Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2980/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin qanuni əsası, əmlak tələbi) 23.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, əmlakdan çıxarılma, avadanlıqların dəyərinin ödənilməsi və icarə haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)472/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinə 23 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Əzizbəyov rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha torpaq sahəsində yerləşən 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 c saylı bağ evi xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra – iddiaçı) adına qeydiyyata alınmış və bu barədə MH seriyalı ******* nömrəli çıxarış verilmişdir.
2. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 210 nömrəli sərəncamı ilə Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində iddiaçıya məxsus 183 c və 183 ç saylı bağ sahələrində olan mövcud tikililə rdən təyinatı dəyişdirilərək, ticarət-iaşə xidməti və istehsalat obyekt kimi istifadə edilməsinə icazə verilmişdir.
3. İddiaçı Bakı şəhəri 33 saylı notariat kontorunda verdiyi xx.xx.2011-ci il tarixli etibarnamə ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 183 c və 183 ç saylı bağ sahələrində yerləşən əmlakını idarə etmək və onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq və s. hərəkətlər etməyi 10 il müddətinə Cavabdeh (bundan sonra – cav abdeh) etibar etmişdir.
4. Cavabdehlə iddiaçının əri X2 arasında əlyazma şəklində tərtiblənmiş xx.xx.2011ci il tarixli müqaviləyə əsasən, “Fantan” adlı restoran bütün əmlakı ilə birlikdə "xxxx" ASCyə olan 175.000 manat borc cavabdeh tərəfindən ödənilmək şərti ilə ona əvəzsiz verilir. Cavabdehə bütün səlahiyyətlər verilən tarixdən sonra bir ay müddətində satılma ixtiyarı iddiaçının ərində saxlanılır. Həmin şəxslər arasında tərtiblənmiş xx.xx.2011-ci il tarixli təhvil-təslim aktına əsasən 663 adda əşya cavabdehə təhvil verilmişdir.
5. Cavabdeh Bakı şəhəri 33 saylı notariat kontoruna verdiyi xx.xx.2013-cü il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixli, 75/01-119 reyestrli etibarnaməyə əsasən ünvan 1 ünvanda yerləşən obyekti baş etibarnamə ilə iddiaçının ərindən borc əvəzinə qəbul etmişdir. Həmin obyektlərə olan "xxxx" ASC-yə 20 nömrəli kredit müqaviləsinə əsasən X1 borcunu və 22 nömrəli kredit müqaviləsinə əsasən iddiaçının borcunu və faizlərini ödəməyi öz öhdəsinə götürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarının bərpa edilməsi və cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən ona məxsus əşyaların (avadanlıqların) dəyəri kimi 472460,74 manat, habelə cavabdehdən son üç il üçün əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi 684000 manat tut ularaq ona ödənilməsi, iddiaçıya məxsus Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 c nömrəli bağ evindən və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 183 ç və 183 c nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərindən cavabdehin çıxarılması və həmin daşınmaz əşyaların boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha torpaq sahəsində yerləşən 183 c nömrəli bağ evinin ümumi sahəsi 222,90 m2, həmin ərazidə (sahədə) yerləşən çıxarışa daxil edilməyən, lakin sərəncamla onun istifadəsinə verilmiş tikililərin ümumi sahəsi isə 866,80 m2-dən ibarətdir. Eyni zamanda, Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,12809 ha torpaq sahəsində yerləşən 183 ç nömrəli bağ evinin ərazisində (sahədə) yerləşən çıxarışa daxil edilməyən, lakin sərəncamla iddiaçının istifadəsinə verilmiş tikililərin ümumi sahəsi 727,80 m2-dən ibarətdir. Bu tikililər ümumilikdə istirahət mərkəzi olmaqla böyük əmlak kompleksi kimi fəaliyyət göstərmişdir. Həmin əmlak kompleksinin içərisində siyahısı iddia ərizəsinə əlavə edilmiş əşyalar-avadanlıqlar olmuşdur. İstirahət mərkəzinin toplam icarə haqqı bazar qiymətlərinə əsasən aylıq 19000 manat təşkil etmişdir. Hazırda cavabdeh ona məxsus istirahət mərkəzindən və orada olan əşyalar və avadanlıqlardan əsassız və qanunsuz olaraq faydalanır (istifadə edir) ki, bununla da ona külli miqdarda maddi zərər yetirilir və mülkiyyət hüquqları pozulur.
8. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək, həmçinin bildirmişdir ki, mübahisəli ərazidə yerləşən 183 ç və 183 c nömrəli bağ sahələrindəki tikililərdən ticarət-iaşə xidməti və istehsalat obyekti kimi cavabdehin istifadəsinə etibarnamə əsasında icazə verilmişdir. Cavabdehin adına verilmiş etibarnamə qüvvədən düşmüşdür. Cavabdeh hazırda iddiaçıya məxsus daşınmaz əml akdan, orda olan əşyalardan və avadanlıqlardan qanunsuz istifadə etməklə faydalanır. Kompleks bərbad vəziyyətə salınmışdır.
9. Cavabdehin nümayəndəsi və vəkili isə məhkəmə iclasında verdiyi izahatında iddiaya qarşı etiraz edərək, bildirmişdir ki, tərəflər arasında əmlakın əvəzsiz olaraq istifadəyə verilməsi və 175000 manat pulun ödənilməsi ilə bağlı razılaşma vardır. Belə ki, iddiaçı və onun həyat yoldaşı 175000 manat kredit götürüblər, lakin ödəniş edə bilmədikləri üçün müflis olmuşlar, iddiaçı da əmlakı əvəzsiz olaraq cavabdehə vermişdir. Həmin əmlak işlədilməsi üçün verilib, aralarında obyektin icarəyə verilməsi ilə bağlı hər hansı bir müqavilə olmamışdır. Etibarnamənin ləğv edilməsi ilə bağlı hər hansı məlumatları yoxdur.
10. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-qiymətləndirmə eksp ertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli, 9/2210 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş “X3” MMC-nin məlumatlarina əsasən qeyd edilən malların 2011-ci ildən 2018-ci ilədək işlənmə və istifadə müddəti nəzərə alınmaqla orta bazar qiyməti 195099,0 (21677710%) manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: Həmin malların qiymətlərində 2011-ci ildən-2018-ci ilə dək kəskin artım müşahidə edildi. Eləcə də, “X3” MMC-nin məlumatına əsasən qeyd olunur ki, 2011-ci ildə Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsi 0.78 manat olduğunu nəzərə alaraq, 2011-ci ildə Fontan Ticarət mərkəzinin avadanlıqlarının ümumi dəyəri ABŞ do lları ilə 277918,08 (216777,10: 0.78), hazırkı məzənnəsi isə 1.70 manat olduğunu nəzərə alaraq, 2021-ci ildə Fontan Ticarət mərkəzinin avadanlıqlarının ümumi dəyəri manat ilə 472460,74 (277918,08 x 1.70) təşkil edir.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-52/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia qismən təmin edilərək, iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi və cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, iddiaçıya məxsus Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evi və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində iddiaçıya məxsus 183 ç və 183 c nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərdən cavabdehin çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi iddianın təmin olunan hissəsində gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 c nöm rəli bağ evi və Bakı şəhəri Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində yerləşən 183 ç və 183 c nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililər iddiaçıya məxsusdur və iddiaçı qanuni əsaslarla sahibi olduğu əmlak üzərində mülkiyyət, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının bərpasını tələb edir. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan iddiaçının mülkiyyət hüquqları bərpa edilməli və cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır.
13. Məhkəmə iddianın təmin olunmayan hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi son 3 il üçün cavabdeh tərəfindən 684000 manat ödənilməli olduğunu iddia etsə də, h əmin əmlak kompleksinin icarəyə verilməsinə dair, həmçinin cavabdehin qanunsuz istifadəsində olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli etibarnamə ilə iddiaçı 10 il müddətinə cavabdehə mülkiyyətində və qanuni sahibliyində olan əmlakı idarə etmək, onun üzərində sərəncam vermək və s. hərəkətləri etrməyi etibar etmişdir. Verilmiş etibarnamənin müddəti xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək qüvvədə olmuşdur. Göründüyü kimi, mübahisə predmetinə aid olan müddət ərzində, həmçinin son 3 il ərzində iddiaçı mülkiyyətində olan əmlak kompleksini əvəzsiz olaraq etibarnamə əsasında cavabdehin idarəçiliyinə vermişdir və tərəflər arasında bunun qarşılığında hər hansı əvəzli öhdəçilik nəzərdə tutulmamışdır.
14. Eyni zamanda, mü bahisəli əmlak kompleksi cavabdehin əvəzsiz olaraq etibarnamə əsasında idarəçiliyinə verilmişdir. Həmin əmlakın istifadəsi nəticəsində avadanlıqların qaytarılması və ya dəyərinin ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı bir öhdəlik münasibətləri mövcud deyildir. Ona görə də, iddia tələbi iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən əşyaların (avadanlıqların) dəyəri kimi 472460,74 manatın cavabdehdən tutulması hissəsində də təmin edilməməlidir.
15. Cavabdehlə iddiaçının əri arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə münasibətdə isə Məhkəmə vurğulamışdır ki, hazırda mübahisə pretmetinə aid olan əmlak kompleksi mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olduğundan onun əri tərəfindən belə bir müqavilə əsasında razılaşma qanunsuz və əsassızdır.
16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 14.2.1, 152.1, 385.1, 386.1, 700.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, onun istinad etdiyi 10 il müddətinə verilmiş xx.xx.2011-ci il tarixli etibarnamə xx.xx.2013-cü il tarixdə ləğv edilmişdir. Məhkəmə etibarnamənin qüvvədə olma müddətini yoxlamadan, tamamilə yanl ış olaraq qətnaməsində həmin etibarnamənin xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək qüvvədə olmasını qeyd etmişdir. Halbuki, etibarnamə xx.xx.2013-cü il tarixdə ləğv edilmiş və həmin tarixdən qüvvədə olmamışdır. Yalnız bu hal məhkəmənin işə səthi yanaşmasını, tam araşdırma aparmadığını aşkar təsdiq edir. Cavabdehin iddiaçını ona məxsus əmlakdan məhrum etməsi nəticəsində, sonuncunun mülkiyyətindən istifadə edə bilməməsi, ondan faydalana bilməməsi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum etmişdir. Başqa sözlə, həmin müddət ərzində əmlakını icarəyə versəydi, müəyyən gəlirlər əldə edə bilərdi. Lakin bu imkandan məhrum olduğu üçün icarə haqlarının son üç il üçün bazar qiyməti ilə hesablanaraq cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Ona məxsus əşya ların (avadanlıqların) dəyəri kimi cavabdehdən 472.460,74 manat tutulması hissəsində isə birinci instansiya məhkəməsi sübutlara ümumiyyətlə qiymət verməmiş, onun mülkiyyət hüquqlarını pozan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
19. Cavabdeh də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ona 10 il müddətinə qeyd olunan mübahisəli daşınmaz əmlak və istifadə olunan avadanlıqlara dair bütün hüquqlarının və səlahiyyətlərinin verilməsi haqqında notarial qaydada etibarnamə vermiş, sonra isə gizli olaraq ona məlumat verilmədən ləğv etdirmişdir. Etibarnaməni ləğv etdirdikdən sonra isə obyektin və avadanlıqların icarəyə v erilməsi adı ilə ondan məhkəmə qaydasında 3 illik icarə haqqı tələb etmişdir. "xxxx" ASC-də onunla müqavilə bağlanmış, Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, ev 183 ç nömrəli bağ və orada olan digər tikililər iddiaçı və ərinin notarius tərəfindən təsdiq edilmiş razılıq ərizələri, eləcə də bank tərəfindən verilmiş razılıq məktubuna əsasən onun adına keçirilərək, çıxarış alınmışdır. Həmin sənədlər bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun arxivində saxlanılır. Birinci instansiya məhkəməsinə həmin sənədlərin əldə edilməsi üçün təmin edilməyən vəsatətini məhz buna görə vermişdir. Qeyd edilən daşınmaz əmlak tərəfindən alqı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. Bu barədə başqa bir məhkəmə prosesi olmuş və iddiaçı tərəf istəyinə nail ola bilməmişdir. Cavabdehin etibarnamə ilə verilmiş istirahət kompleksini, orada olan avadanlıqları və qeyri tikililəri icarəyə vermək və ya satmaq imkanı olub. Lakin tərəfindən belə hallara yol verilməmişdir. İddia tələbində göstərilən daşınmaz əmlak və avadanlıqlar əvəzsiz olaraq borc əvəzinə ona verilmişdir.
21. Cavabdeh tərəfindən təqdim edilmiş Seriya RX, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində 0.03416 ha istifadədə olan torpaq sahəsində 183 ç nömrəli bağ evi xx.xx.2014cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-472/2023 nömrəli, 10 yanvar 2023-cü il il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), F.Talışinski və A.İmanov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan hər iki bağ sahəsində yerləşən əmlak kompleksi, həmçinin həmin əmlak kompleksində olan daşınar əşyalar 2011 və 2015-ci il tarixlərdə verdiyi etibarnamələrlə cavabdehin istifadəsinə verilmiş və etibarnamələrdə həmin əmlakdan istifadə ilə bağlı hər hansı bir əvəzli öhdəliklər nəzərdə tutulmamışdır. Bununla yanaşı, iddiaçı hazırkı iddianı qaldırdığı vaxta kimi bunu mübahisələndirməmişdir.
24. Belə olan halda, apellyatorun əmlak kompleksindən istifadənin qanunsuz olması və bununla əlaqədar cavabdehdən icra haqqı kimi pul tələbi, həmçinin cavabdehə təhviltəslim aktı əsasında verilmiş daşınar əşyaların qaytarılması, olmadıqda isə onların dəyərinin ödənilməsinin tələb edilməsi üçün başqa əsaslar mövcud olmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd etməklə əsaslı nəticəyə gəlmiş və bu nəticəyə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. Məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı mülkiyyətində və istifadəsində olan 0,12809 ha torpaq sahəsində yerləşən 183 ç saylı bağ sahəsinin 0,0346 ha hissəsində yerləşən ümumi sahənin 284,7 m2 hissəsini cavabdehə satsa da, həmin bağ sahəsində olan dig ər tikililər və torpaq sahəsinin digər hissəsi iddiaçının sahibliyində qalmışdır. Hazırda iddiaçının iddia tələbi mülkiyyət hüquqlarının bərpa edilməsi və cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, həmçinin ona məxsus Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 kv.m yaşayış, 160,9 kv.m köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evindən və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində iddiaçıya məxsus 183 ç və 183 c nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilm əsi nəzərdə tutulan tikililərindən cavabdehin çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsidir. İş materialları ilə mübahisəsiz olaraq müəyyən edilir ki, iddiaçının iddia etdiyi bağ sahəsi və həmin əmlak kompleksi cavabdehin sahibliyindədir (cavabdeh bu halı apelyasiya icraatında verdiyi izahatında etiraf etmişdir).
26. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi əmlak qanuni əsaslarla iddiaçıya məxsusdur və onun öz əmlakı üzərində mülkiyyət hüququnu sərbəst həyata keçirməsinə cavabdeh maneələr törədir. Cavabdehin iddiaçının tələb etdiyi əmlakla üzərində sahibliyi qanunsuzdur. Ona görə də iddiaçının mülkiyyət hüququ bərpa edilməli və cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası bu nəticəni əsaslı və qanuni hesab edir.
27. Cavabdehin apelyasiya şikayətində iddiaçının iddia etdiyi əmlak kompleksinin dəyərini ödədiyini, həmin əmlaklar üzərində qanuni əsaslarla sahiblik və istifadə etdiyini bildirsə də, bu dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının həmin əmlaklar barədə cavabdehə etibarnamə verməsi isə həmin əmlakların alqı-satqı edilməsini ehtiva etmir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamənin müddəti 2018-ci ilədək qüvvədədir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Şikayətin dəlilləri ondan ibarətdir ki, apellyasiya məhkəməsi iddia ərizəsində göstərilənlərə, xüsusən tələbin qanuni əsaslarına lazımi diqqət göstərməmişdir. Belə ki, iddia ərizəsində cavabdehin əmlaka qanunsuz sahiblik etdiyi və iddiaçının mülkiyyət hüquqlarını pozduğu, habelə öz mülkiyyətindən faydalanmağa imkan vermədiyi bildirilmiş və bununla əlaqədar olaraq Mülki Məcəllənin 21-ci maddəsinə əsasən dəymiş maddi zərərin tutulması xahiş olunmuşdur. Belə vəziyyətdə, yəni cavabdehin iddiaçını ona məxsus əmlakdan məhrum etməsi nəticəsində sonuncunun mülkiyyətindən istifadə edə bilməməsi və ondan faydalana bilməməsi, onu mülki dövriyyə şəraitində əl də edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum etmişdir. Başqa sözlə, iddiaçı həmin müddət ərzində əmlakını icarəyə versəydi, müəyyən gəlirlər əldə edə bilərdi. Lakin bu imkandan məhrum olduğu üçün icarə haqqlarının son üç il üçün bazar qiyməti ilə hesablanaraq cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Beləliklə, apellyasiya məhkəməsi iddia tələbi və onun əsaslarını düzgün qiymətləndirməmiş, bu hissədə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
30. Məhkəmə iddiaçının mübahisələndirdiyi əmlak kompleksi və həmin əmlak kompleksinə aid avadanlıqları 2011-ci il tarixdən cavabdehin etibarnaməli idarəçiliyinə verdiyini və hazırkı iddianı qaldırdığı vaxta kimi bunu mübahisələndirmədiyini bildirsə də, bu müddəti yanlış olaraq 2011-ci il tarixdən hesablamış, əslində bu müddətlər eti barnamələrin ləğv edildiyi və cavabdehin iddiaçının hüquqlarını pozduğu gündən hesablanmalıdır. Digər tərəfdən, Mülki Məcəllənin 384-cü maddəsinə əsasən mülkiyyət məsələlərində müddətlərin heç bir əhəmiyyəti yoxdur. Hər bir halda əmlak, bu mümkün deyilsə, onun dəyəri mülkiyyətçiyə qaytarılmalıdır.
31. Digər tərəfdən, apellyasiya məhkəməsi etibarnamələrdə əvəzli öhdəliklərin nəzərdə tutulmaması barədə qeydlər edərkən Mülki Məcəllənin 362.1-ci maddəsinin tələblərinə, yəni etibarnamənin təmsilçilik üçün nəzərdə tutulan əqd olduğuna diqqət yetirməmiş, etibarnaməni əvəzli müqavilələrlə qarışdırmışdır. Həmçinin nəzərə alınmamışdır ki, qeyd edilən etibarnamələr ləğv edilmiş, cavabdeh isə etibarnamələrin ləğv edildiyi vaxtdan etibarən iddiaçıya onun mülkiyyətində olan əmlakı qaytarmaqdan qanunsuz olaraq imtina etmiş, bununla da iddiaçının mülkiyyət hüquqlarına mühüm zərər yetirmişdir. Məhz bu səbəbdən, daşınmaz əmlakın mülkiyyətçiyə qaytarılması hissəsində iddia təmin etmişdir. Belə olan halda, yəni etibarnamələr ləğv edildikdən sonra mülkiyyətçinin daşınmaz əmlakı qaytarıldığı halda daşınar əşyalarının hansı səbəbdən qaytarılmadığı aydın deyil.
32. Məhkəmə onu da nəzərə almamışdır ki, cavabdeh özgəsinin əmlakının qanunsuz saxlanıldığı dövrə görə iddiaçıya külli miqdarda zərər yetirmişdir. Belə halda, etibarnamələrdə əvəzli öhdəlik axtarılması absurd xarakter daşıyır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilməyən (iddianın təmin edilmiş) hissəsində mövqeyinə qarşı dəlillər irəli sürmüşdür ki, bu dəlillər hazırkı kassasiya baxışının hədləri xaricindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və i fadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
37. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
38. Maddə
560. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
39. Maddə
732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsi nə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
40. Maddə 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
46. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə iddianın rədd olunan hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin yalnız həmin hissələ rdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus daşınmaz əmlak içərisindəki avadanlıqlarla birlikdə cavabdehin istifadəsinə verilmiş və 2011-ci ildən sonrakı uzun müddət ərzində onun istifadəsində olmuşdur. Tərəflər arasındakı hazırkı mübahisə əmlakın cavabdehin icarəsinə yaxud əvəzsiz istifadəsinə verilməsi ilə bağlıdır.
50. Belə ki, iddiaçı əmlakı cavabdehə icarəyə verdiyini bildirərək, son 3 il üçün ödənilməmiş icrarə haqqının ödənilməsini, əmlakın və onun içərisindəki avadanlıqların qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaçının banka olan borcunun onun tərəfindən ödənildiyini, mübahisəli əmlakın da bunun qarşılığında onun istifadəsinə verildiyini bildirir.
51. Məhkəmə kolleg iyası hesab edir ki, icarə haqqı tələbinin rədd olunması hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissdədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə (tərəflər arasındakı öhdəlik münasibətlərinin əvəzli xarakter daşıması ilə bağlı) apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və tərəflər arasındakı müqavilə münasibətləri təfsir edilərkən Mülki Məcəllənin 404-cü maddə sinin tələbləri nəzərə alınmışdır.
53. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşaraq, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən bu hissədə işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
54. Bununla belə, Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli daşınmaz əmlakla birlikdə cavabdehin istifadəsinə verilmiş avadanlıqların dəyərinin qaytarılması hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir.
55. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsas ın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə, cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
56. Birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli əmlak kompleksi cavabdehin əvəzsiz olaraq etibarnamə əsasında idarəçiliyinə verilmişdir. Həmin əmlakın istifadəsi nəticəsində avadanlıqların qaytarılması və ya dəyərinin ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı bir öhdəlik münasibətləri mövcud deyildir. Ona g örə də, iddia tələbi iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən əşyaların (avadanlıqların) dəyəri kimi 472460,74 manatın cavabdehdən tutulması hissəsində də təmin edilməməlidir.
57. Apellyasiya məhkəməsi bu mövqe ilə razılaşaraq, həmçinin qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan hər iki bağ sahəsində yerləşən əmlak kompleksi, həmçinin həmin əmlak kompleksində olan daşınar əşyalar etibarnamələrlə cavabdehin istifadəsinə verilmiş və etibarnamələrdə həmin əmlakdan istifadə ilə bağlı hər hansı bir əvəzli öhdəliklər nəzərdə tutulmamışdır. Belə olan halda, apellyatorun əmlak kompleksindən istifadənin qanunsuz olması və bununla əlaqədar cavabdehdən icra haqqı kimi pul tələbi, həmçinin cavabdehə təhvil-təslim aktı əsasında verilmiş daşınar əşyaların qaytarılması, olmadıqda isə onları n dəyərinin ödənilməsinin tələb edilməsi üçün başqa əsaslar mövcud olmamışdır.
58. Göründüyü kimi, işə baxmış məhkəmələr eyni əsasa - mübahisəli daşınmaz əmlakın və onun içərisindəki avadanlıqların cavabdehin istifadəsinə əvəzsiz qaydada verilməsinə istinad edərək, həmin avadanlıqların qaytarılması tələbini rədd etmişlər.
59. Halbuki, ödənilməmiş icarə haqqı tələbinin həllindən fərqli olaraq bu tələbin qanuni əsasının tapılması baxımından sözügedən avadanlıqların cavabdehin əvəzli və yaxud əvəzsiz istifadəsinə verilməsinin hüquqi əhəmiyyəti yoxdur. Belə ki, həmin əmlak cavabdehin mülkiyyətinə deyil, istifadəsinə verildiyi üçün tərəflər arasındakı buna əsas olmuş öhdəlik hüquq münasibətlərinə xitam verildikdə mülkiyyətçinin əmlakını, bu mümkün olmadıqda isə onun dəyərini qarşı tərəfdən tələ b etmək hüququ yaranır.
60. Eyni zamanda, məhkəmələrin də qeyd etdiyi kimi, tərəflər arasındakı mübahisəli daşınmaz əmlaka və onun içərisindəki avadanlıqlara dair əvəzsiz istifadə ilə bağlı münasibətləri tənzimləyən maddi hüquq normları da bu qaydanı müəyyən etmişdir.
61. Belə ki, Mülki Məcəllənin əvəzsiz istifadə müqaviləsinə dair normalarının tələbinə əsasən, əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər (maddə 736.3).
62. Bundan başqa, məhkəmələrin iddiaçının mülkiyyət hüququna istinad edərək, mübahisəli daşınmaz əmlakın ona qaytarılması barədə tələbini təmin edərkən, cavabdehə eyni hüquqi əsasla (əvəzsiz isti fadə üçün) verilmiş həmin əmlakın içərisindəki iddiaçıya məxsus avadanlıqların qaytarılması tələbini rədd etmələri də hüquqi baxımından təzad təşkil edir.
63. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
64. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisəli daşınm az əmlakla birlikdə cavabdehin istifadəsinə verilmiş avadanlıqların dəyərinin qaytarılması tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbinin yuxarıda göstərilən hüquq normaları əsasında yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apelyasiya baxışına göndərilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-472/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsi qismən - mübahisəli daşınmaz əmlakla birlikdə cavabdehin istifadəsinə verilmiş avadanlıqların dəyərinin qaytarılması hissəsind ə ləğv edilsin, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minir.