Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2969/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işin məhkəmə aidiyyəti (kommersiya mübahisəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarşıq tərkibdə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2292/2024 nömrəli qərardadından iddiaçının n ümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə 30 iyul 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq İşin halları və iş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,49.000 manat əsas borcun, 12.375 manat faiz məbləğinin, cəmi 61.375 manat pul vəsaitinin, habelə vəkil xidmətinə görə 320 manat, məhkəməyə iddia verilməsinə görə 274.15 manat və müvəqqəti təminat tədbiri seçilməsi məsələsinə baxılmaq üçün ödənilmiş 27.42 manat dövlət rüsumunun, etibarnamənin təsdiqi üçün ödənilmiş 17.25 manat olmaqla, cəmi 638.82 manat məhkəmə xərclərinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2292/2024 saylı qərardadı ilə mülki işin a idiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. İddiaçının nümayəndəsi, Vəkil1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2292/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işə Binəqədi Rayon Məhkəməsində mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki,məhkəmə qərardadında mübahisənin aidiyyətinin müəyyən edilməsi üçün həmin maddələrə istinad edilsə də, göstərilən normaların məzmunu düzgün izah edilmişdir. MPM-nin 24.2-ci maddəsindən göründüyü kimi, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri nəzərə alınmaqla, bu Məcəl ləyə müvafiq olaraq müəyyən edilir. Yəni göstərilən 3 amilin hamisi nəzərə alınmalıdır. Tərəflərin sahibkarlıq subyekti olması hələ heç də o demək deyil ki, onların arasındakı bütün münasibətlər kommersiya münasibətidir. Hazırki işdə olan münasibət 2 fiziki şəxs arasında olan borc münasibətidir və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyil. Ona görə də Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə görə bu mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Tərəflər arasındakı borc münasibəti onların sahibkarlıq fəaliyyətindən irəli gələn münasibət olmaması ilə bərabər, həm də borc verilən məbləğ sahibkarlıq fəaliyyəti ilə qazanılmamışdır. Həmin məbləğ iddiaçının anası tərəfindən mənzil almaq üçün toplanmış vəsait olmuşdur. Tərəflər ar asında sahibkarlıqla əlaqədar heç bir rəsmi müqavilə bağlanmamışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin 27 iyun 2024-cü il tarixli **********025000 nömrəli məktubundan göründüyü kimi, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək fəaliyyətini dayandırmışdır. İddia predmetinin və hüquq münasibətinin xarakterinin düzgün qiymətləndirilməməsi nəticəsində göstərilən maddələr əsassız olaraq tətbiq edilmiş və aidiyyat məsələsi yanlış həll edilərək iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad qəbul edilənədək zərurət olmadığı üçün iddiaçının fəaliyyətini dayandırması barədə Vergi xidmətindən arayış tələb edilməmiş və işə əlavə edilməmişdir. Hazırda həmin arayış Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsindən alınmışdır və şikayətə əlavə olunur.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkməsinin 2(001)-2292/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış, qərardad dəyişdirilmədən saxlanmaqla şikayət baxılması üçün mülki işlə birlikdə Ali Məhkəməyə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
6. Birinci instansiya məhkəməsi MPM-in 24.2, 26.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, hər iki tərəf sahibkar statusuna malik olmaqla yanaşı, mübahisə məhz onların sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır.
7. İşin hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində spa, masaj, hamam fəaliyyəti istiqaməti üzrə, Cavabdeh isə taksi fəaliyyəti istiqaməti üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydi yyatdadırlar. Mübahisə fərdi sahibkar kimi fəaliyyət göstərən iki fiziki şəxsin arasında müqavilədən irəli gələn mübahisə ilə bağlıdır və həmin mübahisə kommersiya mübahisəsi hesab olunur. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında bildirmişdir ki, o cavabdehə verdiyi pulun onda olduğu müddətdə qazancdan pay almalı idi və onlar arasında biznes fəaliyyəti olmuşdur. Cavabdeh iddiaçıdan aldığı pul ilə nəqliyyat vasitəsi alaraq, onsuz da məşğul olduğu taksi fəaliyyətini genişləndirəcək və həmin fəaliyyətdən ona müəyyən hissədə pay verəcəkdir.
8. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhk əməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dai r” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud b irlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
11. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiy i zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
12. Bundan əlavə, həmin Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektl əri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər
13. Baxılan işdə iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirirlər, mübahisə isə onların həyata keçiridikləri sahibkarlıq fəaliyyəti ilə bağlıdır.
14. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan da müəyyən olunur ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, mübahisə kommersiya mübahisəsi hesab edilir və işə ümumi məhkəmədə baxıla bilməz.
15. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, hazırkı mübahisə kommersiya subyektləri arasında onların həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gə lir. Bu baxımdan, birinci instansiya məhkəməsinin işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olmasına dair gəldiyi qənaət qanuni və əsaslıdır.
16. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).
17. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2969/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir