Məhkəmə qərarları › İş №2(102)-2986/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2986/2023

24.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2986/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı x qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Medistyle Hospitaldan iddiaçının xeyrinə onun mərhum qızı X1 orta aylıq əmək haqqının azı üç misli miqdarında, dəfn xərcləri üçün 350 manat və mənəvi zərərə görə isə 10.000 manat mə bləğində, cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətindən 5000 manat məbləğində sığorta ödənişinin hər gecikdirilmiş günlər üçün altı ay (180 gün) ödənişin 0,1 faizi həcmində dəbbə pulunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdehlər X qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Medistyle Hospital MMC Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 mart 2023-cü il tarixli, 2(103)-2257/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaitinin alınması haqqında iddialarda alınan məbləğlə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qətnamədən verilmiş şikayət o halda kassasiya instansiya məhkəməsində icraata qəbul edilib baxılır ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olmasın. Hazır ki, işdə iddia tələbi iki hissəsən ibarət olmaqla birinci hissə olan əmək haqqının 3 mislinin hansı məbləğ olduğu iş materiallarında müəyyən e dilmir, ikinci hissəsi olan mənəvi zərərin məbləği isə 4000 manat olaraq göstərilmişdir. Ona görə də hazırki iş üzrə mübahisələndirilən hissə üzrə iddianın qiyməti müəyyənləşdirilməli və həmin məbləğə müvafiq olaraq kassasiya şikayətinin mümkünlüyünə qiymət verilməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş kassasiya şiayətinin mümkünlüyü məsələsinə yenidən qiymət verilməsi üçün apellyasiya in stansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh x Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 mart 2023-cü il tarixli, 2(103)-2257/2023 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar