Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2986/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2986/2019 29 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli, 2(103)9940/2018 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin kassasiya şikayəti üzrə mülki işə baxa raq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə, “xxxx” MTK-ya, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, Əmlak Məsələləri Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə, Əmlak Məsələləri üzrə Döblət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə ünvan 1 ünvanında yerləşən 0,412 ha torpaq sahəsinə dair 10222 nömrəli inşaat pasportu və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş torpaqdan daimi istifadə hüququna dair 01.05.2003-cü il tarixli Dövlət Aktının etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Ş.Mirzəzadə) 13 iyun 2018-ci il tarixli, 2(004)-5565/2018 saylı qərardadı ilə iddia iddia ərizəsinin, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Ş.Vəliyev, X.A.Mərdanova və E.M.Həsənov) 29.08.2018-ci il tarixli, 2(103)-9940/2018 nömrəli qərardadı ilə iddiaçının şikayəti təminolunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi və onun vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli qərardadından kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi və onun vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, onun ləğv, iddia ərizəsinin icraata qəbul edilib mahiyyəti üzrə baxılmasına dair qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə səhv nəticəyə gəldiyini qeyd etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmə miş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.08.2018-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qərardadını dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəli lləri isə əsassız olmaqla mübahsiəlndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Belə ki, ilk növbədə qeyd edilməlidir ki iddia ərizəsindən göründüyü kimi, inzibati orqan olan iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərkibində olan bir qurum vasitəsi ilə tərkibində olan digər qurumun sələfi tərəfindən verilmiş Dövlət aktının, habelə digər inzibai orqan olan Bakı şəhər İcra Hakimiyyətinin tərtib etdiyi inşaat pasportunun etibarsızlığını tələbini irəli sürmüşdür. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər; 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Göründüyü kimi, inzbiati orqanlar arasında yaranan mübahisələr məhkəmə icraatı qaydasında deyil, müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, qeyd edilənl ərə əsasən apellyasiya instansiyası məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinaya dair qərardadı qüvvədə saxlamaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanprosessualhüquqnormalarınıdüzg üntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli, 2(103)-9940/2018 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul ed ildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-2986/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2986/2019
29.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver