon əvəzinə Lənkaran rayon məhkəməsi qeyd edilmişdir. Rəsmi arayışlarda və yaхud hüquqi sənədlərdə yanlışlıqların aradan qaldırılması üçün kifayət qədər əsaslar vardır və belə yanlışlıqların vətəndaşların əldə etdiyi mülkiyyət hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitamına yönəldilməsi barədə ümumiləşdirilmiş məhkəmə təcrübəsi və presedenti yохdur. Protokolda Səbail rayon əvəzinə, Lənkaran rayon qeydinin aradan qaldırılması üçün “Bakı Hərrac Mərkəzi“ MMC-yə müraciət etmişdir. Yekun olaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-498/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
13. Məhkəmə nin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı hərracın keçirilməsi barədə onlara məlumat verilməməsini qeyd etsə də, iş materiallarında olan sənədlərdə ilkin hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçıya sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi təsdiq edilir. Odur ki, "xxxx" MMC tərəfindən hərrac Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qa nuni əsaslar mövcud deyildir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisələndirilən mənzil ilkin satış qiyməti 80000 manat olmaqla hərraca çıxarılmışdır və Maraqlı şəxs 23 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş hərracda iştirak edərək ilkin satış qiymətinə - 80000 manata almışdır.
15. Məhkəmə öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2, 61.1 və 61.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2, 414.3, 415.5, 416.1 və 416.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsiin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
17. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan, poçt tərəfindən vurulmuş teleqram əsasında bildirişlərin ona çatması müəyyən edilmişir. Ancaq poçt tərəfindən həmin bildirişlərin ona çatması barədə heç bir sübut olmamışdır. Poçt teleqramı yalandan da vurula bilər. Ancaq qanunvericiliyə əsasən poçt bildirişini onun aldığına dair sübut olmalıdır. Həmin sübut da cavabdeh tərəfindən təqdim edilməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2568/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razı laşaraq qeyd etmişdir ki, borclunun əmlakının satılması üzrə hərrac “İcra haqqında” Qanunun 53.2, 61.1 və 61.2-ci maddələrinə əsasən keçirilmiş, yəni əmlakın üzərinə həbs qoyulduqdan və bu əmlak qiymətləndirildikdən sonra icra məmuru tərəfindən hərrac təşkilatına sifariş verilmiş, sifarişdə hərraca qoyulan əmlakın bazar dəyəri ilə müəyyən edilmiş satış qiyməti göstərilmiş, hərrac (icra məmurundan müvafiq sifarişin alındığı gündən 2 ay müddətində) 3 aylıq müddət çərçivəsində bu barədə maraqlı şəxslərə məlumat və kütləvi informasiya vasitələrində elan verilməklə keçirilmişdir.
20. Apellyasiya şikayətinin dəlilləri üzrə kollegiya “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd etmişdir ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, maraqlı şəxslərə verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla da, hə rrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur.
21. Bundan başqa, "xxxx" MMC-nin Səbail rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 405/22 saylı məktubundan görünür ki, Səbail Rayon İcra Şöbəsinin 49756/2018-xx-xx/2075 saylı, xx.xx.2022-ci il tarixli sifarişinə əsasən borclu İddiaçı məxsus mübahisələndirilən mənzil xx.xx.2022-ci il tarixli protokolla tələbkar Maraqlı şəxs satılmasına dair hərracın nəticələri haqqında yekun protokolda və müqavilədə satılan əmlak bölməsində səhvən yazılmış “Lənkəran Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı” sözlərinin ”Səbail Rayon Məhkəməsinin 2(009)1539/2015 saylı, xx.xx.2015-ci il tarixli qərard adı” kimi oxunması xahiş olunmuşdur. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolda və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədə “Səbail Rayon Məhkəməsinin” əvəzinə səhvən “Lənkəran Rayon Məhkəməsinin” yazılmasının hərracın ümumi gedişatına, müqavilənin qanuniliyinin zədələnməsinə hər hansı təsiri olmamışdır.
22. Belə olan halda məhkəmə kollegiyası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsasın olmadığı qənaətinə gəlmişdir.
23. Məhkəmə öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1, 44.1.1 – 44.1.3, 44.2, 44.3, 45.1, 45.6 – 45.7, 53.1, 53.2, 61.1 – 61.3, 62.1 – 62.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 337.1, 415.1 – 415.5, 416.1 – 416.2 maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh kassasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etmişdir. 27. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məh kmə tərkibinə və iclasa sədirlik edən hakimə etiraz verrmiş, lakin etiraz əsassız olduğundan baxılmamış saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 27.415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
30. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkila tçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
31. Maddə 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.
32. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
33. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
34. Maddə 416.1 və 416.2. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu
35. Maddə 33.43.1. Borclunun əmlakı üzərinə həbs q oymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir.
36. Maddə 44.1.1, 44.1.2 və 44.1.3. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbi qinin əsaslarıdır.
37. Maddə 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir.
38. Maddə 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir.
39. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir.
40. Maddə 45.6 və 45.7. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus ola n digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir.
41. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.
42. Maddə 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
43. Maddə 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 42.61.2-ci maddəsin ə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
44. Maddə 61.3. Sifarişə icra sənədinin surəti; əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti; daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər və ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti əlavə edilir.
45. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
46. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən e dilir. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli qərardadı
47. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə y oxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyət inə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 aprel 2024-cü il tarixli 2(103)2568/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.