Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2983/2019 02.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, Cavabdeh və vəkili X3 oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4937/2018 saylı, 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 02 noyabr 2018-ci il tarixli, 2(103)11530/2018 saylı qətnaməsi ilə (hakimlər M.Məmmədov, X.Sarıyev və H.Həmidov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın qismən təmin edilməsi, vurulmuş maddi ziyanın əvəzi olaraq 29.339 manatın, mənəvi ziyanın əvəzi olaraq isə 500 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehkassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 02 noyabr 2018-ci il tarixli, 2(103)-11530/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia əriz əsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində və təqsirli hüquqazidd hərəkətləri ilə ona vurduğu maddi ziyan olaraq “xxxx” MMC tərəfindən verilmiş 349 nömrəli Qüsur aktına əsasən 29339 manat və mənəvi ziyan olaraq 10000 manat ümumilikdə 39339 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.09.2017-ci il tarixdə 19:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu Salyan-Bakı istiqamətində idarə etdiyi “Lexus GS350” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Volkswagen Tiguan” minik markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına çıxmış yolnəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqli yyat hadisəsi ilə bağlı Səbail RPİ-nin tədqiqat şöbəsində cinayət işinin başlanması rədd edilmiş və onların barəsindən inzibati məsuliyyətə cəlb edilmələri üçün materiallar Səbail rayon məhkəməsinə göndərilmişdir. Bundan sonra iş araşdırılması üçün yenidən Səbail RPİ-nin Tədqiqat şöbəsinə göndərilmiş və iş üzrə avtotexniki ekspetiza təyin edilmişdir. Ekspertiza rəyinə əsasən “Wolksvagen Tiguan” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” AR qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İddiaçının idarə etdiyi “Lexus GS 350” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisənin qarşıs ını almağa texniki imkanının olmaması və hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmaması müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 349 nömrəli Qüsur aktına əsasən “Lexus GS 350” markalı buraxılış ili 2007-ci il qara rəngli, 99- LN-949 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrini dəyişərək və bərpa işlərinin görülməsi üçün ümumilikdə 29339 manat tələb olunduğu müəyyən edilmişdir.18 sentyabr 2017-ci il tarixdən bu günədək ona məxsus olan “Lexus GS 350” markalı, buraxılış ili 2007-ci il qara rəngli, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobildən təyinatı üzrə istifadə edə bilmir. Cavabdeh dəymiş ziyanın ödənilməsi üçün heç bir hərəkət etməmişdir. Bununla da ona mənəvi zərər vurmuşdur. Ona görə də iddiaçı iddia təl əbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 02 noyabr 2018-ci il tarixli, 2(103)-11530/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh və vəkili X3 oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əs asən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. İş materiallarından göründüyü kimi iddianın rədd edilməsi barədə qərar qəbul etmiş rayon məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18.07.2018-ci il tarixli qərarda istinad edilmiş 16.07.2018-ci il tarixli məhkəmə-avtotexniki ekspertizasının rəyinə görə, Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubl ikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Digər sürücü İddiaçı də hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci və 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Buna görə də Rayon Məhkəməsi hesab etmişdir ki, hadisənin baş verməsində hər iki tərəfin inzibati xəta törətməkdə təqsirlilik dərəcəsi eyni olduğundan iddia tələbi əsassızdır. Apellyasiya Məhkəməsi Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, Rayon Məhkəməsi 18.07.2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara” istinad edərək, baş vermiş hadisədə iddiaçını da təqsirli hesab etsə də, nəzərə almamışdır ki, sözügedən qərar əsasında İddiaçı təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi barədə Məhkəmə qərarının qəbul edilməsi iş materialları ilə təsdiq olunmur. Başqa sözlə, İddiaçı təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi indiki halda yalnız məhkəmə qərarı ilə təsdiq oluna bilər ki, iş materiallarında “İnzibati xəta haqqında” iş üzrə qüvvəyə minmiş belə bir qərar mövcud deyil. Əksinə, iş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini almış Səbail Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Qətnaməni ləğv etməklə iddianın təmin edilməsi barədə qərar qəbul etmiş apelyasiya məhkəmə si ona əsaslanmışdır ki, istintaq orqanının qərarı əsasında İddiaçı inzibati hüquq pozuntusu törətməsi təsdiq olunsa da sonuncunun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmədiyindən, onu baş vermiş hadisəyə görə təqsirli hesab etmək olmaz. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən apelyasiya məhkəməsinin gəldiyi nəticəni qanunvericiliyin tələbinə uyğun hesab etmir. Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi polis kapitanı X2 tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 iyul 2018-c il tarixli qərarı 18 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda baş vermiş yol nəqliyyat hadisəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş Cavabdeh və İddiaçı Azərbaycan Respublikası İnzibat i Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələrindən ötrü toplanmış material Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə göndərilmiş, eyni zamanda Cavabdeh inzibati məsuliyyətə cəlb olunaraq inzibati qaydada cərimə edildiyinin nəzərə alınması qeyd edilmişdir. Səbail Rayon Polis İdarəsinin 18 iyul 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarından görünür ki, 16 iyul 2018-ci il tarixli avtotexniki ekspertizasının rəyinə görə Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Digər sürücü İddiaçı da hadisənin qarşısını almağa t exniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hadisənin baş verməsində hər iki sürücünün təqsirli olması, onların hadisənin qarşısını almağa texniki imkanlarının olması işin fakti halları ilə müəyyən edildiyindən, pozuntu törətmiş şəxslərin inzibati məsuliyyətə cəlb olunub-olnmaması mübahisənin mahiyyətinə təsir etmir. Apellyasiya Məhkəməsi iddiaçının inzibati məsuliyyətə cəlb olunmamasının səbəbini aydınlaşdırmamış, eləcə də inzibati hüquq pozuntusu törətmiş iddiaçının inzibati məsuliyyətə cəlb olunmamasının hər hansı səbəbdən baş verməsinin (məsələn, məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə və s.) onun inzibati hüquq pozuntusu törətməmiş ş əxs olması, yol hərəkəti qaydalarını pozmaması barədə nəticəyə gəlməyə əsas vermir. Məhkəmə mübahisəni həll edərkən işin göstərilən hallarını nəzərə almamışdır. Apellyasiya Məhkəməsi “xxxx” MMC-nin 3 noyabr 2017-ci il tarixli 349 saylı qüsur aktının surətinə istinadən belə nəticəyə gəlmişdir ki, hadisə nəticəsində iddiaçının idarə etdiyi **-LN-*** saylı “Leksus GS 350” markalı avtomaşına 29.339 manat ziyan dəymişdir. Azərbaycan Respublikası MPM-nin 89.1, 89.2-ci maddələrinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə y azılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. İddiaçının təqdim etdiyi qüsur aktının kserosurəti həmin normaların tələbinə görə yazılı sübut hesab olunmur. Məhkəmənin həmin sənədə sübut kimi istinad etməsi qanunsuzdur. Mübahisəni həll edən məhkəmələr avtomaşınlara vurulmuş ziyanla əlaqədar mötəbər sübutlar təqdim etməsini tərəflərə təklif etməmiş, qüsur aktında göstərilənlərin həqiqətə uyğun olub-olmamasını, avtomaşınlar təmir olunmamışdırsa onların ekspertizaya təqdim olunmasını təmin etməmiş, əgər avtomaşınlar təmir edilmişdirsə istintaq materiallarındakı sənədlər əsasında ekspertiza keçirilməsini, vurulmuş ziyanın həqiqi məbləğini müəyyən etməsi üçün zəruri olan tədbirləri görməmişdir. Eləcə də məhkəmə iddiaçı tərəfin sığorta pulu alm asını da nəzərə almamışdır. İstintaq orqanın 18 iyul 2018-ci il tarixli qərarından göründüyü kimi avtoqəza hadisəsinin törədilməsində hər iki sürücü təqsirli olmuşdur. İstintaqın qərarına görə hüquq pozuntusunu həm iddiaçı həm də cavabdeh törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. İşə baxan apelyasiya məhkəməsi ziyanla bağlı mübahisəni həll edərkən mövcud ziyanın qarşılıqlı təsir n əticəsində vurulmasını və ziyan vuran şəxslərin birgə məsuliyyət daşımalı olmalarını nəzərə almamışlar. Apellyasiya Məhkəməsi mübahisənin həlli ilə əlaqədar tətbiq olunmalı həmin normanı tətbiq etməmiş, bununla da maddi hüquq normasını pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 418.1-ci maddəsinə əsasən müqavilənin standart şər tləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası qərara gəlir ki, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən göstərilən qanun pozuntuları aradan qaldırılmalı, işə baxan məhkəmə baş vermiş avtoqəza hadisəsinə görə iddiaçı və cavabdehin təqsirlilik dərəcəsini, vurulmuş ziyanın real məbləğini müəyyən etmək üçün bütün zəruri tədbirləri görməlidir. İş materiallarından göründüyü kimi “Leksu s GS 350” markalı **-LN-*** nömrəli avtomaşın X1 mülkiyyətində olmuşdur. Mülkiyyətçi Aytən Ağayevanın avtomaşını idarə etmək, yaxud da avtomaşına vurulmuş ziyanın tələbi ilə əlaqədar iddia qaldırmaq üçün İddiaçı etibarnamə verməsi iş materiallarından müəyyən olunmur. Məhkəmə İddiaçı ziyan tələbinə dair iddia qaldırmağa subyektiv hüququnun olub-olmamasını nəzərə almamışdır. İşə yenidən baxılarkən işin göstərilən hallarına da qiymət verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-2983/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2983/2019
02.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver