Məhkəmə qərarları › İş №2(102)-2969/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2969/2019

16.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2969/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1 vəkili Rüstəmov Anar Abbas oğlunun və nümayəndəsi x3, cavabdeh x2 və vəkili İbrahimov Ramiz Hilal oğlunun iştirakı ilə, iddiaçı x1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(009)2801/2018 saylı qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia tələbi təmin edilmiş, cavabdeh x2 mülkiyyətində ol an ünvan 1 həmin binada bərpa-gücləndirmə işləri aparıldığı müddətdə əşyaları ilə birlikdə boşaldılması, x2 dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(103)-12649/18 saylı qətnaməsi ilə (hakimlər: V.Həsənov, Ş.Məmmədova və N.Cəfərov) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(009)-2801/2018 saylı qətnaməsi ləğv edilərək, iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(103)-12649/18 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavab deh x2 qarşı binada bərpa-gücləndirmə işləri aparıldığı müddətdə mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 3 nömrəli mənzili cavabdeh x2 xüsusi mülkiyyətindədir. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə inventar nömrəsi 2124 altında yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısına daxil edilmişdir. Həmin binanın mülkiyyətçiləri əmlaklarını uzun müddət təmirsiz və baxımsız vəziyyətdə saxladıqlarından, özbaşına artırmalar etdiklərindən bina aşınmaya məruz qalaraq divarları çat verməyə başlamışdır. Yaranmış vəziyyət ilə bağlı idarə tərəfindən Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna evin dayanıqlığı və qəzalı olub-olmaması barədə rəy verilməsi üçün müraciətlər edilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» DLİ-nin mütəxəssisləri tərəfindən 26.12.2008-ci və 10.06.2016-cı il tarixlərində həmin ünvanda texniki baxış keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Aktlara əsasən yaşayış binası məhdud işlək vəziyyətindədir və həmin binada layihə əsasında bərpa-gücləndirmə işlərinin aparılması zəruridir. Bununla əlaqədar həmin binada bərpa-gücləndirmə işlərinin aparılması ilə bağlı sakinlərə ev əşyalarının daşınması üçün birdəfəlik və müvəqqəti yaşayış sahəsinin kirayələnməsi üçün maddi yardımın göstərilməsi əlaqədar idarə tərəfindən müvafiq əmrlər verilmiş və sözügedən vəsaitlər cavabdehin şəxsi bank hesabına köçürülmüş dür. Göstərilənlərə görə evin hazırki vəziyyətdə istismarının davam etdirilməsi yolverilməz və insanların həyatı üçün təhlükəli olduğu nəzərə alınaraq, cavabdehə binanın qəzalı vəziyyətdə olması barədə 13.07.2018-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və yaşadığı mənzilin boşaldılması xahiş olunmuşdur. Lakin cavabdeh etirazını bildirərək mənzilin boşaldılmasından imtina etmişdir. Azərbacyan Respublikası Prezidentinin 2017ci il 07 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş x1 Nizamnaməsinə görə idarə x1 və x4 qoruqlarının ərazisində yerləşən tarix-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, məqsədyönlü istifadəsinin, qorunub saxlanmasının və inkişafının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olur. Qoruq İdarəsinin Nizamnaməsinin 3.1.24-cü bəndinə uyğun olaraq idarə qoruqların maraqlarını məhkəmədə təmsil etmək, Qoruqların ərazisindəki abidələrlə bağlı qanunvericiliyi pozmuş şəxslər barədə müvafiq dövlət orqanlarına məlumat vermək səlahiyyətlərinə malikdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh x2 ünvan 1 ünvanında yerləşən mənzilinin həmin binada bərpa-gücləndirmə işlərinin aparıldığı müddətdə əşyaları ilə birlikdə boşaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(103)-12649/18 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1 vəkili Rüstəmov Anar Abbas oğlu və nümayəndəsi x3 kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh x2 və vəkili İbrahimov Ramiz Hilal oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəfləri və vəki llərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş üzrə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi «Azərdövləttikintilayihə» DLİ-nun Memar-inşaat şöbəsinin baş mütəxəssisləri tərəfindən tərtib edilmiş 26.12.2008-ci il tarixli akta əsasən İçərişəhərin Böyük Qala, 3 saylı yaşayış binasında vizual texniki baxış keçirilərkən müəyyən olunmuşdur ki, bina XİX əsrin axırlarında inşa olunub, yuxarı mərtəbələrin döşəmələri və tavanları ağac tirlər üzrə taxtadandır. Binanın Qala küçəsi tərəfdən fasadın orta hissəsində 1-ci mərtəbənin pəncərə, 2-ci mərtəbənin eyvanlarının altına kimi olan sahə qabarmışdı və çoxlu sayda çatlar var. Çatlar o lan sahənin üstündə 2-ci mərtəbədə yerləşən erker tipli eyvanın yan ətraflarında çatlar mövcuddur və üzlük daşların uçma təhlükəsi var. İşdə olan Fövqəladə Hallar Nazirliyi Tikintidə Tühlükəsizliyə Nəzarət Dövlət Agentliyi «Azərdövləttikintilayihə» DLİ-nun mütəxəssisləri tərəfindən tərtib edilmiş 10.06.2016-cı il tarixli akta əsasən Böyük Qala 3 saylı yaşayış binası XİX əsrin sonlarında inşa olunmuşdur. Əsas yükdaşıyan divarlar qeyri-bərabər ölçülərdə əhəng daşındadır, zirzəmidə eni 1,0-1,4 m yuxarı mərtəbələrdə isə 80 sm-dir. Binada 2 ədəd pilləkən var, bina məhdud işlək vəziyyətdədir. Binanın Böyük Qala küçəsi tərəfdən olan fasadın üzlük daşlarında 1-ci mərtəbənin pəncərə üstündən 2-ci mərtəbənin eyvanlarının altına kimi olan sahəsi qabarmış və çoxlu sayda çatlar mövcuddur. Çatlar olan sahənin üstündə İİ mərtəbədə yerləşən eyvanlarda betonun mühafizə qatı aşınmış və üzlük daşlarında uçma təhlükəsi yaranmışdır. Binana daxili divarlarında və divar birləşmələrində keçici çatlar, aralanmalar mövcuddur. Bina məhdud işlək vəziyyətdədir. Binada layihə əsasında bərpagücləndirmə işlərinin aparılması zəruridir. İşdə olan x1 08.08.2016-cı il tarixli 25 №-l əmrə əsasən ünvan 2 ünvanlarındakı üçmərtəbəli yaşayış binalarının sakinlərinə ev əşyalarının daşınması üçün birdəfəlik və müvəqqəti yaşayış sahəsinin kirayələnməsi üçün yaşadıqları otaqların sayından asılı olaraq aylıq maddi yardım göstərilməsi əmr edilmişdir. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən 09.01.2007-ci il tarixli çıxarışa əsasən ünvan 1 tam mülkiyyət hüququ üzrə x2 adına daşınmaz əmlakın dövlət reyestrində qey diyyata alınmışdır. İşdə olan Fövqəladə Hallar Nazirliyi Tikintidə Tühlükəsizliyə Nəzarət Dövlət Agentliyi «Azərdövləttikintilayihə» DLİ-nun əməkdaşları tərəfindən tərtib edilmiş ünvan 1yaşayış evinin texniki vəziyyəti haqqında 07 avqust 2018-ci il tarixli akta əsasən ünvan 2 ünvanda yerləşən yaşayış binaları texniki cəhətdən qəzalı vəziyyətdədir. Qeyd edilən yaşayış binalarının bərpa olunması texniki təhlükəsizlik və iqtisadi cəhətdən səmərəli hesab olunmur. İşdə olan ödəniş tapşırıqlarından görünür ki, x2 x1 08.08.2016-cı il tarixli 25 №-l əmrinə əsasən kirayə haqqı kimi 22.02.2017-ci ildə 600 manat, 23.02.2017-ci ildə 600 manat, 07.07.2017-ci ildə 600 manat, 10.07.2017-ci ildə 600 manat, 23.02.2018-ci ildə 900 manat, 29.06.2018-ci ildə 900 manat pul x5-dəki hesabına köçürülmüşdür. İşin halları və cavabdeh tərəfindən mübahisəli mənzilə dair məhkəməyə təqdim edilmiş fotoşəkillərlə də müəyyən edilmişdir ki, cavabdeh x2 mülkiyyət hüququ əsasında məxsus olan mənzili, çöl qapısı və qapının önü əla təmirlidir. Cavabdehin də etirafından məlum olur ki, qəzalı vəziyyətdə olan digər mərtəbədə olan eyvandır, eyni zamanda mənzilin yerləşdiyi binanın bəzi hissələrində çatlar vardır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, binanın yalnız fasad hissəsində və digər mərtəbədə olan eyvanda təmir işləri aparılmalıdır. Mənzilin daxili əla təmirli olduğu üçün mənzilin içərisində bərpa işləri aparmağa zərurət olması iddiaçı tərəfindən əsaslandırmamışdır. Belə olan halda, binanın yalnız fasad hissəsində təmir işlərinin aparılması üçün iddiaçının əşyalarının mənzildən çıxarlmasına zərurət olması müəyyən olunmur. Nəzərə alınmalıdır ki, cavabdehin tələbi ilə iddiaçı mənzili tərk etmiş və keçən müddət ərzində isə cavabdehin mənzili və təqdim olunan rəylərdə göstərilən qüsurların aradan qaldırılması təmin olunmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, tərəflər arasından binanın, cavabdehə məxsus olan mənzilin və fasad hissənin təmiri ilə bağlı tərəflər arasında müqavilə bağlanmalıdır. Cavabdehə aydın olmalıdır ki, hansı şərtlərlə mənzilini təhvil verir, mənzildə yaşamadığı müddətdə ödəniləcək kirayə haqqının məbləği qədər təşkil edir, təmir bərpa işləri nə vaxt tamamlanmalıdır. İşin halları ilə müəyyən olunduğu kimi tərəflər belə bir müqavilə bağlamaq təşəbbüsüdə olmuş, lakin cavabdehdən asılı olmayan səbəbdən müqavilənin rəsmləşdirilməsi mümkün olmamışdır. Belə olan halda q eyri müəyyənliyin davam etməsi halında isə cavabdehin mənzilinin boşaldılması ona artıq dərəcədə zərər vurulmasına səbəb ola və faktiki olaraq əmlakından məhrum edilməsinə şərait yarada bilər. Qeyd edilməlidir ki, həqiqətən mənzilin sökülmə ehtimalı vardırsa bu halı da tərəflər razılaşdırmalı və bununla bağlı tərəflərin iradələri yalnız müqavilə ilə rəsmləşdirilməlidir, belə olmadığı halda isə cavabdehin mülkiyyət hüququna qəsd edilməsinə şərait yaradılmış olar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsınə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək ü zrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşin halları onu təsdiq edir ki, hazırkı vəziyyətdə binanın fasadında aparılmalı olan təmir-bərpa işləri cavabdehin əşyalarının oradan çıxarılmasını zəruri etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki qanunverici liyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə cavabdehlə yanaşı ona qarşı tələb hü ququna malik olan iddiaçı da vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə cavabdehin həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar