Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2987/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, vəkili Nəsibov Kamandar Rəfi oğlunun, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Əlizadə Əmirulla Əlibaxış oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)xxxx nömrəli qətna məsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İ.Rüstəmli) xx.xx.2019-cu il tarixli, 2(009)-xxxx nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı (X3 və X4 iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində cəlb olunduqları) “əmlak hüquqlarının kompensasiya ilə əvəz edilməsi, kompensasiya məbləğinin məhkəmə qaydasında müəyyən edilərək ödənilməsi” tələbinə dair ilk iddiasının və iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının (hakimlər Ş.Məhərrəmova, M.Məmmədov, E.Şamayev) xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsi ilə ilk İddiaçı MMC və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(009)-xxxx saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk və qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri, ünvan1 ünvanda yerləşən qeyri-yaşayış binasının Cavabdeh məxsus real ərazisinin, yəni 387.1 kv.m sahənin əvəzi olaraq “xxxx” MMC tərəfindən həmin ərazidə inşa edilən 76 saylı çoxmərtəbəli binanın 2-ci mərtəbəsinin cənub-şərq, yəni Əhəd Yaqubov küçəsinə baxan hissəsinin tam boyunca, Xəzər dənizi görüntülü və Əhəd Yaqubov küçəsindən binan ın fasadından müstəqil giriş-çıxışı olan 387.1 kv.m qeyri-yaşayış sahəsi ilə Cavabdeh təmin edilməsinin “xxxx” MMC-yə həvalə edilməsi, Bakı şəhəri, ünvan1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh əmlak hüquqlarına “xxxx” MMC tərəfindən verilən 387.1 kv.m qeyri-yaşayış sahəsi müqabilində xitam verilməsi, Cavabdeh həmin qeyriyaşayış sahəsindən çıxarılması və qeyd edilən sahənin “xxxx” MMC-nin hesabına sökülməsi, xx.xx.2017-ci il tarixdən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin edilənədək hər ay 2600 ABŞ dolları (ödəniş gününə olan məzənnə üzrə Azərbaycan manatı ilə) icarə haqqının əvəzinin “xxxx” MMC-dən tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddia çı MMC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı “əmlak hüquqlarının kompensasiya ilə əvəz edilməsi, kompensasiya məbləğinin məhkəmə qaydasında müəyyən edilərək ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli, 117 nömrəli sərəncamı ilə İddiaçı MMC-yə çoxmərtəbəli bina tikintisi üçün ayrılmış sahədə yerləşən əmlakın Cavabdeh adına olan Bakı şəhəri, ünvan1 ünvanda yerləşən qeyri-yaşayış obyektinin sökülərək əvəzinə həmin ünvanda inşa olunmuş binanın birinci və ikinci mərtəbəsindən təmirsiz və aylıq kirayə haqqı 1500 manat verilməsi şərti ilə cavabdehin həmin qeyr i-yaşayış obyektinə dair hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması, ilk iddiaçı tərəfindən Bakı şəhəri, ünvan1 ünvanda yerləşən qeyri-yaşayış obyektinə (mülkiyyət hüquqlarına) qanunsuz müdaxilə nəticəsində ona vurulmuş ziyanın əvəzi olaraq xx.xx.2017-ci il tarixdən hər ay üçün 2600 ABŞ dolları olmaqla qəbul ediləcək qətnamənin icra ediləcəyi günədək hesablanmaqla ilk iddiaçıdan tutularaq ona ödənilməsi, mülkiyyətinə qanunsuz müdaxilə ilə bağlı bütün hərəkətlərin, o cümlədən binanın qanunsuz sökülməsi ilə bağlı hərəkətlərin ilk iddiaçıya qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Da ha sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan Bakı şəhəri, ünvan1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin sökülərək əvəzinə ünvan1 ünvanda inşa olunmuş binanın 2-ci mərtəbəsindən 387.1 kv.m-lik sahəni və yeni qeyri-yaşayış sahəsi verilənədək aylıq 1500 manat verilməsi şərti ilə cavabdehin əmlak hüquqlarına xitam verilməklə qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin vəkili Nəsibov Kamandar Rəfi oğlu kasasiya şik ayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsi baxımından qarşılıqlı iddiaçı Cavabdeh öz mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmamışdır və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozur və bu hal hüquqdan sui-istifadədir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Qeyd edilməlidir ki, mülkiyyət hüququ mütləq hüquq olmamaqla milli qanunvericiliyin və dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə ona müdaxiləyə yol verilir. Nazirlər Kabinetinin müvafiq qərarına və Səbail Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamına uyğun olaraq İddiaçı MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 72-74-76-76a ünvanlarında 1-4 mərtəbəli yaşayış binalarının söküntüsü həyatakeçirilməli və həmin binalarda yaşayan sakinlər iki il müddətində tikintisi başa çatdırılmalı olan binalarda mənzillərlə təmin edilməli idilər. Məhz Bakı şəhəri, ünvan1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətində olduğu üçün və cavabdeh həmin qeyri-yaşayış binasının təhvil verilməsi ilə bağlı razılığa gəlmədiyi üçün 'İddiaçı” MMC binanın sakinləri qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyərək, mənzillərin vaxtında təhvil verə bilməmişdir. Digər tərəfdən, Nazirlər Kabinetinin müvafiq qərarında həmin sakinlərlə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasın da müvafiq mənzillərin ayrılmasından söhbət gedir, qeyri-yaşayış binasının ayrılmasından yox və iddiaçı cavabdehdən başqa həmin binaların bütün sakinləri ilə razılıq əldə etmişdir. Məhz cavabdehin mülkiyyət hüquqlarından sui-istifadə etməsi nəticəsində iddiaçı digər şəxslər qarşısında üzərinə ötürdüyü öhdəlikləri yerinə yetirə bilmir.Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.İlkin iddia üzrə İddiaçı MMC ilki iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, cavabdehin adına olan Bakı şəhəri, ünvan1 ünvanında inşa olunmuş binanın 2-ci mərtəbəsindən 387.1 kv.m- lik sahəni və yeni qeyri-yaşayış sahəsi verilənədək aylıq 1500 AZN verilməsi şərtilə cavabdehin əmlak hüquqlarına xitam verilməklə qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiişdir. Lakin məhkəmə ilkin iddianı qismən təmin edərkən iddia tələbindən kənara çıxmış, lakin bunu konkret olaraq hansı qanuna əsasən etdiyini qeyd etməyərək nəticədə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini pozmuşdur.Apelyasiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin edərək xx.xx.2017-ci il tarixdən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin edilənədək hər ay 2600 ABŞ dolları (ödəniş gününə məzənnə üzrə Azərbaycan manatı ilə) icarə haqqının əvəzi “xxxx” MMC-dən tutularaq Cavabdeh ödənilməsini qət etsə də, “xxxx" ASC ilə Cavabdeh arasında ünvan 6 da yerləşən, ümumi sahəsi 387.1 kv.m. olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 1304-cü il tarixli icarə müqaviləsinin məhz ilkin iddiaçının təqsirinə görə ləğv edilməsini əsaslandıra bilməmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, “xxxx” ASC mülki hüququn müstəqil subyektidir və onun qanunvericilik çərçivəsində hərəkət azadlığı vardır. Belə olan halda “xxxx” ASC-nin öz təşəbbüsü ilə fəaliyyət göstərdiyi (icarəyə götürdüyü) yeri başqa bir yerə dəyişməsi onun hüququdur və bank da həmin hüququndan istifadə edərək icarə müqaviləsini ləğv etmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən maddi və prosessual pozuntulara yol verilməsi ilə işə obyektiv baxılmamış və sonda düzgün olmayan qətnamə çıxarılmışdır. Ona görə də o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsinin ilk iddianın təmin olunmayan hissəsində, qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv edərək ilk iddianın tam təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Əlizadə Əmirulla Əlibaxış oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi ilk iddia tələbi ilə bağlı işin həqiqi hallarını düzgün müəyyən etməmiş, işin müəyyən edilməli olan həqiqi hallarına tətbiq edilməli olan maddi və prosessual hüquq normaları tətbiq etməmiş, ilk iddia tələbi üzrə iddiaçının məhkəmə müdafiəsi hüququnu öz üzərinə götürməklə prosessual normaların tələblərini kobud surətdə pozmuş, Cavabdeh mülkiyyət hüququna qəsd etməklə ilə ma ddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Apelyasiya məhkəməsi qanunvericiliyi düzgün izah etmiş olsa da, özü istinad etdiyi maddi hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə mülkiyyətçinin mülkiyyət hüquqlarının qorunmalı olmasını diqqətə çatdırmış, əvəzləşdirmənin məhz mülkiyyətçi ilə sosial layihəni həyata keçirən şirkət arasında razılaşmaya əsasən həyata keçməli olduğunu xüsusi vurğulamış, lakin heç bir maddi hüquq normasına istinad etmədən ilk cavabdehin yerinə əvəzləşdirməni həyata keçirmiş, binanın fasadında ilk cavabdehə giriş-çıxış vermiş, mülkiyyətçinin mərtəbəsini dəyişmişdir. Apelyasiya məhkəməsi nəzərə almamışdır ki, istinad etdiyi Nazirlər Kabinetinin məlum qərarında və Səbail RİHB-nin sərəncamında mülkiyyətçilərin hüquqlarının zor gücünə alınması nəzərdə tutu lmamışdır. Qeyd edilən sərəncamın icrası da qarşılıqlı razılaşma əsasında olmalıdır. Digər tərəfdən apelyasiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmış, heç bir məntiqə sığmayan əvəzləşdirmə variantı müəyyən etmişdir. İddiaçının üzərinə götürmüş olduğu öhdəliyin icrasından yayınmaqla cavabdehə verilməli olan qeyri-yaşayış sahəsinin əvəzinə başqa ünvanda və hazırki qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvandan əlverişsiz sahə təklif etməsi və məhkəmənin bu halla razılaşaraq iddiadan kənara çıxmaqla tələblərini təmin etməsi cavabdehin mülkiyyət hüququna müdaxilə təşkil edir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)xxxx nömrəli qətnaməsinin qismən – ilk iddianın qismən təmin edilməsi hissəsində ləğ v edilərək, ilk iddianın tamamilə rədd edilməsi, qarşılıqlı iddianın qismən rədd edilməsi hissəsində ləğv edilərək qarşılıqlı iddianın qalan hissəsində də təmin edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin 3-cü şəxslər X5, X6 və X8 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və vəkili Nəsibo v Kamandar Rəfi oğlu vermiş olduqları kasasiya şikayətini müdafiə edərək, şikayətlərinin təmin edilməsini, qarşılıqlı iddiaçının kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Əlizadə Əmirulla Əlibaxış oğlu vermiş olduqları kasasiya şikayətini müdafiə edərək, şikayətlərinin təmin edilməsini, ilk iddiaçının kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası ilk iddia ilə bağlı qənaətini onunla əs aslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və aza dlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin o na mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. AR Nazirlər Kabinetinin qərarının icrası ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 117 saylı sərəncamı ilə Səbail rayonu Bayıl qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan ünvan2 ünvanlarda yerləşən 1-3 mərtəbəli yaşayış binasının söküntüsü “İddiaçı" MMC tərəfindən yerinə yetirilməsi və həmin cəmiyyətə sahəsi 0,5 ha olan ərazi çox mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi, həmçinin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin “xxxx” MMC-nin vəsaiti hesabına həyata keçirilməsi qərara alındığından, İddiaçı MMC hazırki tələblə kompensasiya qarşılığında cavabdehə məxsus mülkiyyət hüququna xitam verilməsi ilə bağlı məhkəmədə iddia irəli qaldırmağa subyektiv hüququ vardır. Apelyasiya icraatı zamanı Bakı şəhəri, ünvan1 ünvanında layihələndirilən çoxmərtəbəli yaşayış binasının eskiz layihəsi təqdim edilmişdir. Həmin eskiz layihəyə əsasən ilkin iddiaçı tərəfindən ünvan1 ünvanında söküləcək binaların yerində eyni ünvanlı 72, 74 və 76 saylı çoxmər təbəli binaların tikilməsi nəzərdə tutulmuşdur. İlkin iddiaçı cavabdehə məxsus qeyri-yaşayış sahəsinin əvəzinə ünvan1 ünvanda inşa olunmuş binanın 2-ci mərtəbəsindən 387.1 kv.m-lik sahəni təklif etsə də, cavabdeh bu təkliflə razılaşmır. İşdən məlumdur ki, Cavabdeh məxsus 387.1 kv.m-dən ibarət qeyriyaşayış sahəsinin yerləşdiyi yer sözügedən layihədə tikiləcək 76 ünvanının ərazisinə düşür. Məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli yerli baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdehə məxsus 2 mərtəbəli qeyri-yaşayış sahəsi Əhəd Yaqubov küçəsinə görüntüsü və çıxışı olmaqla, Xəzər dənizi mənzərəlidir. İşin hallarından o da məlumdur ki, həmin əmlakı qeyri-yaşayış sahəsi olaraq, uzun müddət icarə müqaviləsi əsasında istifadəyə vermişdir. Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarında mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən s akinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir. Apelyasiya kollegiyası qeyd etmişdir ki, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquql arının təmin edilməsinə mane olmamalıdır. Əks hal iddiaçını yuxarıda adı çəkilən Nazirlər Kabinetinin qərarı, icra hakimiyyətinin məlum sərəncamı ilə verilmiş hüquqdan sui-istifadəyə gətirib çıxara bilər ki, bu da mülki qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Mülki Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apelyasiya kollegiyası hesab etmişdir ki, yeni tikiləcək yaşayış binasında “müvafiq” mənzillərin verilməsi hüquq müəyyənedici sənədlərə əsasən sökülmüş əmlakın yerləşdiyi yerə və ölçüyə u yğun əmlakın verilməsini nəzərdə tutur. Həmçinin qeyd etmək lazımdır ki, cavabdehə məxsus əmlakın yerləşmə yerinin sahibkarlıq məqsədilə istifadə baxımından əhəmiyyəti (dəniz görüntülü, müstəqil girişçıxışlı olması) nəzərə alındıqda da əvəz kimi veriləcək əmlakın söküləcək əmlakla müqayisə ediləcək ölçüyə və istifadə imkanına malik olması zəruridir. Əks hal mülkiyyətçi ilə müqayisədə ilkin iddiaçıya əsassız üstünlük (dəyər baxımından) əldə etmək imkanının verilməsi deməkdir. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, adı çəkilən Qurban Abbasov küçəsində layihələndirilən digər binalarda deyil, məhz cavabdehə məxsus, əmlakın faktiki yerləşdiyi yerdə tikiləcək 76 saylı binada qeyri-yaşayış sahəsini əvəz kimi verməlidir. Apelyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyriyaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyriyaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. İş üzrə müəyyən olunmuş dur ki, MMC həmin binaların sakinlərinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə kompensasiyanın ödənilməsi və ya tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, yalnız hazırki cavabdehlə razılıq əldə edə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Kollegiya ilkin iddiaçı tərəfindən həyata keçirilən tikinti işlərinin ictimai əhəmiyyət kəsb etməsini, həmin sahədə söküntü işlərinin başa çatmamasının sakinlərin tikiləcək yeni mənzillərlə təmin edilmələrində ləngimələrə gətirib çıxartdığını, bu baxımdan c əmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa nail olmağın vacibliyini və nəhayətində, ilkin iddiaçının nümayəndəsinin də məhkəmə kollegiyasının iclasında verdiyi izahatda cavabdehə 76 saylı binadan sahənin ayrılmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cavabdehə ilkin iddia tələbində qoyulduğu kimi 72-74 saylı binalardan deyil, məhz 76 saylı binada qeyriyaşayış sahəsinin verilməsi ilkin iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. İş materiallarına əlavə edilmiş eskiz layihədən görünür ki, cavabdehə məxsus mübahisəli əmlakın yerləşdiyi layihələndirilən 76 saylı binanın 1-ci mərtəbəsində binaya ümumi giriş (holl), qeydiyyat yeri (reception) nəzərdə tutulmuşdur. Kollegiya adı çəkilən eskiz layihənin səlahiyyətli dövlət orqanları tərəfindən təsdiqləndiyini və bu baxımdan əvəz kimi 1-ci mərtəbədən sahənin verilməsinin qeyrimümkünlüyünü nəzərə alaraq hesab etmişdir ki, cavabdeh qeyri-yaşayış binasının əvəzi olaraq həmin ərazidə inşa edilən 76 saylı çoxmərtəbəli binanın 2-ci mərtəbəsinin cənubşərq, yəni Əhəd Yaqubov küçəsinə baxan hissəsinin tam boyunca, Xəzər dənizi görüntülü və Əhəd Yaqubov küçəsindən binanın fasadından müstəqil giriş-çıxışı olan 387.1 kv.m qeyri-yaşayış sahəsi ilə təmin edilməlidir. Apelyasiya kollegiyası həmçinin ilkin iddia tələbinin “cavabdehə yeni qeyri-yaşayış sahəsi verilənədək aylıq 1500 AZN verilməsi” hissəsini qarşılıqlı iddia tələbi ilə əlaqəli şəkildə qiymətləndirərək göstərmişdir ki, qarşılıqlı iddiaçı mübahisəli qeyri-yaşayış obyektinə dair mülkiyyət hüquqlarına qanu nsuz müdaxilə nəticəsində ona vurulmuş ziyanın əvəzi olaraq xx xxxxx 2017-ci il tarixdən hər ay üçün 2600 (iki min altı yüz) ABŞ dolları olmaqla qəbul ediləcək qətnamənin icra ediləcəyi günədək hesablanmaqla ilk iddiaçıdan tutularaq ona ödənilməsi, mülkiyyətinə qanunsuz müdaxilə ilə bağlı bütün hərəkətlərin, o cümlədən binanın qanunsuz sökülməsi ilə bağlı hərəkətlərin ilk iddiaçıya qadağan edilməsini məhkəmədə mübahisələndirir. İddiaçı vurulmuş zərəri onunla əsaslandırır ki, Cavabdeh xx xxxxxxx 2004-cu il tarixdə onunla “xxxx” ASC-nin Qaradağ filialı arasında bağlanmış İcarə Müqaviləsinə əsasən mülkiyyətində olan qeyri-yaşayış obyektini icarə haqqı 2600 (iki min altı yüz) ABŞ dolları olmaqla icarəyə verimişdir, qeyd edilən icarə müqaviləsi xx xxxxx 2017-ci il tarixdə ləğv edilmişdir. “xxxx ” ASC-nin Qaradağ filialı tərəfindən ona fasiləsiz olaraq 12 il ərzində bank köçürməsi ilə hər ay 2600 (iki min altı yüz) ABŞ dolları icarə haqqı ödənilmiş, icarə haqqında vergi tutmaları da icarədar tərəfindən həyata keçirilmiş, iddiaçının qanunsuz hərkətləri nəticəsində xx xxxxx 2017-ci il tarixdən bu gəlir mənbəyindən məhrum olmuşdur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan normalara əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, hazırki iş üzrə vurulmuş ziyanın ödənilməsinin təmini üçün ilkin iddiaçının cavabdehin qeyriyaşayış sahəsinə olan mülkiyyət hüquqlarına qanunsuz müdaxilənin etməsi, bu müdaxilə nəticəsində cavabdehin mülkiyyətçi kimi öz əmlakından istifadə etməklə fayda götürmək imkanının əldən çıxmış olmasının sübuta yetirilməsi tələb olunur. Bu səbəbdən kollegiya işin bu halının, yəni ilkin iddiaçının mülkiyyət hüququna qanunsuz müdaxilənin olub-olmamasının müəyyən edilməsi üçün qarşılıqlı iddiaçının vəsatətləri əsasında mübahisəli ərazidə işıq, su, qaz xətlərinin texniki cə hətdən hansı vəziyyətdə olması ilə əlaqədar aidiyyatı orqanlara müvafiq sorğular vermiş, mütəxəssislərin iştirakları ilə həmin əraziyə yerli baxış keçirmişdir. Kollegiya işdə olan sübutları bir-biri ilə əlaqəli şəkildə araşdıraraq hesab etmişdir ki, hazırki halda qarşılıqlı iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvan1 ünvanı elektrik enerjisi ilə təmin edən kabel xəttinin müstəqil olaraq hüquqi şəxs İddiaçı MMCnin balansında və xidmətinə verilməsi, elektrik enerjisinin verilişinin dayandırılması, eləcə də mübahisəli qeyri-yaşayış sahəsini su ilə təmin edən su xəttinin bağlı olması ilkin iddiaçının təchizat xətlərinə müdaxilə etməklə cavabdehə məxsus əmlakın kommunal təminatını qeyri-mümkün etməsi, bununla da mülkiyyət hüquqlarının məhdudlaşdırılması barədə nəticəyə gəlməyə əsas ver ir. Qeyd edilən mövqe həm də onunla əsaslandırılır ki, “xxxx" ASC cavabdehə məxsus qeyri-yaşayış sahəsini uzun müddət - 12 il ərzində icarə müqaviləsi əsasında istifadə etmişdir. İcarəçi xxxx" ASC-nin icarə müqaviləsindən imtina etməsi İddiaçı MMC-yə həmin ünvanda çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanılması, bununla əlaqədar cavabdehə qeyri-yaşayış sahəsinin boşaldılması barədə bildirişlər 2016-2017-ci illərə göndərilib. Göründüyü kimi ilkin iddiaçının qeyd edilən bildirişi həmin ünvanda yerləşən mövcud tikililərin söküləcəyi, yaşayış və qeyri-yaşayış sahələrinin boşaldılması barədə xəbərdarlıq məzmunlu olmuşdur. Həmin xəbərdarlıq mübahisəli qeyri-yaşayış sahəsinin icarəçisi olmuş “xxxx" ASC-nin bildirişin tələbinə uyğun olaraq hərəkət etməsinə, icarə obyektini boşaltmaqla ic arə münasibətlərinin davam etdirməsindən imtinaya əsas vermişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “xxxx” ASC mülki hüququn müstəqil subyektidir və onun qanunvericilik çərçivəsində hərəkət etmək azadlığı vardır. Belə olan halda “xxxx” ASC-nin öz təşəbbüsü ilə fəaliyyət göstərdiyi (icarəyə götürdüyü) yeri başqa bir yerə dəyişməsi onun hüququdur və bank da həmin hüququndan istifadə edərək icarə müqaviləsini ləğv etmişdir. Kollegiya rayon məhkəməsinin bu mövqeyini əsaslı hesab etmir. Mülki Məcəllənin 421.1-ci maddəsində göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2.-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digə r tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. İşdə olan “xxxx" ASC ilə Cavab deh arasında ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 387.1 kv.m. olan qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin 4.2.2-ci bəndində göstərilmişdir ki, əgər sahə icarəçinin cavabdeh olmadığı şərait nəticəsində istifadəyə yararlı olmadıqda müqavilə qeyd-şərtsiz pozula bilər. Kollegiya adı çəkilən normaların tələblərindən çıxış edərək hesab etmişdir ki, icarəçi “xxxx" ASC-nin uzun müddət istifadə etdiyi qeyri-yaşayış sahəsini dəyişməsinin, icarə müqaviləsindən imtina etməsinin səbəbi (həm də bankın müştərilərinin artıq həmin ünvanı tanıdığı, başqa ünvana köçməsinin müştərilərin narahatlığına səbəb olacağı da nəzərə alındıqda) yalnız şəraitin dəyişməsi-yəni icarəçinin icarə obyektindən təyinatına uyğun istifadə edə bilməməsi, buna maneələrin yaradılması və s. ola bilər ki, hazırki iş üzrə cavabdehin ona məxsus qeyri-yaşayış sahəsindən ilkin iddiaçı tərəfindən maneəsiz istifadəsinə müdaxilələrin olduğu aşkardır. İlkin iddiaçı cavabdehin qeyd edilən ünvandan çıxması ilə əlaqədar ona kirayə haqqı kimi 1500 manat təklif etsə də, qeyd edilən məbləğin hansı əsasla irəli sürülməsi barədə hər hansı sübut (məs, qiymətləndirmə aktı, sərəncam və s.) təqdim etməmişdir. Qarşılıqlı iddiaçı isə mübahisəli qeyri-yaşayış sahəsinin xx.xx.2004-cü il tarixdən 2017-ci ilin aprel ayına qədər qüvvədə olan icarə müqaviləsini təqdim edərək ona icarə əsasında hər ay 2.600 ABŞ dolları məbləğində icarə haqqı ödənildiyini, qeyri-yaşayış sahəsindən istifadənin mümkün olmaması nəticəsində isə 2017-ci ilin aprel ayından başlayaraq hər ay həmin məbləğdə əldə edə biləcəyi gəlirindən məhrum olunduğunu sübuta yetirmişdir. Göstərilən səbəblərdən apelyasiya kollegiyası ilk və qarşılıqlı iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Kasasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətlərinin dəlilləri əsasən apelyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil etmiş, həmin dəlillər əsasında kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, apelyasiya kollegiyası hər tələb üzrə ayrılıqda və qarşılıqlı surətdə qiymətləndirmə və araşdırma aparmış, tərəflərin əmlak və digər hüquqlarını gözləməklə qətnamə qəbul edərək düzgün hüquqi mövqedə olmuşdur. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və p rosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2987/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2987/2020
28.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver