Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2977/2019 26.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4,iddiaçının vəkili X2, iddiaçının nümayəndəsi X1, Cavabdeh1, cavabdehin vəkili X7 iştirakı ilə, İddiaçı X cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı kirayə müqaviləsinə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açı q məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Səbail rayon Məhkəməsinin 11 may 2018-cı il tarixli qətnaməsi ilə (hakim Z.Əliyev) iddiaçı X cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı kirayə müqaviləsinə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3 xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi və xüsusi təyinatlı yaşayış sahəsi olan Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 25 A saylı evin, 6 saylı mənzilindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər M.Məmmədov və E.Nağıyeva) Səbail rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏT İNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsinə və xüsusi təyinatlı yaşayış sahəsi olan Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 25 A saylı evin, 6 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisə edilməyən hallarına görə Cavabdeh1 08 sentyabr 1992-ci ildən 07 avqust 2008-ci il tarixə kimi Azərbaycan Respublikasının silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət etmişdir. Xidmət etdiyi müddətdə 1992-ci il tarixli, 45/17 saylı order əsasında X mənzil fonduna aid Lənkəran şəhəri, H.Abdullayev küçəsi, 4 saylı evin, 9 saylı mənzili Cavabdeh1 qanuni istifadəsinə verilmişdir Bundan sonra cavabdeh həmin mənzili özəlləşdirmiş və 28 yanvar 2003-cü il tarixli, bağışlama müqaviləsi əsasında bacısı X bağışlamışdır. Eyni zamanda, işin mübahisə edilməyən hallarına görə Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri ilə Cavabdeh1 arasında bağlanmış 01 fevral 2004-cü il tarixli, 20 saylı kirayə müqaviləsinə görə, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 25 A saylı evin, 6 saylı mənzili də Cavabdeh1 verilmiş və cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. Həmin müqavilənin 5.2-ci və 6.1-ci bəndlərində kirayə müqaviləsinə müqavilə müddəti qurtardıqda xitam verilməsi, eləcədə kirayə müqaviləsinin müddətinin hərbi qulluqçunun xidmət müddəti ilə müəyyənləşməsi nəzərdə tutulmuşdur. Həmçinin işin müəyyən ol unmuş hallarına görə Müdafiə Nazirliyinin 07 avqust 2008-ci il tarixli, 0311 saylı polkovnik-leytenant Cavabdeh1 hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda Cavabdeh1 yaşa görə 447,85 manat əmək pensiyası alır. İddiaçı, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 25 A saylı evin, 6 saylı mənzilinin cavabdeh polkovnik-leytenant Cavabdeh1 və onun ailə üzvlərinə hərbi qulluqçunun xidmət müddəti ərzində verildiyini və 07 avqust 2008-ci il tarixdən sonuncunun həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığını, bundan əlavə Cavabdeh1 artıq bir dəfə yaşayış sahəsi ilə təmin olunduğunu bildirərək, hazırkı iddianı irəli sürmüşdür. 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 100-cü maddəsinə görə, xidməti yaşayış sahəsi əmək münasib ətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir.Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Həmin Məcəllənin 103-cü maddəsinə görə, xidməti yaşayış sahəsi verilməsi və istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxosunzun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilat lar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Həmin Məcəlləsinin 104-cü maddəsinə əsasən, müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Göründüyü kimi, qanunverici əmək münasibətlərinin kəsilməsini xidməti yaşayış sahəsindən çıxarılmasının əsası kimi göstərmişdir. Odur ki, hazırkı işdə həmin normanın dispozisiya şərtlərinin mövcud olub-olmaması nəzərdən keçirilməlid ir. Cavabdeh Cavabdeh1 yaşa görə pensiyaya çıxdığına görə, ona başqa yaşayış sahəsi verilmədən adı çəkilən yaşayış sahəsindən çıxarılmasını əsassız olduğunu bildirmiş və mövqeyini hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 102.2.2-ci maddəsi ilə əsaslandırmağa çalışmışdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasıi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imka nları ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasının yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Nəzərə almaq lazımdır ki, sosial hüquqların realizəsi zamanı hüquqi mülahizələrdən daha çox sosial xidmətlərin göstərilməsi prinsiplərinə, dövlətin iqtisadi vəziyyətinə, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına ehtiyacının olub-olmamasına dair qanunvericiliyin yanaşması vacib əhəmiyyətə malikdir. Bu baxımdan, vətəndaşların xidməti yaşayış sahələri ilə təmin edilməsi dövlətin sosial siyasətinin tərkib hissəsi olmaqla, müvafiq dövlət və bələdiyyə orqanlarına seçilmiş, eləcə də həmin qurumlarla əmək və ya qulluq münasibətlərin də olmuş və bu müddət ərzində yaşayış sahəsinə ehtiyacı olan şəxslərlə münasibətdə tətbiq edilir. Ona görə də, bu siyasətin realizəsi dövlətin və ya onun qrumunun iqtisadi vəziyyətindən, eləcə də, müvafiq dövlət qurumun balansında müvafiq kateqoriyadan olan vətəndaşları təmin edəcək mənzillərin olmasından çox asılıdır. Bu səbəbdən əvvəlki, hətta tərəflərin istinad etdikləri yeni mənzil qanunvericiliyində xüsusi təyinatlı yaşayış sahələrinin mənzillə təmin olunmayan vətəndaşlara verilməsi və qulluq müddəti başa çatdıqdan sonra onların boşaldılması nəzərdə tutulmuşdur. Xidmətlə bağlı artıq yaşayış sahəsi almış şəxsə isə dövlətin mənzil fondundan ikinci dəfə mənzil verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış s ahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Beləliklə işin hallarından görünür ki, Cavabdeh1 hərbi xidmətdə olduğu dövrdə 26 fevral 1992-ci il tarixli, 45/17 saylı order əsasında Azərbaycan Respublikası Müdafiə birliyinin mənzil fonduna aid Lənkəran şəhəri, H.Abdullayev küçəsi, 4 saylı evin 9 saylı mənzili ilə təmin edilmiş, həmin mənzili adına özəlləşdirmiş və 28 yanvar 2003-cü il tarixli bağışlama müqaviləsi ilə bacısı X5ma bağışlamışdır. Göründüyü kimi, cavabdeh, dövlətin sosial siyasəti çərçivəsində artıq bir dəfə-26 fevral 1992-ci il tarixdə yaşayış sahəsi ilə təmin edilmiş, lakin sonradan öz iradəsi ilə mənzili özgəninkiləşdirmişdir. Belə olan halda, Cavabdeh1, qanunla müəyyən edilmiş əsaslarla m üvafiq mənzillə təmin edilmiş şəxs olduğundan, o, Bakı şəhəri, Səbail rayonu, Abbaszadə küçəsi, 25 A saylı evin, 6 saylı mənzilindən ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi verilmədən çıxarılmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2977/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2977/2019
26.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver