Məhkəmə qərarları › İş №2(102)-2975/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2975/2021

27.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2975/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 və digərlərinin cavabdeh LPO Cavabdeh3 ASC Ləğvedicisi Cavabdeh4na qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2975/21 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(103)-7487/2020 saylı qətnaməsindən cavabdeh LPO Cavabdeh3 ASC Ləğvedicisi Cavabdeh4 kasasiya şikayəti üzrə işə 27 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Qazax rayonu, Qarapapaq kəndində mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair “xxxx” MMC tərəfindən keçirilmiş “hərracın yekunları haqqında” 29 iyun 2012-ci il tarixli protokolun və onun əsasında bağlanmış 29 iyun 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ü.S.Şükürova) iddia təmin edil ərək, “xxxx” MMC tərəfindən keçirilmiş “hərracın yekunları haqqında” 29 iyun 2012-ci il tarixli protokolun və onun əsasında bağlanmış 29 iyun 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Sarif Məmmədovun mülkiyyətində olan Qazax rayonu, Qarapapaq kəndində, 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hərrac sonradan ləğv edilmiş Qazax Rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli qiyabi qətnaməsinə əsasən keçirilib. Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmiş hərrac isə maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 415.1, 416-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh LPO Cavabdeh3 ASC Ləğvedicisi Cavabdeh4 apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh LPO Cavabdeh3 ASC Ləğvedicisi Cavabdeh4 kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rə dd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər G.A.Quliyev sədrlik edən, məruzəçi, İ.R.Xələfov və Z.Ə.Əliyev) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və Ş.İddiaçı4) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhk əməsinin 02 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 415.2, 416-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh LPO Cavabdeh3 ASC Ləğvedicisi Cavabdeh4 kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edili b, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, cavabdeh LPO Cavabdeh3 ASC Ləğvedicisi Cavabdeh4, Vəkil, “xxxx” MMC və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılması nı mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsində göstərilir ki, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə d əlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPMnin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin i şin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh LPO Cavabdeh3 ASC Ləğvedicisi Cavabdeh4 kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi ü çün əsaslar yoxdur. Cavabdeh LPO Cavabdeh3 ASC Ləğvedicisi Cavabdeh4 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini göstərsə də kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Qazax Rayon Məhkəməsinin 07 mart 2011-ci il tarixli qiyabi qətnaməsinə əsasən, “xxxx” MMC və X1 ödənilməmiş 28.797 manat əsas, 4.217 manat faiz, 14.672 manat ikiqat faiz borcu, cəmi 47.686 manat kredit borcunun tutulub Cavabdeh3 ASC ödənilməsi, tutmanın Sarif Məmmədova məxsus olan Qazax rayonu, Qaraqapaq kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin satışından əldə edilən v əsait hesabına kredit borcunun ödənilməsi və artıq qalan məbləğin Sarif Məmmədova qaytarılması qət edilib. Bundan sonra həmin qiyabi qətnaməyə əsasən, 29 iyun 2012-ci il tarixdə hərrac keçilir və ilkin satış qiyməti 70.000 manat müəyyən edilməklə ipoteka predmeti “hərracın yekunları haqqında” protokola və alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 ASC təqdim edilir. Daha sonra, Qazax Rayon Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli qərardadına əsasən, həmin məhkəmənin 07 mart 2011-ci il tarixli qiyabi qətnaməsi ləğv edilir və mülki işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınır və Qazax Rayon Məhkəməsinin 19 mart 2014-cü il tarixli qətnaməsi Cavabdeh3 ASC iddia tələbləri qismən təmin edilərək, “xxxx” MMC və Sarif Məmmədovdan ödənilməmiş 23.796,94 manat əsas, 3.909,45 manat faiz, 500 manat vaxtı keçmiş faiz borcunun, cəmi 28.208,39 manat kredit borcunun tutulub Cavabdeh3 ASC ödənilməsi, tutmanın Sarif Məmmədova məxsus olan Qazax rayonu, Qaraqapaq kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin satılmasından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, artıq qalan məbləğin Sarif Məmmədov ödənilməsi qət edilib. Daha sonra işdən görünür ki, borclu və ipoteka qoyan Sarif Məmmədov 15 iyul 2014-cı ildə ölüb və onun ölümündən sonra ondan miras qalmış əmlaka 26 sentyabr 2014-cü il tarixdə Qazax rayon notariat ofisində vərəsəlik işi açılıb və oğlu İsa Məmmədov onun vərəsəsi kimi tanınıb. “xxxx” MMC 08 avqust 2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, Qazax rayon İcra Şöbəsinin 26 dekabr 2011-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yü klü edilmiş Sarif Məmmədova məxsus olan Qazax rayonu, Qaraqapaq kəndində, 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 258,4 kv.metr olan, 5 otaqdan ibarət fərdi yaşayış evinə dair ilkin və təkrar hərraclar keçirilib. Hərrac Mərkəzinin elektron bazasında olan məlumatlara görə, ipoteka predmetinin ilkin satış qiyməti 70.000 manat olub, ilkin və təkrar hərracda ipoteka predmetinin qiyməti 15 və 25 faiz aşağı salınıb və 44.625 manata Cavabdeh3 ASC təklif edilib. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-cü maddəsinə əsasən, icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi bu norma icra sənədinin ləğv edilməsi zamanı icra sənədi üzrə icraata xitam verilməsini nəzərdə tu tur. O, da diqqətə alınmalıdır ki, icra sənədinin verilməsinə əsas olan hallar aradan qalxdığı andan həyata keçirilmiş icra hərəkətləri də hüquqi cəhətdən əsassız olar. Çünki, hər hansı bir fəaliyyətin reallaşdırılmasını əmələ gətirən əsasın aradan qalxması həmin fəaliyyətin də əsassızlığına dəlalət edir. Buna görə də, apelyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, cavabdeh LPO Cavabdeh3 ASC ləğvedicisi Cavabdeh4 apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mərhum Sarif Məmmədovun mülkiyyətində olan fərdi yaşayış evinə dair hərrac, sonradan ləğv edilmiş qiyabi qətnaməyə əsasən keçirildiyindən və beləliklə də hərracın keçirilməsi zamanı Mülki Məcəl lənin 416.1 və 416.2-ci maddələrinin tələbləri pozulduğundan, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hərracın keçirilməsi zamanı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri də pozulmuşdur. Belə ki, tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın keçirilməsi ilə bağlı ipoteka saxlayana və ipoteka qoyana göndərilən bildirişdə əks olunan məlumatlar, habelə bildirişin verilmə müddəti həmin Qanunun 42-ci maddəsi ilə tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsində göstərilir ki, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaş ları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Habelə Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd edilən normalardan göründüyü kimi, qanunverici təşkil edilmiş hərracda eləcə də ipoteka saxlayan və ipoteka qoyanın alıcı qismində iştirak etmək imkanını təmin etməklə, bu imkanın reallaşdırılması və hərracda iştirakla bağlı digər hüquqlardan istifadə edə bilmələri üçün onlara hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməsini təsdiq etmə üsulu ilə bildirişlərin göndər ilməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. Qanunun yuxarıda vurğulanan qaydasına əməl edilməməsi (yəni hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməməsi) hərracın keçirilmə qaydasına zidd olmaqla yanaşı, eyni zamanda ipoteka predmetinin mülkiyyətçisi olan, ipoteka qoyanın əmlak mənafeyinin pozulması ilə də nəticələnə bilər. Belə ki, ipoteka qanunvericiliyində bir nəfərin iştirakı hərracın baş tutmamış elan edilməsinə səbəb kimi çıxış etsə də, bu hal (yəni ilkin hərracda bir nəfərin iştirakı) təkrar hərracda ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilmədən saxlanılması üçün də əsas kimi müəyyən edilmişdir. Halbuki, sözügedən Qanunun 43.5-ci maddəsində, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərra cın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib müəyyən etmişdir ki, “xxxx” MMC tərəfindən Qazax rayonu, Qaraqapaq kəndində yerləşən fərdi yaşayış evinə dair hərrac keçirilsə də, baş tutmuş hərracların vaxtı və yeri barədə mülkiyyətçiyə təsdiq etmə üsulu ilə bildiriş göndərilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməyib. Əksinə, işə əlavə edilmiş 2013-cü ildən 2015-ci ilədək Cavabdeh3 ASC xeyrinə ödənişlərin edildiyini təsdiq edən qəbzlər və Qazax Rayon Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli qərardadı ilə mülkiy yətçinin lazımı qaydada xəbərdar edilmədiyi təsdiq olunur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində qanundan irəli gələn hüquq daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Daha sonra, Cavabdeh3 ASC 29 iyun 2012-ci il tarixli “hərracın yekunları haqqında” protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd edilən evə mülkiyyət hüququ əldə etdiyi halda, eyni zamanda 2013-cu ildən 2015-ci ilədək Sarif Məmmədovdan və ailə üzvlərindən kredit müqaviləsi üzrə ödənişləri də qəbul etmişdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdeh LPO Cavabdeh3 ASC Ləğvedicisi Cavabdeh4 kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh LPO Cavabdeh3 ASC Ləğvedicisi Cavabdeh4 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(103)7487/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən də yişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar